Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-25/2023 09.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, həmin kənddə pasport qeydiyyatında olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində 27 noyabr 2023-cü ilədək qüvvədə olan 02 sentyabr 2022-ci il tarixli, 4629№-li etibarnamə ilə ona etibar edilmiş, X1 mülkiyyətində olan, 17 iyul 2025-ci ilədək qüvvədə olan AE-808652 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “MERCEDES BENZ 220 E minik” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonu, Böyük Bəhmənli kəndinin ərzisində yerləşən adsız çayxananın qarşısından keçən kənd daxili asfalt yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda buna texniki cəhətdən imkanı olduğuna baxmayaraq həmin qaydalara əməl etməmiş, avtomobil üzərində idarə etməni itirərək yolu soldan sağa keçən piyada- xx xxxxx 1966-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, hazırda həmin kənddə yaşayan Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq qapı hissəsi ilə yolun sağ ehtiyyat hissəsində vurmuş, nəticədə yuxarıda qeyd edilən yol hərəkəti qaydalarının onun tərəfindən pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bud sümüyünün orta üçdə-birinin fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı xarakterli olmaqla dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E220” markalı, ** SM *** qeydiyyat nişanlı avtomaşını ilə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində saatda təxminən 30-40 km sürət həddi ilə idarə edib, kənd daxili avtomobil yolunda dəmir yolu xətti istiqamətində hərəkətdə olan zaman ona əks istiqamətdə həmkəndlisi Şahid5 idarə etdiyi gümüşü rəngli “Mercedes” markalı avtomobil hərəkətdə olmuşdur. Bu zaman bir nəfər piyada, yəni adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs Şahid5 idarə etdiyi avtomobilin qarşısından, yəni yolu soldan sağa keçib, yolun sağ tərəfindəki köhnə dəyirman istiqamətinə gedərkən onun idarə etdiyi avtomobilin qarşısına tərəf keçmişdir. O, Məmmədi vurmamaq üçün, avtomobili sağ ehtiyyat hissəyə doğru çəksə də, Məmməd də avtomobilin istiqamətinə tərəf qaçdığı üçün avtomobili saxlaya bilməmiş və yolun sağ ehtiyyat hissəsinə yaxın yerdə Zərərçəkmiş şəxs avtomobillə vurmuşdur. Bundan sonra, avtomobil yolun kənarında olan beton dirəyə dəyib dayanmışdır. Zərərçəkmiş şəxs vurduqdan sonra dərhal avtomobildən yerə düşüb, ora yaxınlaşan kənd sakinlərinin, o cümlədən Məmmədin öz qohumu Şahid8 köməkliyi ilə Məmmədi su arxından götürüb tibbi yardım göstərilməsi üçün idarə etdiyi avtomobilin salonuna mindirmişdir. Şahid8 da avtomobilə əyləşmiş və arxa oturacaqda Məmmədin yanında oturaraq onun başını tutub saxlamışdır. O, avtomobilini idarə edib, Məmmədi Füzuli rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanaya gedərkən yolda idarə etdiyi avtomobilin arxa sol təkəri partlamış, lakin o, Zərərçəkmiş şəxs rayon xəstəxanasına çatdırmaq üçün avtomobili həmin vəziyyətdə idarə etmişdir. O, Zərərçəkmiş şəxs xəstəxanaya apararkən tanımamış, yəni avtomobillə vurduğu şəxsin atasını öldürən şəxs olduğunu Füzuli rayon Mərkəzi xəstəxanasına çatandan sonra öyrənmişdir. O, Zərərçəkmiş şəxs türmədən çıxandan sonra görməmiş, kənddə olduğu müddət ərzində Məmmədlə qarşılaşmamış, buna görə də Zərərçəkmiş şəxs adını eşitsə də, üzünü yaxından görmədiyi üçün onu tanımamışdır. Hadisə baş verən zaman avtomobildə tək olmuşdur. O, hadisəni törədərkən avtomobillə vurduğu şəxsin kim olduğunu bilməmiş, Zərərçəkmiş şəxs yolun sağ ehtiyyat hissəsi ilə deyil, yolu soldan sağa piyada keçmişdir. Onun Zərərçəkmiş şəxs qəsdən vurmaq və ya öldürmək fikri olsa idi, onu xəstəxanaya deyil, yerdə uzanarkən öldürərdi. Məmmədi avtomobillə vurduqdan sonra onun üzərindən təkrarən keçmək üçün heç bir hərəkət etməmiş, onun belə bir fikri olmamışdır. Hadisə barədə polis əməkdaşı Şahid7 və xəstəxanada işləyən həmkəndlisi Şahid3 zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsə maddi köməklik etmək istəsə də sonuncu bundan imtina etmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, o, Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayır. 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində işdən çıxıb, evinə gedən zaman kənd xəstəxanası istiqamətindən yolun sağı ilə piyada dəmir yolu xətti istiqamətində hərəkət edərkən arxadan onunla eyni istiqamətdə hərəkət edən avtomobilin yolun sağını çəkib saxladığını, sonradan yenidən sürməsinin şahidi olmuş, buna əhəmiyyət verməmişdir. O, həmin vaxt avtomobilin sürücüsünün kim olduğunu bilmədiyi üçün heç nədən şübhələnməmişdir. Lakin avtomobil ona çatan zaman yolun sağ kənarı ilə onu arxadan vuraraq yolun sağ kənarında olan su arxının üstündən ataraq orada olan hasara çırpmışdır. Zərbənin təsirindən bir anlıq özündə olmamış, lakin sonradan olanların hamısı yadındadır. Bundan sonra, onu kənd sakinlərinin köməkliyi ilə orada olan gümüşü rəngli Mercedes markalı avtomobilə mindirmişlər. Həmin vaxt qohumu Şahid8 da onun yanında əyləşmişdir. Həmin avtomobil onu xəstəxanaya aparan zaman yolda o, avtomaşının sürücüsünün X2 Məmmədov olduğunu bilmişdir. Həmin hadisədə onun ayaqları sındığı və digər bədən xəsarətləri aldığı üçün hərəkət edə bilməmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs ondan atasının qisasını almaq üçün onu qəsdlə vuraraq öldürmək istəmişdir. Lakin kənd adamları oraya toplaşdığı üçün Şahin niyyətini həyata keçirə bilməmiş və özünü təmizə çıxarmaq üçün onu avtomobili ilə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxsla barışmamışdır və ondan şikayətçi olmaqla qanuni şəkildə cəzalandırılmasını xahiş edir. Şahid5 bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə həmkəndlidir. 20 oktyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində həmin kənddə olan yas mərasiminə gedərkən idarə etdiyi “Mercedes-Benz” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə dəmir yolu istiqamətindən çıxıb kənd xəstəxanası istiqamətində hərəkət etmişdir. Kənd daxili avtomobil yolunda yolu onun hərəkət istiqamətində sola doğru anidən keçən piyadanı əks istiqamətdə hərəkətdə olan başqa bir “Mercedes” markalı avtomobil yolun ona münasibətdə sol hərəkət zolağında qabaq hissəsi ilə vurmuşdur. Avtomobil piyadanı vurduqdan sonra piyada yolun ehtiyyat hissəsinə yıxılmışdır. O, sonradan bilmişdir ki, piyadanı vuran avtomobilin sürücüsü həmkəndlisi Təqsirləndirilən şəxs, piyada isə digər həmkəndlisi Zərərçəkmiş şəxsdur. Piyadanı vurduqdan sonra Təqsirləndirilən şəxs avtomobili getdiyi istiqamətin əksinə döndərib yolun ortasında saxlamışdır. O, dərhal hadisə baş verən yerə gələrək arxın içərisinə düşmüş Məmmədi arxın içərisindən adını xatırlamadığı bir nəfər cavan oğlanın köməkliyi ilə çıxararaq Şahinin avtomobinin arxa oturacağına əyləşdirilməsinə köməklik etmişdir. Təqsirləndirilən şəxs özü də avtomobilin salonundan Məmmədi avtomobilin içərisinə doğru çəkərək onu avtomobilə mindirmişdir. Məmmədi avtomobilə mindirməyə köməklik edən adını bilmədiyi cavan oğlan avtomobilin arxa oturacağında əyləşərək Təqsirləndirilən şəxsla piyadanı, yəni Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra yerə düşüb heç bir nalayiq ifadə işlətməmiş, Məmmədə qarşı hər hansı bir xoşagəlməz hərəkət etməmişdir. Şahid8 bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə həmkəndlidir. Bununla yanaşı, Zərərçəkmiş şəxsla qohumluq münasibətləri vardır. 20 oktyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində yaşadığı kəndin ərazisində yerləşən otlaq sahəsindən nahar etmək üçün evinə gələrkən, kəndin mərkəzinə doğru istiqamətdə yerləşən çayxanaya dönmüşdür. Çayxanada olan zaman tappıltı səsi eşitmiş, həmin vaxt çayxanada olan adlarını xatırlamadığı həmkəndlilərinin səs gələn tərəfə getdiklərini görüb, o, da səs gələn tərəfə, yəni asfalt yola çıxmışdır. O, çayxanadan asfalt yol istiqamətində bayıra çıxanda yolun kənd xəstəxanası tərəfindən gələndə sağ kənarına xeyli sayda həmkəndlilərinin toplaşdığını və yolun sağ kənarında üzü xəstəxana istiqamətinə metallik rəngli “Mercedes” markalı avtomaşının dayandığını görmüşdür. Həmin yerə yaxınlaşanda bir nəfər şəxsi xatırlamadığı həmkəndlilərinin götürüb avtomobilə tərəf gətirdiklərini görmüşdir. Bu zaman kimsə avtomobilin arxa sol qapısını açmağın lazım olduğunu demiş, o, avtomobilin arxa qapısını açarkən orada olan şəxslərdən biri o biri tərəfdən avtomobilin arxa oturacağına əyləşib xəsarət alan şəxsi mindirməyə köməklik etməyin lazım olduğunu demişdir. O, avtomobilin arxa tərəfindən oturub, xəsarət alan şəxsin avtomobilə mindirilməsinə köməklik etmiş, həmin şəxsin xəsarət aldığını görüb, onun yanında oturaraq başını dizinin üstə saxlayıb, xəstəxanayadək getmişdir. Sonradan ona məlum olmuşdur ki, xəsarət alan şəxs qohumu Zərərçəkmiş şəxsdur. Hadisəni törədən isə digər həmkəndlisi Təqsirləndirilən şəxsdur. Avtomobildə gedərkən Zərərçəkmiş şəxs bir neçə dəfə ondan avtomobilin ayaqlarının ağrıdığını, buna görə qapını açmasını istəmişdir. O, Zərərçəkmiş şəxs avtomobilin hərəkətdə olması səbəbi ilə qapının açılmasının təhlükəli olduğunu izah etmiş və qapını açmamışdır. Xəstəxanaya çatdıqdan sonra tibb işçilərinin və Təqsirləndirilən şəxs köməkliyi ilə Zərərçəkmiş şəxs xərəyə yerləşdirib xəstəxanaya aparılmışdır. O, avtomobildən yerə düşdükdə, avtomobilin sol arxa təkərinin partladığını və avtomobilin diski üzərində hərəkət etdiyini görmüşdür. O, çayxananın içərisində olan zaman hər hansı bir səs-küy, avtomobil tormozunun səsini, yaxud kiminsə kimi söyüb təhqir etməsini eşitməmişdir. O, avtomobildə gedərkən Məmmədlə Şahin arasında hər hansı bir mübahisə və ya söhbət olmamışdır. Xəstəxanaya gedərkən Təqsirləndirilən şəxs mobil telefonla kiməsə zəng edib hadisə barədə məlumat vermiş, danışıq zamanı avtomobillə tanımadığı bir nəfəri vurduğunu bildirmişdir. Şahid7 bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Kərimbəyli kəndində yaşayır. 2016-cı ildən DİO-da, 2017-ci ildən isə Füzuli RPŞ-nin İTB-də polis sahə rəisi vəzifəsində xidmət edir. Füzuli rayonu, Böyük Bəhmənli kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kəndin sakinləri kimi tanıyır. 20 oktyabr 2022-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi üzrə sahə polis nəfəri vəzifəsində xidmət etmişdir. Həmin gün Füzuli rayonu ərazisində 1 nömrəli tədbir olduğundan o, da həmin tədbirə cəlb edilmişdir. Saat 13 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək bir nəfər tanımadığı piyadanı kəndin ərazisində avtomobili ilə vurduğunu və hazırda öz avtomobili ilə həmin şəxsi xəstəxanaya apardığını bildirmişdir. Təqsirləndirilən şəxs ona telefonda başqa polis əməkdaşının mobil telefonunu bilmədiyi üçün ona zəng etdiyini bildirmişdir. Bundan sonra, Füzuli RPŞ-nin növbətçi hissəsinə zəng edib məlumat vermək istəyərkən istifadəsində olan radiostansiyanın açıq efirindən məsul növbətçinin açıq efirdə DYP əməkdaşlarına Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində piyadanın vurulması ilə əlaqədar məlumat verib, DYP əməkdaşlarını hadisə yerinə göndərməsini eşitmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ona yenidən zəng edərək vurduğu xəstəni Füzuli Diaqnostika mərkəzinə və ya Mərkəzi xəstəxanaya aparmaq lazım olduğunu soruşmuş, o, Diaqnostika Mərkəzində həkimlərin olmadığını deyərək Təqsirləndirilən şəxs mərkəzi xəstəxanaya getməyi məsləhət görmüşdür. O, hadisənin hansı şəraitdə baş verməsini görməmiş, Təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıqdan və ya qəsdlə törətməsi haqqında məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs ona mobil telefonla zəng edərkən vurduğu piyadanı tanımadığını bildirmişdir. İfadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə həmkəndlidir. Füzuli rayon X3 hüquqi şəxsdə Daxili Mühafizənin rəisi vəzifəsində işləyir. 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Füzuli Mərkəzi rayon Xəstəxanasında olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs ona telefonla zəng edərək kənd ərazisində avtomobillə tanımadığı piyadanı vurduğunu və həmin şəxsi öz avtomobili ilə xəstəxanaya gətirdiyini demişdir. Təqsirləndirilən şəxs ondan vurduğu piyadanı hansı xəstəxanaya aparmalı olduğunu soruşmuş, o, Təqsirləndirilən şəxs Diaqnostikada travmatoloq həkim olmadığını deyib, ona mərkəzi xəstəxanaya gəlməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan orada olan həkimlərdən onu tez qarşılamalarını təmin etməyi xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xəstəxananın acil şöbəsində daimi həkim olduğunu və ora yaxınlaşmasını bildirmişdir. Sonradan kənd sakinlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxsdur. O, hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında ədavət və ya düşmənçilik olmasını bilmir, sadəcə kənd camaatından eşitmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atasını Rusiyada öldürüb. Lakin Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında konkret hər hansı bir mübahisə və ya dava olması barədə onun məlumatı yoxdur. Cinayət işinə əlavə edilmiş: 10 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “MERCEDES BENZ 220 E minik” markalı, ** SM *** dövlət nömrə nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, avtomobildə gözlə görünəcək ciddi zədə izləri aşkar edilməsə də, sürücü Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq qapı hissəsi ilə vurduğunu göstərmişdir. 17 yanvar 2023-cü il tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, o, Təqsirləndirilən şəxs onu avtomobillə vuraraq xəsarət yetirdiyi yeri, yəni Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində kənd xəstəxanasından dəmir yolu xəttinə doğru kənd arası asfalt yolun sağ ehtiyyat hissəsinin kənarını göstərmişdir. BA206823 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ 220 E minik” markalı, ** SM *** dövlət nömrə nişanlı avtomobil X1 mülkiyyətindədir. Təqsirləndirilən şəxs həmin avtomobili 27 noyabr 2023-cü ilədək qüvvədə olan 02 sentyabr 2022-ci il tarixli, 4629№-li etibarnamə ilə idarə etmişdir və hazırda həmin avtomobil onun istifadəsindədir. 17 iyul 2015-ci il tarixli, AE808652 №-li, “BC” dərəcəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və Baş DYP İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən həmin sürücülük vəsiqəsi 17 iyul 2025-ci il tarixədək qüvvədədir. “MERCEDES BENZ 220 E minik” markalı, ** SM *** dövlət nömrə nişanlı avtomobil 30 yanvar 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün 10 dekabr 2022-ci il tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə-tibbi ekspertinin 15 noyabr 2022-ci il tarixli, 407/22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün orta üçdə-birinin fraqmentləri yerini dəyişmiş qapalı sınıq aşkar olunmuş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 20 oktyabr 2022-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa “Az ağır” zərər vurmaya aiddir. Məhkəmə-kimyəvi ekspertinin 02 noyabr 2022-ci il tarixli, 4017/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin 18 yanvar 2023-cü il tarixli, 8/26 nömrəli rəyindən görünür ki, “MERCEDES BENZ 220 E minik” markalı, ** SM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Füzuli RPŞ İB-nin rəisi polis kapitanı A.Səmədovun xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 29, 120 və 127.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Füzuli RPŞ İB-nin rəisi polis kapitanı A.Səmədovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Seriya AZE № 11478047, seriya AZE № 11478048 və seriya AZE № 11478046 şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var: xx.xx.2011-ci il təvəllüdlü Rəhim Məmmədov, xx.xx.2013-cü il təvəllüdlü Nemət Məmmədov və xx.xx.2016-cı il təvəllüdlü Mehdi Məmmədov. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddəsinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə əsasən, himayəsində 3 azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. AR CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində qeyd olunur ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır». Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi və əməlindən sonrakı davranışı məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə baş vermiş hadisə zamanı zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın və çəkilmiş xərclərin təqsirləndirilən şəxs tərəfindən ödənilməməklə zərəçəkmiş şəxsin şikayətçi olmasını da nəzərə alaraq təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli hesab edir. Təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını da nəzərə alaraq məhkəmə bu cəzanı nisbətən aşağı həddə təyin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “MERCEDES BENZ 220 E minik” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobiln təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 85 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-cü maddəsini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək barədə vəzifələr qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İş üzrə maddi sübut olan “MERCEDES BENZ 220 E minik” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobilin təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-25/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-25/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver