Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-25/2024 07.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 01 avqust 1968-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə: - adına “Müharibə veteranı” vəsiqəsinin verilməsinin həll edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 bu barədə yalan vəd verməklə sonuncunu aldatmağa nail olduqdan sonra Zərərçəkmiş şəxs1 Füzuli rayonu, Horadiz şəhəri ərazisində 23 iyun 2023cü il tarixdə günorta saatlarında 600 manat, 06 iyul 2023-cü il tarixdə saat 20 radələrində 800 manat və 2023-cü ilin iyul ayının ortalarında 50 manat məbləğində pulu bilavasitə almağa, özünün verdiyi, "xxxx" ASC tərəfindən adına hazırlanmış 4169 7388 6824 7754 nömrəli kartın hesabına Zərərçəkmiş şəxs1 tərəfindən Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə 03 iyul 2023-cü il tarixdə saat 21:42-də 400 manat və 09 iyul 2023-cü il tarixdə saat 11:48-də 150 manat məbləğində pulun köçürülməsinə nail olub, göstərilən pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, sonucunun cəmi 2000,00 manat məbləğində pulunu vahid niyyətlə dələduzluq etməklə talamış, - cinayətdən məlumatsız olan tanışı Şahid2 vasitəsilə tanış olduğu, arvadı Şahid1 Bəhrəm qızının hərbi hissədə işə qəbul edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 bu barədə yalan vəd verməklə sonuncunu aldatmağa nail olduqdan sonra özünün verdiyi, "xxxx" ASC tərəfindən adına hazırlanmış 4169 7388 6824 7754 nömrəli kartın hesabına 28 noyabr 2023-cü il tarixdə saat 12:55-də Zərərçəkmiş şəxs2 tərəfindən Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən “Elvin” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə 1200 manat məbləğində pulun köçürülməsinə nail olub, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, sonucunun cəmi 1200,00 manat məbləğində pulunu təkrarən dələduzluq etməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 (bundan sonra – Ədalət) tanımış, Zərərçəkmiş şəxs2 (bundan sonra - Muxtar) isə tanımamışdır. 2023-cü ilin aprel ayında Füzuli rayonu, Horadiz şəhəri ərazisində söhbət edərkən Ədalət ona 2016-cı ildə “Aprel döyüşləri” və 2020-ci ildə “X2”ndə iştirak etsə də, adına “Müharibə veteranı” vəsiqəsi verilmədiyini demişdir. O, Ədalətə adına həmin vəsiqənin verilməsini həll edəcəyinə dair yalan vəd vermiş, bunun müqabilində 2000 manat məbləğində pul lazım olacağını demişdir. Ədalət onunla razılaşmış, bu səbəbdən Füzuli rayonu, Horadiz şəhəri ərazisində ona 23 iyun 2023-cü il tarixdə 600 manat, 06 iyul 2023-cü il tarixdə saat 20 radələrində 800 manat və 2023-cü ilin iyul ayının ortalarında 50 manat məbləğində pul vermiş, onun verdiyi, "xxxx" ASC tərəfindən adına hazırlanmış kartın hesabına 03 iyul 2023-cü il tarixdə 400 manat və 09 iyul 2023-cü il tarixdə 150 manat məbləğində pul köçürmüşdür. Bundan başqa, 2023-cü ilin oktyabr ayında tanışı Şahid2 ona ər və arvadın sonuncunun işə qəbul edilməsi üçün müraciət etdiyini bildirib, ondan həmin qadının işə qəbul edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, Asifin dediyi, ərarvad olan Zərərçəkmiş şəxs2 və Şahid1 Bəhrəm qızı ilə mobil telefon vasitəsilə danışarkən sonuncunu Xocavənd rayonu, Hadrut qəsəbəsində hərbi hissədə xadimə işinə qəbul edilməsinə köməklik edəcəyinə dair yalan vəd vermiş, bunun müqabilində 1200 manat məbləğində pul lazım olacağını demişdir. Muxtar onunla razılaşmış, bu səbəbdən onun verdiyi, "xxxx" ASC tərəfindən adına hazırlanmış kartın hesabına 28 noyabr 2023-cü il tarixdə 1200 manat məbləğində pul köçürmüşdür. İş üzrə hər iki zərərçəkmiş şəxsləri aldatması nəticəsində əldə etdiyi pul məbləğlərinin hamısını özünün şəxsi ehtiyaclarına xərcləmiş, hər iki zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Hər iki zərərçəkmiş şəxs onunla barışmışdır. İş üzrə törətdiyi cinayət əməllərindən səmimi peşimandır. Buna görə də barəsində daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdikləri ifadələrində, eləcə də məhkəmə iclaslarına şahid qismində dindirilmək üçün lazımi qaydada çağırılsalar da, gəlmədiklərinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 Bəhrəm qızı və Şahid2 (səh. 113-115, 153-156) həmin ifadələrində işin faktiki hallarının özlərinə aid olan müvafiq hissələri üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda baş verdiyini qeyd etmişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdikləri ifadələrində, məhkəməyə və ibtidai istintaq orqanına təqdim etdikləri ərizələrində (səh. 148, 149), həmçinin göstərmişlər ki, Təqsirləndirilən şəxs onlara iş üzrə törətdiyi cinayət əməlləri nəticəsində vurduğu maddi ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxsla barışırlar, sonuncuya qarşı şikayət və tələbləri yoxdur, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Füzuli Rayon Polis Şöbəsinə təqdim etdikləri 07 noyabr 2023 və 25 dekabr 2023-cü il tarixli ərizələrdən görünür ki, onlar iş üzrə onlara qarşı dələduzluq edib müvafiq olaraq 2000 manat və 1200 manat məbləğində pul vəsaitlərini ələ keçirmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər (səh. 5. 77). - Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, “eManat” elektron ödəmə sistemi vasitəsilə verilmiş iki ədəd qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan 416973******7754 nömrəli kartın hesabına Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən “Oba” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə müvafiq olaraq 03 və 09 iyul 2023-cü il tarixlərdə saat 21:42 və 11:48-də 400 manat və 150 manat məbləğində pul köçürülmüşdür (səh. 29, 30). - Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş, “eManat” elektron ödəmə sistemi vasitəsilə verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs adına olan 416973******7754 nömrəli kartın hesabına Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində yerləşən “Elvin” marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 28 noyabr 2023-cü il tarixdə saat 12:55-də 1200 manat məbləğində pul köçürülmüşdür (səh. 79). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirməklə dələduzluq etməyə görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdikləri ifadələri, Şahid1 Bəhrəm qızı və Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdikləri, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, iş üzrə maddi sübut qismində tanınmış üç ədəd qəbzlər və bir ədəd plastik kart, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 43). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, hər iki zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13cü maddəsinə və iş üzrə törətdiyi əməllərdən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, hər iki zərərçəkmiş şəxslə barışıq əldə etməsi, onlara vurduğu maddi ziyanı tamamilə ödəməsi və iş üzrə törətdiyi əməllərdən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün iş üzrə onun barəsində həmin Məcəllənin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən az ciddi cəza növü olan cərimə cəzasının ən yuxarı həddə, yəni 7000 (yeddi min) manat məbləğində təyin edilməsi kifayət və zəruridir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğuna görə 12 mart 2024-cü il tarixdə saat 02 radələrində saxlanılıb Füzuli RPŞ-yə gətirilmiş (12 mart 2024-cü il tarixli protokola əsasən - səh. 46), həmin tarixdə ittiham elan edilməsi üçün tutulmuş (müvafiq protokola əsasən – səh. 60, 61), 13 mart 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyinə görə saat 19:00-da Füzuli RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir (müvafiq qərarlara əsasən – səh. 131, 132, 136, 137). Buna görə də Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 12 mart 2024-cü il tarixdə saat 02:00-dan 13 mart 2024-cü il tarixdə saat 19:00-dək tutulduğu cəmi 2 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə, üzərində qəti olaraq 6700 (altı min yeddi yüz) manat məbləğində cərimə cəzası saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, ibtidai istintaq orqanına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş cəmi üç ədəd qəbzlər iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, "xxxx" ASC tərəfindən sonuncunun adına hazırlanmış 4169 7388 6824 7754 nömrəli kart özünə qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 7000 (yeddi min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 12 mart 2024-cü il tarixdə saat 02:00-dan 13 mart 2024-cü il tarixdə saat 19:00-dək tutulduğu cəmi 2 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə, üzərində qəti olaraq 6700 (altı min yeddi yüz) manat məbləğində cərimə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, ibtidai istintaq orqanına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş cəmi üç ədəd qəbzlər iş materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, "xxxx" ASC tərəfindən sonuncunun adına hazırlanmış 4169 7388 6824 7754 nömrəli plastik bank kartı özünə qaytarılsın. Hökmdən elan olunduğu gündən gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-25/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-25/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver