Məhkəmə qərarları › İş №1(064)-19/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-19/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-19/2025 11.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 294.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsi maraqlarını təmin etmək məqsədilə, guya onunla əmisi oğlu Zərərçəkmiş şəxs arasında öhdəlik münasibətlərinin yaranması ilə bağlı tərtib etdiyi, “alıcı” qrafalarında özü və ya digər şəxs tərəfindən Zərərçəkmiş şəxs əvəzindən imzanın, eləcə də adı və soyadına dair qeydlərin icra edilməsinə nail olduğuna görə saxta formada hazırlanmış 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini Zərərçəkmiş şəxs qarşı əmr icraatı qaydasında verdiyi ərizəyə əlavə edib 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə təqdim etməklə, məhkəmə əmri haqqında ərizəni verən şəxs - kreditor qismində işdə iştirak edən şəxs olduğu 2(064)-2356/2023 nömrəli mülki iş üzrə sübutları saxtalaşdırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsinin işin bütün faktiki halları ilə bağlı olan hissələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadə vermiş, ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir edilməmişdir. Vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, Şahid (bundan sonra – Təyyar) məxsus mağazada tikinti materiallarının satışına nəzarət etmişdir. Təxminən 2019-2020-ci ildə əmisi oğlu Zərərçəkmiş şəxs (bundan sonra - Mehman) onun da iştirakı və şahidliyi ilə Təyyarla şifahi qaydada əldə etdiyi razılaşmaya əsasən ferma inşa etdirmək məqsədilə sonuncuya məxsus mağazadan təxminən cəmi 50000 manat dəyərində tikinti materiallarını hər hansı sənəd tərtib edilmədən hissə-hissə nisyə qaydada təhvil almışdır. Mehman Təyyara bununla əlaqədar yaranmış borcunun 10500 manat hissəsini qaytarmadığına görə dəfələrlə onlar arasında mübahisə baş vermişdir. Həmin vaxt onunla Mehman arasında mehriban münasibət olduğuna və o, Mehmanla Təyyar arasında mübahisənin yaranmasını istəmədiyinə görə telefon danışığı zamanı İsrail Respublikasında olmuş Mehmandan Təyyara olan borcunu ödəməsini xahiş etmişdir. X3 borcundan ödəmiş, nəticədə Mehmanın Təyyara 6500 manat borcu qalmışdır. Mehman Təyyara həmin borcunu ödəmədiyinə görə yenə də onlar arasında mübahisə baş vermişdir. O, telefon danışığı zamanı İsrail Respublikasında olmuş Mehmandan Təyyarla işlədiyinə görə sonuncuya olan borcunu ödəməsini xahiş etmişdir. Mehman cavabında Təyyara olan borcunu üç aya ödəyə biləcəyini dediyinə görə o, bu barədə Təyyara demişdir. O, Mehman və Təyyarla şifahi qaydada razılaşdırdıqdan sonra Mehmanın Təyyara qalan 6500 manat borcunu üç aya ödəyəcəyi ilə bağlı sonuncu qarşısında zamin olmuşdur. Mehman Təyyara olan 6500 manat borcunu üç ay ərzində ödəmədiyinə görə təxminən 2019-2020-ci ildə o, həmin pulu Mehmanın əvəzindən Təyyara ödəmişdir. Mehman ona həmin pulun 3000 manat hissəsini ödəsə də, dəfələrlə tələb etməsinə baxmayaraq, 3500 manat hissəsini ödəməmişdir. Beləliklə, Mehmanın Təyyara borcu olmasa da, ona 3500 manat borcu olduğuna görə o, İsrail Respublikasında olmuş Mehmanla telefon danışığı zamanı müvafiq razılıq əldə etdikdən sonra sonuncuya 10500 manat dəyərində tikinti materiallarını nisyə qaydada satdığı barədə 05 may 2021-ci il tarixli müqavilə tərtib etmiş, özü həmin müqavilənin sonunda və ona dair ödəniş cədvəlində Mehmanın adı qarşısından imza etmiş, müqavilənin sonunda “Zərərçəkmiş şəxs” sözünü yazmışdır. Həmin ərəfədə Mehmanla onun arasında normal münasibət olmuşdur. O, Mehmanın Təyyara göndərdiyi səs yazısında sonuncunun və onun pis işlərlə məşğul olduğunu deməsindən əsəbiləşdiyinə görə Mehmandan əvəzindən Təyyara ödədiyi pulun 3500 manat hissəsini qaytarmasını məhkəmə qaydasında tələb etməyi qərara almışdır. Buna görə də 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxta olmasını bilməsinə və Mehmanla münasibətlərinin pisləşməsinə baxmayaraq, sonuncunun razılığı ilə tərtib etməsi, nəticədə ona hər hansı problem yaratmayacağını ehtimal etdiyinə görə 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə Mehmana qarşı 3100 manat əsas və 310 manat cərimə borcunun ödənilməsi ilə bağlı əmr icraatı qaydasında verdiyi ərizəyə əlavə etməklə təqdim etmişdir. Həmin əməlindən səmimi peşimandır. Onun bu əməli törətməsi ilə bağlı Təyyarın hər hansı əlaqəsi və qabaqcadan məlumatı olmamışdır. Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023cü il tarixli məhkəmə əmri ilə ərizəsi təmin edilmiş, Mehmandan 3100 manat əsas və 310 manat cərimə borcunun tutulub ona ödənilməsi qərara alınmışdır. Füzuli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə Mehmanın verdiyi etiraz təmin edilmiş, həmin məhkəmənin 14 dekabr 2023-cü il tarixli məhkəmə əmri ləğv edilmişdir. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində 13 dekabr 2023-cü il tarixdə məhkəməyə əmr icraatı qaydasında verdiyi ərizəsinə əlavə etdiyi 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxtalaşdırmasını etiraf edib, Azərbaycan Respublikası MPM-in 204-cü maddəsinə əsasən iş üzrə sübutlar siyahısından çıxarılmasını və iddia tələbinin təqdim etdiyi, Mehmanın ona 3500 manat borcunun qalmasını və Təyyara olan borcunu ödəməsi üçün müəyyən məbləğlərdə pul göndərməsini etiraf etdiyi səs yazıları əsasında təmin edilməsini xahiş etmiş, bununla da iş üzrə törətdiyi əməlinin ictimai-təhlükəli nəticəsini aradan qaldırmışdır. Buna görə də iş üzrə əməlində Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olmadığını hesab edir. Füzuli Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərardadı ilə onun ərizəsinə əsasən Mehmana qarşı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin iddia ərizəsi ilə eyni məzmun təşkil edən iddia ərizəsi isə hazırda Şirvan Kommersiya Məhkəməsinin icraatındadır. Göstərdiklərinə əsasən barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı İsrail Respublikasında yaşaması səbəbindən Azərbaycan Respublikası CPM-in 51-2.1.2-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemi vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, həm Azərbaycan Respublikası, həm də İsrail Respublikasının vətəndaşıdır, İsrail Respublikasında yaşayır, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmkəndlisi Şahid (bundan sonra – Təyyar) əvvəllər bir neçə dəfə aldığı tikinti materiallarının dəyərini sonuncuya çatdırması üçün əmisi oğlu Təqsirləndirilən şəxs (bundan sonra - Orxan) poçt vasitəsilə hissə-hissə göndərməklə tamamilə ödəmişdir. Sonuncunun məhkəməyə təqdim etdiyi, ona məxsus olan səs yazıları göstərdiyi hallarla bağlı olmuşdur. Buna görə də onun Təyyara borcu qalmamışdır. Həmin səs yazılarında o, Təyyara və ya Orxana borclu qalmasını deməmişdir. Bunlara baxmayaraq, Təyyar 2023-cü ilin təxminən iyulavqust ayından başlayaraq dəfələrlə ondan istifadəsində olan mobil nömrəyə zəng edib guya borclu qaldığı 8000 manat məbləğində pulu qaytarmasını tələb etmiş, o, cavabında borcunun olmadığını deyəndə onu hədələmişdir. Eyni sözləri ona Orxan da demişdir. Onun Orxan da borcu, eləcə də sonuncu ilə arasında hər hansı müqavilə münasibəti olmamışdır. Buna görə də Orxanın məhkəməyə təqdim etdiyi, guya onunla bağladığı 05 may 2021-ci il tarixli müqavilə və ona dair ödəniş cədvəli saxtadır. Həmin sənədlərdə onun adı qarşısındakı imzaları və həmin müqavilənin sonunda qələmlə yazılmış “Zərərçəkmiş şəxs” sözünü o, deyil, Orxan icra etmişdir. Sonuncu bu halı məhkəməyə və ibtidai istintaq orqanına verdiyi izahat və ifadələrində etiraf etmişdir. Orxan həmin sənədləri məhkəməyə Təyyarın təşkilatçılığı ilə təqdim etmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru ona zəng edib Orxanın ona qarşı verdiyi, təmin edilmiş pul tələbi ilə bağlı qəbul edilmiş məhkəmə əmrini icra etməli olduğunu, bununla bağlı barəsində axtarış elan edilməsi barədə qərar qəbul edildiyini deyəndə həmin məhkəmə əmrindən məlumatlı olub Füzuli Rayon Məhkəməsinə etiraz vermiş, buna görə də 23 aprel 2024-cü il tarixli məhkəmə qərardadı ilə müvafiq məhkəmə əmri ləğv edilmişdir. O, Orxanla barışmamışdır. Göstərdiklərinə əsasən sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Təyyar barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində işin ona aid olan müvafiq halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Füzuli Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı 3100 manat əsas və 310 manat cərimə borcunun ödənilməsi ilə bağlı əmr icraatı qaydasında verdiyi ərizəsi Füzuli Rayon Məhkəməsinə 13 dekabr 2023-cü il tarixdə daxil olmuşdur (İ cild, səh. 31). - 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi, ona dair ödəniş cədvəli və “Baxış keçirilməsi barədə” 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin müqavilənin 2.1-ci bəndində alıcı Zərərçəkmiş şəxs nisyə qaydada aldığı avadanlığa görə satıcı Təqsirləndirilən şəxs 10500 manat məbləğində pul ödəməli olması göstərilmiş, 6.3-cü bəndində müqavilənin predmetinin mobil cihaz olması göstərildiyi halda, ödəniş cədvəlində müqavilənin predmetinin tikinti materialları olması göstərilmiş, həmin müqavilənin 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” “X4” sözlərinin altındakı “İmza” sözünün, aşağı sağ hissəsində “Alıcı” “Zərərçəkmiş şəxs” sözlərinin altındakı “İmza” sözünün qarşısından imzalar icra edilmiş, sonuncu “İmza” sözünün qarşısındakı imzadan sonra qələmlə “Zərərçəkmiş şəxs” sözü yazılmışdır (İ cild, səh. 11, 44, 45, 150). - məhkəmə-xətşünaslıq ekspertizasının 27 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/1024 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin 2-ci səhifəsindəki “Zərərçəkmiş şəxs İmza” qrafasındakı imza və həmin imzanın qarşısındakı yazılar - Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 126 manatdır (İ cild, səh. 68-70). - Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, Zərərçəkmiş şəxs 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borca görə 3100 manat və cərimə borcuna görə 310 manat məbləğində pulun alınıb kreditor Təqsirləndirilən şəxs verilməsi qərara alınmışdır (İ cild, səh. 16, 17). - Füzuli Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli məktubunun surətindən görünür ki, həmin məhkəmənin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli məhkəmə əmri icra edilməsi üçün Füzuli rayon İcra və probasiya şöbəsinə göndərilmişdir (İ cild, səh. 18). - Füzuli rayon İcra və probasiya şöbəsinin 04 aprel 2024-cü il tarixli qərarı və məktubu, Füzuli Rayon Polis Şöbəsinin 18 aprel 2024-cü il tarixli məktubunun surətlərindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli icra sənədi üzrə borclu Zərərçəkmiş şəxs barəsində axtarış elan edilmiş, həmin qərarın icra edilməsi üçün göndərildiyi Füzuli RPŞ-də axtarış işi açılmışdır. - Füzuli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(064)-842/2024 nömrəli qərardadının surətindən görünür ki, Zərərçəkmiş şəxs verdiyi etirazın təmin edilməsi, həmin məhkəmənin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materialların iddia icraatına keçirilməsi qərara alınmışdır (İ cild, səh. 20, 21). - Füzuli rayon İcra və probasiya şöbəsinin 04 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. - Füzuli Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(064)-842/2024 nömrəli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ərizəsinə əsasən sonuncunun Zərərçəkmiş şəxs qarşı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmışdır. - Şirvan Kommersiya Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, e-2-2(121)-3618/2024 nömrəli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı verdiyi borc tələbi barədə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməklə, eləcə də cinayət işi materialları ilə tanış olma mərhələsi də daxil olmaqla təqsirsiz olması barədə vəsatət verməməklə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və məhkəməyə təqdim etdiyi yazılı vəsatətində isə 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə əmr icraatı qaydasında verdiyi ərizəsinə əvvəllər saxtalaşdırdığı 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini əlavə etdiyini etiraf etsə də, həmin sənədləri məhkəməyə əmr icraatı qaydasında baxılmış iş üzrə təqdim etdiyini, Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə cinayət məsuliyyətinin əmr icraatı qaydasında deyil, iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat qaydasında baxılan mülki işlər üzrə sübutların saxtalaşdırılmasına görə yarandığını, iş üzrə törətdiyi əməlinin ictimai-təhlükəli nəticəsinin Füzuli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 14 dekabr 2023cü il tarixli məhkəmə əmrinin ləğv edilməsindən sonra ərizəsinə dair iddia icraatı qaydasında keçirilmiş məhkəmə iclasında verdiyi yazılı ərizəsində Azərbaycan Respublikası MPM-in 204-cü maddəsinə əsasən həmin sənədlərin saxta olmalarına görə sübutlar siyahısından çıxarılmasını və tələbinin təqdim etdiyi səs yazıları əsasında təmin edilməsini xahiş etməsinə görə aradan qalxdığını göstərməklə, iş üzrə əməlində Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olmadığı barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməlinə münasibətdə təqsirli olub-olmamasına hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-in: - 1.1-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydasını müəyyən edir. - 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Azərbaycan Respublikası MPM-in “Əmr icraatı” adlanan XXİİİ fəslinə daxil olan maddələrində məhkəmə əmri haqqında ərizəni verən şəxs kreditor adlandırılmışdır. - 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. - 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Məhkəmə hesab edir ki, qanunverici Azərbaycan Respublikası MPM-in “Əmr icraatı” adlanan XXİİİ fəslini “Birinci instansiya məhkəməsində icraat” adlanan İİ Bölməsinə aid edib, mülkiprosessual qanunvercilikdə “Əmr icraatı”nı mülki iş üzrə icraatın tərkibinə daxil etdiyinə, eləcə də, 275.1 və 280-cı maddələrində 276.2-ci maddəsində göstərilən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə məhkəmə baxışının keçirilmədiyi və izahatlarının dinlənilməsi üçün tərəflərin çağırılmadığı sadələşdirilmiş icraat qaydasında baxılmasını nəzərdə tutduğuna görə Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsinin dispozisiyasında göstərilmiş “Mülki iş” anlayışı əmr icraatı qaydasında baxılan işləri də ehtiva edir. Bu hüquqi mövqe Təqsirləndirilən şəxs əmr icraatı qaydasında baxılan işlər üzrə sübutların saxtalaşdırılmasının Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə cinayət məsuliyyətini yaratmadığı barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilin əsassız olmasını sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 294-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyanın 71.Vİİİ maddəsi baxımından şərh edilməsinə dair” 01 noyabr 2024-cü il tarixli Qərarında göstərilmişdir ki,: - Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektini məhkəmənin normal fəaliyyəti, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı ictimai münasibətlər təşkil edir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, sübutların saxtalaşdırılması ədalətsiz qərarın qəbul edilməsinə, bununla da məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirilməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb ola bilər. - Həmin cinayət əməlinin obyektiv cəhətini sübutların saxtalaşdırılması təşkil edir. Nəzəriyyəyə əsasən, eləcə də məhkəmə təcrübəsində saxtalaşdırmanın həyata keçirilməsinin müxtəlif üsullarına rast gəlinir. Təhlil edilən cinayət əməlinə münasibətdə saxtalaşdırma təqdim olunan sübutların, məsələn, sənədlərin (etibarnamələrin, iltizamların, müqavilələrin, yoxlama aktlarının, ekspert rəylərinin, istintaq hərəkətləri protokollarının və s.) saxta formasını hazırlamaq, belə sənədlərə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etmək və ya yalan məlumatlar əlavə etmək, uydurma maddi sübutların hazırlanması və s. bu kimi hərəkətlər vasitəsilə icra edilə bilər. - Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət formal tərkiblidir. Bu cinayət saxtalaşdırılmış sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki və cinayət işinə əlavə edildiyi andan başa çatmış hesab edilir. - Subyektiv cəhətdən göstərilən cinayətlər birbaşa qəsdlə törədilir. Təqsirli şəxs mülki və ya cinayət işi üzrə sübutları saxtalaşdırdığını dərk edir və belə əməlin törədilməsini arzu edir. - Cinayətin motivi (tamah və s. şəxsi niyyət) və məqsədi əməlin tövsifinə təsir etmir, çünki onlar həmin maddədə cinayət tərkibinin mütləq əlaməti kimi nəzərdə tutulmamışdır.” Məhkəmə yuxarıda göstərilən Azərbaycan Respublikası CM-in 294-cü maddəsinə, Azərbaycan Respublikası MPM-in 46-cı maddəsinə və “Əmr icraatı” adlanan XXİİİ fəslinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq hüquqi mövqelərinə əsaslanaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs özü və ya digər şəxs tərəfindən saxtalaşdırılmış 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini Zərərçəkmiş şəxs qarşı əmr icraatı qaydasında verdiyi ərizəyə əlavə edib, tövsifə təsir etməyən hər hansı məqsədlə, o cümlədən şəxsi maraqlarını təmin etmək məqsədilə, subyektiv cəhətdən birbaşa qəsdlə 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə kreditor qismində işdə iştirak edən şəxs olduğu 2(064)-2356/2023 nömrəli mülki iş üzrə təqdim etdiyi anda törətdiyi, Azərbaycan Respublikası CM-in 294-cü maddəsində nəzərdə tutulmuş “Sübutları saxtalaşdırma” cinayət əməli başa çatmışdır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış əsas borca görə 3100 manat və cərimə borcuna görə 310 manat məbləğində pulun alınıb ona verilməsi barədə Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli məhkəmə əmrinin qəbul edilməsinə, bunun məntiqi davamı olaraq, həmin məhkəmə əmrinin icraya yönəldilməsinə nail omuş, hətta həmin icra işi üzrə icraat zamanı Zərərçəkmiş şəxs barəsində Füzuli rayon İcra və probasiya şöbəsinin 04 aprel 2024cü il tarixli qərarı ilə axtarış elan edilmiş, həmin qərarın icra edilməsi üçün göndərildiyi Füzuli RPŞdə axtarış işi açılmış, müvafiq məhkəmə əmri yalnız Zərərçəkmiş şəxs verdiyi etiraz əsasında Füzuli Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(064)-842/2024 nömrəli qərardadı ilə ləğv edilmiş, bunun nəticəsində Füzuli rayon İcra və probasiya şöbəsinin 04 aprel 2024-cü il tarixli qərarı ilə Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iş üzrə mövcud olan bu faktiki hallara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin icraatında olmuş 2(064)-842/2024 mülki iş üzrə keçirilmiş məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində (İ cild, səh. 50) 13 dekabr 2023-cü il tarixdə məhkəməyə əmr icraatı qaydasında verdiyi ərizəsinə əlavə etdiyi 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxta olmasını etiraf edib, Azərbaycan Respublikası MPMin 204-cü maddəsinə əsasən iş üzrə sübutlar siyahısından çıxarılmasını xahiş etməsi, eləcə də, məhkəməyə təqdim etdiyi, ona Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş səs yazılarında məhkəmə istintaqı zamanı sonuncu, Təqsirləndirilən şəxs və Şahid verdikləri ifadələrinin məzmununa uyğun olaraq, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Şahid təqdim etməsi və ya digər məqsədlə müəyyən məbləğlərdə pul göndərməsinin əks olunması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 294-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olmasını istisna etmir və həmin əməlin ictimai-təhlükəliliyini aradan qaldırmır. Buna görə də Təqsirləndirilən şəxs 2(064)-842/2024 mülki iş üzrə keçirilmiş məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində göstərilən saxta sənədləri sübutlar siyahısından çıxarılmasını xahiş etməsi müvafiq mülki-prosessual hüququndan istifadə etməsi ilə yanaşı, hazırki iş üzrə törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyini azaldan, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlər yuxarıda Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü göstərilmiş digər dəlilinin əsassız olmasını sübut edir. Məhkəmə göstərilənlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini cinayət məsuliyyətindən yayınmaq məqsədli olması kimi qiymətləndirib sübut kimi qəbul etmir, özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələrini və ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sübut kimi qiymətləndirilən hissələri və ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi ifadələri, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli məktubu, 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi, ona dair ödəniş cədvəli və “Baxış keçirilməsi barədə” 04 noyabr 2024-cü il tarixli protokol, məhkəmə-xətşünaslıq ekspertizasının 27 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/1024 nömrəli rəyi, Füzuli Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(064)-2356/2023 nömrəli məhkəmə əmri, Füzuli Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli məktubu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 148). - Füzuli RİHB-nın Bala Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, anası və qardaşı ilə birlikdə Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 144). - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Fiziki şəxsin vergi uçotu haqqında” ********** nömrəli şəhadətnamənin surəti və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonların pərakəndə satışı və təmiri sahəsində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığına görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (İ cild, səh. 14). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığına görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə əməlində Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcud olmadığını bildirsə də, 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxta olmasını bilə-bilə 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə təqdim etməsindən ibarət hərəkətindən səmimi peşiman olmasını bildirməsini də Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığına görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olması, 05 may 2021ci il tarixli alğı-satqı müqaviləsi və ona dair ödəniş cədvəlini saxta olmasını bilə-bilə 13 dekabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinə təqdim etməsindən səmimi peşiman olması və 2(064)-842/2024 mülki iş üzrə keçirilmiş məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində 05 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi, ona dair ödəniş cədvəlini saxta olmasına görə sübutlar siyahısından çıxarılmasını xahiş etməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasından daha ciddi cəza növlərindən hər hansı birinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının 5000 (beş min) manat miqdarda təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət və zəruridir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 126 (bir yüz iyirmi altı) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 5000 (beş min) manat miqdarda cərimə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 126 (bir yüz iyirmi altı) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar