Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-18/2025 08.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X6 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1963-cü il tarixdə Füzuli rayonu, Arayatılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla hımin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 iyul 2024-ci il tarixdə, saat 11 radələrində Füzuli rayonu, Arayatılı kəndində yerləşən əkin sahəsini növbədənkənar suvardığına görə Füzuli rayonu, Arayatılı kənd sakini, hakimiyyət nümayəndəsi hesab olunan - X8 idarəsində nizamlayıcı işləyən Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bu barədə xəbərdarlıq edərək kənd sakinlərinin növbəsini pozmamasını xahiş etmiş, bu səbəbdən sonuncu ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla ona burnun yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verdi ki, 30 iyul 2024-ci il tarixdə, saat 11 radələrində əkin sahəsində olan zaman həmkəndlisi Ruhin adlı şəxsin idarə etdiyi “Chevrolet Niva” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilin kənardan onun istiqamətində gəldiyini görmüş, həmin avtomobil onun yanına çatdıqda Zərərçəkmiş şəxs avtomobildən düşərək onun üzərinə gəlib əli ilə boğazından tutaraq onu boğmağa başlamış və ona nə iş gördüyünü, niyə icazəsiz əkin sahəsini suvardığını bildirmişdir. O, da arxda su olmadığını, əkin sahəsini suvarmadığını demişdir. Zərərçəkmiş şəxs əlini əli ilə boğazından çəkən zaman sonuncunun öz əli burun nahiyəsinə dəymiş, nəticədə onun burun nahiyəsi qanamağa başlamışdır. Zərərçəkmiş şəxs yumruqla vurmamış, ona xəsarət yetirməmişdir. Sadəcə olaraq zənn edir ki, Mirzə əli ilə onu boğan zaman əli ilə onun əlini özündən kənarlaşdırarkən öz əli burun nahiyəsinə dəymiş və ola bilsin ki, həmin vaxt da qeyd olunan xəsarətlər yaranmışdır. Mübahisə zamanı orada nalayiq ifadələr işlədilməmişdir. Əlavə olaraq bildirdi ki, sonuncu ilə barışıq əldə etmiş. Buna görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirdi ki, 30 iyul 2024-cü il tarixdə o, Füzuli rayonu, Arayatılı kəndi ərazisində olan zaman həmkəndlisi Şahid görmüş və həmin şəxsə əkin sahəsini suvarmaq üçün su növbəsinin onda olduğunu, əkin sahəsini suvarmağını, hazırda Təqsirləndirilən şəxs növbədənkənar əkin sahəsini suvardığını, özlərinin əkin sahəsinə gedərək suyun üzərində durmalarını söyləmişdir. Bu vaxt Ruhin birlikdə əkin sahəsinə getməklərini ona təklif etmiş və Ruhinlə birlikdə onun idarə etdiyi “Chevrolet Niva” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Arayatılı kəndi ərazisindəki əkin sahəsinə getdikdə Təqsirləndirilən şəxs növbədənkənar əkin sahəsini suvarmasının şahidi olmuş, həmin tarixdə, saat 11 radələrində Ruhinlə birlikdə Rizvanın yanına çatıb avtomobilin ön sərnişin hissəsində oturulu vəziyyətdə Təqsirləndirilən şəxs belə etməməli olduğunu, əkin sahəsini yeni suvardığını, sırası çatan zaman ona su verəcəyini, hazırda növbənin Şahid olduğunu demişdir. Bu vaxt Rizvanla aralarında sözlə mübahisə baş vermiş, Ruhin onları sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs onun burun nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Ruhin onu kənarlaşdırmış, o, burun nahiyəsinin qanadığını görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs onu döyərək ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Şahid mübahisənin əvvəlindən sonunadək orada olmuşdur. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarına şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məzmununu təsdiq edərək Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunda ifadə verdi. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı şikayətindən görünür ki, o, müraciətində həmin tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ona zərbə vurmaqla xəsarət yetirdiyini göstərib, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh. 8). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxışda iştirak etmiş Zərərçəkmiş şəxs iş üzrə hadisənin Füzuli rayonu, Arayatılı kəndi ərazisində yerləşən əkin sahəsində baş verdiyini göstərmişdir (səh. 14-16). - Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 31 iyul 2024-cü il tarixli, 475 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - burunun yumşaq toxunmalarının şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı, burun belində və sol gözün bayır bucaq nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər-burunun yumşaq toxunmalarının şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən sınığı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (səh. 18-19). - xx.xx.2021-cü il tarixli, 12/1 nömrəli əmrin surətindən görünür ki, Qasımov X4 nasos stansiyası üzrə nizamlayıcı işinə götürülmüşdür (səh. 136). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsindən daxil olmuş 25 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Füzuli RMX X11 30 sentyabr 2024-cü il tarixli, 18-1-36/2-1015/2024 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayon X7-Əsəb və Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti Publik Hüuqi X13 Meliorasiya Sistemlərinin istismar İdarəsindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli, 10/17 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Arayatılı kəndi ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatı zamanı idarənin əməkdaşı Zərərçəkmiş şəxs öz vəzifə borcunu yerinə yetirərkən kənd sakini Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Buna səbəb suvarmanın növbəliliyinin ardıcıllığının pozulması olmuşdur. Belə ki, suvarma növbəsi kənd sakini X3 olduğu halda Təqsirləndirilən şəxs suyun qarşısının kəsərək öz sahəsinə yönəltmişdir. Bununla əlaqədar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış mübahisədən sonra birinci hüquq-mühafizə orqanlarına müraciət etmişdir. - xx.xx.2025-ci il tarixli, 03/14 nömrəli məktubdan görünür ki, 2024-cü il tarixdə struktur dəyişikliyi ilə bağlı olaraq Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən X12 Sistemlərinin İstismarı idarəsində nəzarətçi vəzifəsinə qəbul edilmiş, hal-hazırda həmin vəzifədə işləyir. Qasımov X1 sakinlərinə məxsus əkin sahələrinin suvarılması işinə nəzarəti həyata keçirir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etməyə görə Azərbaycan Respublikası CM-in 315-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaqı zamanı verdiyi ifadələrinin Zərərçəkmiş şəxs xəsarət yetirməməsi, əksinə Zərərçəkmiş şəxs özünə xəsarət yetirməsi hissəsi zərər çəkmiş şəxsin dindirmə protokolu, şahid ifadəsi, hadisə yerinə baxış keçirilməsi protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi, üzləşdirmə protokolları və işin konkret halları ilə tam təkzib edilməklə obyektiv reallığı əks etdirmədiyindən Məhkəmə tərəfindən özünü müdafiə etmək məqsədilə verilmiş, qeyri-mötəbər ifadələr kimi qiymətləndirilir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarına və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsaslanaraq, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri, Şahid qismində verdiyi ifadəsi, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli protokol və məhkəmə-tibbi ekspertizasının 31 iyul 2024-cü il tarixli, 475 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam şəkildə sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı onun həmin cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 49). - Füzuli RİHB-nın Arayatılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaq, həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 58-60). - Zərərçəkmiş şəxs Məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum edilməməsini və yaşının kifayət qədər çox olmasını (61 yaş) həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal Məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum edilməməsi və yaşının kifayət qədər çox olmasından (61 yaş) ibarət məsuliyyətini yüngülləşdirən halların olduğunu, məsuliyyətini ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarına və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı 28 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-18/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-18/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver