Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-21/2024 29.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-nin “X3 Təchizatı və Satışı İdarəsi”nin X2 elektrik mantyoru işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 11 radələrində “VAZ 21144” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli şəhəri ərazisindən keçən hissəsində Şuşa şəhəri istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu və hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olduğu halda, bu qaydalara əməl etməyərək, həmin avtomobil üzərində idarə etməni itirməsi səbəbindən ehtiyatsızlığından avtomobilin yolun sol kənarında olan dərəyə aşması nəticəsində sərnişini olmuş Zərərçəkmiş şəxs sağdan Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişən sınığı, dərialtı emfizema, sağ tərəfli minimal hematoraks, sağ körpücük sümüyünün akromial ucunun qapalı az yerdəyişən sınığından ibarət, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər alması ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə saat 11 radələrində “VAZ 21144” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili Şuşa şəhərinə işə getmək üçün Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli şəhəri ərazisindən keçən hissəsində Şuşa şəhəri istiqamətində 90 km/saat sürətlə idarə edərkən yorğun vəziyyətdə olduğu üçün ani olaraq gözünü yumması, beləliklə də avtomobil üzərində idarə etməni itirməsi səbəbindən avtomobil yolun sol kənarındakı dərəyə aşmışdır. Nəticədə onun Füzuli rayonu, Alıxanlı kəndində yerləşən stasionar polis postundan həmin avtomobilə sərnişin kimi götürdüyü Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 müxtəlif bədən xəsarətləri almışlar. O, xəsarət almış sərnişinlərinin tibb müəssisəsinə göndərilməsi üçün görülən işlərə köməklik etmiş, hadisə yerində polis əməkdaşlarının gəlməsinədək qalmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşı Şahid3 özünü yol-nəqliyyat hadisəsini törətmiş sürücü kimi təqdim etdikdən sonra hadisə nəticəsində xəsarətlər alması ilə əlaqədar tibb müəssisəsinə getmişdir. İş üzrə törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına vurduğu ziyana görə sonuncuya 1000 manat məbləğində pul vermiş, Zərərçəkmiş şəxs bu səbəbdən ondan tələb etdiyi pulun qalan 2000 manat hissəsini isə hər ay 200-300 manat olmaqla ödəyəcəkdir. Həmin avtomobil ibtidai istintaq orqanı tərəfindən mülkiyyətçisinə qaytarılmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Barəsində islah işləri cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Füzuli RPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyən Şahid3 verdikləri ifadələrində, eləcə də məhkəmə iclaslarına şahid qismində dindirilmək üçün bir neçə dəfə lazımi qaydada çağırılsalar da, gəlmədiklərinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 və Şahid2 (səh. 155-158, 161-164) həmin ifadələrində işin faktiki hallarının özlərinə aid müvafiq hissələri üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda baş verdiyini qeyd etmişlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində və məhkəmə çıxışında, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ona iş üzrə törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyana görə tələb etdiyi 3000 manat məbləğində pulun 1000 manat hissəsini ödəsə də, 2000 manat hissəsini ödəmədiyinə görə təqsirləndirilən şəxslə barışmır, sonuncuya azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Lakin hazırki icraat üzrə təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi vermir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 iyul 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli şəhəri ərazisindən keçən hissəsində baş vermiş, baxış zamanı “VAZ 21144” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yolun hərəkət hissəsinin sol kənarına hərəkət hissədən 17 metr kənara aşmış vəziyyətdə aşkar edilmişdir (səh. 9-17). - 03 fevral 2023-cü il tarixli, BD046207 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt Təqsirləndirilən şəxs “VAZ 21144” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmuşdur (səh. 132). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 03 iyul 2023-cü il tarixli aktda göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müəyyən edilməmişdir (səh. 18). - Məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü tarixli, 407 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sağdan Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişən sınığı, dərialtı emfizema, sağ tərəfli minimal hematoraks, sağ körpücük sümüyünün akromial ucunun qapalı az yerdəyişən sınığından ibarət xəsarətlər küt əşyanın təsirindən törənmiş, 03 iyul 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aiddir (səh. 27, 28). - Məhkəmə-tibbi ekspertizasının 06 iyul 2023-cü tarixli, 223/23 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş boyun fəqərəsinin kənari sınığı və sol said nahiyəsində sıyrıqdan ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, 03 iyul 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aiddir (səh. 29-31). - Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü tarixli, 268/23 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş baş beyin silkələnməsi, ənsə nahiyəsinin geniş ölçülü hematoması, hər iki periorbital nahiyəsinin hematoması, burun əsasının çapılmış yarası və burun sümüklərinin yerdəyişən sınığından ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, 03 iyul 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir (səh. 39-40). - Məhkəmə-tibbi ekspertizasının 10 fevral 2024-cü tarixli, 30/24 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş təpə və sol diz nahiyələrində çapıqlardan ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, 03 iyul 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (səh. 169-171). - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 8/2665 nömrəli rəyində göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli idi. O, hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və sair) avtomobilin idarə olunmasında çətinliklər olarkən avtomobili idarə etməməli idi. Lakin onun texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21144” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən sükan arxasında yuxulaması səbəbindən avtomobilin hərəkət hissəsindən sol tərəfə çıxaraq aşması onu göstərir ki, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manatdır (səh. 36-38). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 8/2665 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması ilə nəticələnməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsini və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid3, eləcə də Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı elan edilmiş, ibtidai istintaq zamanı verdikləri ifadələr, iş materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 iyul 2023cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü tarixli, 407 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 sentyabr 2023-cü il tarixli, 8/2665 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 59). - Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 420 nömrəli arayış və xasiyyətnamə, 041869 nömrəli nikah haqqında şəhadətnamə, AZE 18185990 və 18185988 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, elektron məhkəmə portalından əldə edilmiş məlumat və xidməti vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı, 25 oktyabr 2010-cü il təvəllüdlü olmaqla bir nəfər azyaşlı və 28 may 2009-cü il təvəllüdlü olmaqla bir nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə ünvan 2ayır, "xxxx" ASC-nin “X3 Təchizatı və Satışı İdarəsi”nin X2 elektrik mantyoru işləyir, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 174, 175). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, iş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, törətdiyi əməldən səmimi peşiman olması və himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, əməlində iş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qismən ödəməsi, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olması, törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara, eləcə də Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “X3 Təchizatı və Satışı İdarəsi”nin X2 işləməsinə əsasən ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza - islah işləri və əlavə cəza nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin ən yuxarı həddə, yəni 2 (iki) il müddətə təyin edilməsi, islah işləri cəzasının aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş əsas cəzaya münasibətdə daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğuna görə 27 yanvar 2024-cü il tarixdə saat 23 radələrində saxlanılıb Füzuli RPŞ-yə gətirilmiş (28 yanvar 2024-cü il tarixli protokola əsasən - səh. 90), 28 yanvar 2024-cü il tarixdə ittiham elan edilməsi üçün tutulmuş (müvafiq protokola əsasən – səh. 106, 107), 29 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş (müvafiq qərara əsasən – səh. 142, 143), Füzuli Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə barəsində məhkəməyədək icraat zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi ilə əlaqədar 15 mart 2024-cü il tarixdə tutularaq həbs edilmiş (Füzuli RPŞ-nin 16 mart 2024-cü il tarixli məktubuna əsasən), Füzuli Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi ilə əlaqədar həbsdən azad edilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək iş üzrə azadlığının faktiki məhdudlaşdırıldığı və tutulduğu cəmi 2 (iki) gün, 15 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək həbsdə olduğu cəmi 3 (üç) gün, beləliklə də azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu və həbsdə olduğu cəmi 5 (beş) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə islah işləri cəzasına bir günə dörd gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində islah işləri cəzası qəti olaraq 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, maddi sübut qismində tanınmış “VAZ 21144” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən mülkiyyətçisinə qaytarılmış (müvafiq qəbzə əsasən – səh. 152), xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs izah edilir ki, Təqsirləndirilən şəxs qarşı sonuncunun iş üzrə törətdiyi cinayət əməli nəticəsində ona vurduğu maddi ziyanın ödənilməmiş hesab etdiyi hissəsi, eləcə də mənəvi ziyanla bağlı mülki icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək iş üzrə azadlığının faktiki məhdudlaşdırıldığı və tutulduğu cəmi 2 (iki) gün, 15 mart 2024-cü il tarixdən 18 mart 2024cü il tarixədək həbsdə olduğu cəmi 3 (üç) gün, beləliklə də azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu və həbsdə olduğu cəmi 5 (beş) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə islah işləri cəzasına bir günə dörd gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin, onun tərəfindən həmin cəzanın çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-21/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-21/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver