Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-22/2024 26.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət olunan şəxs X2 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair İran İslam Respublikası vətəndaşı X5 xüsusi ittiham qaydasında şikayətinə baxaraq, müəyyən etdim: İran İslam Respublikası vətəndaşı X1 Ramin Məhəmməd oğlunun Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Həmin şikayətə baxılmasına dair məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 16:30-a təyin edilmişdir. Məhkəmənin hazırlıq iclasında: Xüsusi ittiham qaydasında şikayət olunan şəxs X3 bildirdi ki, onun qeydiyyat yeri Füzuli rayonu, Qərbənd kəndi olsa da əvvəllər faktiki yaşayış yeri Beyləqan rayonu, SMD- 42 olub, 2 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində olan mənzillərdən birində kirayənişin kimi yaşayır. O, jurnalist kimi yazılarını əsasən “Facebook” sosial şəbəkəsində paylaşır. R.Qurbanovun müdafiəçisi Müdafiəçi bildirdi ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Bununla yanaşı, şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Odur ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyərək, xüsusi ittiham qaydasında şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, şikayət icraata götürülməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 11ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla yanaşı, yuxarıda isnad olunan Plenum Qərarının:
12. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayətə Füzuli Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, R.Qurbanovun məlumatlar yaydığı “Facebook” sosial şəbəkəsi xaricdə qeydiyyatdadır. Bu məlumatları yaymış R.Qurbanovun isə rəsmi qeydə alındığı yer Füzuli rayonu, Qərbənd kəndi olsa da (əvvəllər faktiki yaşayış yeri Beyləqan rayonu, SMD-42 olub) axırıncı yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəridir. Ona görə də, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-in: 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.5. Bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 293, 300, 302 və 384-cü maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
İran İslam Respublikası vətəndaşı X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Yaşar Həşimov