Məhkəmə qərarları › İş №1(064)-20/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-20/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-20/2025 01.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş, elektron məlumat daşıyıcısı hesab olunan 523915******0816 nömrəli “Birbank” bank kartının (bundan sonra - kart) hesabında olmuş pul vəsaitini vahid niyyətlə gizli talamaq məqsədilə, həmin kartı sonuncunun əl çantasındakı pul qabından qanunsuz olaraq götürüb özündə saxladıqdan sonra 08 iyul 2024-cü il tarixdə saat 10:35:13-dən 10:37:18-dək olan müddət ərzində Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən marketin qarşısında quraşdırılmış, "xxxx" ASC-yə məxsus olan A0140041 nömrəli bankomata daxil edib, hesabından əvvəlcə 400 manat, sonra isə 300 manat məbləğində pulu məxaric edib nağdlaşdırmaqla Zərərçəkmiş şəxs məxsus həmin kartın hesabında olmuş cəmi 700,00 manat məbləğində pulu vahid niyyətlə, elektron məlumat daşıyıcısından istifadə edib gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək,: - 04 fevral 2025-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, onunla həmkəndlisi Zərərçəkmiş şəxs (bundan sonra – Vəsilə) arasında ədavət, düşmənçilik və qohumluq əlaqəsi yoxdur. O, Vəsilənin tək yaşamasına görə yaşadığı evə tez-tez getmişdir. 2024-cü ilin may ayında sonuncu ona müvafiq xahişi və iştirakı ilə "xxxx" ASC-nin Füzuli rayon filialından öz adına aldığı, hesabında hər hansı məbləğdə pulun olmadığı “Birbank” kartını vermiş və özünə həmin filialdan kampaniya olaraq “Birbank” CashBack kartının verildiyini demişdir. Həmin ərəfədə Vəsilənin istifadəsində "xxxx" ASC tərəfindən adına verilmiş başqa “Birbank” kartı da olmuşdur. Hazırda həmin kart Vəsilənin istifadəsindədir. O, Vəsilənin adına olan iki ədəd “Birbank” kartlarının nömrələrini bilməmişdir. O, 2024-cü ilin iyul ayında idarə etdiyi avtomobilin ötürücülər qutusunda yaranmış nasazlığı təmir etdirmək üçün pulu olmadığına görə Vəsilədən ona avtomobilini təmir etdirmək üçün 300 manat məbləğində pulu borc verməsini xahiş etmişdir. Buna görə də o, Vəsilədən borc aldığı 300 manat məbləğində pulla avtomobilini təmir etdirmiş, həmin pulu sonuncuya 2024-cü ilin avqust ayının əvvəllərində özünə məxsus yonca bağlamalarını satdıqdan sonra qaytarmışdır. Vəsilə kartlarının hesabından pulu bankomat vasitəsilə nağdlaşdıra bilmədiyinə görə bütün hallarda o, Vəsilənin təqdim etdiyi kartların hesablarındakı pul vəsaitlərini müvafiq xahişi ilə bankomat vasitəsilə nağdlaşdırıb sonuncuya vermişdir. 08 iyul 2024-cü il tarixdə Vəsilə ondan nömrəsini bilmədiyi “Birbank” kartının hesabındakı pulu bankomat vasitəsilə nağdlaşdırıb verməsini xahiş etdiyinə görə o, həmin kartı Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən mağazanın qarşısında quraşdırılmış, "xxxx" ASCyə məxsus olan bankomata daxil edib hesabındakı pulu nağdlaşdırmaq istəmiş, lakin həmin əməliyyatı icra edə bilməmişdir. Buna görə də o, orada olmuş tanımadığı şəxsdən həmin kartın hesabındakı pulu bankomat vasitəsilə nağdlaşdırmasını xahiş etmişdir. Həmin şəxs onun verdiyi, Vəsiləyə məxsus olan kartın hesabında olmuş cəmi 835 manat məbləğində pulun iki dəfəyə bankomat vasitəsilə nağdlaşdırılması əməliyyatını icra etmiş, o, isə cəmi 835 manat məbləğində pulu bankomatdan şəxsən götürüb kartla birlikdə Vəsiləyə vermişdir. Bununla əlaqədar həmin vaxt bankomatın kamerası onun fotoşəkillərini qeydə almış, onun göründüyü həmin fotoşəkillər sonradan iş üzrə "xxxx" ASC-nin məktubu ilə təqdim edilib iş materiallarına əlavə edilmişdir. O, 08 iyul 2024-cü il tarixdə Vəsilənin adına olan digər kartın hesabından pulu bankomat vasitəsilə nağdlaşdırmamışdır. O, iş üzrə oğurlanmış, Vəsilənin adına olan kartı hər hansı yerdən, o cümlədən sonuncunun əl çantasından götürməmiş, həmin kartın hesabındakı pulu 08 iyul 2024cü il tarixdə bankomat vasitəsilə nağdlaşdırmamış və oğurlamamışdır. Göstərdiklərinə əsasən hesab edir ki, iş üzrə "xxxx" ASC-nin məktubu ilə təqdim edilib iş materiallarına əlavə edilmiş, onun göründüyü fotoşəkillər Vəsilənin adına olan, iş üzrə oğurlanmış “Birbank” kartı ilə deyil, hazırda da istifadəsində olan 523915******6739 nömrəli kartı ilə bağlı olan bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatları ilə bağlıdır, onun 08 iyul 2024-cü il tarixdə sonuncu kartın hesabındakı 835 manat məbləğində pulu bankomat vasitəsilə iki dəfəyə nağdlaşdırılmasından sonra bankomatdan götürdüyü vaxt bankomatın kamerası tərəfindən qeydə alınmışdır. 2024-cü ilin iyul ayının axırlarında Vəsilə ona "xxxx" ASC-dən adına verilmiş kartının oğurlandığını və hesabında 700 manat məbləğində pul olduğunu demişdir. Bundan dərhal sonra Vəsilə onun müvafiq tövsiyyəsi və iştirakı ilə "xxxx" ASC-nin Füzuli rayon filialından oğurlanmış kartına dair əldə etdiyi çıxarışı həmin kartın və hesabındakı 700 manat məbləğində pulun oğurlandığı barədə olan yazılı müraciətinə əlavə edib Füzuli Rayon Polis Şöbəsinə təqdim etmişdir. Füzuli RPŞ-nin Elşən adlı əməkdaşı "xxxx" ASC-nin Füzuli rayon filialında adını bilmədiyi bank işçisi, onun və Vəsilənin yanında sonuncunun istifadəsində olan mobil telefondakı “Birbank” mobil tətbiq proqramına daxil olduqdan sonra onlara kartın hesabında olmuş pulun 08 iyul 2024-cü il tarixdə saat 00:06-da Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən bankomatdan üzü görünməyən şəxs tərəfindən çıxarıldığını, bundan əvvəl isə başqa mobil telefonlardan kartın hesabına bir neçə dəfə müdaxilə edilsə də, bunun nəticə vermədiyini demişdir. Bundan bir neçə gün sonra həmin bank filialından Vəsiləyə oğurlanmış kartından sonuncu dəfə pul çıxarmış şəxsin fotogörüntülərinin Füzuli RPŞ-yə təqdim edildiyi barədə məlumat verildiyinə görə o, Vəsilə ilə birlikdə Füzuli RPŞ-yə getmiş, həmin görüntülərin onlara təqdim edilməsini xahiş etmişlər. Təhqiqatçı onlara həmin görüntüləri təqdim edəndə o, orada əks olunmuş şəxsin özünün olmasını görüb təhqiqatçıya “Həmin şəxs mənə oxşayır. Niyə məni bura çıxartmısınız?”, Vəsiləyə isə həmin görüntülərin montaj olduğunu demişdir. - 01 aprel 2025-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində isə bəzi hallarda yuxarıda göstərilən ifadəsinə əlavə olaraq, bəzi hallarda isə həmin ifadədən fərqli olaraq göstərmişdir ki, o, 25 dekabr 2024-cü il tarixli kredit müqaviləsi əsasında Vəsilənin "xxxx" ASC-nin Füzuli rayon filialından kreditlə alıb, iş üzrə oğurlanmış “Birbank” kartının hesabında olmuş 700 manat məbləğində pulun qaytarılması məqsədilə "xxxx" ASC-yə ödədiyi 869 manat məbləğində pulu faizi ilə birlikdə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq, Vəsilənin əvəzindən banka tam həcmdə ödəyəcəkdir. Buna görə də o, həmin cədvələ uyğun olaraq, 24 yanvar 2025, 28 fevral 2025 və 28 mart 2025-ci il tarixlərdə ayrı-ayrılıqda 33 manat olmaqla, cəmi 99 manat məbləğində pulu "xxxx" ASC-yə ödəmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən Vəsilənin adına olan 523915******6739 nömrəli karta dair təqdim edilmiş hesabdan çıxarışda 08 iyul 2024-cü il tarixdə həmin kartın hesabından nağdlaşdırılması göstərilmiş 40 manat məbləğində pulu sonuncunun xahişi ilə o, Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən mağazanın qarşısında quraşdırılmış, "xxxx" ASC-yə məxsus olan bankomat vasitəsilə nağdlaşdırıb kartla birlikdə Vəsiləyə vermişdir. Buna görə də 04 fevral 2025-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində onun Vəsilənin adına və hazırda da istifadəsində olan “Birbank” kartının hesabından 835 manat məbləğində pulu iki dəfəyə nağdlaşdırıb kartla birlikdə sonuncuya verməsinin 08 iyul 2024-cü il tarixdə baş verdiyini göstərsə də, bu hal həmin tarixdə deyil, xatırlamadığı başqa tarixdə baş vermişdir. İş üzrə oğurlanmış, Vəsilənin adına olan kartın sonuncu dəfə hesabında olmuş pulu o, bankomat vasitəsilə nağdlaşdırdığına görə hesab edir ki, həmin kart oğurlananda hesabında hər hansı məbləğdə pul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi son sözündə isə iş üzrə barəsində yalnız cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu əksər hissələrdə təsdiq etmiş, işin aşağıda göstərilən faktiki halları barədə Təqsirləndirilən şəxs (bundan sonra - Novruz) məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə bəzi hallarda əlavə olaraq, bəzi hallarda isə həmin ifadədən fərqli olaraq göstərmişdir ki, "xxxx" ASC-nin Füzuli rayon filialından ona kampaniya olaraq verilmiş “Birbank” CashBack kartının hesabında 700 manat məbləğində pul olmuşdur. Ona həmin kartla əlaqəli olaraq verilmiş bir vərəqdən ibarət çıxarışda pulun hansı qaydada kartdan çıxarılması və karta qaytarılması qaydaları yazılmışdır. O, Novruza bank tərəfindən ona kampaniya olaraq başqa kartın da verildiyini desə də, həmin kartın hesabında pul olmasını deməmişdir. O, həmin kartı özünə məxsus qara rəngli əl çantasındakı pul qabında saxlamış, istənilən məqsədlə hər hansı şəxsə, o cümlədən Novruza verməmiş, hesabından pulu özü və ya hər hansı şəxs, o cümlədən Novruz vasitəsilə bankomatdan nağdlaşdırmamışdır. 25 iyul 2024-cü il tarixdə əl çantasına baxanda həmin kartın orada olmadığını müəyyən etdiyinə görə oğurlanmasından şübhələnmiş, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə zəng edib ona məxsus bank kartının və hesabındakı 700 manat məbləğində pulun oğurlandığı barədə məlumat vermiş, 29 iyul 2024-cü il tarixdə bu barədə Füzuli RPŞ-yə yazılı ərizə vermiş, bundan sonra da dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi”nə zəng edib ona məxsus bank kartını və hesabındakı pulu oğurlamış şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini, ona vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsini tələb etmişdir. İş üzrə "xxxx" ASC-nin məktubu ilə təqdim edilib iş materiallarına əlavə edilmiş fotogörüntülər özünə məxsus, hazırda da istifadəsində olan 523915******6739 nömrəli kartı ilə deyil, iş üzrə oğurlanmış “Birbank” kartı ilə bağlı bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatları ilə bağlıdır, orada görünən şəxs Novruzdur. Buna baxmayaraq, o, əvvəllər və hazırda onunla Novruz arasında normal münasibət olduğuna görə iş üzrə ona qarşı cinayət əməlinin Novruz tərəfindən törədilməsinə mənəvi cəhətdən inanmaq istəmir. Buna görə də Novruza qarşı şikayət və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Göstərdiklərinə əsasən iş üzrə Novruz barəsində cəza təyin edilməməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində işin digər faktiki halları barədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında verdiyi yazılı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmiş, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçı məhkəmə çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və şəhid ailəsinin üzvü olması nəzərə alınaraq, barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini təklif etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Füzuli RPŞ-nin məsul növbətçiləri tərəfindən tərtib edilmiş çoxsaylı raportlar və Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə verdiyi 29 iyul 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, sonuncu dəfələrlə özünə məxsus olan 523915******0816 nömrəli bank kartının və hesabındakı 700 manat məbləğində pulun oğurlandığı barədə məlumat vermiş, həmin şəxsin müəyyən edilib barəsində qanuni tədbir görülməsini və ona vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir (İ cild, səh. 5-8, 52-61, 83-87). - "xxxx" ASC tərəfindən 523915******0816 nömrəli bank kartına dair verilmiş hesabdan çıxarış, "xxxx" ASC-nin 14 avqust 2024-cü il tarixli məktubu ilə bir ədəd diskin yaddaşında təqdim edilmiş, həmin kartla bağlı bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair fotogörüntülər və onlara baxış keçirilməsi haqqında 26 avqust 2024-cü il tarixli protokollardan görünür ki, həmin kart "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs adına verilmişdir. Təqsirləndirilən şəxs həmin kartı Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən marketin qarşısında quraşdırılmış "xxxx" ASC-nin A0140041 nömrəli bankomatına daxil etməklə, hesabından 08 iyul 2024-cü il tarixdə saat 10:35:13-dən 10:37:18-dək olan müddət ərzində əvvəlcə 400 manat, sonra isə 300 manat məbləğində pulu məxaric edib nağdlaşdırmışdır (İ cild, səh. 12, 19-26). - "xxxx" ASC tərəfindən 523915******6739 nömrəli bank kartına dair verilmiş hesabdan çıxarışdan görünür ki, həmin kart "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs adına verilmişdir. 08 iyul 2024-cü il tarixdə həmin kartın hesabından Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən marketin qarşısında quraşdırılmış "xxxx" ASC-nin bankomatına daxil edilməklə, 40 manat məbləğində pul məxaric edilib nağdlaşdırılmışdır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə edib gizli olaraq talamağa görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməlini törətməməsi ilə bağlı özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələrini, xüsusilə də, 04 fevral 2025-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsinin onun 08 iyul 2024-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən mağazanın qarşısında quraşdırılmış, "xxxx" ASCyə məxsus olan bankomatdan Vəsiləyə məxsus kartın hesabındakı pulu iki dəfəyə bankomatdan nağdlaşdırması, iş üzrə "xxxx" ASC-nin məktubu ilə təqdim edilib iş materiallarına əlavə edilmiş fotogörüntülərin bankomatın kamerası tərəfindən həmin vaxt qeydə alması və həmin fotogörüntülərdəki şəxsin özünün olması ilə bağlı olan hissələrini, 01 aprel 2025-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsinin iş üzrə oğurlanmış, Vəsilənin adına olan kartın sonuncu dəfə hesabındakı pulun onun tərəfindən bankomat vasitəsilə nağdlaşdırılması ilə bağlı olan hissəsini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirməsinə, işin faktiki hallarına uyğun olmasına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər: - 04 fevral 2025 və 01 aprel 2025-ci il tarixli məhkəmə iclaslarında verdiyi ifadələrində həmin dəlilləri əsaslandırmaq üçün bildirdiyi halların yuxarıda göstərilən məzmunda bir-birinə zidiyyət təşkil etməsi, xüsusilə də, 04 fevral 2025-ci il tarixdə verdiyi ifadəsində iş üzrə "xxxx" ASC-nin məktubu ilə təqdim edilib iş materiallarına əlavə edilmiş, bankomatın kamerası tərəfindən qeydə alınmış, ona aid olan fotogörüntülərin 08 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs hazırda da istifadəsində olan 523915******6739 nömrəli bank kartının hesabından 835 manat məbləğində pulu bankomat vasitəsilə iki dəfəyə nağdlaşdırılması ilə bağlı olduğunu göstərsə də, bu xüsusatın yoxlanılması məqsədilə əldə edilib iş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən həmin karta dair verilmiş hesabdan çıxarışda 08 iyul 2024-cü il tarixdə kartın hesabından Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən marketin qarşısında quraşdırılmış "xxxx" ASC-nin bankomatı vasitəsilə 40 manat məbləğində pulun nağdlaşdırılmasının göstərilməsinin 01 aprel 2025-ci il tarixli məhkəmə iclasında elan edilməsindən sonra həmin məhkəmə iclasında verdiyi ifadəsində həmin kartın hesabından 835 manat məbləğində pulu bankomat vasitəsilə iki dəfəyə nağdlaşdırmasının 08 iyul 2024-cü il tarixdə deyil, xatırlamadığı başqa tarixdə baş verdiyini ziddiyyətli qaydada bildirməsi və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, - Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadələri, - "xxxx" ASC tərəfindən 523915******0816 nömrəli bank kartına dair verilmiş hesabdan çıxarış, - "xxxx" ASC-nin 14 avqust 2024-cü il tarixli məktubu ilə bir ədəd diskin yaddaşında təqdim edilmiş, həmin kartla bağlı "xxxx" ASC-yə məxsus bankomatı vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair fotogörüntülər və onlara baxış keçirilməsi haqqında 26 avqust 2024-cü il tarixli protokollar əsasında Təqsirləndirilən şəxs həmin kartı Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən marketin qarşısında quraşdırılmış "xxxx" ASC-nin A0140041 nömrəli bankomatına daxil etməklə, hesabından 08 iyul 2024-cü il tarixdə saat 10:35:13-dən 10:37:18-dək olan müddət ərzində əvvəlcə 400 manat, sonra isə 300 manat məbləğində pulu məxaric edib nağdlaşdırmasının müəyyən edilməsi, - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində həmin fotogörüntülərdəki şəxsin sonuncunun olmasını təsdiq etmələri, - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsasında iş üzrə sonuncunun Zərərçəkmiş şəxs qarşı vurulmuş maddi ziyanı könüllü olaraq 99 manat hissədə, yəni qismən ödəməsi ilə tam təkzib edilir. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadələri, "xxxx" ASC tərəfindən 523915******0816 nömrəli bank kartına dair verilmiş hesabdan çıxarış, "xxxx" ASC-nin 14 avqust 2024-cü il tarixli məktubu ilə bir ədəd diskin yaddaşında təqdim edilmiş, həmin kartla bağlı bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair fotogörüntülər və onlara baxış keçirilməsi haqqında 26 avqust 2024-cü il tarixli protokollar, "xxxx" ASC tərəfindən 523915******6739 nömrəli bank kartına dair verilmiş hesabdan çıxarış, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərin təkzib edilməsi ilə əlaqədar yuxarıda göstərilən digər hallar, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2019cu il tarixli, 1(99)131/2019 nömrəli hökmü, Şirvan Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 1(106)347/2019 nömrəli qərarı və Xaçmaz Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 7(067)119/2022 nömrəli qərarının surətlərindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə əsas cəza kimi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, qəti cəza kimi 4 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun əsas cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə həmin hökm ona Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə və onun əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə dəyişdirilmiş, qəti cəzanın təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Xaçmaz Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qərarı ilə o, yuxarıda barəsində qəti olaraq təyin edilməsi göstərilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 1 ay 7 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, səh. 69, 75-80). Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin şərh olunması barədə” 25 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə göstərilənlərə, Azərbaycan Respublikası CM-in 15.2, 18.1, 18.4.1 və 18.4.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə cinayətlərin məcmusu qaydasında qəti olaraq təyin edilmiş əsas cəzanın çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət bitdikdən sonra törətsə də, əsas cəzanın çəkildiyi bütün müddətdən sonra çəkilməmiş qalan hissəsindən azad edildiyi 21 noyabr 2022-ci il tarixdən başlamış əlavə cəzanı çəkib qurtarmamış törətdiyinə görə onun həmin hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə münasibətdə məhkumluğunun ödənilməsi müddətinin axımı başlanmamış, beləliklə də, məhkumluğu ödənilməmişdir. Bu səbəbdən o, hazırki iş üzrə məhkumluğu olan şəxsdir. Bununla belə, göstərilən hal Təqsirləndirilən şəxs hazırki iş üzrə əməlində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə cinayətin residivini yaratmır. Ona görə ki, Azərbaycan Respublikası CM-in 263-1.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayətlərə, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Həmçinin, Şirvan Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı ilə ona Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Füzuli RİHB-nın Kürdmahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamə, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlar, İİ-ЖГ seriyalı, 485006 nömrəli ölüm haqqında şəhadətnamə, ******* nömrəli vəsiqə və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli arayışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayır, ailə üzvləri arvadı və iki nəfər yetkinlik yaşına çatmış övladlarından ibarətdir. O, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Onun qardaşı X3 05 sentyabr 1992-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində mərmi partlayışından aldığı xəsarətlə əlaqədar öldüyünə görə anası X2 adına şəhid ailəsi statusuna dair vəsiqə verilmişdir (İ cild, səh. 88, 89). - 25 dekabr 2024-cü il tarixdə "xxxx" ASC-nin Füzuli rayon filialı ilə Zərərçəkmiş şəxs arasında bağlanmış kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, həmin müqaviləyə aid olan məxaric qəbzi və ödəniş qəbzlərindən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs 869 manat məbləğində pulun kreditlə verilməsindən sonra həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq, "xxxx" ASC-yə 24 yanvar 2025, 28 fevral 2025 və 28 mart 2025-ci il tarixlərdə ayrı-ayrılıqda 33 manat olmaqla, cəmi 99 manat məbləğində pul ödənilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsasında həmin ödənişlərin banka sonuncu tərəfindən edilməsi, nəticədə bu halı Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı qismən ödəməsi kimi müəyyən edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, iş üzrə törətdiyi cinayət əməli nəticəsində sonuncuya vurduğu maddi ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və şəhid ailəsinin üzvü olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, törətdiyi cinayət əməli nəticəsində sonuncuya vurduğu maddi ziyanı qismən ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və şəhid ailəsinin üzvü olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq, eləcə də dövlət ittihamçısının cəza təyini ilə bağlı təklifini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınan cəzanı yüngülləşdirən hallara görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona törətdiyi əməlin ictimai-təhlükəliliyinə görə həmin Məcəllənin 41.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün azadlığın məhdudlaşdırılması cəzasının 2 il 6 ay müddətə təyin edilməsi zəruri və kifayətdir. Ona Azərbaycan Respublikası CMin 67.1-ci maddəsinə əsasən həmin cəzaya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi tam birləşdirilərək hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs adına olan 523915******0816 nömrəli bank kartının hesabından çıxarış və bir ədəd diskin yaddaşına yazılmış, 08 iyul 2024-cü il tarixdə həmin kartla bağlı bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair fotogörüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 1(99)131/2019 nömrəli hökmü ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) ay 19 (on doqquz) gün hissəsi tam birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs adına olan 523915******0816 nömrəli bank kartının hesabından çıxarış və bir ədəd diskin yaddaşına yazılmış, 08 iyul 2024-cü il tarixdə həmin kartla bağlı bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair fotogörüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar