Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-27/2025 15.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi–Füzuli rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Saracıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, ünvan 2əsinin icraatında olan digər cinayət işi üzrə barəsində məhkəmənin 08 aprel 2025-ci il tarixli, 4(064)- 11/25 saylı qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 2əsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir, ondan ötrü ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Şahid1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictmai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi soyuq silah hesab olunmayan turist bıçağı ilə yüngül bədən xəsarəti yetirməklə təkrarən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə saat 22 radələrində ictimai yer hesab olunan Füzuli rayonu, Horadiz şəhərində yerləşən Şahid5 işlətdiyi kafedə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək Şahid1 ona salam verdikdən sonra sonuncuya nalayiq söz demiş və bundan sonra aralarında yaranmış mübahisə zamanı şüşə materialdan olan pivə bakalını Şahid1 tərəf bir dəfə atmış və pivə bakalı yerə dəyərək sınmaqla qəsdən zor tətbiq etməklə qərəzli xuliqanlıq etmişdir. Bundan sonra, o, Şahid1 qardaşı Zərərçəkmiş şəxs ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirib onları aralamağa çalışarkən ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək təkrarən üzərində olan silah qismində istifadə etdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik, üzərində hər hansı əlavə və dəyişkilik edilməyən, soyuq silah hesab edilməyən turist bıçağı ilə bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə silah qismində istifadə olunan əşyalardan istifadə etməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi 17 yanvar 2025-ci il tarixli ifadələrində törətdiyi cinayət əməllərini etiraf edərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə sinif yoldaşı olduğuna görə onu tanıyır, aralarında əvvəldən hər hansı ədavət və düşmənçilik olmamış, normal münasibəti olmuşdur. Yaşadığı Füzuli rayonu, Horadiz şəhəri ərazisində təsərrüfatla məşğul olur, yəni xırda buynuzlu heyvan, yəni qoyun saxlayır, təsərrüfatda lazım olduğuna görə üzərində açılıb-qatlanan bıçaq gəzdirir. Həmin bıçağı Füzuli rayonu ərazisində fəaliyyət göstərən mal bazarından almış, bıçağı hansı tarixdə almasını xatırlamır, çünki uzun müddət əvvəl almışdır. 07 noyabr 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Füzuli rayonu, Horadiz şəhərində yerləşən evindən çıxaraq Horadiz şəhərində yerləşən Şahid5 işlətdiyi kafeyə getmiş, həmin kafeyə gedərkən bıçağı üzərində, yəni əynində olan şalvarın cibində olmuşdur. Kafeyə girdikdə Zərərçəkmiş şəxs, Şahid4, Şahid3 və Şahid6 domino oynaya-oynaya spirtli içki olan pivə içmiş, onların domino oynamasını görüb onların stolunda əyləşmiş və həmin vaxt onlar onun üçün də pivə sifariş vermiş və həmin pivəni içməyə başlamışdır. Həmin vaxt Şahid6 stoldan qalxmış və onun yerinə stolda oturub onlarla birlikdə domino oynamağa başlamışdır. Bir neçə dəqiqə domino oynadıqdan sonra Zərərçəkmiş şəxs qardaşı Şahid1 oturduqları stola yaxınlaşmış və əlini uzadıb salam vermiş, həmin vaxt Şahid1 əlinin ucu ilə salam verərkən sonuncuya “bu nə cür salam verməkdi, düz əməlli salam ver” demiş, bu sözündən sonra Şahid1 ilə aralarında mübahisə yaranmış və həmin vaxt oturduğu stoldan ayağa qalxmış və stolun üzərindəki şüşə materialdan olan pivə bakalını götürüb yerə çırpmış və bundan sonra Şahid1 ilə bir-birinin yaxasından tutaraq mübahisə etmiş, həmin anda Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq atmış və həmin anda şalvarının cibindəki açılıb-qatlanan bıçağı çıxardaraq Zərərçəkmiş şəxs həmin bıçaqla bir dəfə zərbə vurmuş, həmin zərbə Zərərçəkmiş şəxs sol tərəfindən dəymiş, bundan sonra isə orada olan adlarını qeyd etdiyi şəxslər onları aralaşdırmışlar. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra həmin bıçağı yenidən cibinə qoymuş, həmin vaxt orada olan şəxslərdən biri təcili tibbi yardım xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra oraya təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmiş və Zərərçəkmiş şəxs həmin avtomobilə mindirərək tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Oradan öz yaşadığı evə getmiş, evdə olarkən polis əməkdaşları onu polis şöbəsinə çağırmış və polis şöbəsinə gələrkən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı da gətirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Mübahisənin baş verməsinə səbəb Şahid1 onunla əlinin ucu ilə görüşməsi ilə bağlı mübahisə zamanı sonuncunun qardaşı Zərərçəkmiş şəxs onu yumruq zərbəsi ilə vurduğuna görə üzərində olan bıçaqla sonuncuya 1 dəfə bıçaq zərbəsi vurmuş və aralarındakı dava 1-2 dəqiqə davam etmişdir. Dava zamanı Zərərçəkmiş şəxs onu yumruqla vurmasına əsəbləşərək bir dəfə bıçaqla zərbə vurmuş, bundan əlavə zərbələr vurmağa imkanı olsada vurmaq istəməmiş və vurmamışdır. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə sinif yoldaşı olmuş, Təqsirləndirilən şəxsla aralarında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamış, sinif yoldaşı kimi normal münasibətləri olmuşdur. 07 noyabr 2024-cü il tarixdə saat 21 radələrində Füzuli rayonu, Horadiz şəhərində qonşusu Şahid2 evində ad günü məclisi təşkil olunmuşdur. Həmin məclisdə qardaşı Şahid1, Şahid3, Şahid4 və Şahid6 və özü iştirak etmişdir. Həmin məclisdə spirtli içki olan araq içmiş, məclis təxminən saat 22 radələrində qurtarmış və məclis qurtardıqdan sonra domino oynamaq və pivə içmək üçün qeyd etdiyi şəxslərlə birlikdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən Əli adlı şəxsə məxsus olan və Süleyman adlı şəxsin işlətdiyi adını bilmədiyi kafeyə getmişdir. Oraya çatdıqdan sonra ilk əvvəl “Playstation” oyunu oynamış, daha sonra isə həmin kafedə domino oyunu oynamağa başlamış və domino oynaya-oynaya pivə içmişlər. Şahid4, Şahid3, Şahid6 və özü domino oynamış, Şahid2 ilə qardaşı Şahid1 isə “Playstation” oyununa davam etmişlər. Domino oynayarkən Təqsirləndirilən şəxs da həmin kafeyə gəlmiş və stolda oturmuşdur. Təqsirləndirilən şəxs orada oturduqdan sonra o da pivə içməyə davam etmiş, həmin vaxt Şahid6 ayaqyoluna getmək üçün stoldan qalxmış, bundan sonra Təqsirləndirilən şəxs domino oynamaq istədiyini deməsinə görə onlarla birlikdə domino oynamasına razılıq vermiş və Təqsirləndirilən şəxs onlarla birlikdə domino oynamağa başlamışdır. Domino oynayarkən qardaşı Şahid1 və Şahid2 kafedən çıxıb gedərkən stolun yanından keçəndə Təqsirləndirilən şəxs onlarla birlikdə oturub domino oynamasını görmüş və Şahid1 həmin anda Təqsirləndirilən şəxs əlini uzadaraq “əmioğlu ala bu beşliyi” sözlərini deyərək Təqsirləndirilən şəxs salam vermək istəmiş, Təqsirləndirilən şəxs isə qarşılığında Şahid1 nalayiq söz demiş, Şahid1 də həmin sözün qarşılığında Fuad Quliyevə nalayiq söz dedikdə Təqsirləndirilən şəxs pivə içdiyi şüşə materialdan olan bakalı Şahid1 tərəf atmış, ancaq Şahid1 başın əydiyinə görə həmin pivə bakalı sonuncuya dəyməmiş, bundan sonra X10 Həşimovun üzərinə gedərək onunla dalaşmaq istədiyini görmüş və ona görə əli ilə Fuad Quliyevin boynundan tutaraq “qaqa ayıb deyil, dostuq yoldaşıq” demiş, həmin anda Təqsirləndirilən şəxs əlində bıçaq olması görmüş və orada olarkən qeyd etdiyi şəxslər Təqsirləndirilən şəxs aralayaraq kafedən çıxartmışlar. Təqsirləndirilən şəxs kafedən çıxartdıqdan sonra özünün bədəninin sol ürək tərəfindən qan axmasını gördükdən sonra Təqsirləndirilən şəxs bıçaqla onu vurmasını bilmişdir. Daha sonra isə Şahid3 Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını və təcili tibbi yardım çağırmasını bildirmişdir. Şahid3 təcili tibbi yardım xidmətinə məlumat vermiş, bir neçə dəqiqə sonra oraya gələn təcili yardım avtomobili ilə onu Füzuli rayonu mərkəzi xəstəxanasına aparmışlar. Dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş və kafenin iş fəaliyyətini tamamilə pozmuşdur.Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhər sakini kimi tanıyır, onunla aralarında əvvəldən hər hansı ədavət və düşmənçilik olmamış, normal münasibətləri olmuşdur. 07 noyabr 2024-cü il tarixdə saat 21 radələrində Füzuli rayonu, Horadiz şəhərində qonşusu Şahid2 evində sonuncunun həyat yoldaşının ad günü məclisi təşkil olunmuş, həmin məclisdə Zərərçəkmiş şəxs, Şahid3, Şahid4, Şahid6 və özü iştirak etmiş, həmin məclisdə onlar spirtli içki olan araq içmiş, özü isə içki içməmişdir. Məclis təxminən saat 22 radələrində qurtarmış və məclis qurtardıqdan sonra domino oynamaq və pivə içmək üçün qeyd etdiyi şəxslərlə birlikdə Füzuli rayonu, Horadiz şəhərində yerləşən Əli adlı şəxsə məxsus olan və Şahid5 işlətdiyi adını bilmədiyi kafeyə getmiş, oraya çatdıqdan sonra Şahid2 ilə “Playstation” oyunu oynaya-oynaya pivə içmiş, digərləri, yəni, Şahid3, Zərərçəkmiş şəxs, Şahid6 və Şahid4 isə domino oyunu oynayaraq pivə içmiş, onlar onun arxa tərəfində olduğuna görə onları görə bilməmiş, təxminən yarım saat Şahid2 ilə “Playstation” oyunu oynadıqdan sonra evə getmək üçün stoldan qalxmış və Zərərçəkmiş şəxsgilin yanına gəldikdə Şahid6 stoldan qalxmasını, onun yerinə Təqsirləndirilən şəxs onlarla domino oynamasını görmüş və həmin vaxt Təqsirləndirilən şəxs əl uzadaraq salam vermiş və ona “əmioğlu ala bu beşliyi qoy cibinə” demiş, onun bu sözündən sonra Təqsirləndirilən şəxs ünvanına nalayiq söz demiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ilk öncə Təqsirləndirilən şəxs stolun üzərindəki şüşə materialdan olan pivə bakalını əli ilə götürüb ona tərəf atmış və pivə bakalı ona dəyməyərək yerə dəyib sınmış, bundan sonra qardaşı X12 Həşimovu aralamaq üçün boyun nahiyəsindən tutub özünə tərəf çəkmiş, həmin vaxt Şahid4 Təqsirləndirilən şəxs aralayaraq kafedən çölə çıxarmış, Şahid4 Təqsirləndirilən şəxs kafedən çölə çıxartdıqdan sonra Zərərçəkmiş şəxs sol qol altı nahiyəsini tutaraq qan axmasını bildirərək “Fuad məni bıçaqla vurub” sözlərini demiş, həmin vaxt onun paltarlarını çıxartdıqda həmin nahiyəsindən bıçaqla xəsarət yetirilməsini görmüş və daha sonra Şahid3 təcili tibbi yardım xidmətinə məlumat vermişdir.Bundan sonra təcili yardım avtomobili ilə qardaşı Zərərçəkmiş şəxs Füzuli rayonu mərkəzi xəstəxanasına aparmışlar. Dava zamanı Təqsirləndirilən şəxs ona hər hansı bir bədən xəsarəti yetirməmiş, dava təxminən 5 dəqiqə davam etmiş və kafenin iş fəaliyyətinin tamamilə pozulmasına səbəb olmuşdur. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 qardaşı Şahid2 kivrələridir, onlarla münasibəti yaxşı olmuş, aralarında hər hansı ədavəti və düşmənçilik olmamışdır. Şahid2 qardaşı, Şahid6 qohumu, Şahid4 isə əmisi oğludur. Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhər sakini kimi tanıyır, onunla aralarında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. 07 noyabr 2024-cü il tarixdə qardaşı Şahid2 həyat yoldaşının ad günü olmuş və ona görə qardaşı yaşadığı evdə ad günü məclisi təşkil etmişdir. Həmin ad günü məclisinə Şahid4, Şahid6, Şahid1 və Zərərçəkmiş şəxs da gəlmiş, həmin məclisdə spirtli içki olan araq içilmişdir. Bundan sonra saat 22 radələrində evdə məclis bitdikdən sonra Füzuli rayonu, Horadiz şəhərində yerləşən Şahid5 məxsus kafeyə gedərək orda pivə içmək qərarına gəlmişlər. Bundan sonra hamısı birlikdə yəni, Şahid4, Şahid2, Şahid6, Şahid1 və Zərərçəkmiş şəxsla birgə Şahid5 işlətdiyi Füzuli rayonu, Horadiz şəhərində yerləşən kafeyə getmişlər. Həmin kafeyə girdikdən sonra Şahid1lə Şahid2 “Playstation” oyunu oynamağa başlamış, Şahid4, Şahid6, Zərərçəkmiş şəxs və özü domino oyunu oynamağa başlamışlar. Domino oynaya-oynaya spirtli içki olan pivə içilmiş, domino oynayan zaman Təqsirləndirilən şəxs da həmin kafeyə gəlmiş və stolda əyləşərək domino oynamaqlarına baxmışdır. Bir neçə dəqiqə sonra Şahid6 sanitar qovşağa getmək üçün stoldan qalxıb getdikdə Təqsirləndirilən şəxs Şahid6 yerinə domino oynamağa başlamışdır. Bir neçə dəqiqə sonra Şahid1 oyun oynadığı yerdən qalxaraq domino oynadıqları stola yaxınlaşmış və həmin vaxtı Şahid1 Təqsirləndirilən şəxs əl ilə salam vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 nalayiq söz demiş və bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs stolun üzərində olan şüşə materialdan olan pivə bakalını götürərək Şahid1 tərəf atmış, lakin həmin bakal Şahid1 dəyməyərək yerə düşüb sınmışdır. Bundan sonra Şahid1 ilə Təqsirləndirilən şəxs bir-birinin yaxasından tutub mübahisə etmiş və həmin anda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutmuş, bundan sonra onları bir-birindən aralamış və Təqsirləndirilən şəxs kafedən çölə çıxartmaq istəyərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirməsini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bədəninə baxdıqda bədəninin sol tərəfindən qan axmasını görmüş, bundan sonra təcili yardım xidmətinə məlumat vermişdir. Daha sonra isə polis əməkdaşı Nicat Əbilova zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra təcili yardım əməkdaşları gələrək Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün təcili yardım avtomobili ilə xəstəxanaya aparmış və həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Mübahisənin baş vermə səbəbi Şahid1 Təqsirləndirilən şəxs salam verdikdən sonra sonuncunun Şahid1 nalayiq söz deməsi olmuş, mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxalaşmış, lakin Samili bıçaqla vurmasını görməmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla yaxalaşan zaman bıçaqla xəsarət yetirdiyini güman etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmasını görməmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxasından tutmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid6 işin əsas mahiyyəti üzrə yəni, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində ifadəsində göstərmişdir ki,o, Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən Əli adlı şəxsə məxsus olan və Anar adlı şəxsin icarəyə götürdüyü “Süleyman” adlı kafedə 2024-cü ilin noyabr ayının əvvəlindən gündəlik olaraq 15-20 manat qarşılığında həmin kafedə işləyir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 Füzuli rayonu, Horadiz şəhər sakinləri kimi tanıyır, onlarla arasında əvvəldə hər hansı ədavət və düşmənçilik olmamış, normal münasibəti olmuşdur. Həmin kafedə pivə satır, həmçinin qeyd olunan kafedə “Playstation” və domino oyunları da vardır. 07 noyabr 2024-cü il tarixdə saat 22 radələrində kafedə olarkən Şahid1, Zərərçəkmiş şəxs, Şahid3, Şahid2, Şahid4 və Şahid6 gəlmişlər. Onlar kafeyə gəldikdən sonra Şahid1 ilə Şahid2 “Playstation” oyunu oynamış, Şahid3, Şahid2, Zərərçəkmiş şəxs və Şahid6 isə pivə içə-içə domino oyunu oynamışlar. Onlar kafeyə gəldikdən təxminən 20-25 dəqiqə sonra Horadiz şəhər sakini Təqsirləndirilən şəxs da oraya gəlmiş və onların stolunda əyləşmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs da pivə sifariş vermiş və birlikdə pivə içməyə başlamışlar. Onlar domino oyunu oynayarkən Şahid6 sanitar qovşağa getmək üçün stoldan qalxmış və həmin vaxt Təqsirləndirilən şəxs Əlibabanın yerinə stolda oturaraq Zərərçəkmiş şəxs, Şahid4 və Şahid2 ilə birgə domino oynamağa başlamışdır. Bir neçə dəqiqə sonra Şahid1 “Playstation” oyunu oynadığı yerdən qalxaraq Təqsirləndirilən şəxs yanına yaxınlaşmış və Təqsirləndirilən şəxs əl uzadaraq salam vermiş, həmin vaxt Təqsirləndirilən şəxs Şahid1 kobud cavab vermiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs stolun üzərində olan şüşə materialdan pivə bakalını götürüb Şahid1 tərəf atmış, lakin pivə bakalının sonuncuya dəyib-dəyməməsini görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 ilə yaxalaşıb mübahisə etmiş, sonra isə Şahid4 Təqsirləndirilən şəxs aralayıb kafenin çıxış qapısına tərəf aparmış, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qardaşı Şahid1 nəyə görə nalayiq sözlər deməsini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs söz deyəcəyini demiş və Zərərçəkmiş şəxs yaxınlaşmış, lakin onlar bir neçə metr aralıda olduğuna görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Həmin anda Şahid4 Təqsirləndirilən şəxs ondan aralamış və kafedən çölə çıxartmışdır. Təqsirləndirilən şəxs çölə çıxdıqda onun sağ əlində bıçaq olmasını görmüşdür. Təqsirləndirilən şəxs kafedən çıxdıqdan 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vurmasını demiş, Zərərçəkmiş şəxs bədəninə baxdıqda sol tərəfindən qan gəlməsini görmüş və bundan sonra Şahid3 təcili yardım xidmətinə məlumat vermişdir. Daha sonra Şahid3 baş verən hadisə barədə polis əməkdaşı olan Nicat Əbilova zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqə sonra təcili yardım xidmətinin əməkdaşları gələrək Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu təcili yardım avtomobili ilə xəstəxanaya aparmış və həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Mübahisənin baş vermə səbəbi Şahid1 Təqsirləndirilən şəxs salam verməsindən sonra Təqsirləndirilən şəxs Şahid1 qarşı nalayiq söz deməsi olmuş və mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs həmin mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmasını görməmişdir.Pivə bakalının sınması nəticəsində ona 4 (dörd) manat məbləğində maddi ziyan dəymiş və Təqsirləndirilən şəxs həmin ziyanı ödəmiş, ona görə Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində ifadəsində göstərmişdir ki,o, 2011-ci ildən X5, Füzuli RPŞ-nin MSY-nin Xüsusi təyinatlı Avtomobilinin Konvoy hissəsinin sürücüsü vəzifəsində isə 2016-cı ildən xidmət edir, polis baş serjantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 Füzuli rayonu Horadiz şəhər sakinləri kimi tanıyır, onlarla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. 07 noyabr 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Füzuli rayonu, Horadiz şəhərində yerləşən evimdə olarkən Şahid3 onun istifadəsində olan mobil telefona zəng edərək Süleyman adlı şəxsin işlətdiyi Füzuli rayonu, Horadiz şəhərində yerləşən kafedə dava-dalaş olmasını bildirmiş, bundan dərhal sonra həmin kafeyə getmişdir. Kafeyə çatanda Zərərçəkmiş şəxs kafenin içində oturmasını hörmüş, Zərərçəkmiş şəxs ona Fuad adlı şəxsin bıçaqla xəsarət yetirməsini demiş, lakin mən oraya gəldikdə Təqsirləndirilən şəxs orada olmamışdır. Dərhal bu barədə Füzuli rayon Polis şöbəsinin Növbətçi hissəsinə məlumat vermiş, bundan sonra oraya təcili tibbi yardım əməkdaşları və polis əməkdaşları gəlmişlər. Təcili yardım əməkdaşları tibbi yardım göstərilməsi üçün Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, polis əməkdaşları isə hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında iş üzrə sübutlar tədqiq edilmişdir: Belə ki, məhkəmə tibbi ekspertin xx.xx.2024-cü il tarixli 358/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkar olunmuş, həmin xəsarət kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaq zərbəsinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə ballistik espertizasının 10 dekabr 2024-cü il tarixli, 3/1866 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə trasoloji espertizasının 25 dekabr 2024-cü il tarixli, 3\1865 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədədm köynəyin, bir ədəd puloverin arxa hissəsinin sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici-deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş bir ədəd köynəyin, bir ədəd puloverin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə aşağı istiqamətdə olmaqla yetirilmişdir. Füzuli rayon X8 Bölməsinin təhqiqatçısı polis baş leytenantı Əvəz Həsənli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Hadisə yerinin baxışının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yer Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Süleyman kafe Playstation” adlı kafedir. Füzuli rayon X8 Bölməsinin təhqiqatçısı polis baş leytenantı Əvəz Həsənli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirmə və götürmə aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təqdim etmiş və həmin bıçaq təhqiqatçı tərəfindən götürülmüşdür. Füzuli rayon X8 Bölməsinin təhqiqatçısı polis baş leytenantı Əvəz Həsənli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək və bir ədəd pulover götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki,Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon X4 Hüquqi şəxsin direktoru Elçin Qurbanovun xx.xx.2024-cü il tarixli 18-1-36/2-1342/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X2 və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti başçısının Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-12/2-1601/2024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 3 ünvanında yaşayır və Horadiz şəhər icra nümayəndəliyi tərəfindən kafi xarakterizə olunur. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçağın və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd puloverin 16 yanvar 2025-ci il tarixli qərarımla maddi sübut kmi tanınaraq saxlanılması üçün Füzuli Rayon Polis Şöbəsinə təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs orta təhsillidir, işləmir, məhkumluğu yoxdur, evlidir, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə kafi xarakterizə edilir. Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə, dəymiş maddi ziyanın ödənilməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır, onun cəzasını ağaırlaşdıran hal yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 11-ci bəndinə əsasən, xuliqanlıq hərəkətləri davam etdirilərək, xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda, təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 318-ci maddəsində deyilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CMin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Odur ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə bağlı bənd çıxarılmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin verdiyi ifadələri, şahidlərin verdikləri ifadələrinin hadisə yerində gördükləri və eşitdikləri hallarla bağlı olan hissələri, iş materiallarına əlavə edilmiş və hökmdə adları sadalanmış protokollar, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə göstərilənlərə, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinə əsasən: -Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğunun olmamasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə kafi xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə təqsirli bilməsi, beləliklə də həmin əmələ münasibətdə səmimi peşman olması məhkəməyə onun cəza çəkmədən islah olunmasının mümkün olmaması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilən cinayət qanunvericiliyi normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilinməli olduğu Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Onlara azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli 15 dekabr 2025ci il tarixdən hesablanmalı, onun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ünvan 2əsinin icraatında olan digər cinayət işi üzrə barəsində məhkəmənin 08 aprel 2025-ci il tarixli, 4(064)-11/25 saylı qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Habelə, iş üzrə maddi sübut-cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd pulover sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, cinayət işi üzrə məhkəmə-ballistik və məhkəmə-traseoloji ekspertizasına ödənilməli olan cəmi 139 (bir yüz otuz doqquz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə bağlı bənd çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 15 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ünvan 2əsinin icraatında olan digər cinayət işi üzrə barəsində məhkəmənin 08 aprel 2025-ci il tarixli, 4(064)-11/25 saylı qərarına əsasən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut-cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilsin. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd pulover sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə məhkəmə-ballistik və məhkəmə-traseoloji ekspertizasına ödənilməli olan cəmi 139 (bir yüz otuz doqquz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində ünvan 2əsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-27/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-27/2025
15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver