Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-18/2023 07.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, 20 март 1969-cu ildə Laçın rayonu, Dəhyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İ Qarabağ müharibəsi veteranı, "xxxx" ASC-də usta köməkçisi işləyən, evli, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Dəhyan kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən, ev 35-də yaşayan, барясиндя башга йеря эетмямяк щаггында илтизам гятимкан тядбири сечилмиш Təqsirləndirilən şəxs оьлуnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs iştirakçısı olduğu birinci Qarabağ müharibəsi zamanı 1994-cü ildə gedən döyüşlərdə ölmüş erməni döyüşçüsünün üzərindən 1(bir) ədəd qatlanmayan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Калашников” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklər edilməmiş, soyuq silah hesab edilən, qının üzərində 82 və 827 nömrələri qeyd olunmuş 1 ədəd süngü-bıçağı götürməklə qanunsuz olaraq əldə etmiş, özündə saxlamaqla qanunsuz olaraq gəzdirmiş, 02 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində o, sərnişin kimi əyləşdiyi cinayətdən xəbərsiz olan Şahid1 Camal oğlunun mülkiyyətində olan və sonuncunun idarə etdiyi “Hyundai Terracan minik” markalı, **-MR-*** dövlət nömrə nişanlı avtomobillə işlədiyi Laçın rayonunun Güləbird kəndindən geri qayıdan zaman Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndində yerləşən 2 nömrəli stasionar polis postunda polis əməkdaşları tərəfindən yoxlanılarkən nəqliyyat vasitəsinin arxa oturacağında olan ona məxsus çantanın içinə baxış zamanı yuxarıda qeyd olunan 1 ədəd soyuq silah hesab olunan süngü-bıçaq aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 01 oktyabr 2022-ci il tarixdə o, iş yoldaşları Şahid1 və Şahid2 ilə birlikdə Laçın rayonuna getmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Laçın rayonunda işlərini qurtarıb öz yaşadıqları ünvana qayıdarkən Füzuli rayonu, Horadiz kəndində yerləşən polis postunda polis əməkdaşları Şahid1 məxsus avtomobili saxladıb baxış keçirərkən avtomobilin arxa oturacağında olan, ona məxsus əl çantasında ona aid 1 ədəd süngü-bıçağı aşkar etmişlər. Həmin vaxt o, qabaq oturacaqda, Şahid2 isə arxa oturacaqda oturmuşdur. Həmin süngü-bıçaq 1994-cü ildən onda olmuşdur. 01 oktyabr 2022-ci il tarixdə Laçın rayonuna gedərkən orada hər hansı bir işdə lazım ola biləcəyini fikirləşmiş və həmin süngü-bıçağı özü ilə birlikdə götürmüşdür. Lakin zərurət olmadığından süngü-bıçaqdan istifadə etməmişdir. O, həmin süngü bıçağı 1994-cü ildə iştirakçısı olduğu 1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu, Horadiz şəhəri ərazisində Azərbaycan ordusu tərəfindən öldürülmüş erməni meyitlərinin üzərindən götürmüş və bu günə kimi öz evində saxlamışdır. Həmin süngü-bıçağı yanında gəzdirmə səbəbi ondan ibarətdir ki, 01 oktyabr 2022-ci il tarixdə Laçın rayonuna gedərkən orada hər hansı bir işdə lazım ola biləcəyini fikirləşdiyi üçün ona məxsus paltar çantasında aparmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, təqaüddə olan polis əməkdaşıdır və 1-ci Qarabağ müharibəsi veteranıdır. Odur ki, cəza verilərkən bu halın nəzərə alınmasını xahiş edir. Şahid2 bildirdi ki, 30 sentyabr 2022-ci il tarixdə keçmiş iş yoldaşları Təqsirləndirilən şəxs və Şahid1la birlikdə işlə əlaqədar Laçın rayonu, Güləbird kəndinə Mehmana məxsus “Hyundai Terracan” minik markalı, **-MR-*** dövlət nömrə nişanı olan avtomaşınla getmişlər. İşlərini qurtardıqdan sonra 02 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Qaradağ rayonuna qayıtmaq üçün yola çıxmışlar. Füzuli rayonu, Horadiz kəndində olan polis postunu keçərkən polis əməkdaşları sənədlərini yoxladıqdan sonra avtomaşını yoxlayarkən Təqsirləndirilən şəxs çantasından bir ədəd avtomat silahına aid olan süngü-bıçağı aşkar edilmişdir. Polis əməkdaşları Asifdən həmin bıçağı haradan əldə etdiyini soruşduqda Asif 1994-cü ildə müharibədə iştirak edərkən ölmüş erməni meyitinin üzərindən götürdüyünü demişdir. Polis əməkdaşı Asifə süngü-bıçağı qanunsuz olaraq gəzdirdiyini deyib onları polis şöbəsinə dəvət etdiyi üçün polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. İfadəsi elan edilmiş şahid Füzuli RPŞ PPX bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə saat 12:15 radələrində Füzuli rayonu, Horadiz kəndində yerləşən 2 nömrəli stasionar polis postunda xidmətdə olarkən Cəbrayıl rayonu istiqamətindən gələn, Şahid1 məxsus “Hyundai Terracan minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmışdır. Həmin gün o, avtomobildə olan şəxslərin işğaldan azad olunmuş ərazilərə xüsusi icazə ilə gedib-getməmələrini yoxlamışdır. Həmin şəxslərin işğaldan azad olunmuş ərazilərə getməsi üçün xüsusi icazə portalının olması müəyyən edilmişdir. Lakin avtomobilə baxış keçirərkən Şahid1 sürücü tərəfdə, Şahid2 arxa oturacaqda, Təqsirləndirilən şəxs isə qabaq oturacaqda oturmuşdur. Avtomobilə baxış keçirərkən arxa oturacaqda paltar çantasını görmüş, kimə məxsus olduğunu soruşanda, Təqsirləndirilən şəxs həmin çantanın ona məxsus olduğunu bildirmişdir. O, çantaya baxış keçirərkən 1 ədəd süngübıçağı aşkar etmişdir. Həmin süngü-bıçağın kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşanda, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və 1994-cü ildə 1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu, Horadiz şəhəri ərazisində öldürülmüş erməni meyitlərinin üzərindən götürdüyünü bildirmişdir. O, Asifə süngü-bıçağı qanunsuz olaraq gəzdirdiyini bildirmiş və radiostansiya vasitəsilə Füzuli RPŞ-nin Növbətçi hissəsinə zəng edərək məlumat vermişdir. Иfadəsi elan edilmiş Şahid1 Camal оьлу ifadəsində göstərmişdir ki, o, 30 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid2la işlə əlaqədar Laçın rayonu, Güləbird kəndinə ona məxsus “Hyundai Terracan” minik markalı, **-MR-*** dövlət nömrə nişanı olan avtomaşınla getmişlər. İşlərini qurtardıqdan sonra 02 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Qaradağ rayonuna qayıtmaq üçün yola çıxmışlar. Füzuli rayonu, Horadiz kəndində olan polis postunu keçərkən polis əməkdaşları sənədlərini yoxladıqdan sonra avtomaşını yoxlayarkən Təqsirləndirilən şəxs çantasından bir ədəd avtomat silahına aid olan süngü-bıçağı aşkar etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bıçağı haradan əldə etdiyini soruşduqda, sonuncu süngü- bıçağı 1994-cü ildə müharibədə iştirak edərkən ölmüş erməni meyitinin üzərindən götürdüyünü demişdir. Polis əməkdaşı Asifə süngü-bıçağı qanunsuz olaraq gəzdirdiyini deyib onları polis şöbəsinə dəvət etdiyi üçün polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Cinayət işinə əlavə edilmiş: Füzuli rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 02 oktyabr 2022-ci il tarixli raportunda qeyd edilmişdir ki, 02 oktyabr 2022-ci il tarixdə saat 12:15 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Horadiz kəndində yerləşən 2 nömrəli stasionar polis postunda xidmətdə olarkən Cəbrayıl rayonu istiqamətindən gələn “Hyundai Terracan minik” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağında olan çantanın içinə baxış zamanı qının üzərində 82 və 827 nömrələri qeyd edilmiş 1 ədəd süngü-bıçaq aşkar olunmuşdur. Yerində araşdırma aparılarkən həmin süngübıçağın nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Bakı şəhəri, Balaxanı qəsəbəsi, 6-cı mədən ünvanında yaşayan, Laçın rayonu, Dəhyan kəndindən məcburi köçkün olan Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. 02 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus parça materialından olan çantanı açıb içərisində olan avtomat silahına aid süngü-bıçağı təqdim edərək həmin süngü-bıçağı 1-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu, Horadiz şəhəri ərazisində öldürülmüş erməni hərbi qulluqçunun üzərindən götürdüyünü və saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi avtomat silahına aid süngü-bıçaq iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən Füzuli RPŞ-nin TBnin təhqiqatçısı polis baş leytenantı Seymur Xəlilov tərəfindən götürülmüşdür. Азярбайъан Республикасы Ядлиййя Назирлийи Mящкямя Експертизасы Мяркязинин Ширван реэионал бюлмяси тяряфиндян верилмиш 27 oktyabr 2022-ъи ил тарихли, 3/1450 нюмряли експерт ряйиндян эюрцнцр ки, Təqsirləndirilən şəxs оьлунa məxsus 1 (bir) ədəd qatlanmayan bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Калашников” konstruksiyalı “AK-47”, “AKM”, “AK- 74” markalı avtomat silahların üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, süngü-bıçaqdır, soyuq silah hesab edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli RPŞ İB-nin müstəntiqi polis baş leytenantı T.Möhsümzadənin 04 yanvar 2023-cü il tarixli qərarından görünür ki, AR CM-in 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 006721 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Asəf Məmmədova cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməklə əməlindən peşmançılığını, müharibə veteranı olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ olaraq ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növü olan islah işləri cəzası deyil, ağır cəza növü olan azadlığın məhdudlaşdırılması və daha ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzalarının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs kiriminal aləmə meyilli olmaması və səmimi peşmançılığı məhkəməyə bunu deməyə əsas verir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin məqsədi və motivini, eləcə də ondan aşkar olunaraq götürülmüş süngü-bıçağın əldə edilmə mənbəyini araşdırarkən müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs həmin süngü bıçağı 1994-cü ildə iştirakçısı olduğu 1-ci Qarabağ müharibəsi zamanı əldə etmiş və öz evində saxlamışdır. Həmin süngü-bıçağı yanında gəzdirmə səbəbi ondan ibarətdir ki, 01 oktyabr 2022-ci il tarixdə Laçın rayonuna gedərkən orada hər hansı bir işdə lazım ola biləcəyini fikirləşdiyi üçün ona məxsus paltar çantasında aparmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin qeyd olunan soyuq silahı özündə saxlamaqda kriminal niyyəti olmamışdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs davranışı, ilk dəfə cinayət əməli törətməklə cinayətkar aləmə və davranışlara meyilli olmaması nəzərə alınmaqla ona maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən yüngül cəza növü olan islah işləri cəzasının təyin edilməsi onun şəxsiyyətinə daha çox uyğundur. Belə ki, islah işləri cəzası məhkumun müəyyən müddətə məcburi əməyə cəlb edilməklə əmək haqqının müəyyən faizinin dövlət gəlirlərinə tutulmasından ibarətdir. Bu cəza növü təqsirkar şəxs Təqsirləndirilən şəxs pozitiv sosial əlaqələrinin tam qırılmasına gətirib çıxarmır, ona görə də onun islah edilməsinə və bununla da azadlığı məhdudlaşdırılmadan cəzanın məqsədlərinin təmin edilməsinə kömək edəcəkdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut olan Füzuli RPŞ-də saxlanılan 1 ədəd süngü-bıçaq dövlət nəfinə müsadirə olunsun və Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işi üzrə verilmiş mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut olan Füzuli rayon Polis şöbəsində saxlanılan 1 ədəd süngü-bıçaq dövlət nəfinə müsadirə olunsun və Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-18/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-18/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver