Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-18/2024 15.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 26 avqust 1982-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə cinayətdən məlumatsız olan tanışı Şahid1: - arvadı X2 və övladı Gülər İsmayılovanın yaşadığı ərazidəki uşaq baxçasında işə qəbul edilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs1 həmin ailə üzvlərini işə qəbul etdirəcəyi barədə yalan vəd verməklə Zərərçəkmiş şəxs1 aldatmağa nail olduqdan sonra özünün verdiyi müvafiq tapşırıq əsasında Zərərçəkmiş şəxs1 tərəfindən Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 523915******9300 nömrəli kartın hesabına 10 dekabr 2022-ci il tarixdə saat 13:12-də, Beyləqan rayonu ərazisində yerləşən “Cavid” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 416973******8651 nömrəli kartın hesabına 12 dekabr 2022-ci il tarixdə saat 15:12, 15:15 və 15:18-də olmaqla cəmi dörd dəfə, ayrı-ayrılıqda 1000 manat olmaqla, cəmi 4000 manat, 12 dekabr 2022-ci il tarixdə saat 17:59-da Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə öz adına olan kartın hesabına 2000 manat məbləğində pulun köçürülməsinə və Şahid1 verilmiş 500 manat məbləğində pulu həmin tarixdə axşam saatlarında Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən, yaşadığı evin qarşısında sonuncudan almağa nail olub göstərilən pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs1 cəmi 6500,00 manat məbləğində pulunu vahid niyyətlə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə talamış, - övladı Şahid2 işə qəbul edilməsi üçün müraciət etmiş Zərərçəkmiş şəxs3 həmin ailə üzvünün “X4 İdarəsi” və ya “X7”nda işə qəbul etdirəcəyi barədə yalan vəd verməklə Zərərçəkmiş şəxs3 aldatmağa nail olduqdan sonra özünün verdiyi tapşırıq əsasında 12 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Şahid1 verilmiş 3500 manat məbləğində pulu həmin tarixdə axşam saatlarında Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən, yaşadığı evin qarşısında sonuncudan almağa nail olub şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs3 3500,00 manat məbləğində pulunu təkrarən dələduzluq yolu ilə talamış, - işə qəbul edilmək üçün müraciət etmiş Zərərçəkmiş şəxs2 “Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsi”ndə işə qəbul etdirəcəyi barədə yalan vəd verməklə sonuncunu aldatmağa nail olduqdan sonra özünün verdiyi tapşırıq əsasında Zərərçəkmiş şəxs2 tərəfindən Şahid1 verilmiş 1000 manat məbləğində pulu 12 dekabr 2022-ci il tarixdə axşam saatlarında Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən, yaşadığı evin qarşısında sonuncudan almağa nail olub şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs2 1000,00 manat məbləğində pulunu təkrarən dələduzluq yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, pula ehtiyacı olduğuna görə işə qəbul edilmək istəmiş şəxslərin verəcəkləri pul məbləğlərini ələ keçirib, şəxsi ehtiyaclarına xərcləməyi qərara aldıqdan sonra tanışı Şahid1 (bundan sonra - Mehdi) işə qəbul olmaq istəyən şəxslər olarsa, deyəcəyi müəyyən məbləğdə pul müqabilində həmin şəxslərə istədikləri işə qəbul olunmalarına köməklik edə biləcəyini demişdir. Buna görə də 2022-ci ilin dekabr ayının əvvəllərində o, axtarışda olarkən Mehdi telefon danışığı zamanı ona işə düzəlmək üçün müraciət edən şəxslərin olduğunu demişdir. O, həmin şəxslərin pul vəsaitlərini ələ keçirib, şəxsi ehtiyaclarına xərcləmək məqsədilə Mehdiyə həmin şəxsləri işə qəbul etdirəcəyi barədə qəsdən yalan vəd verib, bunun müqabilində həmin şəxslərdən deyəcəyi pul məbləğlərini qəbul edib ona çatdırmasını tapşırmış, bunun üçün həm özünə, həm də başqa şəxslərə məxsus olan bank kartlarının şəkillərini göndərmişdir. 2022-ci ilin dekabr ayının ilk on günlüyündə Mehdi ona bir nəfər şəxsin arvadı və qızının baxçada işə qəbul edilməsi üçün müraciət etdiyini demişdir. O, Mehdiyə həmin işi 6500 manat məbləğində pul müqabilində həll edəcəyi barədə yalan vəd vermiş, sonuncu ona həmin pulun qalan 500 manat hissəsini nağd qaydada verəcəyini demiş, 3000 manat hissəsinin tanışı Şahid3 məxsus kartın hesabına, 2000 manat hissəsinin özünə məxsus kartın hesabına, qalan 1000 manat hissəsinin isə xatırlamadığı şəxsə məxsus kartın hesabına köçürülməsini təmin etmişdir. Həmin pulun cəmi 3000 manat hissəsini Şahid3 bankomatdan nağdlaşdırıb ona Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən, yaşadığı evinin qarşısında vermişdir. Göstərdiyi digər kartların hesablarına köçürülmüş qalan 3000 manat məbləğində pulu isə özü bankomatdan nağdlaşdırmışdır. Bundan sonra Mehdi ona bir nəfər şəxsin “X7”nda, digər şəxsin isə “Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsi”ndə işə qəbul edilməsi üçün müraciət etdiyini demişdir. O, Mehdiyə həmin işləri müvafiq olaraq veriləcək 3500 manat və 1000 manat məbləğində pul müqabilində həll edəcəyi barədə yalan vəd verdikdən sonra sonuncu göstərdiyi səbəblərdən 12 dekabr 2022-ci il tarixdə ona Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən, yaşadığı evinin qarşısında cəmi 5000 manat məbləğində pul vermişdir. Göstərdiyi səbəblərdən əvvəllər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanımamış, onlarla görüşməmiş, onların adlarını tanışı Mehdidən eşitmişdir. İş üzrə hər üç zərərçəkmiş şəxsləri aldatması nəticəsində əldə etdiyi pul məbləğlərinin hamısını özünün şəxsi ehtiyaclarına xərcləmiş, hər hansı hissəsini Mehdiyə verməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurduğu maddi ziyanı tamamilə ödəmiş, Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanı isə maddi cəhətdən imkanının zəif olması səbəbindən ödəyə bilməmişdir. İş üzrə törətdiyi əməllərindən səmimi peşimandır. Zərərçəkmiş şəxs1 tərəfindən ona qarşı verilmiş mülki iddianın təmin edilməsi ilə razıdır. Barəsində təqsirləndirildiyi maddələrin sanksiyası üzrə azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayının birinci on günlüyündə tanışı Şahid1 (bundan sonra - Mehdi) ona işə qəbul məsələsini həll edən tanışının olduğunu dediyinə görə Mehdidən arvadı X2 və övladı Gülər İsmayılovanı yaşadığı qəsəbə ərazisində yerləşən uşaq bağçasında işə qəbul edilməsinə köməklik etməsini xahiş etmişdir. Mehdi onun yanında mobil telefonu ilə “Osman” adı ilə müraciət etdiyi şəxslə onun xahişi barədə danışdıqdan sonra ona arvadı və qızının işə qəbul edilmə məsələsinin həll edilməsi müqabilində “Osman” adlı şəxsə 6500 manat məbləğində pul verməli olduğunu demişdir. O, Mehdi ilə razılaşıb, arvadı və qızının işə qəbul edilmə məsələsinin həll edilməsi müqabilində Mehdinin yanında, sonuncunun ona verdiyi bank kartlarının hesablarına 10 dekabr 2022-ci il tarixdə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 1000 manat, 12 dekabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində yerləşən “Cavid” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə cəmi üç dəfə, ayrı-ayrılıqda 1000 manat olmaqla, cəmi 3000 manat, Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 2000 manat, beləliklə də ümumilikdə 6000 manat məbləğində pul köçürmüş, Mehdiyə “Osman” adlı şəxsə təqdim etməsi üçün nağd qaydada 500 manat məbləğində pul vermiş, etdiyi pul köçürmələri barədə olan qəbzləri götürüb özündə saxlamış, sonradan iş üzrə ibtidai istintaq aparmış müstəntiqə təqdim etmişdir. Arvadı və qızının işə qəbul edilmə məsələsinin həll edilməməsinə görə Mehdidən bunun səbəbini soruşmuş, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib həmin işlərin həll ediləcəyinə vəd versə də, bunun müsbət nəticəsi olmamışdır. Sonra Mehdi onu Bakı şəhərində özünü “Osman” adı ilə təqdim etmiş şəxslə görüşdürərkən sonuncu ona arvadı və qızının işə qəbul edilmə məsələsini həll edəcəyinə söz versə də, bunun da müsbət nəticəsi olmadığına görə Mehdidən bunun səbəbini soruşmuş, sonuncu ona arvadı və qızının işə qəbul edilmə məsələsini Əbilfəz adlı şəxsin həll etməli olduğunu, bunun müqabilində onun verdiyi pulların Əbilfəzə çatdığını, sonuncunun həbsdə olduğunu demişdir. Göstərdiyi səbəblərdən o, Əbilfəzi görməmiş və tanımamışdır. Sonradan ibtidai istintaq zamanı sonuncunun iş üzrə Təqsirləndirilən şəxs olmasını bilmişdir. Sonuncu iş üzrə ona vurduğu maddi ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxsla barışmır, sonuncuya azadlıqdan məhrum etmə cəzasının dövlət ittihamçısının təklif etdiyi həddə təyin edilməsini və verdiyi mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, Şahid1 (bundan sonra - Mehdi) onun qardaşı qızının əridir. 2022-ci ilin dekabr ayının birinci on günlüyündə oğlu Pərvin (bundan sonra – Pərvin) Mehdinin onu 3500 manat məbləğində pul verərsə, “X4 İdarəsi” və ya “X7”nda işə qəbul edilə biləcəyini dediyinə görə Pərvinin təkidi ilə Mehdi ilə görüşərkən sonuncu ona da həmin məzmunda demişdir. Mehdi onu həmin təklifdən imtina etməsinə görə özünü “Osman” kimi təqdim etmiş şəxslə mobil telefon vasitəsilə danışdırarkən sonuncu ona narahat olmamasını, Pərvinin işini həll edəcəyini demişdir. Bundan sonra Mehdi ona Pərvinin 2023-cü ilin yanvar ayının 15-ə qədər işə qəbul ediləcəyini demişdir. Onlara inanıb Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində Pərvinin yanında Mehdiyə 3500 manat məbləğində pul vermişdir. Göstərdiyi vaxta qədər Pərvinin işə qəbul edilməməsinə görə Mehdidən bunun səbəbini soruşmuş, sonuncu ona Pərvinin 05 fevral 2023-cü il tarixədək işə qəbul ediləcəyini demişdir. Həmin tarixə qədər də sonuncunun işə qəbul edilmədiyini görüb Mehdidən verdiyi pulu geri qaytarmasını istəmişdir. 2023-cü ilin fevral ayının ortalarında Mehdi onun verdiyi 3500 manat məbləğində pulu Pərvinə qaytarmış, sonuncu ona bu barədə məlumat vermişdir. Göstərdiyi səbəblərdən əvvəllər Təqsirləndirilən şəxs görməmiş və tanımamışdır. Ona qarşı dələduzluq etmiş şəxsin sonuncunun olmasını iş üzrə aparılmış ibtidai istintaq zamanı bilmişdir. İş üzrə ona qarşı vurulmuş maddi ziyan tamamilə ödənildiyinə görə Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayının 1-i və ya 2-də tanışı Şahid1 onu 1000 manat məbləğində pul verərsə, “Füzuli rayon Mənzil Kommunal İstismar Sahəsi”ndə fəhlə işinə qəbul etdirəcəyini demiş, lakin bu işi kimin köməkliyi ilə edəcəyini deməmişdir. O, bu təkliflə razılaşdığına görə 10 dekabr 2022-ci il tarixdə Mehdiyə 1000 manat məbləğində pul vermişdir. Sonuncu ona 15 dekabr 2022-ci il tarixdə işə çıxacağını desə də, müsbət nəticə olmadığına görə həmin tarixdə Mehdidən 1000 manat məbləğində pulunu almışdır. Göstərdiyi səbəblərdən əvvəllər Təqsirləndirilən şəxs görməmiş və tanımamışdır. Ona qarşı dələduzluq etmiş şəxsin Təqsirləndirilən şəxs olmasını iş üzrə aparılmış ibtidai istintaq zamanı bilmişdir. İş üzrə ona qarşı vurulmuş maddi ziyan tamamilə ödənildiyinə görə Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdikləri yazılı ərizələrində iş üzrə onlara vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, işin faktiki halları barədə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, işin ona aid olan faktiki halları barədə Zərərçəkmiş şəxs3 ilə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, işin ona aid olan faktiki halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ünvanladığı 10 iyul 2022-ci il tarixli teleqramı və Füzuli RPŞ-yə təqdim etdiyi 12 sentyabr 2023-cü il tarixli ərizəsi, Zərərçəkmiş şəxs3 Füzuli RPŞ-yə təqdim etdiyi 13 sentyabr 2023-cü il tarixli ərizəsi və Zərərçəkmiş şəxs2 Füzuli RPŞ-yə təqdim etdiyi 16 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, onlar iş üzrə onlara qarşı dələduzluq edib müvafiq olaraq 6500 msanat, 3500 manat və 1000 manat məbləğində pul vəsaitlərini ələ keçirmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər (İ cild, səh. 6, 48, 64, 84). - Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı, araşdırılması üçün oradan Füzuli RPŞ-yə göndərilmiş 28 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin müraciətində Təqsirləndirilən şəxs işə qəbul məsələsini həll etmək adı ilə ondan aldığı on bir min manat məbləğində pulu qaytarmadığını göstərmişdir (İ cild, səh. 9). - Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, “eManat” elektron ödəmə sistemi vasitəsilə verilmiş 5 ədəd qəbzlərdən görünür ki, Beyləqan rayonu ərazisində yerləşən “Cavid” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 416973******8651 nömrəli kartın hesabına 12 dekabr 2022-ci il tarixdə saat 15:12, 15:15 və 15:18-də cəmi üç dəfə, ayrı-ayrılıqda 1000 manat olmaqla, cəmi 3000 manat, 12 dekabr 2022-ci il tarixdə saat 17:59-da Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən “Mandarin” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan kartın hesabına 2000 manat məbləğində pul köçürülmüşdür (İ cild, səh. 14, 15). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrarən, xeyli miqdarda ziyan vurmaqla ələ keçirməyə görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs, Şahid1, Şahid2 və Şahid3 şahid qismində verdikləri ifadələri, Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, iş üzrə maddi sübut qismində tanınmış, “eManat” elektron ödəmə sistemi vasitəsilə verilmiş 5 ədəd qəbzlər, digər istintaq hərəkəti protokolları və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə törətdiyi dələduzluq əməllərinə görə məhkəmə hökmü ilə təqsirli bilinmiş, bir halda barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin əməllərinə görə məhkumluğu ödənilmişdir. Buna görə də o, iş üzrə məhkumluğu olmayan şəxsdir (İ cild, səh. 44, 45). - Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli arayış və xasiyyətnamə, AZ-İİİ 115609, 376464 və 759438 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, atası, arvadı və üç nəfər azyaşlı uşaqları ilə birlikdə Füzuli rayonu, Əhmədbəyli kəndində yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 158, 159). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, iş üzrə həmin zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə, nəticədə ümumilikdə zərərçəkmiş şəxslərə (Zərərçəkmiş şəxs1 da nəzərə alınmaqla) vurduğu maddi ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, əvvəllər üç dəfə törətdiyi dələduzluq cinayət əməllərinə görə məhkəmə hökmü ilə təqsirli bilinmiş məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsi, iş üzrə həmin zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə, nəticədə ümumilikdə zərərçəkmiş şəxslərə (Zərərçəkmiş şəxs1 da nəzərə alınmaqla) vurduğu maddi ziyanı qismən ödəməsi və törətdiyi əməllərindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyandan ümumiyyətlə ödəməməsinə görə sonuncu ilə barışıq əldə etməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanı tamamilə ödəməməsinə görə sonuncu ilə barışıq əldə etməməsini, əvvəllər üç dəfə törətdiyi dələduzluq cinayət əməllərinə görə məhkəmə hökmü ilə təqsirli bilinmiş məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı nəzərə alaraq hesab edir ki, həmin hallar Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün iş üzrə onun barəsində həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 2 (iki) il müddətə təyin edilməsini zəruri edir. Ona şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Onun cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 4(005)1341/2022 nömrəli qərarı və Abşeron Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli məktubunun surətləri, “Elektron Məhkəmə Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılır. Həmin cinayət işi hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır (İ cild, səh. 127-132). Məhkəmə bu səbəbdən hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən digər cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı Bakı istintaq təcridxanasında həbsdə saxlanılması hazırki iş üzrə nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 6500 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cinayət işi materialları əsasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sonuncunun Zərərçəkmiş şəxs1 məxsus 6500 manat məbləğində pulu dələduzluq yolu ilə taladığı müəyyən edildiyinə görə sonuncu tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə 6500 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 5 ədəd qəbzlər iş materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə 6500 (altı min beş yüz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 5 ədəd qəbzlər iş materiallarında saxlansın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-18/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-18/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver