Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-24/2025 14.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs (videokonfrans əlaqə sisyemindən istifadə edilməklə) və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx xxx 1998-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirli bilinərək Füzuli rayon Məhkəməsinin 10 iyun 2014-cü il tarixli hökmü ilə 400 manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Füzuli rayonu, Kərimbəyli kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşamış, barəsində Füzuli rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlləri, saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs3 yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evin yaxınlığında dayanaraq həmin evin işıqlarının sönülü olmasını və evdə hərəkət olmadığını müəyyən edib evin həyətinin giriş qapısından evin həyətinə qanunsuz daxil olmuş, daha sonra evin giriş qapısının kilidli olmamasından istifadə edib həmin qapıdan Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın içində olan qızıl qabına bənzər qutuda saxlanılan, ümumi dəyəri 3000 (üç min) manat olan 1250 (bir min iki yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü, 720 (yeddi yüz iyirimi) manat dəyərində 01 ədəd qızıl boyunbağını, 350 (üç yüz əlli) manat dəyərində 01 ədəd qızıl klonu və 680 (altı yüz səksən) manat dəyərində 01 ədəd qızıl qolbağını götürüb mənzilə daxil olduğu yerdən çıxmaqla qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin sentyabr ayının ortalarında, saat 22 radələrində həmkəndlisi Şahid5 yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evin yaxınlığında dayanaraq həmin evin işıqlarının sönülü olmasını və evdə hərəkət olmadığını müəyyən edib evin həyətinin daş hasarından həyətə qanunsuz daxil olmuş, daha sonra evin giriş qapısının kilidli olmamasından istifadə edib həmin qapıdan Şahid5 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın içində olan bənövşəyi rəngli qızıl qabında saxlanılan, Şahid5 həyat yoldaşı Zərərçəkmiş şəxs7 məxsus ümumi dəyəri 2545 (iki min beş yüz qırx beş) manat olan 570 manat, dəyəri- 545 manat, 400 manat və 750 manat olan 04 ədəd qızıl üzüyü, 280 manat dəyərində üzərində qızıl klonu olan 01 ədəd qızıl boyunbağını qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin mart ayının əvvəlləri, saat 22 radələrində həmkəndlisi X2 yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evin yaxınlığında dayanaraq həmin evin işıqlarının sönülü olmasını və evdə hərəkət olmadığını müəyyən edib evin həyətinin giriş qapısından evin həyətinə qanunsuz daxil olmuş, daha sonra evin giriş qapısının kilidli olmamasından istifadə edib həmin qapıdan Elçin Məmmədova məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın içində olan qızıl qabına bənzər qutuda saxlanılan, Elçin Məmmədovun həyat yoldaşı Zərərçəkmiş şəxs8 məxsus 1100 (bir min yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü, 300 (üç yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü, 300 (üç yüz) manat dəyərində 01 ədəd qızıl bilərziyi, 1200(bir min iki yüz) manat dəyərində 01 ədəd qızıl boyunbağını, 1400 (bir min dörd yüz)manat dəyərində 01 ədəd qızıl boyunbağını, 500 (beş yüz) manat dəyərində 1 cüt qızıl sırğanı və 200 (iki yüz) manat dəyərində 01 ədəd qızıl klon olmaqla ümumi dəyəri 5000 (beş min) manat olan qızıl-zinət əşyalarını qəsdən gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin aprel ayının ortalarında, saat 22 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs4 yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evin yaxınlığında dayanaraq həmin evin işıqlarının sönülü olmasını və evdə hərəkət olmadığını müəyyən edib evin həyətinin giriş qapısından evin həyətinə qanunsuz daxil olmuş, daha sonra evin giriş qapısının kilidli olmamasından istifadə edib həmin qapıdan Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın içində olan yaşıl rəngli qızıl qabında saxlanılan, ümumi dəyəri 3000 (üç min) manat olan 500 manat, 450 manat, 400 manat və 550 manat dəyərində 04 ədəd qızıl üzüyü, 1100 (min yüz) manat dəyərində isə 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl qolbağını qəsdən gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin iyun ayının ortalarında, saat 22 radələrində həmkəndlisi Şahid7 yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evin yaxınlığında dayanaraq həmin evin işıqlarının sönülü olmasını və evdə hərəkət olmadığını müəyyən edib evin həyətinin giriş qapısından evin həyətinə qanunsuz daxil olmuş, daha sonra evin giriş qapısının kilidli olmamasından istifadə edib həmin qapıdan Şahid7 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın içində olan qızıl qabında saxlanılan, Şahid7 həyat yoldaşı Zərərçəkmiş şəxs6 məxsus ümumi dəyəri 4200 (dörd min iki yüz) manat olan 900 (doqquz yüz) manat dəyərində 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı, 2000 (iki min) manat dəyərində 01 ədəd qızıl boyunbağını, 1300 (bir min üç yüz) manat dəyərində 01 ədəd qızıl üzüyü və Şahid7 gəlini Zərərçəkmiş şəxs5 məxsus ümumi dəyəri 2600 (iki min altı yüz) manat olan 240 manat dəyərində 01 ədəd qızıl sırğanı, 400 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 280 manat, 500 manat, 400 manat, 300 manat və 280 manat dəyərində 05 ədəd qızıl üzüyü, 150 manat dəyərində 01 ədəd qızıl bilərziyi və 50 manat dəyərində 01 ədəd qızıl klonu qəsdən gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə xeyli miqdarda, yəni 6800 (altı min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 iyul 2024-cü il tarixdə, saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 yaşadığı Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən evin yaxınlığından dayanaraq həmin evin pəncərəsinin açıq vəziyyətdə olduğunu və evdə hərəkət olmadığını müəyyən edib həyətin hasarından evin arxa hissəsinə keçərək evin həyətinə qanunsuz daxil olmuş, daha sonra evin pəncərəsinin bağlı olmamasından istifadə edib həmin pəncərədən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın içində olan sellafon torbada saxlanılan, Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 məxsus 50 manat nağd pulu və ümumi dəyəri 820 (səkkiz yüz iyirmi) manat olan 250 manat dəyərində 01 cüt qızıl sırğanı, 170 manat dəyərində 01 ədəd qızıl üzüyü, üzərində qızıl klonu olan 400 manat dəyərində 01 ədəd qızıl boyunbağını və Zərərçəkmiş şəxs1 məxsus 455 manat nağd pulu qəsdən gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat məbləğində, digər Zərərçəkmiş şəxs1 isə 455 (dörd yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək etdiyi əməldən peşiman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini və onlarla barışıq əldə edildiyini bildirdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 Məhkəməyə ərizə ünvanlayaq Təqsirləndirilən şəxs ilə barışdıqlarını və onlara dəymiş maddi ziyanın ödənildiyini bildirmişlər. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxslərin ərizələri elan edilərək tədqiq edildi. Məhkəmə iclası zamanı dövlət ittihamçısı məhkəmə istintaqının ittiham tərəfindən təqdim olunmuş sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatət verdi. Müdafiə tərəfi vəsatəti müsbət qarşıladı. Verilmiş vəsatət Məhkəmə tərəfindən təmin edilərək məhkəmə istintaqı baxılmış sübutlarla məhdudlaşdırıldı. Cinayət işi materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-9165/2024 nömrəli məktubdan görünür ki, Füzuli RPŞ-nin məktubu vasitəsi ilə Füzuli rayonu, Kərimbəyli kənd sakini vət. Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız (pəncərədən götürülmüş) barmağının əksləri ilə eynilik müəyyən etmişdir (İ cild, səh. 21-22). Əməliyyat tapşırığına verilmiş 17 avqust 2024-cü il tarixli, 3-13-73/1-12633/2024 nömrəli cavab raportundan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı evdən nağd pul və qızıl-zinət əşyaları Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncu oğurlamış olduğu qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Şahid8 satmışdır (İ cild, səh. 25). Əməliyyat tapşırığına verilmiş 17 avqust 2024-cü il tarixli cavab raportunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 yaşadığı evdən 1 ədəd qızıl üzüyü, 1 ədəd üzərində klonu olan qızıl boyunbağını və 1 ədəd qızıl qolbağı Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncu oğurlamış olduğu qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Şahid8 satmışdır (İ cild, səh. 131). Əməliyyat tapşırığına verilmiş 17 avqust 2024-cü il tarixli cavab raportunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 yaşadığı evdən 4 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl qolbağını Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncu oğurlamış olduğu qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Şahid8 satmışdır (İ cild, səh. 173). Əməliyyat tapşırığına verilmiş 17 avqust 2024-cü il tarixli cavab raportunda göstərilmişdir ki, Şahid7 yaşadığı evdən 2 cüt qızıl sırğanı, 7 ədəd qızıl üzüyü, 1 ədəd qızıl bilərziyi, 2 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl klon Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncu oğurlamış olduğu qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Şahid8 satmışdır (İ cild, səh. 214). Əməliyyat tapşırığına verilmiş 17 avqust 2024-cü il tarixli cavab raportunda göstərilmişdir ki, Şahid5 yaşadığı evdən qızıl-zinət əşyaları Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncu oğurlamış olduğu qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Şahid8 satmışdır (İ cild, səh. 251). Əməliyyat tapşırığına verilmiş 17 avqust 2024-cü il tarixli cavab raportunda göstərilmişdir ki, Elçin Məmmədovun yaşadığı evdən 02 ədəd qızıl üzüyü, 01 ədəd qızıl qolbağını, bir cüt qızıl sırğanı, 02 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl klon Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və sonuncu oğurlamış olduğu qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu ərazisində qızıl alqısatqısı ilə məşğul olan Şahid8 satmışdır (İİ cild, səh. 15). “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 09 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur (İİ cild, səh. 240). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Füzuli rayon Məhkəməsinin 10 iyun 2014-cü il tarixli hökmü ilə 400 manat cərimə cəzasına məhkum edilmiş və həmin cəriməni tam ödəmişdir (İİ cild, səh. 124). Füzuli rayon Məhkəməsinin 10 iyun 2014-cu il tarixli, 1(064)-24/2014 №-li hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Füzuli rayon Məhkəməsinin 10 iyun 2014-cu il tarixli hökmü ilə 400(dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (İİ cild, səh. 183- 191). 17 avquts 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 50-51). Füzuli Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 4(064)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 116-120). Azərbaycan Respublikası Baş prokurorluğunun 07 noaybr 2024-cü il tarixli qərarı ilə iş üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla 05 ayadək, yəni 14 noyabr 2024-cü il tarixdən 14 yanvar 2025-ci il tarixədək uzadılmışdır (İİ cild, səh. 207-208). Füzuli rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 4(064)-24/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti, istintaq müddətinin sonunadək, yəni 14 yanvar 2025-ci il tarixədək uzadılmışdır (İİ cild, səh. 221-227). AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, orta təhsillidir, subaydır (İİİ cild, səh. 117). Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli rayonu, Kərimbəyli kənd icra nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-43-16/2-1217-24 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur (İİ cild, səh. 249-250). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi və Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşiman olmasını sonuncunun cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2-ci maddəsinə əsasən eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, .....belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə təqsirkar şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, davranışını, törətdiyi cinayət əməllərinin sayını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş maddi ziyanı tamamilə ödəməsini, səmimi peşmançılığını və əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını ədalətli sayır. Məhkəmə belə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməllərindən səmimi peşmançılıq hisslərini biruzə verməsi, vurulmuş ziyanın tam aradan qaldırılması və zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi məhkəməyə bu qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. İş üzrə maddi sübut kimi tanınmış Şahid8 təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus və üzərində Təqsirləndirilən şəxs imzaları olar şəxsiyyət vəsiqəsinin 2 (iki) ədəd surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə olunan əmlak və mülki iddia yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutub H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 avqust 2024-cü il tarixdən həbsdə saxlanıldığı 6 (altı) ay 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 10 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şahid8 təqdim etdiyi, Təqsirləndirilən şəxs məxsus və üzərində Təqsirləndirilən şəxs imzaları olan şəxsiyyət vəsiqəsinin 2 (iki) ədəd surəti iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-24/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-24/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver