Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-24/2023 04.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mirzəcamallı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs borclu kimi ondan Zərərçəkmiş şəxs ilə nikahlarından doğulmuş uşaqları - 14 iyul 2010-cu il təvəllüdlü X6 və 24 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Zərərçəkmiş şəxs yanında saxlanması üçün 15 avqust 2013-cü il tarixdən hesablanmaqla, hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutulub sonuncuya ödənilməsinə dair Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)-681/2013 nömrəli qətnaməsini və onun əsasında verilmiş icra sənədini müəyyən olunmuş müddətdə tam icra etməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Füzuli RİPŞ) icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 3(064)-247/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə və icra məmuru tərəfindən ona 11 və 26 aprel, 07 iyun 2022-ci il tarixlərdə göstərilən icra sənədini hər birində 10 gün ərzində könüllü icra etməsi barədə yazılı xəbərdarlıqların şəxsən imza etdirilməklə verilməsinə baxmayaraq, göstərilən məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam etdirmiş, barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Füzuli RİPŞ tərəfindən təqdimatın verildiyi 15 iyul 2022-ci il tarixədək 3300,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməməsi nəticəsində sonuncuya maddi ziyan vurmaqla yanaşı, göstərilən məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 07 oktyabr 2010-cu il tarixdə onunla Zərərçəkmiş şəxs (bundan sonra - Milayim) arasında bağlanmış nikah qeydə alınmış, onların nikahından 14 iyul 2010-cu il tarixdə Elvin və 24 iyul 2011-ci il tarixdə Şahnaz adlı uşaqları doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə Milayimlə onun arasında bağlanmış nikah pozulmuş, onların nikahından doğulmuş hər iki uşağın Milayimin yanında qalması, buna görə də ondan 15 avqust 2013-cü il tarixdən hesablanmaqla, həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Milayimə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə Füzuli RİPŞ-yə göndərilmişdir. Həmin qurumdan ona göstərdiyi aliment məbləğini ödəməli olduğu barədə bildiriş rəsmi qaydada təqdim edilmişdir. O, Milayimə 2020-ci ilin sentyabr ayınadək cəmi 7400,00 manat məbləğində aliment ödəsə də, bundan sonra yaranmış 3300,00 manat məbləğində aliment borcunu qərəzli şəkildə deyil, əlilliyi ilə əlaqədar sosial müavinət ödənilməsinin dayandırılması səbəbindən ödəyə bilməmiş, buna görə də o, Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş, həmin məhkəmənin 27 iyun 2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. O, Milayimə olan aliment borcunu ödəyə bilmədiyinə görə icra məmuru ona 07 iyun 2022-ci il tarixdə icra sənədini 10 gün ərzində könüllü icra etməsi barədə bildiriş və yazılı xəbərdarlığı şəxsən imza etdirməklə vermişdir. 15 iyul 2022-ci il tarixədək Milayimə olan 3300,00 manat məbləğində aliment borcunun 700,00 manat hissəsini iş üzrə məhkəməyədək icraat dövründə, 400,00 manat hissəsini isə iş üzrə məhkəmə icraatı dövründə ödəmiş, qalan hissəsini isə gələcəkdə hər ay 100,00 manat olmaqla ödəyəcəkdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda göstərmiş və Təqsirləndirilən şəxs fərqli olaraq qeyd etmişdir ki, sonuncu qeyri-rəsmi qaydada işləməklə qazanc əldə etsə də, dəfələrlə ona aliment borcunu ödəməyəcəyini qərəzli şəkildə demişdir. Buna görə də Təqsirləndirilən şəxs ona iş üzrə cnayət təqibinin başlanmasınadək 3300,00 manat məbləğində aliment borcunu qərəzli şəkildə ödəmədiyini hesab edir. Təqsirləndirilən şəxslə barışmasa da, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RİPŞ-nin icra məmuru Şahid1 və böyük icra məmuru Şahid2 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda göstərmiş və Təqsirləndirilən şəxs fərqli olaraq qeyd etmişlər ki, Əliyev X4 Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)-681/2013 nömrəli qətnaməsi əsasında 15 iyul 2022-ci il tarixədək yaranmış 3300,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs qərəzli olaraq ödəmədiyinə görə sonuncu barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)681/2013 nömrəli qətnaməsi və icra vərəqəsinin surətlərindən görünür ki, Füzuli rayon Qeydiyyat Şöbəsində iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış 07 oktyabr 2010-cu il tarixli, 468 nömrəli nikah akt qeydi pozulmuş, onların nikahından doğulmuş 14 iyul 2010-cu il təvəllüdlü X6 və 24 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası Zərərçəkmiş şəxs yanında saxlanması, bununla əlaqədar hər uşaq üçün hər ay 50,00 manat olmaqla, cəmi 100,00 manat sabit pul məbləğində alimentin cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmiş və qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi icraya yönəldilmişdir (səh. 11-14). - Füzuli RİPŞ-nin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş 13 noyabr 2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icra edilməsi barədə” bildirişin surətlərindən görünür ki, icra məmuru Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)681/2013 nömrəli qətnaməsi və onun əsasında verilmiş icra sənədini icraata qəbul edib icraya yönəltmiş, borclu Təqsirləndirilən şəxs tələbi könüllü icra etməsi ilə əlaqədar bildirişi şəxsən imza etdirməklə vermişdir (səh. 16, 17). - Füzuli RİPŞ-nin icra məmuru Şahid1 tərəfindən tərtib edilmiş 11 və 26 aprel 2022-ci il tarixli xəbərdarlıqların surətlərindən görünür ki, icra məmuru borclu Təqsirləndirilən şəxs hər dəfə 10 gün ərzində icra sənədini tam icra etməli olduğu, əks halda barəsində müvafiq məsuliyyət tədbirinin tərtib ediləcəyi barədə yazılı xəbərdarlıqları şəxsən imza etdirməklə vermişdir (səh. 56, 57). - Füzuli Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 3(064)-247/2022 nömrəli qərarının surətindən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)681/2013 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir (səh. 62). - Füzuli RİPŞ-nin icra məmuru Şahid1 tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli “Tələbin könüllü icra edilməsi barədə” bildiriş və 17 iyun 2022-ci il tarixli xəbərdarlığın surətlərindən görünür ki, icra məmuru borclu Təqsirləndirilən şəxs tələbi könüllü icra etməsi ilə əlaqədar bildirişi və icra sənədini 10 gün ərzində tam icra etməli olduğu, əks halda barəsində müvafiq məsuliyyət tədbirinin tərtib ediləcəyi barədə yazılı xəbərdarlığı şəxsən imza etdirməklə vermişdir (səh. 63, 64). - Füzuli Rayon Məhkəməsinin 27 iyun 2022-ci il tarixli, 8(064)-37/2022 nömrəli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (səh. 72). - Füzuli RİPŞ-nin “Cinayət məsuliyyətinə cəlb olunma haqqında” 15 iyul 2022-ci il tarixli tədimatından görünür ki, Füzuli RİPŞ müvafiq istintaq orqanından Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)-681/2013 nömrəli qətnaməsi üzrə 15 iyul 2022-ci il tarixədək Zərərçəkmiş şəxs olan 3300,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməməsinə görə Azərbaycan Respublikası CM-in 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (səh. 7, 8). - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı əmlak qeydə alınmamışdır (səh. 79, 80). - Azərbaycan Rеspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 03 avqust 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 01 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əlillik müddəti bitdiyindən ona sosial müavinət işi üzrə ödəniş dayandırılmışdır (səh. 89). - Komisyon məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 646/KEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi və mütəxəssis müayinləri zamanı onda “Bronxial astma, infeksion-allergik forma, ağır persistə edən, nəzarət olunmayan, kəskinləşmə mərhələsi; Tənəffüs çatışmazlığı, İİ dərəcə; Hər iki qulaqda İİ dərəcə neyrosensor tip ağıreşitmə” kimi xəstəliklərin olması müəyyən edilmişdir. Bu xəstəliklər uzun sürən xroniki gedişlidir. O, hazırki sağlamlıq durumu və qeyd edilən xəstəliklərlə əlaqədar əmək qabiliyyətli hesab edilməklə, eşitmə həssaslığı və allergenlərlə kontakt olmayan yüngül işlərdə işləyə bilər (səh. 129-132). - Azərbaycan Rеspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X5 filialının 28 iyul 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınmış, ona Nazirliyin MEİS-in “Məşğulluq” altsisteminin vakansiya bankında mövcud olan vakant münasib iş (“Kalyon RSY X9 Ticari İşlətməsi” şirkətinin Azərbaycan Rеspublikasındakı filialı, “təkər ustası” vəzifəsi, əmək haqqı 800,00-850,00 manat) təklif olunmuş və bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. O, münasib iş təklifini qəbul etmiş və onun işlə təmin olunması üçün elektron göndəriş formalaşdırılmışdır (səh. 86). - Füzuli RİPŞ tərəfindən tərtib edilmiş 04 avqust 2022-ci il tarixli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Kalyon RSY X9 Ticari İşlətməsi” şirkətinin Azərbaycan Rеspublikasındakı filialında “təkər ustası” vəzifəsi üzrə təklif edilmiş işdən iş yerinin uzaq olmasını səbəb kimi göstərməklə imtina etmişdir (səh. 88). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, özünü irəli sürülmüş ittiham üzrə müdafiə etmək üçün Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)-681/2013 nömrəli qətnaməsini qərəzli şəkildə deyil, maddi vəziyyətinin pis olması səbəbindən tam icra etmədiyi barədə dəlil irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini yenidən qərəzli olaraq icra etmədiyi hallarda yaranır. Məhkəmə qətnaməsini icra etməmə dedikdə, onun icrasını həyata keçirmək üçün bu və ya digər hərəkət etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə aktını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdaklara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası CM-in 306-cı maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq orqanı və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs: - məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil ona əmək qabiliyyətli işsiz şəxs kimi qeydiyyata alındığı Azərbaycan Rеspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS-in “Məşğulluq” altsisteminin vakansiya bankında mövcud olan vakant münasib iş (“Kalyon RSY X9 Ticari İşlətməsi” şirkətinin Azərbaycan Rеspublikasındakı filialı, “təkər ustası” vəzifəsi, əmək haqqı 800,00-850,00 manat) təklif olunduğu halda, bundan əsaslı səbəb olmadan imtina etməklə Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)- 681/2013 nömrəli qətnaməsi və onun əsasında verilmiş icra sənədi üzrə tələbi tam icra etmək niyyətində olmadığını göstərməsi, həmin məhkəmə qətnaməsi əsasında yaranmış aliment borcundan 2020-ci ilin sentyabr ayınadək 7400,00 manat ödədiyi, icra məmuru tərəfindən ona 11 və 26 aprel, 07 iyun 2022-ci il tarixlərdə göstərilən icra sənədini hər birində 10 gün ərzində könüllü tam icra etməsi barədə yazılı xəbərdarlıqların şəxsən imza etdirilməklə verildiyi halda, 2020-ci ilin sentyabr ayından 15 iyul 2022-ci il tarixədək yaranmış 3300,00 manat məbləğində aliment borcundan barəsində cinayət təqibinin başlanmasına qədər ödəniş etməməsi, yalnız cinayət təqibinin aparıldığı dövrdə cəmi 1100,00 manat məbləğində ödəniş etməsi və işin digər faktiki halları ilə tam təkzib edilir. - məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətsizliyi törətməsi əməlində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələr, cinayət işi materiallarında olan Füzuli Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)-681/2013 nömrəli qətnaməsi və onun əsasında verilmiş icra sənədinin icrası ilə bağlı toplanmış, yuxarıda sadalanan sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 110). - Füzuli rayon İcra Hakimiyyəti Başçısının 6 saylı Qayıdış qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, anası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 83, 84). - müvafiq ödəniş sənədlərindən görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 11 oktyabr 2013-cü il tarixli, 2(064)-681/2013 nömrəli icra sənədi üzrə Füzuli RİPŞ-nin depozit hesabına 03 fevral 2023-cü il tarixdə 700,00 manat, 07 mart 2023-cü il tarixdə 300,00 manat və 04 aprel 2023-cü il tarixdə 100,00 manat olmaqla, cəmi 1100,00 manat məbləğində pul ödəmişdir. Məhkəmə göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, törətdiyi cinayət əməli nəticəsində vurduğu 3300,00 manat məbləğində maddi ziyanı 1100,00 manat hissədə, yəni qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və komisyon məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 646/KEŞ nömrəli rəyində göstərilmiş xəstəliklərdən əziyyət çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, törətdiyi cinayət əməli nəticəsində vurduğu 3300,00 manat məbləğində maddi ziyanı qismən (1100,00 manat hissədə) ödəməsi, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və komisyon məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 646/KEŞ nömrəli rəyində göstərilmiş xəstəliklərdən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə yaxın müddətə, konkret olaraq 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-24/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-24/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver