Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-22/2025 22.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X8 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, İİİ qrup əlil, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 11 oktyabr 2024-cu il tarixdə, saat 14:15 dəqiqədə Füzuli rayonu, Birinci Qayıdış qəsəbəsinin ərazisində yerləşən «Sədaqət» şadlıq sarayında iştirak etdiyi toy məclisində əvvəllərdən tanıdığı Beyləqan rayonu, Aşqallar kənd sakini Zərərçəkmiş şəxs toy məclisindən çıxdığını görüb sonuncunun əvvəllər onun bacısı Surafət Heydərova ilə yaxın münasibətdə olduğunu və onun istifadə etdiyi nömrəyə zənglər etməsinə görə həmin məsələyə aydınlıq gətirmələri üçün onu şadlıq sarayının sol tərəfinə çağırmış, orada aralarında yaranmış mübahisə zamanı Xaliq Novruzovun ünvanına nalayiq söyüşlər söyərək özünü ətrafda olan şəxslərə qarşı qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib orada olan şəxslərə açıqca hörmətsizlik edərək X2 nahiyəsinə qəsdən başı ilə bir zərbə, yumruqla isə bir neçə zərbələr vuraraq onu yerə yıxaraq yerdə də bədənin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ gözaltı-almacıq nahiyəsində qançır, dodaq nahiyəsində əzilmiş yara, hər iki dirsək oynağı nahiyəsində isə sıyrıqlarla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdi. Son sözündə bildirdi ki, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə edib. Odur ki, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ifadə verərək bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, təqsirləndirilən şəxslə barışıq əldə ediblər. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, əldə olunmuş barışığın Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Aşqallar kəndində yaşayır. X9 bibisi oğludur. Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini Təqsirləndirilən şəxs tanımır. O, 11 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində həmkəndlisi Niyaməddin Məmmədovun dəvəti əsasında Füzuli rayonu, Birinci Qayıdış qəsəbəsinin ərazisində yerləşən «Sədaqət» şadlıq sarayında keçiriən toy məclisinə getmiş, bibisi oğlu Xaliq, həmkəndliləri Şahid3, Babək Hümbətov və qeyriləri ilə eyni masada oturub musiqiyə qulaq asaraq nahar etmiş, spirtli içki qəbul etməmişlər. Saat 15 radələrində Xaliq stoldan durub şadlıq sarayının dəhlizində nəmər yazılan yerə yaxınlaşmış, təxminən 15 dəqiqə sonra şadlıq sarayında olan adamlarının həyəcanla çölə çıxdıqlarını və toy məclisinin pozulduğunu görüb oda oturduğu stoldan durub çölə çıxdıqda Xaliqi şadlıq sarayının həyətində üzü, başı qan içində görmüş, onun ətrafına xeyli adamlar toplamışlar. O, Xaliqə yaxınlaşıb ondan nə baş verməsini soruşduqda Xaliq özünü pis hiss etdiyinə görə ona bir söz deyə bilməmiş, o, Xaliqin burun və sifət nahiyəsinin qanının dayanmadığını görüb tez şadlıq evinə daxil olaraq oradan salfet götürüb onun yanına qayıtmış, Xaliq qanı silsə də qanaxma dayanmamışdır. O, gödəkçəsinın və telefonunun şadlıq evindəki stolun üzərində qaldığını bilib yenidən içəriyə qayıdıb onları götürmüş, həmin vaxt toy adamlarından Xaliqi vurub xəsarətlər yetirən şəxsin Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini Təqsirləndirilən şəxs olduğunu eşitmişdir. O, Xaliqi özünə məxsus “KİA SPORTAGE” markalı avtomobilin yanına aparmış, həmkəndliləri Əsgərov X10 avtomobilini idarə etmiş, Xaliq qabaq, özü isə arxa oturacaqda oturmuş, Valeh avtomobili Beyləqan rayon Mərkəzi Xəstəxanası istiqamətində sürərkən yolda qanaxmadan Xaliq bir dəfə özündən getmiş, xəstəxananın Acil şöbəsində Xaliq özünü pis hiss etdiyindən onu təkərli xərəklə Acil şöbəyə aparmışlar. Əli Məmmədov adlı və soyadlı həkim Xaliqə ilk tibbi yardım göstərək ağrı kəsici iynələr vurmuş, ağız nahiyəsində olan yaraya tikişlər, burnuna isə piltə qoyub qanaxmanı dayandırmışdır. Sonra Xaliq palataya keçirilərək sistem qoşulmuşdur. Xaliq döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermiş, bir neçə dəiqiqə sonra Xaliq Füzuli rayon Polis şöbəsinə çağırılmışdır. Məhkəmə iclasında Şahid3 zərər çəkmiş şəxs X5 və Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid2 ifadə verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Aşqallar kəndində yaşayır. Beyləqan rayonu, Əhmədli kəndində Coğrafiya-Biogiya müəllimi işləyir. X1 ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini Təqsirləndirilən şəxs tanımır. 11 oktyabr 2024-cü il tarixdə, saat 13 radələrində həmkəndlisi Niyaməddin Məmmədovun dəvəti əsasında Füzuli rayonu, Birinci Qayıdış qəsəbəsinin ərazisində yerləşən «Sədaqət» şadlıq sarayında toy məclisində iştirak etmiş, həmkəndliləri Xaliq, Valeh, Babək, Murad və qeyriləri ilə eyni stolda oturub nahar edərək musiqiyə qulaq asmış, spirtli içki qəbul etməmişlər. Saat 15 radələrində istifadə etdiyi nömrəyə zəng gəldiyindən səs-küy olmaması üçün şadlıq sarayından çıxıb həyətdə telefonla danışarkən əynində qara rəngli köynəyi olan bir nəfər cavan oğlanın şadlıq sarayının həyətində iki minik avtomobilinin arasında bir nəfəri vurub yerə yıxdığını və həmin şəxsin yerdə huşsuz vəziyyətdə qaldığını görüb tez həmin şəxsə yaxınlaşıb onun növbəti zərbələri vurmaması üçün onu itələyərək oradan uzaqlaşdırmışdır. O, yerdə huşsuz vəziyyətdə olan şəxsə tərəf yaxınlaşdıqda onun Xaliq Novruzov olduğunu görüb tanımışdır. Xaliqin sifəti qan içində olmuş, toy məclisində iştirak edən şəxslər narahat olaraq çölə çıxmış, məclis pozulmuşdur. O, su gətizdirmiş, Xaliqın xəsarətlərini görüb özünü pis hiss etdiyindən oradan uzaqlaşmış, bir neçə dəqiqə sonra şadlıq sarayına daxil olub adına nəmər yazdırıb yaşadığı evə getmişdir. O, bir neçə gün sonra Xaliqlə görüşdükdə sonuncu ona onu vurub xəsarətlər yetirən şəxsin Beyləqan rayonu, Çəmənli kənd sakini Təqsirləndirilən şəxsduğunu demişdir. İş materiallarında olan: - 14 oktyabr 2024-cü il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan görünür ki, X5 iştirakı ilə hadisə yerinin baxışı aparılmış və müəyyən edilmişdir ki, «Sədaqət» şadlıq sarayı Füzuli rayonu, Birinci Qayıdış qəsəbəsinin ərazisində asfalt yolun sağ tərəfində yerləşir. Mişar daşından hörülmüş və aqlay daşla üzlənmişdir. Xaliq Novruzov şadlıq sarayının sağ hissəsində quraşdırılmış kondisionerin qabaq hissəsini təqdim edərək 11 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində həmin yerdə Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər söydüyünü, baş nahiyəsi ilə sifət nahiyəsinə vurub yerə yıxdığını, sonra yerdədə yumruq və təpiklə zərbələr vurduğunu, ayağa durduqdan sonra yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq yerə yıxdığını və özündən getdiyini bildirmişdir. Həmin yerdə sonradan silinmiş halda qana bənzər ləkələrin qalıqları görünsə də, həmin ləkələr eləcə də iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmiş və götürülməmişdir (İ.v.20- 22); - 14 oktyabr 2024-cü il tarixdə «Sədaqət» şadlıq sarayında yerləşən videokameralara baxış keçirilmiş, baxış keçrilməsi və götürmə aparılması haqqında protokolla müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:15:07-də şadlıq sarayının sol tərəfində bir nəfər əynində ağ rəngli qollu köynək olan cavan oğlan kənarda telefonla danışır. Ondan bir neçə metr aralıda dayanmış vəziyyətdə olan iki ədəd gümüşü rəngli avtomobilin arasında əynində qara rəngli qollu köynək olan kişi cinsli şəxslə əynində qısa qol ağ rəngli köynək geymiş kişi cinsli şəxs söhbət edirlər. Əynində qara köynəyi olan şəxs Təqsirləndirilən şəxs, ağ rəngli köynək geyinmiş şəxs isə X9 olması ehtimal edilir. Bundan başqa, Şadlıq sarayının qabaq sağ tərəfində iki nəfər əynində qara rəngli köynək geyinmiş kişi cinsli şəxslər kənara çəkilərək söhbət edirlər. Təqsirləndirilən şəxs Xaliq Novruzovun sifət nahiyəsinə başı ilə qəsdən bir zərbə vuraraq onu yerə yıxaraq yerdə də yumruqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurur. X15 ayağa durur. Onlar əlbəyaxa olaraq bir-birindən yapışırlar. Təqsirləndirilən şəxs yumruqla Xaliqin sifət və bədənin müxlətif nahiyələrinə zərbələr vurur. Xaliq onu əli ilə itələyib kənaraşdırmağa çalışır. Qurban Xaliqi əvvəlcə avtomobilin üzərinə sonra isə yerə yıxır. Kənarda söhbət edən şəxslərdən biri hadisəni görərək Təqsirləndirilən şəxs yaxınlaşanda Qurban Xaliqdən aralanır. Həmin şəxs Qurbanı tutub onu əli ilə itələyərək yola tərəf aparır. Yaxınlıqda olan adamlar yerdə uzanıqlı vəziyyətdə olan Xaliq Novruzovu yıxıldığı yerdən qaldıraraq onun qoluna girib oradan uzaqlaşdırarkən Xaliq Novruzovun axsadığı görünür. Saat 14:18:07-də videogörüntü yekunlaşır (İ.v. 23-26); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X12 Publik Hüquqi şəxsin Beyləqan rayon şöbəsindən 12 oktyabr 2024-cü il tarixdə verilmiş 317/24 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 gözaltı-almacıq nahiyəsində qançır, dodaq nahiyəsində əzilmiş yara, hər iki dirsək oynağı nahiyəsində isə sıyrıq aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ.v.32-35); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X12 Publik Hüquqi şəxsin Beyləqan rayon şöbəsindən 12 oktyabr 2024-cü il tarixdə verilmiş 318/24 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sol gicgah nahiyəsində yumuşaq toxumalarının əzilməsi, alın nahiyəsində isə sıyrıq aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir (İ.v.36-38); - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Beyləqan rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Bayram Muradov tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 18-1 -29/2-1685/2024 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1963-cü ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş X9 və xx.xx.1988-ci ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olmuş Təqsirləndirilən şəxs “Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nevropsixoloji, ruhi-əsəb və digər kabinetlərində dispanser qeydiyyatında yoxdur (İ.v.62- 63); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 verilmiş 16 noyabr 2024-cü il tarixli, 3-17-1/2- 278307/2024 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1988-ci ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olmuş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) filial tərəfindən xx.xx.2017-ci il tarixdən lİl dərəcəli ümumi səbəbdən əliliyə görə müddətsiz olaraq sosial müavinət təyin olunmuşdur (İ.v.61); - 16 sentyabr 2014-cü il tarixli, AZ-İİİ 386270 №-li, 11 avqust 2017-ci il tarixli, AZ-İİİ 986314№-li və 01 dekabr 2020-ci il tarixli, AZ-İV 515308 №-li “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 103 iyul 2014-cü il tarixdə doğulmuş Ruhan Qurbanov və 24 noyabr 2020-ci ildə doğulmuş Xeyrulla Qurbanov adlı, soyadlı iki oğlan və 05 avqust 2017-ci ildə doğulmuş Əsma Qurbanzadə adlı, soyadlı bir qız övladı vardır (İ.v.84-86); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində anadan olmuş Qurbanov X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 244-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Aministiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (İ.v.30,70-74). Beləliklə, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları, şahid ifadələri, həmçinin istintaq hərəkəti protokolları və həmin protokollara əlavələr, 12 oktyabr 2024-cü il tarixdə verilmiş 317/24 nömrəli ekspert rəyi və digər sənədlərlə Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törətməsi istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri mötəbər sübut kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əməlinin tərkib əlamətləri var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, evli, himayəsində üç azyaşlı övladının olmasını, zərəçəkmiş şəxslə barışıq əldə etməsini və İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-22/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-22/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver