Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-21/2025 21.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxxx 1986-cı ildə Laçın rayonu, Qarakeçdi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Laçın rayonu, Qarakeçdi kəndində pasport qeydiyyatında olmaqla məcburi köçkün kimi Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 178 nömrəli evdə yaşayan barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1987-ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Qaraxanbəyli kəndində pasport qeydiyyatında olmaqla məcburi köçkün kimi Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi, 150 nömrəli evdə yaşayan barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, qəsdən bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması iiə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini silah qismində istifadə olunan əşyadan istifadə etməklə törətmişdir. Belə ki, o, 09 iyun 2024-cü il tarixdə, saat 08 radələrində Füzuli rayonu, Birinci Qayıdış qəsəbəsində mal-qara satışı bazarında Zərərçəkmiş şəxs Şahid1 ilə birgə işlədiyi «Şuşa yolu» restoranında olan qohumu Təqsirləndirilən şəxs2 həmin gün tanışı Şahid2 Şahid1 ilə mübahisə edib dalaşdıqlarına görə Zərərçəkmiş şəxs Şahid1 ilə Şahid2 barışdırmasını xahiş etmiş, Təqsirləndirilən şəxs2 istəyinə nail olmadıqda alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan mal-qara satışı bazarında onunla qəsdən bir qrup şəxs halında birləşərək ümumi niyyətlə Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb özünü ətrafda olan şəxslərə qarşı qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşaraq qrupun üzvü Təqsirləndirilən şəxs2 qəsdən yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub onu boğaraq yerə yıxdıqdan sonra o, özündə olan beli silah qismində əşya kimi istifadə edərək Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir dəfə vuraraq ona boyun nahiyəsində sıyrıq və kürək nahiyəsində qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən bir qrup şəxs tərəfindən qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, qəsdən bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini ümumi niyyətlə silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilməsinə nail olmuşdur. Beləki, o, 09 iyun 2024-cü il tarixdə, saat 08 radələrində Füzuli rayonu, Birinci Qayıdış qəsəbəsində mal-qara satışı bazarında Zərərçəkmiş şəxs Şahid1 ilə birgə işlədiyi «Şuşa yolu» restoranında olarkən həmin gün tanışı Şahid2 restoranda Şahid1 ilə mübahisə edib dalaşdıqlarına görə Zərərçəkmiş şəxs Şahid1 ilə Şahid2 barışdırmasını xahiş etmiş, o, istəyinə nail olmadıqda alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan mal-qara satışı bazarında qohumu Təqsirləndirilən şəxs1 ilə ümumi niyyətlə qəsdən bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyüb özünü ətrafda olan şəxslərə qarşı qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşaraq qəsdən yumruqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub onu boğaraq yerə yıxdıqdan sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ümumi niyyətə uyğun olaraq özündə olan beli silah qismində əşya kimi istifadə edərək Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir dəfə vuraraq ona boyun nahiyəsində sıyrıq və kürək nahiyəsində qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən bir qrup şəxs tərəfindən qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə ibtidai istintaq dövründən fərqli olaraq özünü təqsirli bildi, ifadəsində göstərdi ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tamamilə təqsirli bilir, ittihamda göstərilən cinayət əməli onun tərəfindən törədilib və etdiyi əməldən peşimandı. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə ibtidai istintaq dövründən fərqli olaraq özünü təqsirli bilərək ifadəsində bildirdi ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tamamilə təqsirli bilir, ittihamda göstərilən cinayət əməli onun tərəfindən törədilib və etdiyi əməldən peşimandı. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs1 onu bellə vurduğunu görmədiyini bildirsə də, sonrakı iclasda dindirilən zaman təqsirləndirilən şəxslərlə barışdığı üçün onları müdafiə etmək məqsədilə həmin ifadəni verdiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdiyini qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlardan heç bir şikayət və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 08 avqust 2024-cü il tarixdə verdiyi ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi, 105 nömrəli evdə yaşayır. Subaydır, daimi iş yeri yoxdur, bənnalıqla məşğul olur. 09 iyun 2024-cü il tarixdə, 01 radələrində onun eyni qəsəbədə yaşayan sinif yoldaşı olmuş X4 ilə Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən mal-qara satışı bazarına quzu almaq məqsədi ilə getmiş və bazarın içərisində Tərlan adlı şəxsin işlətdiyi «Şuşa yolu» restoranında yeyib içmək qərarına gəlmişdir. O, Sahillə restoranın içərisində olan stolların birində oturub toyuq və kartof qızartması sifariş vermiş, yemək yeyərkən hər biri 4 bakal pivə içmişlər. Onlardan başqa restoranda olan stollarda bir neçə nəfər tanımadığı şəxslər oturmuş, restoranın işçisi Nərgiz adlı qadın onlara qulluq etmişdir. O, saat 03 radələrinədək restoranda yeyib içəndən sonra Tərlandan hesabı soruşmuş, Tərlan hesabın 28 manat etdiyini bildirmişdir. O, Tərlana 25 manat pul verə biləcəyini deyərkən Tərlan üzünü ona tutaraq« İstəyirsən heç vermə» sözlərini demişdir. Bunu eşidən Nərgiz üzünü ona tutub «Niyə ola bilməz 30 manat verəsən. İki manatda mənə qala» sözlərini deməsinə görə Nərgizə Tərlanla aralarında olan kişi söhbətinə qarışmasına görə irad bildirmiş, Nərgiz ona kobud cavab qaytardığına görə onunla mübahisə edərək onu itələmiş, lakin Nərgiz yıxılmamışdır. Tərlan onları aralamış, restoranda oturan tanımadığı 5-6 nəfər şəxs narahat olaraq ayağa durmuş, çölə çıxandan sonra restorandan bir az aralanaraq mobil telefonunu axtarsa da tapa bilməyib telefonun stolun üzərində unutduğunu başa düşərək yenidən Sahillə restorana qayıtmışdır. O, telefonu oturduğu stolun üzərində görməmiş və Nərgizin onun mobil telefonunu götürməsindən şübhələnərək ondan telefonunu qaytarmasını tələb etdiyinə görə yenidən Nərgizlə aralarında mübahisələri yaranmışdır. Nərgiz stolun üzərindəki qəndqabını ona tərəf tullamış, qəndqabı çənəsinə dəyərək qəndlər ətrafa dağılmış, xəsarət almadığından məhkəmə tibb ekspertizasından müayinədən keçməkdən imtina etmişdir. Sahil, Tərlan və restorandakı tanımadığı şəxslər onları aralaşdırmış, Nərgiz hesabı ödəyəcəyi halda telefonunu qaytaracağını və onun hərəkətlərindən polisə şikayət edəcəyini bildirmişdir. O,Tərlana 30 manat pul verdikdən sonra Tərlan ona 2 (iki) manat qaytarsada götürməmişdir. Nərgiz telefonunu qaytardıqdan sonra çay içmək üçün Sahillə birlikdə yaxınlıqdakı kafeyə daxil olmuş və həmin kafedə tanışı Təqsirləndirilən şəxs2 xəngəl yeyib araq içdiyini görmüşdür. O, Ramillə görüşmüş, Ramil onları oturduğu stola dəvət etmiş və ona az əvvəl yaxınlıqdakı kafedə işləyən qadınla mübahisə etdiyini gördüyünü demişdir. O, Ramilə Nərgizin onun hərəkətlərindən polisə şikayət etməklə hədələməsini bildirməsinə görə Ramil ona Tərlanı tanıdığını lazım gələrsə onları barışdıra biləcəyini demişdir. O, Ramil və Sahillə birlikdə çay içərək söhbət etdikdən sonra yaxınlıqdakı qoyun-quzu satılan yerə yaxınlaşıb bir baş quzu alıb yaşadığı evə aparmışdır. Saat 07 radələrində işə getməyə hazırlaşarkən istifadə etdiyi ***-***-**-** saylı nömrəyə Ramilin istifadə etdiyi nömrədən zəng gəlmiş, Ramil onu Tərlanın işlətdiyi restorana çağırmışdır. O, piyada yenidən malqara satışı bazarına qayıdaraq Tərlanın işlətdiyi restorana yaxınlaşarkən Ramilin restoranın çölündəki stolların birində tək oturub pivə içdiyini görmüşdür. O, Tərlanın içəridə oturduğunu görüb restorana daxil olaraq Ramilin sərxoş vəziyyətdə olduğuna görə sözsöhbətin yaranmaması üçün Nərgizin ondan polisə şikayət versə belə Ramilə şikayət verməməsini tapşırmışdır. O, yenidən Ramilin oturduğu stola yaxınlaşmış, Tərlanda onların yanına gəlmiş, Ramil Tərlandan onun barəsində şikayət verib vermələrini soruşmuş, Tərlan isə vermədiklərini demişdir. Ramil Tərlana bir bakal da pivə gətirməsini sifariş verərkən Tərlan restoranı bağlayıb çıxıb getmək istəməsini demiş, Ramil hesabı ödəmək üçün restorana daxil olmuş, o, işə gecikdiyinə görə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 26 avqust 2024-cü il tarixdə verdiyi ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 178 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yeznələridir. Onların hər ikisi ilə münasibəti normaldır. Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən mal-qara satışı bazarının içərisində «Şuşa yolu» restoranını işlədən Zərərçəkmiş şəxs əvvəllərdən tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. O, 09 iyun 2024-cü il tarixdə, saat 05 radələrində heyvan almaq məqsədi ilə yeznəsi Təqsirləndirilən şəxs1la birlikdə Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən mal-qara satışı bazarına getmiş, aralarında olan razılaşmaya əsasən bazarda X12 İnkişaf Mərkəzində sektor müdiri işləyən Novruz Səfərovla görüşmüş, heyvan almamışdan əvvəl istifadə etdyi nömrədən yeznəsi Ramilin istifadə etdiyi nömrəyə zəng edərək ona alacağı quzuları saxlamasını xahiş etmişdir. Ramil bazarın içərisindəki kafedə çay içdiyini və bir neçə dəqiqə sonra onun yanına gələcəyini demiş, o, tanımadığı şəxslərdən 3 (üç) baş quzu alandan sonra həmin quzuları kəndirlə yaxınlıqdakı «Qazel» markalı avtomobilin arxa tərəfindəki məftil tora bağlayaraq yenidən Ramilin istifadə etdiyi nömrəyə zəng etmiş, Ramilin Tərlanın işlədiyi restoranın çöl tərəfindəki stolların birində tək oturub pivə içdiyini onu görən kimi əli ilə işarə edərək burada olduğunu, narahat olmamasını, oturduğu yerdən heyvanlara nəzarət edəcəyini demişdir. O, Ramilin heyvanlara nəzarət etməsindən əmin olduqdan sonra yenidən bazarın içərisinə daxil olaraq İntiqam və Novruzla birlikdə bazardan bir neçə baş quzu alıb əvvəl aldığı quzuların yanında bağlamışdır. Saat 08 radələrində sonuncu 3 (üç) baş quzunu əvvəl aldığı quzuların yanına gətirərkən Tərlanın Ramilin belindən tutub onu yerə yıxmasını və yerdə yumruqla onun başına zərbələr vurduğunu görüb tez onların yanına qaçmış, İntiqamla birlikdə Tərlanı tutub Ramilin üzərindən qaldırmışdır. Tanımadığı bazar adamları həmin yerə toplaşmış, orada olan adamların köməkliyi ilə Tərlanı işlədiyi restorana tərəf apararkən bir nəfər orta yaşlı kişinin Ramilə yaxınlaşıb onu itələyərək yerə yıxıb döydüyünü görmüş, Tərlanı buraxıb özündə olan telefonla həmin şəxsin hərəkətlərini çəkmək istəyərkən həmin şəxs oradan aralanıb getdiyindən çəkiliş edə bilməmişdir. O, Ramilin qaş və üz nahiyəsinin qanadığını görüb istifadə etdiyi nömrədən Füzuli rayon Polis şöbəsinin sahə polis nəfəri Şahid4 zəng edərək ona mal-qara satışı bazarında yeznəsi Ramilin döyülməsi barədə məlumat verərək Tərlanın işlədiyi restoranın qabağına gəlməsini xahiş etmişdir. Elçin yaxınlıqda olduğunu və bir neçə dəqiqəyə yanına çatacağını bildirmiş, o, bundan sonra istifadə etdiyi nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə yeznəsi Ramilin döyülməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra sahə rəisinin köməkçisi polis serjantı Şahid4 onun yanına yaxınlaşaraq ondan nə baş verməsini soruşduqda o, Elçinə Tərlanın və tanımadığı başqa bir şəxsin Ramili döyüb xəsarətlər yetirməsini bildirmişdir. Elçin tədbir görüləcəyini bildirərək restoranın içərisinə daxil olmuş, Nərgizlə Tərlanın qapını içəridən bağladığını hiss etmişdir. Onun tapşırığı əsasında yeznəsi İntiqam aldığı 21 baş quzunu «Qazel» markalı avtomobilə mindirib evə yola salmış, həmin vaxt Ramil isə restoranın çölündəki stolların birində oturub zarımışdır. O, Ramili Füzuli rayon Mərkəzi Xəstəxanasına aparılması üçün istifadə etdiyi nömrədən 103 X13 şöbəsinə zəng etməyə çalışsa da telefonundan zəng getmədiyindən X13 çağırması üçün Elçinin istifadə etdiyi nömrəyə zəng etmiş, Elçinin nömrəsi məşğul olduğundan restoranın giriş qapısından sağdakı pəncərəni əli ilə döyüb Elçinə X13 çağırmaq istədiyini, lakin həmin nömrəyə zəng getmədiyini deyərək ondan X13 çağırmasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Elçini çağırmaq məqsədi ilə restoranın pəncərəsinin orta şüşəsini əli ilə döymüş və şüşə sınmış, Elçin pəncərədən yaxınlaşaraq artıq X13 çağırdığını bildirmişdir. Bir neçə dəqiqə sonra «UAZ» markalı X13 avtomobili ilə gələn həkim briqadası yeznəsi Ramili avtomobilə uzandırmış, digər yeznəsi İntiqamda həmin avtomobilə minib Füzuli rayon Mərkəzi Xəstəxanasına getmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 27 avqust 2024-cü il tarixdə verdiyi ifadəsində bildirmişdir ki, o, 05 dekabr 2020-ci ildən X8, 2022-ci ilin sentyabr ayından Füzuli rayon Polis şöbəsinin X2 sahə polis nəfəri vəzifəsində işləyir və polis serjantı xüsusi rütbəsindədir. Füzuli rayonu, 1-5 saylı Qayıdış qəsəbələrində xidmət edir. O, 09 iyun 2024cü il tarixdə, saat 08 radələrində mal-qara satışı bazarının yaxınlığında xidmət apararkən əvvəllərdən tanıdığı Füzuli rayonu,3 saylı Qayıdış qəsəbə sakini Şahid3 istifadə etdiyi ***- ***-**-** saylı nömrədən onun istifadə etdyi nömrəyə zəng edərək mal-qara bazarının içərisində Tərlanın işlətdiyi restoranın qarşısında yeznəsi Ramilin döyüldüyünü və həmin yerə yaxınlaşmasını xahiş etmişdir. O, 3-4 dəqiqəyə həmin yerə yaxınlaşmış Orxanın yanında 7-8 nəfər tanımadığı şəxs olmuş, bir nəfər tanımadığı saqqalı cavan oğlanın sifət qanadığinı görüb həmin şəxsdən nə baş verməsini soruşduqda Orxan həmin şəxsin yeznəsi Ramil olduğunu bildirmişdir. Ramil sərxoş vəziyyətdə onun ünvanına nalayiq sözlər deyərək Tərlanın onu döyüb bu hala saldığını və onu tutub aparmasını tələb etmişdir. O, Ramilə səbirli olmasını deyərək onu sakitləşdirməyə çalışmış, Ramil Tərlanın işlətdiyi restorana tərəf gedərkən onun qabağına keçmişdir. Sonradan adının İntiqam olduğunu öyrəndiyi şəxs səs-küy salaraq bacanağının döyülərək bu günə salındığını demişdir. O, Tərlan və Nərgizlə birlikdə restoranın içərisinə daxil olduqdan sonra Tərlan restoranın qapısını içəridən bağlamış, o, istifadə etdiyi telefonla Füzuli rayon Polis şöbəsinin İTB-nin rəisi polis baş leytenantı Emil Nağıyevin istifadə etdiyi nömrəyə zəng edərək ondan mal-qara satışı bazarındakı Tərlan adlı şəxsin restoranına əlavə kömək göndərməsini xahiş etmiş, bu vaxt Orxan restoranın pəncərəsini əli ilə döyərək Ramilin başının qanadığını, özünün 103-ə zəng etməsini, lakin nömrəyə düşə bilmədiyini bildirərək ondan X13 çağırmasını tələb etmiş, həmin vaxt pəncərənin orta şüşəsi sınmışdır. O, pəncərəyə yaxınlaşdıqda İntiqam əlindəki beli çöl tərəfdən onun üstünə qaldıraraq «Ə tez çağır öldü burda» sözlərini demişdir. O, istifadə etdiyi nömrədən 103 X13 Şöbəsinə zəng edərək bir nəfərin başının yaralandığını bildirərək kömək istəmişdir. O, bir neçə dəqiqə sonra pəncərədən Ramilin bir az aralıda yerə oturulu vəziyyətdə əli ilə başını tutduğunu, restoranın qapısını açıb çölə çıxdıqda Füzuli rayon X7 Tibbi Yyardım şöbəsinə məxsus «UAZ» markalı avtomobilin gəldiyini həkim briqadasının Ramili avtomobilə mindirib apardıqlarını görmüşdür. Bir neçə dəqiqə sonra Füzuli rayon PŞ-nin İTB-nin sahə polis nəfəri Ruslan Kərimov onun yanına yaxınlaşmış, İTB-nin rəisi polis baş leytenantı Emil Nağıyevin göstərişi əsasında Ruslanla birlikdə Şahid3, Zərərçəkmiş şəxs və Şahid1 Füzuli rayon Polis şöbəsinə gətirmiş və Təqsirləndirilən şəxs2 onun ünvanına nalayiq söyüşlər söyməsi, onu nizam intizama dəvət edərkən qohumu Təqsirləndirilən şəxs1 onun üzərinə hücum edərək onu vurmağa cəhd etməsi barədə raport yazaraq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 3 sayl Qayıdış qəsəbəsi, 169 nömrəli evdə yaşayır. Zərərçəkmiş şəxs dayısı oğludur. Təqsirləndirilən şəxs2 tanımır. 09 iyun 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı evdə olarkən Tərlan istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək işlətdiyi restoranda dalaşdıqlarını və atasının avtomobilinin onda olduğunu, atası Savuru idarə etdiyi avtomobillə restorana gətirməsini xahiş etmişdir. Ondan bir neçə dəqiqə sonra dayısı Savurda istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək Tərlanın işlətdiyi restoranda döyüldüyünü, idarə etdiyi avtomobillə onu həmin restorana aparmasını xahiş etmişdir. O, idarə etdiyi «Hyundai İ-30» markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə dayısı Savurun yaşadığı qəsəbəyə getmiş və onu avtomobili ilə Tərlanın işlətdiyi «Şuşa yolu» restoranına gətirmişdir. O, avtomobili yolun kənarında saxlayıb dayısı Savurla piyada restorana yaxınlaşmış, Tərlanı içəridə boğaz nahiyəsindən xəsarətlər almış vəziyyətdə görmüşdür. Tərlan onlara Ramil onun ünvanına nalayiq söyüşlər söydüyünə görə onunla dalaşdıqlarını demişdir. Həmin vaxt Füzuli rayon Polis şöbəsinin polis sahə rəisinin köməkçisi Polis nəfəri Elçin, Nərgiz və Ziyadın oğlu Orxanı orada görmüşdür. Tərlan Ramil xəstəxanaya apardıqlarını bildirmişdir. O,Tərlanın işlətdiyi restoranın qabaq tərəfində yerləşən pəncərənin şüşəsini sınıq vəziyyətdə görmüş, sonra dayısı Savuru yenidən avtomobili ilə yaşadığı evə aparmışdır. O, dava zamanı orada olmadığından Ramili tutub onu yerə çırpan şəxsi görməmiş, 21 yaşı qardaşı Emil hadisədən bir neçə gün əvvəl gözündə yaranmış problemlə bağlı Bakı şəhərində yerləşən xəstəxanaların birinə getmiş və hadisə zamanı Bakı şəhərində olmuşdur. Tərlanın onlardan başqa bibisi oğlu yoxdur. İş materiallarında olan: - Füzuli rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis kiçik leytenantı ağa Ağazadənin 28 oktyabr 2024-cü il tarixli, 31373/1 -16650/2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarşı tədbirləri ilə 09 iyun 2024-cü il tarixdə, saat 08 radələrində Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Mal-qara satışı bazarında Təqsirləndirilən şəxs2 arxadan tutub onu yerə çırpan şəxsin müəyyən etmək mümkün olmamışdır (İ.v.77). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsi Füzuli rayon Mərkəzi Xəstəxanasından xx.xx.2024-cü il tarixdə verilmiş 09 iyun 2024-cü il tarixli, 321 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə müayinə zamanı 1,37% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (İ.v.16). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxsi Beyləqan rayon şöbəsindən verilmiş 10 iyun 2024-cü il tarixli, 162/24 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyun nahyəsində sıyrıq, kürək nahiyəsində qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (İ.v.12-13). - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Elçin Qurbanov tərəfindən verilmiş 3 sentyabr 2024-cü il tarixli, 18-1-36/2-931/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 Füzuli rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur (İ.v.48). - xx.xx.2010-cü il tarixli, AZİİ 547687 və xx.xx.2016-cı il tarixli, AZ İİİ 867390 №-li “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, X3 23 aprel 2010-cü ildə doğulmuş Günay Həsənli adlı, soyadlı və 20 sentyabr 2016-cı ildə doğulmuş Ayan Həsənli adlı, soyadlı iki qız övladı vardır (İ.v.89-90). - xx.xx.2012-cü il tarixli, AZİİ 864997 və xx.xx.2014-cü il tarixli, AZ İİİ 458951 №-li “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, X3 14 mart 2012-ci ildə doğulmuş Şərəfxan Qələndərzadə adlı, soyadlı bir oğlan və 07 sentyabr 2014- cü ildə doğulmuş Zəhra Qələndərova adlı, soyadlı bir qız övladı vardır (İ.v.84-85). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-ci ildə Laçın rayonu, Qarakeçdi kəndində doğulmuş Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ.v.34). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Laçın rayonu, Leninkənd kəndində doğulmuş Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ.v.18). - Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi olmadığını göstərmişdir. - N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək “Aprel döyüşləri” zamanı düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir. - 01 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 arvadı X5 özünü asaraq öldürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 arvadı X5 öldükdən sonra himayəsində iki azyaşlı uşağının qaldığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən zərərçəkmişlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmişlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, “Aprel döyüşləri” zamanı düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xidməti vəzifələrini layiqincə yerinə yetirməsini, iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin ailə vəziyyətini və cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, onlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-21/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-21/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver