Məhkəmə qərarları › İş №1(064)-23/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-23/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-23/2025 28.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Babayev X2 Madər Tehran oğlunun etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını vahid niyyətlə ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncunu Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyasında işləyən tanışı vasitəsilə “GN Group” şirkətində işlədiyi motorist vəzifəsindən üçüncü mexanik vəzifəsinə təyin olunmasına köməklik edəcəyi barədə yalan vəd verməklə aldatmağa nail olduqdan sonra özünün istifadəsində olan, “LeoBank” tərəfindən cinayətdən xəbərsiz olan tanışı Şahid adına hazırlanmış 5411-2498-0139-1579 nömrəli plastik bank kartının hesabına Zərərçəkmiş şəxs tərəfindən Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “Rəşid” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsilə 01 avqust 2024-cü il tarixdə saat 22:15də 900 manat və 03 avqust 2024-cü il tarixdə saat 22:31-də 1100 manat məbləğində pulun köçürülməsinə nail olmuş, həmin pul vəsaitlərini bankomatdan şəxsən nağdlaşdırdıqdan sonra şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə sonuncunun cəmi 2000 (iki min) manat məbləğində pulunu vahid niyyətlə dələduzluq yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024cü ilin iyul ayının sonlarında Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində olarkən həmkəndlisi Zərərçəkmiş şəxs (bundan sonra – Madər) ona Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının “GN Group” şirkətində işlədiyi motorist vəzifəsindən üçüncü mexanik vəzifəsinə təyin olunmaq istədiyini, bunun üçün test imtahanından keçməli olduğunu demiş, o, Madərə cavabında sonuncunu ona verəcəyi üç min manat məbləğində pul müqabilində Azərbaycan Respublikasının Dövlət Dəniz Adminstrasiyasında işləyən tanışı vasitəsilə test imtahanından keçib həmin vəzifəyə təyin olunmasına köməklik edəcəyi barədə vəd vermişdir. Lakin həmin vaxt onun məqsədi maddi vəziyyətinin zəif olması səbəbindən Madərdən alacağı pul məbləğlərini şəxsi ehtiyaclarına xərcləmək olmuşdur. Sonuncu onunla razılaşdıqdan sonra onun vəd verdiyi məsələni həll etmək üçün mobil telefonunun “WhatsApp” proqramı vasitəsilə göndərdiyi, “LeoBank” tərəfindən tanışı Şahid adına hazırlanmış, əvvəlcədən onun istifadəsində olan 5411-2498-0139-1579 nömrəli plastik bank kartının hesabına müvafiq olaraq 01 və 03 avqust 2024-cü il tarixlərdə 900 manat və 1100 manat olmaqla, cəmi 2000 manat məbləğində pul göndərmişdir. O, həmin pul məbləğlərini Bakı şəhərində yerləşən bankomatdan şəxsən nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid göstərdiyi hallardan qabaqcadan deyil, iş üzrə ibtidai istintaq zamanı məlumatı olmuşdur. O, sonradan Madərə verdiyi vədi həll edə bilmədiyini, sonuncudan aldığı cəmi 2000 manat məbləğində pulu özünə məxsus avtomobilin mühərrikinin təmirinə xərclədiyini, qaytaracağını demişdir. Lakin maddi vəziyyəti zəif olduğuna görə həmin pulu Madərə qaytara bilməmişdir. Buna görə də sonuncu onun barəsində Füzuli Rayon Polis Şöbəsinə şikayət etmişdir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Madər onunla barışmış, o, iş üzrə Madərə vurduğu maddi ziyanı sonuncunun ailə üzvünə 2000 manat məbləğində pul verməklə tamamilə ödəmişdir. Buna görə də iş üzrə barəsində icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ərizəsində iş üzrə Zərərçəkmiş şəxs vurduğu 2000 manat məbləğində maddi ziyanı tamamilə ödəməsi və sonuncu ilə barışıq əldə etməsi nəzərə alınaraq, barəsində olan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi 14 yanvar 2025-ci il tarixli yazılı ərizələrində Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına görə hazırki məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iş üzrə Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı təşkil edən 2000 manat məbləğində pulu tamamilə ödədiyini, buna görə də Təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini, göstərdiyi səbəblərdən onun iştirakı olmadan iş üzrə məhkəmə baxışı iclasının keçirilməsini və yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatından görünür ki, Zərərçəkmiş şəxs sonuncu dəfə 23 yanvar 2025-ci il tarixdə Türkiyə Respublikasının “İstanbul” sərhəd portuna daxil olmuş, bu səbəbdən Azərbaycan Respublikasının hüdudlarından kənardadır. Məhkəmə baxışı iclasına müvafiq olaraq zərərçəkmiş şəxs və şahid qismində dindirilmək üçün lazımi qaydada çağırılsalar da gəlmədiklərinə, eləcə də, yuxarıda göstərilənlərə görə Azərbaycan Respublikası CPM-in 329.1, 330.1 və 337.2-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs və Şahid həmin ifadələrində işin hallarının özlərinə aid olan müvafiq hissələri barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmişlər (səh. 36-38, 48-51). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının “GN Group” şirkətində motorist vəzifəsində işləyir. 01 və 03 avqust 2024-cü il tarixlərdə cəmi 2000 manat məbləğində pulu Təqsirləndirilən şəxs ona göndərdiyi 5411-2498-0139-1579 nömrəli plastik bank kartının hesabına Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “Rəşid” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsilə göndərmişdir. 08 avqust 2024cü il tarixdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında keçirilmiş, iştirak etdiyi test imtahanından uğurlu nəticə qazanmadığına görə sonuncudan ona verdiyi vədi yerinə yetirməməsinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələr gətirərək aldatmış, ona verdiyi pulu qaytarmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə verdiyi 25 avqust 2024-cü il tarixli yazılı ərizəsində 01 və 03 avqust 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs ondan işlədiyi vəzifəni dəyişməsinə köməklik edəcəyi adı ilə cəmi 2000 manat məbləğində pul aldığını, lakin vədinə əməl etmədiyini göstərmiş, Təqsirləndirilən şəxs barəsində qanuni tədbirin görülməsini və sonuncu tərəfindən ona vurulmuş maddi ziyanın qaytarılmasının təmin edilməsini xahiş etmişdir (səh. 7). - “MilliÖn” elektron ödəmə sisteminin 01 və 03 avqust 2024-cü il tarixli, **********2 və **********3 nömrəli qəbzlərinin surətlərindən görünür ki, müvafiq olaraq həmin tarixlərdə saat 22:15 və 22:31-də Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən “Rəşid” marketdə quraşdırılan 01804 nömrəli terminalı vasitəsilə “LeoBank” tərəfindən Şahid adına hazırlanmış 5411-2498-0139-1579 nömrəli kartın hesabına 900 manat və 1100 manat məbləğində pul köçürülmüşdür (səh. 9). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni dələduzluğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittihama dair özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs və Şahid ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, iş üzrə maddi sübut qismində tanınmış “MilliÖn” elektron ödəmə sisteminin 01 və 03 avqust 2024-cü il tarixli, **********2 və **********3 nömrəli qəbzlərinin surətləri, digər istintaq hərəkəti protokoları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 73.-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.-1.1-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. - 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və məhkəməyə təqdim etdiyi ərizəsi, Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi 14 yanvar 2025-ci il tarixli ərizələri əsasında sonuncunun Təqsirləndirilən şəxslə barışması, sonuncunun Zərərçəkmiş şəxs vurduğu 2000 manat məbləğində maddi ziyanı tamamilə ödəməsi, barəsində olan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsi ilə razı olması və məhkumluq haqqında tələbnamə (səh. 53) əsasında əvvəllər Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmədiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən iş üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirinin ləğv edilməsi barədə qərar daxil edilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməli olduğuna görə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş “MilliÖn” elektron ödəmə sisteminin 01 və 03 avqust 2024-cü il tarixli, **********2 və **********3 nömrəli qəbzlərinin surətləri iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş “MilliÖn” elektron ödəmə sisteminin 01 və 03 avqust 2024-cü il tarixli, **********2 və **********3 nömrəli qəbzlərinin surətləri iş materiallarında saxlansın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar