Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-22/2023 14.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialında sürücü işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində "xxxx" MMC-nin mülkiyyətində olan “QAZ-3343” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 118-ci km-də sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51.1.3-cü maddəsinə əsasən sürücü kimi ötməyə başlamazdan əvvəl qarşıdan gələn, onun hərəkət etdiyi zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədən boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu, buna görə də hadisənin qarşısını almağa texniki imkanı halda, göstərilən tələblərə zidd olaraq, həmin avtomobili ötməni icra etmək üçün yolun Şahid1 “Daewoo- Racer” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu, Horadiz şəhəri istiqamətində idarə etdiyi qarşı hərəkət zolağına çıxararkən sonuncu avtomobilin yaxınlaşmasına görə ötməni başa çatdıra bilməyəcəyini güman etməsi səbəbindən əyləci basıb öz hərəkət zolağına qaytarmaq istəsə də, idarə etdiyi avtomobilin arxa yük yerinin arxa sol yan hissəsinin ehtiyatsızlığından yolun ortasında “Daewoo-Racer” markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilin arxa oturacağında əyləşmiş sərnişin X2 alın, sol gicgah və üz skelet sümüklərinin kəllə əsası sümüklərinə keçən çoxsaylı, basılmış, qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol gicgah və alın nahiyələrinin əzilmiş yarasından ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb kəllə tağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, baş beyin toxumasının əzilməsi səbəbindən ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialında sürücü işləyir. Bununla əlaqədar 22 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində “QAZ-3343” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və mülkiyyətçisi "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 118-ci km-də idarə edərkən və qarşıda hərəkət etmiş qara rəngli, dövlət qeydiyyat nişanını görmədiyi “Mercedes-Vita” markalı avtomobilin sürücüsü traktoru ötməni icra edərkən o, da idarə etdiyi avtomobillə “Mercedes-Vita” markalı avtomobilin arxasınca traktoru ötməni icra etmək istəmişdir. Bununla əlaqədar “Mercedes-Vita” markalı avtomobil ötməni başa vurub öz hərəkət zolağına keçsə də, o, idarə etdiyi avtomobillə qarşı hərəkət zolağında olarkən təxminən 7-8 metr məsafə qarşıdan “Daewoo-Racer” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz zolağında hərəkət etdiyini, sonra sürücüsü tərəfindən “Mercedes- Vita” markalı avtomobilə yol vermək üçün sağa tərəf çıxarıldığını görmüşdür. O, 50-60 km/saat sürətlə idarə etdiyi avtomobillə traktoru keçə bilməyəcəyini düşünüb avtomobili öz hərəkət zolağına qaytarmaq üçün dərhal əyləci basmış və sükanı sağa doğru fırlatmışdır. Lakin idarə etdiyi avtomobili öz hərəkət zolağına tam keçirməyə nail ola bilməmiş, həmin avtomobilin arxa yük yeri oynamış, arxa sol yan hissəsi ona yaxınlaşmış “Daewoo-Racer” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsinə dəymişdir. Nəticədə sonuncu avtomobil idarə etməni itirib yoldan çıxmış, Horadiz şəhəri istiqamətində yolun soluna tərəf aşmışdır. Dərhal idarə etdiyi avtomobili saxlamış, aşmış avtomobilə yaxınlaşmış, hadisə yerinə gəlmiş şəxslərlə köməkləşib aşmış avtomobildən sürücüsü və arxa oturacaqda olmuş, aldığı xəsarətlərdən ölmüş şəxsin çıxarılıb xəstəxanaya yola salınmasında iştirak etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, sonradan iş üzrə hadisənin və onun nəticələrinin Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində göstərdikləri qaydada baş verməsini eşitdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq orqanı və məhkəməyə təqdim etdiyi yazılı ərizələrində (səh. 62) Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək iş üzrə hadisənin baş vermə mexanizmi və nəticələri barədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində etibarnamə əsasında istifadəsində olan “Daewoo-Racer” markalı, ** MF *** qeydiyyat nişanlı avtomobili Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 118-ci km-də idarə etməkdə məqsədi X4 yaşadığı və onun usta işlədiyi evə tikinti materialları almaq üçün yaxınlıqdakı mağazaya aparmaq olmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videoçəkiliş, hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 118-ci km-də baş vermişdir. Hadisə yerində üzü Hacıqabul istiqamətində “QAZ-3343 markalı”, **-JO-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin orta qırıq-qırıq xəttə 1,14 metr məsafədə, arxa bortunun isə 0,8 sm. məsafədə, üzü Mincivan istiqamətində “Daewo-Racer markalı”, **- MF-*** qeydiyyat nişanlı avtomobilin yolun sol ehtiyat hissəsindən solda dayandığı, “QAZ- 3343 markalı”, **-JO-*** qeydiyyat nişanlı avtomobilə məxsus şin (tormoz) izlərinin olduğu müəyyən edilmişdir (səh. 6-20). - 30 noyabr 2015-ci il tarixli, AC415598 nömrəli sürücülük vəsiqəsi və "xxxx" MMC tərəfindən verilmiş 01 may 2015-ci il tarixli, 6615 nömrəli etibarnamənin surətlərindən görünür ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt Təqsirləndirilən şəxs "xxxx" MMCnin mülkiyyətində olan “QAZ-3343 markalı”, **-JO-*** qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmuşdur (səh. 53, 54). - məhkəmə-bioloji ekspertizasının 30 senyabr 2022-ci il tarixli, 3581A/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir (səh. 95, 96). - məhkəmə-tibbi eskpertizasının 15 oktyabr 2022-ci tarixli, 22/22 nömrəli rəyində göstərilmişdir ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş alın, sol gicgah və üz skelet sümüklərinin kəllə əsası sümüklərinə keçən çoxsaylı, basılmış, qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sol gicgah və alın nahiyələrinin əzilmiş yarasından ibarət xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt təsir mexanizminə malik əşyanın təsirindən əmələ gəlmiş, 22 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası (avtomaşınların toqquşması) zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Onun ölümünə səbəb kəllə tağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, baş beyin toxumasının əzilməsi olmuşdur (səh. 102-106). - məhkəmə-tibbi eskpertizasının 07 oktyabr 2022-ci tarixli, 362/22 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş sol çiyin və boyun nahiyəsinin yumşaq toxumalarının əzilməsindən ibarət xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, 22 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı yarana bilərdi, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcələri təyin edilmir (səh. 98- 100). - məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 dekyabr 2022-ci il tarixli, 8/3340 nömrəli rəyində göstərilmişdir ki, “QAZ-3343” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51.1.3-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manatdır (səh. 123-126). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51.1.3-cü maddəsinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekyabr 2022-ci il tarixli, 8/3340 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X2 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Şahid1 verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2022-ci tarixli, 362/22 nömrəli və 15 oktyabr 2022-ci tarixli, 22/22 nömrəli rəyləri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 dekyabr 2022-ci il tarixli, 8/3340 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 78). - Ağsu RİHB-nın Ərəbmehdibəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamələr, AZ-İİ 102037 nömrəli nikah haqqında şəhadətnamə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 084110 nömrəli vəsiqənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki nəfər azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs atası X9 İ Qarabağ müharibəsi veteranıdır (səh. 74, 75, 86, 87). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu - oğlu olan hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını həmin Məcəllənin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və atası X5 İ Qarabağ müharibəsi veteranı olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, əməlində zərərçəkmiş şəxsin yaxın qohumu ilə barışıq əldə etməsi, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və atası X5 İ Qarabağ müharibəsi veteranı olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normaları, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın, yəni 2 (iki) il 6 (altı) ay müddətə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının isə ən aşağı həddə, yəni 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş əsas cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərarla (səh. 167, 168) Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Əşyanın maddi sübut qismində tanınması haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan (səh. 129) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ-3343” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi “Daewoo-Racer” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq qanuni istifadəçi olduqlarına görə özlərinə təhvil verilmişdir. Buna görə də həmin hallar nəzərə alınmalı, “QAZ-3343” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq, Təqsirləndirilən şəxs təhvil verilmiş “QAZ- 3343” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi "xxxx" MMC-yə qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-22/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-22/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver