Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-27/2024 08.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 19 avqust 1991-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 15 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndində, yaşadığı evin yaxınlığında yerləşən dəmiryolu xəttinin yanında müəyyən şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,845 qram olmaqla, xeyli miqdar təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini (bundan sonra – metamfetamin) müəyyən məbləğdə pula almaqla əldə etmiş, əynində olmuş gödəkçənin sol yan cibində saxlamış və daşımışdır. Həmin kütlə 17 yanvar 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən saxladığı göstərilmiş yerdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmiş, metamfetamindən istifadə etməmiş, onunla həmkəndlisi Şahid5 (bundan sonra - Pərvin) arasında ədavət və düşmənçilik olmamış, sonuncudan narkotik vasitə almamışdır. 17 yanvar 2024-cü il tarixdə onunla Pərvin arasında bir neçə dəfə baş vermiş telefon danışıqları 07 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsinə əsasən Pərvinin ona narkotik vasitə satmaq istəməsi və ya onun Pərvindən narkotik vasitə almaq istəməsi ilə deyil, Pərvinin ona televizor ustası olması ilə əlaqəli olan sifarişinin olması ilə, 21 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsinə əsasən isə Pərvinin təklifi ilə onun Pərvindən narkotik vasitə almaq istəməsi ilə bağlı olmuşdur. 17 yanvar 2024-cü il tarixdə o, Pərvinlə sonuncudan qurudulmuş marixuana alması məqsədilə onun Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşadığı evdən təxminən 100 metr aralıda yerləşən dəmiryolu xəttinin yaxınlığında görüşmək barədə razılığa gəlsələr də, həmin gün saat 15 radələrində o, yaşadığı evdə olarkən Pərvinin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılması səbəbindən razılaşdıqları, eləcə də hər hansı yerdə görüşə bilməmişlər. Buna görə də o, həmin gün Pərvindən narkotik vasitə ala bilməmişdir. Onun Pərvinin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılmasından sonradan məlumatı olmuşdur. O, 17 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənddə yerləşən işlədiyi sexə getmiş, saat 19 radələrində qonşusu X3 yaşadığı evdə televizor təmiri ilə bağlı işlərini bitirib oradan çıxdıqdan sonra yaşadığı evə gələrkən atası X12 istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***- ***-**-** mobil nömrəyə zəng edib ona üç nəfər polis əməkdaşlarının yaşadığı evin həyətinə gəlib onu soruşduqlarını demiş, buna görə də ondan yaşadığı evə gəlməsini istəmişdir. Həmin vaxt atası ***-***-**-** mobil nömrədən də istifadə etmiş, atasının istifadəsində başqa mobil nömrə olmamış, anası X4 istifadəsində olmuş mobil nömrə isə ***-***-**-** olmuşdur. Təxminən 5 dəqiqə sonra yaşadığı evə yaxınlaşanda həyətə giriş darvazasından çöldə üç nəfər polis əməkdaşlarının onun valideynləri və xalası X2 ilə söhbət etdiklərini görmüşdür. Həmin polis əməkdaşlarından ikisi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 olmuş, üçüncüsünü isə xatırlamır. Həmin vaxt məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 (bundan sonra – Pərviz) orada olmamışdır. Yəni, sonuncu iş üzrə onun saxlanılmasında iştirak etməmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, əgər olsaydı, həmin kütləni atasının telefon vasitəsilə ona verdiyi məlumata əsasən onu yaşadığı evin yanında polis əməkdaşlarının gözlədiyini bildiyinə görə üzərində saxlamazdı. Xatırlamadığı polis əməkdaşı atasına onu Füzuli RPŞ-yə aparıb nəsə soruşacaqlarını, yarım saat sonra yaşadığı evə qaytaracaqlarını demişdir. Buna görə də o və valideynləri polis əməkdaşları ilə razılaşmış, saat 19 radələrində o, polis əməkdaşlarının gəldiyi, yaşadığı evin yaxınlığında yerləşən dəmiryolu xəttinin yanında olmuş avtomobilə könüllü şəkildə əyləşib polis əməkdaşları ilə birlikdə Füzuli RPŞ-yə gəlmişdir. Yolda olanda xatırlamadığı polis əməkdaşı onun əynində olmuş paltarların ciblərini yoxlamış, narkotik vasitə və psixotrop maddə aşkar etməmiş, polis əməkdaşları onun əllərini qandalla bağlamamışdır. Polis əməkdaşları onu Füzuli RPŞ-yə gətirdikdən dərhal sonra ikinci mərtəbədə sol tərəfdən birinci yerləşən otağa aparmışlar. Bu ərəfədə polis əməkdaşları tərəfindən Pərvinin başqa otaqdan çıxarılıb dəhlizlə aparıldığını, sonuncunun aldığı xəsarətlərin təsirindən çətinliklə yeridiyini görmüşdür. Beləliklə, Füzuli RPŞ-yə Pərvin ondan əvvəl gətirilmişdir. Lakin polis əməkdaşları tərəfindən Pərvinə qarşı zor tətbiq edilməsini görməmişdir. Olduğu otaqda Pərviz ona adını bilmədiyi digər bir nəfər polis əməkdaşının yanında, əgər verdiyi bir ədəd bükümdəki metamfetamini Pərvindən 20 manat məbləğində pula aldığı və üzərində saxladığı barədə ifadə verməzsə, zor tətbiq edilib Pərvinin vəziyyətinə salınacağını və Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib həbs ediləcəyini, əks halda isə zor tətbiq edilməyəcəyini və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, həbs edilməyəcəyini demişdir. Qorxduğuna və Pərviz ona, həm də Pərvinin verdiyi ifadəsində ona narkotik vasitə satdığını deməsini bildirdiyinə görə Pərvizlə razılaşmış, sonuncunun ona verdiyi bir ədəd bükümdəki metamfetamini əynində olmuş gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin otaqda təxminən yarım saat saxlanıldıqdan sonra polis əməkdaşları hazırki müdafiəçisi Müdafiəçi (bundan sonra – müdafiəçi) Füzuli RPŞ-yə dəvət etmişdir. Sonuncu bir neçə dəqiqə sonra Füzuli RPŞ-yə gəlmiş, ona müdafiəçi qismində təyin edilmişdir. Orada, həmçinin müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən Pərvizin əvvəlcədən ona verdiyi, bir ədəd bükümdəki metamfetamini əynində olmuş gödəkçənin sol yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, müdafiəçisinin ona verdiyi müvafiq suallara cavab olaraq, həmin kütləni Pərvindən 20 manat məbləğində pula aldığını, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz olaraq fiziki və psixi formada təsir edilmədiyini bildirmişdir. Halbuki, üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd bükümdəki metamfetamini Pərvindən almamış və ya digər formada əldə etməmiş, həmin kütlə qablaşdırılıb götürülmüş, tərtib edilmiş protokolu imzalamışdır. Əgər 17 yanvar 2024-cü il tarixdə Pərvinlə görüşə bilsəydi və sonuncuda narkotik vasitə olsaydı, Pərvindən narkotik vasitə alacaqdı. Lakin həmin gün, eləcə də iş üzrə ilk dəfə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, videoçəkiliş aparılmaqla Pərvinlə üzləşdirilərkən yanında olmuş müdafiəçisinə polis əməkdaşlarının ona qarşı etdikləri qanunsuz hərəkətlər barədə deməmiş, üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdiyi izahatının məzmununa uyğun ifadələr vermişdir. Bunun səbəbini polis əməkdaşlarından qorxması ilə izah edir. Ona hər hansı polis əməkdaşı tərəfindən müdafiəçisinin yanında, həm də, təhqiqatçı və müstəntiq tərəfindən hər hansı formada qanunsuz hərəkət edilməmişdir. İş üzrə barəsində tərtib edilmiş bütün istintaq hərəkəti protokollarını müdafiəçisi ilə birlikdə oxuduqdan sonra imzalamışdır. Göstərdiyi səbəblərdən müdafiəçisinin iştirakı ilə həmin protokollarda qeyd edilmiş məzmunda ifadələr vermişdir. Sonradan Pərvindən ona narkotik vasitə satması barədə ifadə vermədiyini öyrəndiyinə görə Azərbaycan Respublikası Baş Prokurorluğuna hazırki ifadəsi ilə eyni məzmunda olan 27 mart 2024-cü il tarixli yazılı ərizəsini göndərmişdir. Həmin müraciəti ilə əlaqədar 05 aprel 2024-cü il tarixdə müstəntiq tərəfindən müdafiəçisinin iştirakı ilə dindirilərkən işin halları barədə düzgün ifadə vermişdir. Göstərdiklərinə əsasən ibtidai istintaq zamanı müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024cü il tarixdə videoçəkiliş aparılmaqla Şahid5 ilə üzləşdirilərkən verdiyi ifadələrini təsdiq etmir, 05 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini isə təsdiq edir. İş üzrə saxlanılması, Füzuli RPŞ-yə gətirilməsi və orada saxlanılması zamanı hər hansı polis əməkdaşı ona qarşı zor tətbiq etməmiş, polis əməkdaşları Şahid2 və Şahid3 ona qarşı hər hansı formada qanunsuz hərəkət etməmişlər. Polis əməkdaşlarının Pərvinə qarşı ifadə əldə edilməsi üçün məhz onu seçmələrini onun psixoloji cəhətdən zəif olması, bundan əvvəl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, buna görə də qorxusundan istənilən hadisəyə görə təklif edilən məzmunda ifadə verəcəyini bilmələri ilə izah edir. Lakin hazırki işə qədər hər hansı şəxsə qarşı ifadə verməmişdir. Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə onunla arvadı arasındakı nikah pozulmuş, həmin nikahdan doğulmuş uşaqları - 06 noyabr 2014-cü il təvəllüdlü X13 və 14 aprel 2016-cı il təvəllüdlü X14 onun, 18 aprel 2018-ci il təvəllüdlü X18 isə arvadının himayəsinə verilmişdir. Bu səbəbdən o, hazırda valideynləri, uşaqları Zəhra və Füzuli ilə birlikdə yaşayır. Göstərdiklərinə əsasən barəsində bəraət hökmünün qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı hazırki müdafiəçisinin iştirakı ilə müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla Şahid5 (bundan sonra – Pərvin) ilə üzləşdirilərkən hazırki ifadəsində göstərdiyi kimi, müdafiəçisinin yanında ona hər hansı formada qanunsuz təsir göstərilmədiyi şəraitdə, könüllü olaraq verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, bir neçə aydır ki, bəzi hallarda metamfetamindən istifadə edir. 17 yanvar 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olarkən həmkəndlisi Pərvin istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib ona 20 manat məbləğində pula metamfetamin sata biləcəyini, həmin kütləni ondan yaşadıqları kəndin ərazisindən keçən dəmiryolu xəttinin yaxınlığında ala biləcəyini demişdir. Pərvinin təklifi ilə razılaşmış, təxminən 20 dəqiqə sonra sonuncu ilə dediyi yerdə görüşərkən Pərvindən verdiyi 20 manat məbləğində pula bir ədəd bükümdə metamfetamin almışdır. Bundan sonra qonşusu Rahibin yaşadığı evə gedib 2 saat ərzində televizor təmiri ilə məşğul olmuş, işini bitirdikdən sonra yaşadığı kəndin ərazisində yerləşən dəmiryolu xəttinin kənarı ilə evə tərəf gedərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol cibində bir ədəd bükümdə olmuş metamfetamini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Pərvindən 20 manat məbləğində pula aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi formada zor tətbiq edilməmişdir (İ cild, səh. 95-97, 101-104, 149-151). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər Füzuli RPŞ-yə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş Təqsirləndirilən şəxs (bundan sonra - Əli) qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuşdur. Füzuli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı əsasında əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş Şahid5 (bundan sonra – Pərvin) istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrə daxil olan və həmin nömrələrdən çıxan zənglərlə bağlı icra edilmiş “telefon danışıqlarına qulaqasma” əməliyyat-axtarış tədbiri icra edilərkən həmin mobil nömrələrlə Əlinin istifadəsində olan ***-***-**-** mobil nömrə arasında baş vermiş çoxsaylı danışıqların məzmunu, həm də daxil olmuş əlavə əməliyyat məlumatları əsasında 17 yanvar 2024cü il tarixdə danışan tərəflər olmuş Pərvinin Əliyə yaşadıqları Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində, sonuncunun yaşadığı evin yaxınlığında müəyyən məbləğdə pula psixotrop maddə olan metamfetamin satmaq istədiyi, onların bu barədə razılığa gəldikləri və nəticədə saat 15 radələrində Pərvinin Əliyə metamfetamin satdığı, buna görə də sonuncunun həmin ərazidəki dəmiryolu xətti yaxınlığında və üzərində metamfetamin olması barədə kifayət qədər əsaslı ehtimalın olduğu müəyyən edildiyinə görə Füzuli RPŞ-nin rəisinin razılığı ilə Əli barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi, onun rəhbərliyi, Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri X15, Şahid3 Məmməd oğlu və Şahid2 üzvləri olduqları əməliyyat qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Bundan dərhal sonra həmin polis əməkdaşları ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndinin əsas giriş-çıxış yollarını və Əlinin yaşadığı evin yaxınlığını müşahidə altına almışlar. Həmin tarixdə saat 19 radələrində o, əməliyyat qrupunun üzvləri ilə Əliyə yaşadığı kəndin ərazisində, yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttinə yaxın yerdə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin ərəfədə sonuncu üzərində narkotik vasitə olması ilə bağlı şübhəli hərəkətlər etmişdir. Lakin Əlidən saxlanıldığı yerdə və Füzuli RPŞ-yə gətirilməsinə qədər üzərində narkotik vasitə və ya psixotrop maddə olmasını soruşmamış və sonuncunun üzərini yoxlamamışlar. Əlini yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttinin yanında üzərində narkotik vasitə olması şübhəsilə saxladıqlarına görə bu hadisəni həmin vaxt onlardan aralıda olmuş atası da görmüşdür. O, əvvəllər Əlinin atasını tanımamışdır. Onların Əlini saxlamalarını görən şəxsin atası olmasını sonradan bilmişdir. Əli və atası onlara Əlini Füzuli RPŞ-yə aparmaq istəmələrinə görə etiraz etməmişlər. Sonuncunu Füzuli RPŞ-yə gətirdikdən sonra ikinci mərtəbəyə aparmamış, Füzuli RPŞ-nin birinci mərtəbəsində yerləşən növbətçi otağının qarşısındakı dəhlizdə saxlamışlar. Bir neçə dəqiqə sonra Əlinin müdafiəçisi Müdafiəçi Füzuli RPŞ-yə gəlmişdir. Əli videoçəkiliş aparılmaqla, müdafiəçisi, o, digər polis əməkdaşları - Şahid3, Şahid2 və Elçin Aslanovun iştirakları ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibində bir ədəd bükümdə olmuş metamfetaminə oxşar kütləni könüllü olaraq çıxarıb təqdim etmiş, müdafiəçisinin suallarına cavab olaraq, həmin kütləni həmkəndlisi Pərvindən 20 manat məbləğində pula aldığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi formada zor tətbiq edilmədiyini bildirmişdir. Əlinin izahatı əsasında həmin tarixdə verilmiş əməliyyat tapşırığı üzrə Pərvini yaşadığı kəndin ərazisində saxlayıb Füzuli RPŞ-yə təhvil vermişlər. O və hər hansı polis əməkdaşı Əlinin yaşadığı evə saxlanılmasından əvvəl getməmiş, valideynlərinə Əlini axtardıqlarını deməmiş, valideynlərindən Əlini çağırmalarını xahiş etməmiş, sonuncuya qarşı saxlanıldığı, Füzuli RPŞ-yə aparıldığı və orada saxlanıldığı müddətdə qanunsuz olaraq fiziki və psixi formada təsir etməmişdir. Həmçinin o, Əliyə bir ədəd bükümdə metamfetamin verməmiş, sonuncunu üzərinə şəxsi axtarış keçirilərkən həmin kütləni üzərindən çıxarıb təqdim etməyə və Pərvindən almasını deməyə məcbur etməmişdir. Əlinin ifadəsində bunların əksi barədə dedikləri tamamilə yalandır, özünü və Pərvini müdafiə etmək xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid3 Məmməd oğlu və Şahid2 da verdikləri ifadələrində Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasları və mexanizmi, onun saxlanılıb Füzuli RPŞ-yə gətirilməsi, üzərinə şəxsi axtarış keçirilməsi, onun nəticəsi barədə Şahid1 ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər metamfetamin qəbul etsə də, 6 aydır ki, narkotik vasitə və metamfetamin qəbul etmir. O, əvvəllər hər hansı şəxsə, o cümlədən 17 yanvar 2024-cü il tarixdə aralarında ədavət və düşmənçilik olmamış həmkəndlisi Təqsirləndirilən şəxs (bundan sonra - Əli) narkotik vasitə və ya metamfetamin satmamışdır. Əlinin narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. 17 yanvar 2024-cü il tarixdə onunla Əli arasında bir neçə dəfə telefon danışıqları müvafiq olaraq onların istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında baş vermişdir. Həmin danışıqların məzmunu məhkəmə iclasında elan edilib tədqiq edilməmişdən əvvəl verilmiş müvafiq suala cavab olaraq bildirir ki, danışıqlar onun Əliyə televizor ustası olması ilə əlaqəli olan sifarişi ilə bağlı olmuşdur. Həmin danışıqların məzmunu məhkəmə iclasında elan edilib tədqiq edildikdən sonra verilmiş müvafiq suala isə cavab olaraq bildirir ki, həmin danışıqlar onun Əliyə narkotik vasitə satmaq istəməsi və ya Əlinin ondan narkotik vasitə almaq istəməsi ilə bağlı olsa da və 17 yanvar 2024-cü il tarixdə onun Əliyə narkotik vasitə satmaq istəyi olsa da, o, həmin tarixdə saat 15 radələrində yaşadığı evdə olmuş, saat 16:30-17 radələrində Əli ilə görüşmək üçün yaşadıqları Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində, sonuncunun yaşadığı evin yaxınlığında, dəmiryolu xəttinin kənarı ilə piyada gedərkən Füzuli RPŞ-nin əməkdaşlarının ona tərəf gəldiklərini görüb qorxduğu üçün qaçmış, polis əməkdaşları onu saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Həmin ərəfədə Əli yaşadığı evdə olmuşdur. Göstərdiyi səbəblərdən həmin gün onun Əli ilə görüşmək niyyəti baş tutmamışdır. Əgər o, həmin gün sonuncu ilə görüşə bilsəydi belə, onda narkotik vasitə və ya metamfetamindən istifadə etməməsi səbəbindən narkotik vasitə və ya metamfetamin olmadığına görə Əliyə həmin kütlələrdən sata bilməyəcəkdi. 17 yanvar 2024-cü il tarixdə telefon danışıqları zamanı Əlinin ondan narkotik vasitə almaq istəməsini əvvəllər onun narkotik vasitə istifadəçisi olmasını bilməsi ilə izah edir. Həmin tarixdə onda narkotik vasitə olmadığı halda, telefon danışıqları zamanı Əliyə bu barədə deməməsinin səbəbini isə izah edə bilmir. Polis əməkdaşlarının ona saxlanıldığı yerdə və Füzuli RPŞ-də olarkən zor tətbiq etməsi nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Lakin bu barədə müraciəti əsasında aparılmış araşdırma zamanı hər hansı təzyiqə məruz qalmadan verdiyi izahatında 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşlarının ona saxlanılmasından sonra, eləcə də Füzuli RPŞ-də olarkən zor tətbiq etməməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətindən yayınmaq üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb hadisə yerindən qaçarkən yıxılması nəticəsində xəsarət alması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yalan məlumat verərək barəsində həbs qətimkan tədbirinin seçilməsinin qarşısını ala biləcəyini düşünməsini göstərməsi, eləcə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməsinin səbəbini izah edə bilmir. Polis əməkdaşları ondan sonra Füzuli RPŞyə gətirdikləri Əliyə qanunsuz olaraq psixi təsir göstərərək sonuncudan onun əleyhinə ifadə almağa nail olmuşlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olması barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələri, məhkəməyədək icraat zamanı isə Təqsirləndirilən şəxs müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla Şahid5 ilə üzləşdirilərkən verdiyi ifadələrində göstərilmiş məzmunda baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibində bir ədəd bükümdə olmuş metamfetaminə oxşar kütləni könüllü olaraq çıxarıb təqdim etməsi, müdafiəçisinin verdiyi suallara cavab olaraq, həmin kütləni həmkəndlisi Şahid5 20 manat məbləğində pula aldığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi formada zor tətbiq edilmədiyini hər hansı təsir olmadan, könüllü olaraq bildirməsi müəyyən edilir (İ cild, səh. 4- 6, 30, 31, 35). - Materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,845 qram təşkil edən maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza xərci 49,74 manatdır (İ cild, səh. 84, 85). - Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə aparılan telefon danışıqlarına 3 (üç) ay müddətə qulaq asılmasına icazə verilməsi barədə Füzuli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 5(064)74/2023 nömrəli qərarı əsasında icra edilmiş müvafiq əməliyyat-axtarış tədbirinin nəticələrinə dair Füzuli RPŞ-nin CAB-ın rəisi, polis mayoru İlqar Nəcəfov tərəfindən tərtib edilərək imzalanmış 04 aprel 2024-cü il tarixli arayış və ona əlavə edilmiş, Şahid5lə Təqsirləndirilən şəxs arasında qeydə alınmış telefon danışıqlarının stenoqram mətnindən görünür ki,: 16 dekabr 2023-cü il tarixdə saat 15:39-da Şahid5 Təqsirləndirilən şəxs onun kart hesabına 70-80 manat məbləğində pul göndərərsə, “torpaq”, yəni heroin verə biləcəyini, Təqsirləndirilən şəxs isə Şahid5 10 manat pulu olduğuna görə kart hesabına dediyi məbləğdə pul göndərə bilməyəcəyini, əgər həmin məbləğdə pul əldə edərsə, xəbər edəcəyini, 22 dekabr 2023-cü il tarixdə saat 13:33-də Şahid5 Təqsirləndirilən şəxs 20 manat məbləğində pul verərsə, “təbiət”, yəni qurudulmuş marixuana və “ağ baş”, yəni psixotrop maddə olan metamfetamin verə biləcəyini, sonuncu isə bu təkliflə razı olduğunu, 02 yanvar 2024-cü il tarixdə saat 14:51-də Şahid5 Təqsirləndirilən şəxs 40-45 manat məbləğində pul verərsə, “torpaq”, yəni heroin verə biləcəyini, sonuncu isə bu təkliflə razı olduğunu, 03 yanvar 2024-cü il tarixdə saat 00:26-da Şahid5 Təqsirləndirilən şəxs narkotik vasitə vermək üçün hansısa məktəbin yaxınlığında gözlədiyini, sonuncu isə həmin yerə yaxınlaşdığını, 12 yanvar 2024-cü il tarixdə saat 13:51-də Şahid5 Təqsirləndirilən şəxs 5-10 dəqiqəyə narkotik vasitənin gətiriləcəyini, onun kart hesabına pul göndərməli olduğunu, saat 14:42-də isə Şahid5 Təqsirləndirilən şəxs müvafiq sualına cavab olaraq kart hesabının nömrəsini, 17 yanvar 2024-cü il tarixdə saat 14:57-də Şahid5 Təqsirləndirilən şəxs “qara”, yəni heroini 20 manat məbləğində pula verə biləcəyini, saat 15:25-də Təqsirləndirilən şəxs Şahid5 “şey”, yəni qurudulmuş marixuana və “ağ baş”, yəni metamfetamin almaq üçün ayrı-ayrılıqda 10 manat olmaqla, cəmi 20 manat məbləğində pul hazırladığını, saat 15:33-də Şahid5 Təqsirləndirilən şəxs yaşadıqları kənddə “Qafurgil” tərəfdə olduğunu bildirmişlər (İİ cild, səh. 24-41). - Şahid5 məxsus olan “Honor” markalı mobil telefona baxış keçirilməsi barədə olan 18 yanvar 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 5(064)6/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-nin 08 fevral 2024cü il tarixli, 2863 nömrəli məktubu ilə təqdim edilmiş, müvafiq olaraq Təqsirləndirilən şəxs və Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrə dair telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə olan 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 17 yanvar 2024-cü il tarixdə saat 14:57, 15:14, 15:16, 15:21-də Təqsirləndirilən şəxs və Şahid5 arasında həmin mobil nömrələr vasitəsilə telefon danışıqları olmuş, amma həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyinə əsasən atası X5 istifadəsində olan ***-***-**-** və ***-***-**-**, anası X4 istifadəsində olan ***-***-**-** mobil nömrələr arasında telefon danışıqları olmamışdır. 17 yanvar 2024-cü il tarixdə ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə bağlı sonuncu anten məlumatları müvafiq olaraq saat 18:49 və 17:22-də qeydə alınmış, həmin tarixdə göstərilən mobil nömrələrin bütün anten məlumatları Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qeydə alınmış, buna görə də Təqsirləndirilən şəxs və Şahid5 iş üzrə polis əməkdaşları tərəfindən saxlanılanadək Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olmuşlar (İ cild, səh. 105-107, 200, 219, 220, 225-259). - Məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 1468 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 45, 46). - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 17 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdən xəstəxananın narkoloji disponserində qeydiyyatdadır (İİ cild, səh. 1). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 aid hissədə cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/77 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şahid5 ...” sözləri yazılmış sintetik torbada olan bir ədəd göy rəngli cins şalvarın arxa cibindən aşkar edilmiş maddə təmiz çəkisi 0,105 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin metamfetamin ilə tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir (İ cild, səh. 89). - “Sübutların qiymətləndirilməsi haqqında” və “Cinayət işinin ayrıca icraata ayrılması, icraata qəbul edilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Füzuli RPŞ-nin istintaq bölməsində “Cinayət işinin başlanması haqqında” 18 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə başlanmış, ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi materiallarından sonuncu barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (İİ cild, səh. 74-98). - Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X16 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Füzuli RPŞ-nin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid5 verdiyi ifadəsində ona Füzuli RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edildiyini göstərməsi əsasında 85 C-24 nömrəli material üzrə aparılmış araşdırma zamanı Şahid5 verdiyi izahatında 17 yanvar 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşlarının ona saxlanılmasından sonra, eləcə də Füzuli RPŞ-də olarkən zor tətbiq etmədiyini, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətindən yayınmaq üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb hadisə yerindən qaçarkən yıxılması nəticəsində xəsarət aldığını və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yalan məlumat verərək barəsində həbs qətimkan tədbirinin seçilməsinin qarşısını ala biləcəyini düşündüyünü göstərmiş, eləcə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir (İİ cild, səh. 15-17). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə, müdafiəçisinin verdiyi vəsatətlərə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama və onun həmin ittihamda göstərilmiş cinayət əməlinə görə təqsirli olubolmamasına müvafiq ardıcıllıqla hüquqi qiymət verilməsi ilə əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 05 aprel 2024-cü il tarixdə verdiyi ifadələrindən görünür ki, o, həmin ifadələrində əvvəllər qurudulmuş marixuanadan istifadə etsə də, metamfetamindən istifadə etməməsi, 17 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşadığı evin yaxınlığında saxlanıldığı yerə istifadəsində olan ***-***-**-** mobil nömrəyə atası X5 istifadəsində olan ***-***-**- ** mobil nömrədən edilmiş zəngdən sonra, sonuncunun onu polis əməkdaşlarının gözləməsinə görə yaşadığı evə gəlməsini istəməsi əsasında getməsi, buna görə də onun üzərində narkotik vasitə və ya metamfetaminin olması barədə ehtimalın məntiqsiz olması, həmin tarixdə polis əməkdaşlarının Şahid5 ondan əvvəl Füzuli RPŞ-yə gətirməsi, onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibindən aşkar edilmiş bir ədəd bükümdəki metamfetaminin ona qabaqcadan polis əməkdaşı Şahid1 tərəfindən hazırki ifadəsində göstərdiyi məzmunda qanunsuz olaraq psixi təsir göstərilərək verilməsi, bu səbəbdən sonuncunun sözlərinə əsasən məhkəməyədək icraat zamanı verdiyi bütün izahat və ifadələrində (05 aprel 2024-cü il tarixli ifadəsi istisna olmaqla) həmin kütləni 17 yanvar 2024-cü il tarixdə Şahid5 20 manat məbləğində pula almasını məcburiyyət qarşısında bildirməsi və həmin tarixdə sonuncudan metamfetamin almaması barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid5 hər hansı əmələ görə təqsirli olubolmamasına qabaqcadan hüquqi qiymət vermədən hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlillər: - özünün məhkəmə istintaqı verdiyi ifadəsində göstərdiyi kimi, ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməməsi, onun ibtidai istintaq zamanı müdafiəçisinin yanında hər hansı təzyiqə məruz qalmadan müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla Şahid5lə üzləşdirilərkən verdiyi, yuxarıda göstərilən məzmunda olan tam etirafedici ifadələri və həmin ifadələrində, həmçinin videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisinin verdiyi müvafiq suala cavab olaraq polis əməkdaşlarının ona qarşı qanunsuz olaraq fiziki və psixi formada təsir etmədiyini göstərməsi ilə yanaşı, - Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 Məmməd oğlu və Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələr, - Füzuli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 5(064)74/2023 nömrəli qərarı əsasında Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə aparılan telefon danışıqlarına qulaq asılması ilə bağlı icra edilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ilə Təqsirləndirilən şəxs arasında qeydə alınmış telefon danışıqlarının (xüsusilə də, 17 yanvar 2024cü il tarixdə saat 15 radələrinədək qeydə alınmış telefon danışıqlarının) yuxarıda göstərilmiş məzmunu, - Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə onunla Şahid5 arasında bir neçə dəfə baş vermiş telefon danışıqlarının məzmununun 07 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində sonuncunun ona narkotik vasitə satmaq istəməsi və ya onun Şahid5 narkotik vasitə almaq istəməsi ilə deyil, sonuncunun ona televizor ustası olması ilə bağlı sifarişinin olması ilə, 21 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində isə həmin danışıqların məhkəmə iclasında elan edilərək tədqiq edilməsindən sonra müvafiq fakt qarşısında qalması səbəbindən Şahid5 təklifi ilə onun Şahid5 narkotik vasitə almaq istəməsi ilə bağlı olmasını göstərməsi, - Şahid5 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində telefon danışıqlarının məzmunu ilə bağlı fikirlərini Təqsirləndirilən şəxsla eyni ardıcıllıqla və eyni məzmunda bildirməsi, - "xxxx" MMC-nin 08 fevral 2024-cü il tarixli, 2863 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar əsasında 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə sonuncunun hazırki ifadəsində atası X5 istifadəsində olduğunu göstərdiyi nəinki ***-***-**-**, hətta ***-***-**-** mobil nömrələr və anası X4 istifadəsində olduğunu göstərdiyi ***-***-**-** mobil nömrə arasında telefon danışıqlarının baş verməməsinin müəyyən edilməsi, - məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 1468 nömrəli rəyində Təqsirləndirilən şəxs aşkar edilmiş narkomaniya xəstəliyinin opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmasının göstərilməsi ilə tam təkzib edilir. Məhkəmə bu mövqeyin məntiqi davamı olaraq,: - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla Şahid5 ilə üzləşdirilərkən verdiyi ifadələrini, eləcə də, məhkəmə istintaqı və ibtidai istintaq zamanı 05 aprel 2024-cü il tarixdə verdiyi ifadələrinin və Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələrini sübut kimi qiymətləndirir, - Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 05 aprel 2024-cü il tarixdə verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini özünü müvafiq cinayət məsuliyyətindən yayındırmaq, eləcə də Şahid5 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsinin Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini sonuncunu müvafiq cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyan ifadələr kimi qiymətləndirib sübut kimi qəbul etmir. Məhkəmə "xxxx" MMC-nin 08 fevral 2024-cü il tarixli, 2863 nömrəli məktubu ilə təqdim edilmiş, yuxarıda göstərilən telefon danışıqları haqqında məlumatlar əsasında 17 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə atası X5 istifadəsində olan ***-***-**-** və ***-***-**-**, anası X4 istifadəsində olan ***-***-**-** mobil nömrələr arasında telefon danışıqlarının baş verməməsini, müvafiq olaraq Təqsirləndirilən şəxs və Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrin anten dairəsinə dair məlumatların Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində, ən son olaraq saat 18:49 və 17:22-də qeydə alınmasını, beləliklə də, Təqsirləndirilən şəxs və Şahid5 həmin kəndin ərazisində olmalarını müəyyən etdiyinə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə onun saxlanılmasında polis əməkdaşları Şahid3 Məmməd oğlu və Şahid2 iştirak etmələrini bildirdiyinə, Şahid1 isə iştirak etməməsini bildirsə də, sonuncunun da Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməsini iş materiallarında olan digər sübut növləri əsasında müəyyən etdiyinə, nəticədə müvafiq prosessual zərurət mövcud olmadığına görə Müdafiəçi iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı göstərdiyi xüsusatların araşdırılması üçün atası X12, anası X10, xalası X2 və qonşusu X3 iş üzrə şahid qismində dindirilmələri, polis əməkdaşları tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs, yoxsa Şahid5 saxlanılıb Füzuli RPŞ-yə gətirilməsi, Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşları Şahid1, Şahid3 Məmməd oğlu və Şahid2 iştirak edib-etməməsi ilə bağlı xüsusatların araşdırılması üçün 17 yanvar 2024-cü il tarixdə müvafiq olaraq Təqsirləndirilən şəxs və Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrin, eləcə də göstərilən polis əməkdaşlarının istifadələrində olan mobil nömrələrin anten məlumatlarının götürülməsi barədə verdiyi vəsatətləri təmin etməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Onun xeyli miqdarının aşağı həddi 0,15 qramdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəməyədək icraat zamanı müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024cü il tarixdə videoçəkiliş aparılmaqla Şahid5 ilə üzləşdirilərkən verdiyi tam etirafedici ifadələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı 05 aprel 2024-cü il tarixdə verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, sonuncunun məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsinin sübut kimi qiymətləndirilən hissələri, Şahid1, Şahid3 Məmməd oğlu və Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə olan 17 yanvar 2024-cü il tarixli protokol, ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntü, Füzuli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 5(064)74/2023 nömrəli qərarı əsasında Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə aparılan telefon danışıqlarına qulaq asılması ilə bağlı icra edilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu ilə Təqsirləndirilən şəxs arasında qeydə alınmış telefon danışıqlarının (xüsusilə də, 17 yanvar 2024-cü il tarixdə saat 15 radələrinədək qeydə alınmış telefon danışıqlarının) yuxarıda göstərilmiş məzmunu, Şahid5 məxsus olan “Honor” markalı mobil telefona baxış keçirilməsi barədə olan 18 yanvar 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 5(064)6/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-nin 08 fevral 2024-cü il tarixli, 2863 nömrəli məktubu ilə təqdim edilmiş, müvafiq olaraq Təqsirləndirilən şəxs və Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrə dair telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə olan 19 fevral 2024-cü il tarixli protokol, materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 1468 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş, maddi sübut qismində tanınmış metamfetamin qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Füzuli Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(064)-11/2022 nömrəli hökmünün surəti, Füzuli rayon İcra və Probasiya şöbəsinin 25 iyun 2024cü il tarixli, 210 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə hökm ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş, qəti olaraq üzərində saxlanmış 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 25 iyun 2024-cü il tarixə olan çəkilməmiş hissəsi onun iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün müddət çıxılmaqla, 4 ay 14 gün, hazırki tarixə isə 4 ay 1 gün təşkil edir. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmü ilə də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin əmələ görə məhkumluğu ödənilmişdir (İİ cild, səh. 4, 57-64). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməsə də, bu məhkumluq Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. Bu səbəbdən sonuncu iş üzrə məhkumluğu olan şəxsdir. - Füzuli RİHB-nın Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli arayış və xasiyyətnamə, elektron məhkəmə portalından Təqsirləndirilən şəxs ailə tərkibi barədə əldə edilmiş məlumat, Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)1192/2020 nömrəli qətnaməsi, nikahın pozulması haqqında AZ-İ seriyalı, 370538 nömrəli şəhadətnamə, AA seriyalı, 0910293, ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, həmin məhkəmə qətnaməsi əsasında Təqsirləndirilən şəxs ilə arvadı arasındakı nikah pozulmuş, onların həmin nikahdan doğulmuş uşaqları - 06 noyabr 2014-cü il təvəllüdlü X13 və 14 aprel 2016-cı il təvəllüdlü X7 Bəylərovun, 18 aprel 2018-ci il təvəllüdlü X18 isə arvadının himayəsinə verilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs subaydır, valideynləri, azyaşlı uşaqları Zəhra və Füzuli ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 152-156, 158, 159, İİ cild, səh. 19, 20). Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən şəxsin cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, həmçinin, cinayətin iştirakçılarının aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Cinayət mühakimə icraatının sonrakı mərhələlərində şəxsin törətdiyi cinayət əməlini etiraf etməməsi könüllü gəlib təqsirini boynuna almanın cəzanın təyin edilməsi zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə nəticələnməməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanaraq, Təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində (05 aprel 2024-cü il tarixli ifadəsi istisna olmaqla) üzərindən aşkar edilmiş metamfetamini 17 yanvar 2024-cü il tarixdə Şahid5 20 manat məbləğində pula aldığını bildirməsini digər cinayət əməlinin açılmasına və həmin əməllə bağlı cinayət təqibinin başlanması nəticəsində onun iştirakçısının ifşa edilməsinə fəal köməklik etməsi, nəticədə bu halları Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Sonuncunun iş üzrə ibtidai istintaq zamanı 05 aprel 2024-cü il tarixdə verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə üzərindən aşkar edilmiş metamfetaminin ona məxsus olmamasını və həmin kütləni Şahid5 almadığını göstərməsi Təqsirləndirilən şəxs yuxarıda göstərilən halların Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmaması ilə nəticələnə bilməz. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsi, Füzuli Rayon Məhkəməsinin 12 mart 2015-ci və 12 aprel 2022-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, birinci hökm üzrə törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilsə də, barəsində təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi, ikinci hökm üzrə törətdiyi cinayət əməlinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və məhkumluğunun ödənilməməsi, həmin cəzanı çəkib qurtarmamış iş üzrə yenidən oxşar cinayət əməlini törətməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, digər cinayət əməlinin açılmasına və həmin əməllə bağlı cinayət təqibinin başlanması nəticəsində onun iştirakçısının ifşa edilməsinə fəal köməklik etməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünü həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 12 mart 2015-ci və 12 aprel 2022-ci il tarixli hökmləri ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, birinci hökm üzrə törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilsə də, barəsində təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi, ikinci hökm üzrə törətdiyi cinayət əməlinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və məhkumluğunun ödənilməməsi, həmin cəzanı çəkib qurtarmamış iş üzrə yenidən oxşar cinayət əməlini törətməsi barəsində əvvəllər təyin edilmiş cəzaların, xüsusilə də cəzaçəkmə müddəti bitməmiş azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsirinin yetərli olmamasına işarə etməklə, iş üzrə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 1 (bir) il müddətə təyin edilməsinin məqsədəuyğun olması barədə nəticəyə gəlməyə tam əsas verir. Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(064)-11/2022 nömrəli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə olan çəkilməmiş hissəsi 4 ay 1 gün təşkil etdiyinə və o, iş üzrə 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək cəmi 2 (iki) gün müddət şübhəli şəxs qismində tutulduğuna görə (“Şübhəli şəxs qismində tutma haqqında” 17 yanvar 2024-cü il tarixli protokol və “Tutulmuş şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə” 19 yanvar 2024-cü il tarixli qərar - İ cild, səh. 22, 23, 162, 163) ona Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını real çəkməli olduğuna görə 19 yanvar 2024-cü il tarixli qərarla (İ cild, səh. 160, 161) barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə iclasında dərhal həbsə alınmalı, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyul 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 1468 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə X6 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli rəyi əsasında maddi sübut qismində tanınmış metamfetamin qalığı Şahid5 barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübut əhəmiyyəti daşıdığına görə məhv edilməməlidir. Azərbaycan Respublikası CPM-in 160.1-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)-1192/2020 nömrəli qətnaməsi ilə Təqsirləndirilən şəxs himayəsinə verilmiş 06 noyabr 2014-cü il təvəllüdlü X13 və 14 aprel 2016-cı il təvəllüdlü X11 digər valideyni və ya yaxın qohumunun himayəsinə verilməsi məsələsinin həll edilməsi Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına tapşırılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına Füzuli Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(064)-11/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 1 (bir) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Azərbaycan Respublikası CPM-in 160.1-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(064)-1192/2020 nömrəli qətnaməsi ilə Təqsirləndirilən şəxs himayəsinə verilmiş 06 noyabr 2014-cü il təvəllüdlü X13 və 14 aprel 2016-cı il təvəllüdlü X11 digər valideyni və ya yaxın qohumunun himayəsinə verilməsi məsələsinin həll edilməsi Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına tapşırılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-27/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-27/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver