Məhkəmə qərarları › İş №1(064)-27/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-27/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-27/2023 18.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dilağarda kəndində pasport qeydiyyatında olmaqla məcburi köçkün kimi Füzuli rayonu, Quraşdırma evlərinin ərazisində 9N nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.4 və N9,178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama görə, Təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" (indiki adı "xxxx") Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri ilə bağladığı 30 yanvar N013-cü il tarixli, 03- L/13 №-li müqavilə əsasında lizinqə götürdüyü və şifahi qaydada qohumu Şahid1 istifadəsinə verdiyi N009-cu il buraxılışlı, Belarus «MTZ-1NN1» markalı, (şassi/zavod № 0001N89, mühərrik № 081004) Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru N019-cu ilin iyul ayında Bəxtiyar Əbdulovun şifahi razılığı əsasında Şahid1 ilə 14.680 (on dörd min altı yüz səksən) manata razılaşaraq sonuncuya ilkin olaraq N.000 (iki min) manat məbləğində pulu nağd şəkildə verməklə, yerdə qalan 1N.680 (on iki min altı yüz səksən) manat pulu isə bir il müddətində "xxxx" ASC-yə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüş, həmin traktoru yedəkdə yaşadığı Füzuli rayonu Quraşdırma evlərinin ərazisində yerləşən evinin həyətinə gətirib təmir etdikdən sonra şum işləri görsə də, Şahid1la aralarında olan şifahi öhdəliyə əməl etməməsi səbəbindən sonuncu N0N0-ci ilin avqust ayının axırlarında Füzuli rayonu ərazisindən həmin Belarus «MTZ-1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanı traktoru yedəkdə Beyləqan rayonu, Allahyarlı kəndində yaşayan tanışı ŞahidN yaşadığı evin həyətinə aparmış, o, N9 avqust N0N0-ci il tarixdə Şahid1, eləcə də sonuncunun tanışları Şahid3 və ŞahidN iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cərimələrin və gecikdirdiyi icarə haqqının ödənilməsi məqsədi ilə N.000 (iki min) manat məbləğində pulu Şahid1 nağd şəkildə verərək hər ay üçün N670 (iki min altı yüz yetmiş) manat olmaqla 4 (dörd) ay üçün ümumilikdə 1N.680 manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədikdən sonra traktoru xüsusi mülkiyyətinə sənədləşdirəcəyi barədə üzərinə öhdəlik götürərək Beyləqan rayonunda Şahid1la yazılı formada icarə müqaviləsi bağlayıb traktoru yenidən yaşadığı Füzuli rayonuna gətirmiş, həmin traktorla şum işləri həyata keçirməsinə baxmayaraq müqavilə şərtlərinə uyğun olaraq götürdüyü öhdəliyi yerinə yetirməmiş, N0N1-ci ilin iyul ayının axırlarında yaşadığı Füzuli rayonu, Quraşdırma evlərinin ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun pulunu aldatma yolu ilə ələ keçirmək niyyəti ilə XN faktiki olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" (indiki adı "xxxx") Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilmiş N009-cu il buraxılışlı, Belarus «MTZ-1NN1» markalı, (şassi/zavod № 0001N89, mühərrik №081004), Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktorun, yəni özgənin əmlakının ona məxsus olmaqla "xxxx" Acıq Səhmdar Cəmiyyətindən ona lizinqə verildiyini yalandan bildirib, traktora görə "xxxx" ASC-yə 4.360 (dörd min üç yüz altmış) manat borcunun olduğunu və həmin məbləği ödədikdən sonra traktoru onun adına sənədləşdirib kotanı ilə birlikdə 14.000 (on dörd min) manata sata biləcəyi barədə yalan vəd verib belə niyyəti olmadan bir neçə gün sonra Zərərçəkmiş şəxs özünün cinayətkar əməlinə inandırmaq məqsədi ilə istifadəsində olan telefonla Zərərçəkmiş şəxs zəng vuraraq Bakı şəhərində olduğunu, Belarus «MTZ-1NN1» markalı, (şassi/zavod № 0001N89, mühərrik №081004), Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktorun "xxxx" ASC-yə olan 4.360 (dörd min üç yüz altmış) manat məbləğində borcunu ödəyərək həmin traktorun qeydiyyat şəhadətnaməsini onun adına sənədləşdirməsi üçün 1.N00 (min iki yüz) manat məbləğində pulunun çatmadığını bildirib, ona həmin məbləğdə pulu çatdırmasını, həmçinin buna hüququnun olmamasına baxmayaraq traktorun qeydiyyat şəhadətnaməsini onun adına sənədləşdirməsi üçün «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsinin surətini onun telefonuna göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs xahişi əsasında sonuncunun Bakı şəhərində yaşayan tanışı Şahid4 həmin gün 1.N00 (min iki yüz) manat məbləğində pulu Bakı şəhəri, Nəsimi rayonu, N0 yanvar metrostansiyasının yaxınlığında ona çatdırmış, o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu aldatmaqla 1.N00 manat pulunu qəsdən ələ keçirməklə şəxsi ehtiyaclarına sərf etmiş, 07 avqust N0N1-ci il tarixdə saat N0 radələrində o, traktorun lizinq borcuna ödəyəcəyini yalandan bildirib belə niyyəti olmadan Zərərçəkmiş şəxslə özünün yaşadığı Füzuli rayonu, Quraşdırma evləri ərazisindəki 9N nömrəli evin həyətində görüşüb orada sonuncunun etibarından sui-istifadə edərək onu aldadıb vahid niyyətlə əlavə olaraq 5.900 ABŞ dolları məbləğində (həmin vaxt Azərbaycan manatının məzənnəsinə nisbətdə 10.000 manat pulunu qəsdən ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs vahid niyyətlə xeyli miqdarda, yəni ümumilikdə 11.N00 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, eyni zamanda o, Zərərçəkmiş şəxslə əvvəlcədən razılaşdırdıqları 14.000 manat pulun N.800 manatını öz iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin həmin N800 manat pulu traktor onun adına sənədləşdirildikdən sonra verəcəyini bildirdiyi üçün ələ keçirə bilmədiyindən Zərərçəkmiş şəxs vahid niyyətlə xeyli miqdarda, yəni ümumilikdə 14.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.4 və N9, 178.N.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirdi ki, Beyləqan rayon sakini Şahid1 ilə N019-cu ilin iyun-iyul aylarında Kürdəmir rayonunda ŞahidN vasitəsi ilə tanış olmuşdur. Belə ki, o, Kürdəmir rayonu, Padarçöl kəndinin ərazisində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-dən "xxxx" ASC-dən lizinqə götürdüyü «MTZ 1NN1» markalı traktorla şüm işləri görərkən, nasazlığına görə həyətlərin birində saxlanılan «MTZ- 1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru görmüş və ŞahidN həmin traktoru almaq istəməsini bildirərək traktorun sahibi ilə onu tanış etməsini xahiş etmişdir. Şahgəldi ona həmin traktorun tanışı Beyləqan rayon sakini Şahid1 kürəkəni Bəxtiyar Əbdulovun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-dən müqavilə əsasında lizinqə götürməsini bildirmiş, o, Şahid1 telefon nömrəsini alaraq Beyləqan şəhərində onunla görüşmüş, sonuncu ona traktorun kürəkəni X9 Federasiyasında olduğunu bildirərək traktoru ona sata biləcəyini deyib ondan N.000 manat pulu nağd şəkildə istəməklə traktora görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-yə 8.360 manat olan borcu isə əlinə pul düşəndə ödəməsini təklif etmişdir. O, Şahid1la şifahi olaraq razılaşmış və N000 manat pulu Beyləqan şəhərində sayıb ona vermişdir. O, həmin gün Kürdəmir rayonu, Padarçöl kəndinə gedib «MTZ- 1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru özünə məxsus traktorun yediyinə qoşub qohumu X11 ilə birlikdə yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə gətirmişdir. Traktorun mühərrikində olan nasazlıqları özü aradan qaldırdıqdan sonra traktora 4 ədəd təzə təkərlər almış, elektrik işini isə Əbil adlı ustaya yığdırmış, kabinkasına təzə çexol çəkdirmişdir. O, traktora ümumilikdə 6000 manat pul xərcləmiş, traktora kirayə kotan götürüb şum işləri görmüşdür. Təxminən bir il traktora görə "xxxx" ASC-yə ödəniş etməmiş, Şahid1 telefonuna zənglər edərək ödəniş etməsini tələb etsə də, maddi imkansızlığından ödəniş aparmamışdır. O, «MTZ-1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktorla Füzuli rayonu, Qarabağ kəndində yaşayan tanışı X3 ilə birlikdə şum işləri gördükdən sonra traktoru sonuncunun həyətində saxlamışdır. N0N0-ci ilin avqust ayının əvvəllərində icarəyə götürdüyü kombaynla Kürdəmir rayonu, Padarçöl kəndində taxıl biçinində olarkən tanışı Sahab telefonla ona Şahid1 traktoru gələrək onun həyətindən götürüb aparması barədə məlumat vermişdir. O, N0N0-ci ilin avqust ayının axırlarında biçindən qayıtdıqdan sonra Şahid1la telefonla əlaqə saxlamış və həmin traktoru yenidən icarəyə götürmək məqsədi ilə N9 avqust N0N0-ci il tarixdə Beyləqan rayonu, Allahyarlı kəndinə ŞahidN həyətinə getmiş, Şahid1 və onun tanışları ŞahidN və Şahid3 iştirakıilə Şahid1la icarə müqaviləsi bağlamış, müqavilənin şərtinə əsasən hər ay N.670 manat pulu dörd ay müddətində "xxxx" ASC-yə ödəyəcəyinə dair öhdəlik götürmüş və N.000 manat məbləğində pulu nağd şəkildə Şahid1 verib müqavilə imzaladıqdan sonra bir surətini götürməklə yenidən həmin traktoru sürərək yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə gətirmişdir. O, yazıb oxumağı bacarmadığından imzaladığı müqaviləni sonradan başqa bir şəxsə oxutdurmuş və həmin vaxt bilmişdir ki, müqavilə şərtlərinə əsasən Şahid1 traktoru ona 14.680 manata icarəyə vermiş, halbuki, o, traktoru Şahid1la razılaşıb icarəyə götürərkən N0N0-ci ilin iyun ayında N000 manat, N9 avqust N0N0-ci ildə isə N.000 manat olmaqla, ümumilikdə 4.000 manat məbləğində pulu Şahid1 nağd şəkildə versə də, müqavilə şərtlərində yalnız N.000 manat məbləğində pulu verməsi göstərilmişdir. O, sonradan traktorda olan nasazlıqlar səbəbindən götürdüyü öhdəliyə əməl edə bilməmiş, icarəyə götürdüyü həmin traktoru satıb əldə etdiyi pulu öz işlərinə xərcləmək qərarına gəlmiş və bu məqsədlə N0N1-ci ilin iyul ayının axırlarında Füzuli rayonu, Fin qəsəbəsində yerləşən Sərhəd Qənbərovun çayxanasında olarkən Zərərçəkmiş şəxs oraya gəlmiş, o, traktoru almaq istəməsini bildirmişdir. O, Niyaza traktoru "xxxx" ASC-dən özünün lizinqə götürdüyünü, hazırda 4.360 manat borcunun olmasını bildirərək traktoru kotanı ilə birlikdə 14.000 manata təklif etmiş, Zərərçəkmiş şəxs onunla razılaşdıqdan sonra traktorun mühərrikini təmir etdirmiş və ertəsi gün traktora iki ədəd təkər almaq üçün Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində olarkən istifadə etdiyi ***-***-**-** nömrəli telefondan Niyazın istifadə etdiyi telefona zəng etmiş və traktora iki qabaq təkərləri almaq üçün 1N00 manat pul istəmişdir. Niyaz həmin pulu Bakı şəhərində yaşayan tanışından götürə biləcəyini bildirərək bir neçə dəqiqə sonra tanışı Şahid4 telefon nömrəsini verib onunla əlaqə saxlamasını tapşırmışdır. O, həmin nömrəni unutmuşdur. O, Şahid4lə telefonla danışaraq ona Bakı şəhəri, N0 yanvar metrostansiyasının yanına olmasını bildirmişdir. Həmin gün Şahid4 ona 1N00 manat pul vermiş, o, həmin pulun 700 manatına Bakı şəhərindən tanımadığı şəxsdən «MTZ-1NN1» markalı traktor üçün nəzərdə tutulan iki ədəd qabaq təkəri alıb tanışı Sərhəd Qənbərovun «VAZ-N107» markalı avtomobilinin banına bağlanmış çardağa yükləyib yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə gətirərək traktorun üzərinə bağlamış, qalan 500 manat məbləğində pulu isə öz işlərinə xərcləmişdir. 07 avqust N0N1-ci il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs onun istifadə etdiyi telefona zəng edərək ondan harada olmasını soruşmuş, o, hazırda kafedə olduğunu demiş, aralarında olan razılaşmaya əsasən təxminən yarım saat sonra yaşadığı evə getmiş, Zərərçəkmiş şəxs və onun tanışı Şahid4 sürücünü tanımadığı «Mercedes» markalı avtomobillə yaşadığı evin yanından keçən yolda görmüşdür. Onlar həyətində saxladığı «MTZ-1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru baxıb bəyəndikdən sonra Niyazın tapşırığı ilə adını bilmədiyi taksi sürücüsü telefonu ilə videoçəkiliş etmiş, Zərərçəkmiş şəxs 5.900 ABŞ dollarını sayaraq ona verdikdən sonra həmin dollarları saymasını ondan tələb etmişdir. O, həmin vaxt Azərbaycan manatının məzənnəsinə nisbətdə 10.000 manat pula razılaşıb 5.900 ABŞ dolları onların yanında saydıqdan sonra cibinə qoymuşdur. Niyaz ona traktorun sənədlərində hər hansı problem olduğu halda düzəltdirməsini tapşırmış və qalan N.800 manat məbləğində pulu traktorun qeydiyyat şəhadətnaməsini onun adına sənədləşdirdikdən sonra verəcəyi barədə söz vermişdir. O, ertəsi gün taktoru Niyazın həyətinə aparacağı barədə vədvermiş, tanışı Sərhəd Qənbərovdan N.000 manat pula kotan alıb traktora qoşmuş və 11 avqust N0N1-ci il tarixdə axşam saatlarında onunla eyni qəsəbədə yaşayan Mərhəmətdən traktoru sürüb Beyləqan rayonu, Daşburun qəsəbəsinə aparmasını xahiş etmişdir. O, Niyazın istifadə etdiyi telefona zəng edərək artıq yolda olması barədə məlumat verərək idarə etdiyi «VAZ- N107» markalı avtomobillə Beyləqan rayonu, Daşburun qəsəbəsinə gedib orada Niyazla görüşüb traktoru ona təhvil vermişdir. O, sonradan Niyazdan aldığı 5.900 ABŞ dollarının bir hissəsini öz işlərinə xərcləmiş, 3.700 manatına Füzuli rayonu, Zobucuq qəsəbəsindən özünə 199N-ci il buraxılışlı «VAZ-N107» markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə alaraq idarə etmişdir. O, traktoru satdıqdan sonra Şahid1 ondan "xxxx" ASC-yə traktorun ödənişini etməsini tələb etməsinə görə o, Zərərçəkmiş şəxs traktorun satışından qalan N.800 manat məbləğində pulu ona çatdırmasını tələb etsə də, Niyaz ondan traktorun qeydiyyat şəhadətnaməsini ona çatdırmadığı halda traktoru qaytaracağını bildirmişdir. O, N0N1-ci ilin oktyabr ayının əvvəllərində Niyazla Füzuli rayonu, Fin qəsəbəsinin ərazisində görüşmüş və traktoru Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsində kürəkəninin həyətində saxladığını bildirərək ona verdiyi 11.N00 manat pulu qaytarmasını tələb etmişdir. O, Niyaza hər ay N40 manat məbləğində yardım pulu kartını verə biləcəyini təklif etsə də, Niyaz onunla razılaşmamışdır. O,Niyazla onun kürəkəninin yaşadığı Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsinə getmiş və traktoru idarə edərək kotanı ilə birlikdə Füzuli rayonu, Alıxanlı kəndində atası Zöhrabın yaşadığı fermanın həyətinə aparıb saxlamışdır. O, sonradan traktorun mühərrikində, işıq sistemində və ötürücülər qutusunda nasazlıqlar yaranmasını görərək ehtiyyat hissələr alıb traktorun həmin hissələrini özü təmir etməklə traktorla şum işləri görmüş və həmin vaxt traktorun mühərriki dağılaraq sıradan çıxmışdır. O, Zərərçəkmiş şəxs dəymiş ziyan olan 11.N00 manat məbləğində pulu ona tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, Füzuli rayonu, Fin qəsəbəsində yaşayan təqsirləndirilən şəxs X4 onun həmkəndlisidir. N0N1-ci ilin iyul ayının axırlarında X10 rayonu, Fin qəsəbəsində Səhrəd Qənbərovun işlətdiyi çayxanada görüşərkən Elsevər ona "xxxx" ASC-dən lizinqə götürüb işlətdiyi «MTZ 1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru kotanı ilə birlikdə satmaq istəməsini demiş, o, traktoru almaq qərarına gəlmiş və Elsevərlə arasında olan razılaşmaya əsasən traktoru kotanı ilə birlikdə 14000 manata razılaşmış, Elsevər ona traktora görə "xxxx" ASC-yə 4360 manat borcunun olduğunu və həmin məbləği özünün ödədikdən sonra traktorun sənədlərini düzəltdirib ona verəcəyini bildirmişdir. O, Elsevərlə razılaşmış, sonuncu qısa müddətdə 14000 manat məbləğində pulu ona çatdırmasını tapşıraraq "xxxx" ASC ilə arasında olan müqavilə şərtlərinə uyğun olaraq traktoru onun adına sənədləşdirəcəyi barədə vəd vermiş və ertəsi gün istifadə etdiyi ***-***-**-** nömrəli telefondan onun istifadə etdiyi nömrəyə zəng edərək hazırda Bakı şəhəri, N0 yanvar metrostansiyasının yanında olduğunu, traktorun lizinq hesabını bağlatdırmaq üçün 4360 (dörd min üç yüz altmış) manat puldan 1N00 manat məbləğində pulunun çatışmadığını bildirərək 1N00 manat məbləğində pulu ona çatdırmasını, həmçinin traktoru onun adına sənədləşdirməsi üçün «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsinin foto şəkilini çəkib onun telefonuna göndərməsini tapşırmış, o, dərhal tanışı Şahid4 istifadə etdiyi telefon nömrəsinə zəng edərək ondan Bakı şəhərində olan Elsevər adlı tanışına 1N00 manat məbləğində pulu çatdırmasını xahiş etmiş, Şahid4 1N00 manat məbləğində pulu Elsevərə çatdıra biləcəyi barədə söz vermiş və bundan sonra Elsevər həmin gün Şahid4 telefonu ilə ona pulu götürməsi barədə məlumat vermişdir. O, daha sonra telefonu ilə şəxsiyyət vəsiqəsinin surətinin foto şəkilini çəkib «Whatsapp» ani yazışma proqramıvasitəsiiləonagöndərmişdir. Təxminən 30 iyul N0N1-ci il tarixdə Elsevər istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək onu yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə çağırmış, o, Elsevərin Əbülfət adlı tanıdığı şəxslə birlikdə «MTZ 1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktorun mühərrikini təmir etmələrini görmüşdür. O, onlarla görüşdükdən sonra Elsevər iki gün müddətində traktorun mühərrikini təmir etdirə biləcəyini bildirərək ondan qısa müddətdə razılaşdıqları məbləği çatdırmasını tələb etmişdir. O, Elsevərə 10.000 manat pulu N-3 gün müddətinə ona çatdıra biləcəyini bildirərək aralarında olan razılaşmaya əsasən qalan N.800 manat pulu isə traktorun sənədlərini ona çatdırdığı halda verə biləcəyinə vəd vermiş, Elsevər onunla razılaşdıqdan sonra yaşadığı Beyləqan şəhərinə qayıtmış və 07 avqust N0N1-ci il tarixdə, saat N0 radələrində evində saxladığı 5.900 ABŞ dollarını götürüb Elsevərə çatdırmaq məqsədi ilə istifadə etdiyi telefonla sonuncu ilə danışaraq ondan harada olmasını soruşmuş, Elsevər yaşadığı qəsəbədə kafedə olduğunu və evlərinə gəlməsini bildirdikdən sonra Beyləqan şəhərindən sürücüsünü tanımadığı «Mercedes» markalı avtomobili sifariş edərək tanışı Şahid4lə birlikdə Elsevərin yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə gəlmişdir. Bir neçə dəqiqə sonra Elsevər yaşadığı evə gəlmiş, o, taksi sürücüsündən 5.900 ABŞ dollarını Elsevərə verərkən həmin anı telefonu ilə çəkməsini xahiş etmişdir. Taksi sürücüsü çəkiliş etməyə razılıq verdikdən sonra 5.900 ABŞ dollarını Azərbaycan manatının məzənnəsində olan nisbətdə 10.000 manat məbləğində pulu Elsevərə sayıb vermiş, sonra Elsevərdən həmin 5900 ABŞ dollarını saymasını xahiş etmiş və videoçəkiliş zamanı Elsevərə traktorun gələcəkdə hər hansı borcunun çıxacağı halda onun ödəyəcəyini bildirmişdir. Elsevər 5900 ABŞ dollarını ondan aldıqdan sonra ona gələcəkdə traktorla bağlı hər hansı problemin olmayacağını və səhəri gün «MTZ 1NN1» markalı traktoru kotanı ilə birlikdə sürüb onun həyətinə gətirəcəyini,sonra isə traktorun qeydiyyat şəhadətnaməsini onun adına sənədləşdirəcəyi barədə vəd vermişdir. Ertəsi gün Elsevər traktoru onun yaşadığı Beyləqan şəhərinə gətirmədiyinə görə o, istifadə etdiyi nömrədən Elsevərin istifadə etdiyi nömrəyə zəng edərək traktoru Beyləqan şəhərinə gətirməməsinin səbəbini soruşmuş, Elsevər ona hələ də traktora kotan tapa bilmədiyinə görə traktoru gətirmədiyini bildirmişdir. 11 avqust N0N1-ci il tarixdə, saat 17 radələrində Elsevər istifadə etdiyi telefondan onun istifadə etdiyi nömrəyə zəng edib yolda olduğunu bildirərək onu qarşılamasını tapşırmışdır. O, həmin gün Beyləqan rayonu, Daşburun qəsəbəsində Elsevərlə görüşmüş, sonuncu traktorun bəzi hissələrini təmir etdirə bilməməsini ona demiş, o, traktorun həmin hissələrini təmir etdirmək üçün Elsevərdən traktoru Beyləqan rayonu, Qəhrəmanlı kəndində yaşayan traktor təmiri ilə məşğul olan tanışı Mahmudun həyətinə sürdürməsini xahiş etmişdir. Elsevərin tapşırığı əsasında tanımadığı bir nəfər şəxs traktoru idarə edərək Mahmudun həyətinə sürüb orada saxlamış, sonra o, Mahmudun idarə etdiyi «Mercedes» markalı avtomobillə həmin şəxsi Beyləqan rayonu, Daşburun qəsəbəsindən yola salmışdır. Mahmud traktorun nasaz olan hissələrinə baxdıqdan sonra ona yeni buraxılışlı traktorları təmir edə bilmədiyini bildirmiş, bu səbəbdən o, Mahmudla birlikdə traktoru ilə məşğul olan Əbülfətin yaşadığı Füzuli rayonu, Fin qəsəbəsinə getmiş və ondan traktoru Mahmudun həyətində təmir etməsini xahiş etmişdir. O, Əbülfət və Mahmudun iştirakı ilə Beyləqan rayonu, Daşburun qəsəbəsində traktorların ehtiyat hissələrinin satışı ilə məşğul olan Eldəniz adlı şəxsdən traktora N000 (iki min) manat dəyərində müxtəlif adda (çaşka, feredo, kardan, peredokun krestovinalarını, arxa təkərin sol tərəf diskini və arxa qoşqu) ehtiyat hissələri almış, təmir üçün Mahmud ondan pul götürməsədə Əbülfətə 300 manat zəhmət haqqı ödəmişdir. O, traktoru təmir etdirdikdən sonra yaşadığı həyətdə traktoru saxlamağa yeri olmadığından traktoru Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsində yaşayan kürəkəni Elarizin həyətində saxlamış və Elsevər traktorun qeydiyyat şəhadətnaməsini ona çatdırmadığına görə traktoru idarə etməmiş və şum işləri görməmişdir. O, traktoru təmir etdiyi müddətdə, eləcə də sonradan Elsevərin istifadə etdiyi nömrəyə zəng edib traktorun qeydiyyat şəhadətnaməsini ona çatdırmasını tələb etsədə, Elsevər hər dəfə ona vədlər verərək vaxt qazanmışdır. Elsevər N7 sentyabr N0N1-ci il tarixdə telefonla ona məlumat verərək traktorun probleminin çıxmasını, "xxxx" ASC-dən lizinqə başqa bir traktor götürdüyünü, ödənişi səhvən həmin traktorun hesabına ödəməsini bildirmişdir. O, Elsevərə həmin məsələnin ona aid olduğunu deyərək aldığı 11N00 manat məbləğində pulu qaytardığı halda traktoru ona qaytara biləcəyini bildirmiş, Elsevər sonradan satdığı traktorun ona məxsus olmadığını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-nin əməkdaşlarının traktoru gəzdiklərini bildirmişdir. O, 13 oktyabr N0N1-ci ildə Elsevərlə Füzuli rayonu, Fin qəsəbəsinin ərazisində görüşərək ona traktoru Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsində yaşayan kürəkənin həyətində saxladığını və verdiyi 11N00 (on bir min iki yüz) manat məbləğində pulu qaytarmasını tələb etmiş və yalnız bundan sonra traktoru ona qaytara biləcəyini demişdir. Elsevər ona 11N00 manat pulu N dəfəyə olmaqla iki ay ərzində qaytara biləcəyi barədə vəd vermiş, o, Elsevərlə razılaşmış və həmin gün onun idarə etdiyi «VAZ-N107» markalı avtomobillə Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsində traktoru saxladığı həyətə getmiş, Elsevər traktoru idarə edərək Füzuli rayonu, Alıxanlı kəndində yaşayan atasının işlədiyi fermaya sürmüş, o, isə Elsevərə məxsus «VAZ-N107» markalı avtomobili idarə edərək traktorun arxasınca getmiş, Elsevər atasının yaşadığı fermada kotanın işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədi ilə yer şumlamış və sonra traktoru fermanın həyətində saxlayıb idarə etdiyi «VAZ-N107» markalı avtomobillə onu Füzuli rayonu, Fin qəsəbəsinədək aparmışdır. O, sonradan dəfələrlə Elsevərdən ona verdiyi 11N00 manat pulu qaytarmasını tələb etsədə, Elsevəronu aldadaraq vaxt qazanmış və həmin məbləğdə pulu ona qaytarmamış, sonralar isə pulunun olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb 15 may N0NN-ci il tarixdə, saat 15:47-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 10N zəng mərkəzinə telefonla məlumat vermiş, sonra isə Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, 5900 ABŞ dollarını Elsevərə verərkən həmin anın videoçəkilişini bir ədəd diskdə təqdim etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ona vurduğu 11.N00 manat ziyanın 5.000 manatını ödəmiş, qalan 6.N00 manatını isə hələ də ödəməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qohumu ondan xahiş etmişdir ki, şikayətinin olmamasına dair ərizə versin və qalan ziyan qısa müddət ərzində ödəniləcəkdir. Həmin qohumu hətta yazılı şəkildə iltizam da vermişdir ki, Təqsirləndirilən şəxs pulu qaytarmasa o, qaytaracaqdır. O, da xahişi nəzərə alaraq ziyanın tam şəkildə ödənilməsi barədə ərizə yazaraq müstəntiqə vermişdir. Əslində Təqsirləndirilən şəxs qalan 6.N00 manatı ödəməmişdir. Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs N019-cu ilin iyul ayından tanıyır. Belə ki, X1N rayonu ərazisində kombaynla taxıl biçərkən tanışı ŞahidN onları tanış etmişdir. Təqsirləndirilən şəxs kürəkəni Bəxtiyar Əbdulovun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" (indiki adı "xxxx") Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri ilə bağladığı 30 yanvar N013-cü il tarixli, 03-L/13 №-li müqavilə əsasında lizinqə götürdüyü və Rusiya Federasiyasının Moskva vilayətinin Şatur şəhərində yaşadığına görə şifahi qaydada ona etibar etdiyi N009-cu il buraxılışlı Belarus «MTZ- 1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru ona icarəyə verməsini xahiş etmişdir. O, kürəkəni Bəxtiyarla telefonla danışıb onun razılığı əsasında traktoru bir il müddətinə 14.680 manata Elsevərə icarəyə verərək ondan N.000 manat pulu nağd şəkildə almış, 1N.680 manatı isə "xxxx" ASC-yə ödəməsini tapşırmışdır. Təqsirləndirilən şəxs traktoru Füzuli rayonuna apardıqdan sonra ödəniş etməmiş və həmin traktoru başqa bir şəxsə satdığını eşitdiyinə görə N0N0-ci ilin avqust ayının əvvəllərində Füzuli rayonu ərazisinə gələrək tanımadığı şəxsin həyətindən traktoru yedəkdə tanışı ŞahidN yaşadığı Beyləqan rayonu, Allahyarlı kəndindəki evin həyətinə apartdırmışdır. Bir neçə gün sonra Elsevər onunla görüşərək yenidən traktoru ona icarəyə verməsini xahiş etmiş, o, yazılı formada müqavilə ilə traktoru ona icarəyə verə biləcəyini təklif etmişdir. Elsevər onunla razılaşdıqdan sonra o, N9 avqust N0N0-ci ildə Təqsirləndirilən şəxs, tanışları Şahid3 və ŞahidN iştirakı ilə 10 bənddən ibarət müqavilə yazmış və müqavilənin şərtlərinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cərimələrin və gecikdirdiyi icarə haqqının ödənilməsi məqsədi ilə 1.850 manat məbləğində pulu ona nağd şəkildə verərək hər ay üçün N.670 manat olmaqla, 4 ay üçün ümumilikdə 1N.680 manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədikdən sonra traktoru xüsusi mülkiyyətinə sənədləşdirəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Təqsirləndirilən şəxs müqaviləni imzaladıqdan sonra traktoru yaşadığı Füzuli rayonuna apardıqdan sonra yenidən ödəniş etməmişdir. O, sonralar dəfələrlə Elsevərin istifadə etdiyi telefona zəng edərək traktora görə ödəniş etməsini, yaxud traktoru qaytarmasını tələb etsə də, Elsevər hər dəfə ona yalandan vədlər verərək ödəniş edəcəyini bildirmişdir. O, kürəkəni Bəxtiyar Əbdulovun əvəzindən ödəniş cədvəlinə uyğun olaraq pulun bir hissəsini ödəsədə, ümumi məbləğdən 7.500 manat məbləğində pulu ödəmədiyinə görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən kürəkəni XN qarşı pul tələbi ilə bağlı Bakı şəhəri, Xətai rayon məhkəməsində mülki iddia qaldırılmışdır. xx.xx.N0NN-ci il tarixdə kürəkəni X7 yaşadığı Moskva vilayəti, Şatura şəhərindən onun adınabir il müddətinə əmlak və pulları əldə etmək hüququ verən etibarnamə vermişdir. Şahidlər ŞahidN və Şahid3 Şahid1 ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. İfadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Beyləqan rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri vəzifəsində işləmiş, Füzuli rayonu, Dilağarda kənd sakini Zərərçəkmiş şəxs həmin hərbi hissədə elektrik işləmişdir. N0N1-ci ilin iyul ayının axırlarında Bakı şəhərində olarkən Zərərçəkmiş şəxs istifadə etdiyi telefondan onun istifadə etdiyi nömrəyə zəng edərək bir nəfər tanışına 1N00 manat məbləğində pulu Bakı şəhərində çatdırmasını xahiş etmişdir. Onun Niyazla münasibəti olduğundan onun tanışına həmin məbləğdə pulu verə biləcəyini bildirmiş və bir neçə dəqiqə sonra istifadə etdiyi nömrəyə başqa bir nömrədən zəng gəlmiş, həmin şəxs telefon nömrəsini ona Niyazın verdiyini demiş, sonradan adının Elsevər olduğunu öyrəndiyi şəxslə aralarında olan telefon danışığına uyğun olaraq onunla Bakı şəhəri, Nəsimi rayonu, N0 yanvar metrostansiyasının qarşısında görüşmüş və 1N00 manat məbləğində pulu sayıb orada ona vermişdir. Sonradan Niyaz həmin məbləğdə pulu ona qaytarmışdır. O, N0N1-ci ilin avqust ayının əvvəllərində Bakı şəhərindən Beyləqan rayonuna qayıtmış, 07 avqust N0N1-ci il tarixdə, saat N0 radələrində Zərərçəkmiş şəxs ona Elsevər adlı həmkəndlisinin "xxxx" ASC-dən lizinqlə götürdüyü traktoru kotanı ilə birlikdə 14.000 manata satmaq istəməsini bildirərək onunla Füzuli rayonu, Fin qəsəbəsinə getməsini xahiş etmişdir. O, Niyazın xahişi əsasında sürücüsünü tanımadığı «Mercedes» markalı avtomobillə Füzuli rayonu, Fin qəsəbəsinə getmiş və orada Elsevəri görüb tanışmışdır. Zərərçəkmiş şəxs Elsevərin həyətində yerləşən «MTZ 1NN1» markalı, Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru göstərərək həmin traktoru almaq məqsədi ilə 5900 ABŞ dollarını sayıb Elsevərə vermiş, Elsevər ertəsi gün traktoru kotanı ilə birlikdə Beyləqan rayonu, Daşburun qəsəbəsində Niyaza çatdıracağı, sonra isə traktorun qeydiyyat şəhadətnaməsini təqdim edəcəyi barədə vəd vermiş və həmin anı tanımadığı taksi sürücüsü telefonu ilə videokameraya çəkmişdir. X13 traktoru kotanı ilə birlikdə ona satdığını, lakin traktorun "xxxx" ASC-də lizinqə borcunun olması səbəbindən sənədlərini qaydasına qoya bilmədiyini və traktoru geri qaytardığını, Elsevərin isə ondan aldığı 11.N00 manat məbləğində pulu qaytarmadığını demişdir. Cinayət işinə əlavə edilmiş: Şahid1 təqdim etdiyi N9 avqust N0N0-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şahid1, Təqsirləndirilən şəxs, Şahid3 və ŞahidN iştirakı ilə bağlanmış icarə müqaviləsində Təqsirləndirilən şəxs N009-cu il buraxılışlı, Belarus «MTZ-1NN1» markalı, (şassi/zavod № 0001N89, mühərrik №081004), Az 10 H 055 dövlət qeydiyyat nişanlı traktoru icarəyə götürərək 14.680 manata razılaşıb ilkin olaraq N.000 manat məbləğində pulu nağd şəkildə Şahid1 verməklə, yerdə qalan 1N.680 manat pulu isə hər ay üçün N.670 manat pulu 4 (dörd) ay müddətinə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. İstintaq zamanı Zərərçəkmiş şəxs ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı zərərçəkmiş şəxs Əliyev X14 Soltanova ***-***-**-** nömrəli telefondan onun istifadə etdiyi nömrəyə zəng edərək hazırda Bakı şəhəri, N0 yanvar metrostansiyasının yanında olduğunu, traktorun lizinq hesabını bağlatdırmaq üçün 4.360 manatdan 1.N00 manat məbləğində pulunun çatışmadığını, 1.N00 manat məbləğində pulu ona çatdırmasını, həmçinin traktoru onun adına sənədləşdirməsi üçün «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsinin foto şəkilini çəkib onun telefonuna göndərməsini tapşırmasını onun üzünə qarşı bir dahada demişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli RPŞ İB-nin baş müstəntiqi B.Hüseynovun xx.xx.N0N3-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AA0950957 və AA0950956 saylı şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var – xx.xx.N011-ci il təvəllüdlü X5 və xx.xx.N013-cü il təvəllüdlü X8. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N015-ci il tarixli 7 saylı Qərarının 33-cü bəndində qeyd edilir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.N.4-cü və ya 178.3.N-ci maddəsi ilə tövsif edilir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs niyyəti xeyli miqdar olan 14.000 manatın ələ keçirilməsinə yönəlsə də son nəticədə Zərərçəkmiş şəxs 11.N00 manatını ələ keçirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli başa çatmış əməl kimi yalnız CM-nin 178.N.4-cü maddəsi ilə tövsif edilməlidir. Odur ki, ona verilən ittihamdan N9, 178.N.4-cü maddəsi xaris edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 318-ci maddəsində deyilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs dəymiş 11.N00 manat ziyanı ona tam şəkildə ödəmişdir. Lakin Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu 11.N00 manat ziyanın 5.000 manatını ödəmiş, qalan 6.N00 manatını isə hələ də ödəməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qohumu ondan xahiş etmişdir ki, şikayətinin olmamasına dair ərizə versin və qalan ziyan qısa müddət ərzində ödəniləcəkdir. Həmin qohumu hətta yazılı şəkildə iltizam da vermişdir ki, Təqsirləndirilən şəxs pulu qaytarmasa o, qaytaracaqdır. O, da xahişi nəzərə alaraq ziyanın tam şəkildə ödənilməsi barədə ərizə yazaraq müstəntiqə vermişdir. Əslində Təqsirləndirilən şəxs qalan 6.N00 manatı ödəməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha səmimi və inandırıcı hesab edərək qəbul edir və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan qismən, yəni 5.000 manat ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.N və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, vurulmuş ziyanı qismən ödəməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.N. Eyni əməllər: 178.N.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun N015-ci il tarixli 7 saylı Qərarının 39-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması və ya daha yüngül cərimə cəzaları da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən sonrakı davranışı, o cümlədən vurulmuş maddi ziyanı qismən ödəməsi, eləcə də himayəsində iki azyaşlı uşağının olması məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin ziyanın qalan hissəsini ödəməməsini də nəzərə alır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.4 və N9, 178.N.4-cü maddələri verilən ittihamdan Azərbaycan Respublikası CM-in N9, 178.N.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat NN:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat NN:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılsın. Zərərçəkmiş şəxs izah edilsin ki, ona vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi tələbi ilə ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar