Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-28/2023 19.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Füzuli rayonu, Aşağı Güzlək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, orta təhsilli, "xxxx" ASC-nin Füzuli Sukanal İdarəsində fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, İİ qrup əlil, Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,84 qram olmaqla, şəxsi istehlak miqdarından artıq olmayan miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, üzərində saxlamış, daşımış, 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində Şahid1 müəyyən məbləğdə pula nisyə qaydada satmışdır. Həmin kütlə 19 fevral 2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən Şahid1 idarə etdiyi “Toyota-Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol qabaq qapının cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 2,90 qram, 3,38 qram və 4,15 qram olmaqla, ümumi təmiz çəkisi 10,43 qram təşkil edən qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətində olan yardımçı tikilidə, ayaqqabının içərisində saxlamışdır. Göstərilən kütlələr 19 fevral 2023-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yardımçı tikilidə axtarış keçirilərkən yuxarıda saxladığı göstərilmiş yerdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, həmçinin 20 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin (səh. 231-234) məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər tanıdığı Şahid1 (bundan sonra – Rəsul) 2022-ci ilin yay ayında birdəfəlik istifadə miqdarında qurudulmuş marixuananı pay kimi verdiyinə və 17 fevral 2023-cü il tarixdə sonuncu ondan yenə də pay kimi qurudulmuş marixuana verməsini xahiş etdiyinə görə xatırlamadığı tarixdə satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etdiyi, ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətində olan yardımçı tikilidə, ayaqqabının içərisində, 3 ədəd kibrit qutusunda saxladığı qurudulmuş marixuanadan az miqdarda götürüb başqa kibrit qutusuna tökmüş və həmin qurudulmuş marixuananı 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində Rəsula pay kimi vermişdir. Bunun müqabilində sonuncu ona pul verməmiş, gələcəkdə hər hansı məbləğdə pul verəcəyini deməmiş, eləcə də Rəsuldan hər hansı məbləğdə pul alacağını planlaşdırmamış, sonuncu ilə bu barədə razılaşmamışdır. 19 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı qəsəbə ərazisində olarkən Füzuli RPŞ-nin əməkdaşları onu saxlayıb Füzuli RPŞ-yə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra yazılı razılığı ilə, həmçinin onun və müdafiəçisinin iştirakları ilə videoçəkiliş aparılmaqla onun yaşadığı evin həyətində olan yardımçı tikilidə axtarış keçirilərkən ayaqqabının içərisində, 3 ədəd kibrit qutusunda saxladığı qurudulmuş marixuanalar aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş qurudulmuş marixuanaların təmiz çəkilərini mübahisələndirmir. İş üzrə saxlanması, yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsi ilə bağlı hər hansı polis əməkdaşına qarşı şikayəti yoxdur. Etiraf etdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, İİ qrup əlil olması ilə nəticələnən xəstəliklərdən əziyyət çəkməsi ilə əlaqədar barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı 27 mart 2023-cü il tarixdə sərbəst dindirilərkən (səh. 149, 150) və 21 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən (səh. 106, 107) verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 19 fevral 2023cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları onu şübhəli hərəkətlərinə görə saxlayıb Füzuli RPŞyə gətirmiş, orada idarə etdiyi “Toyota Corolla” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin onun və müdafiəçisinin iştirakları ilə, videoçəkiliş aparılmaqla baxış keçirilərkən ön qapısının iç cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,84 qram təşkil edən qurudulmuş marixuana aşkar edilmişdir. Həmin narkotik vasitəni ona 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində qabaqcadan xahiş etməsinə əsasən Təqsirləndirilən şəxs (bundan sonra - Alik) şəxsən istifadə etməsi üçün vermişdir. Aliklə qabaqcadan sonuncunun ona həmin narkotik vasitəni satacağı barədə razılaşmasalar da, Alik ona həmin narkotik vasitəni verərkən bunun müqabilində ondan hər hansı məbləğdə pul istəməsə də, o, qabaqcadan Alikə ona verəcəyi narkotik vasitə müqabilində 35 manat məbləğində pul ödəyəcəyini planlaşdırmışdır. Buna görə də Alik ona həmin narkotik vasitəni verəndə bunun müqabilində Alikə üzərində pul olmadığını, Bakı şəhərinə gedib qayıtdıqdan sonra sonuncu ilə görüşəcəyini demiş, Alik buna etiraz etməmiş, əksinə gülüb, başını yelləməklə onunla razılaşmışdır. Bu səbəbdən Alik ona həmin narkotik vasitəni pay kimi verməmiş, nisyə qaydada satmışdır. 2022-ci ilin yay ayında isə Alik ona birdəfəlik istifadə miqdarında qurudulmuş marixuananı pay kimi vermişdir. Cinayət işi materiallarında olan Füzuli Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 3(064)193/2023 nömrəli qərarının surətindən görünür ki, Şahid1 17 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,84 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarında əldə etmə və daşıma əməlini, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin məhkəmə iclasında da Şahid1 hazırki ifadəsi ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin CAB-ın rəisi Şahid2, baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid4 ifadələrində iş üzrə Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Füzuli RPŞ-yə gətirilmələri, Şahid1 idarə etdiyi avtomobilə baxış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsinin nəticələri ilə bağlı sonuncularla eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin (səh. 128-131, 172-177) məzmununu təsdiq etmiş və əlavə olaraq qeyd etmişlər ki, 19 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Şahid1 ifadəsində idarə etdiyi avtomobildən aşkar edilmiş qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 35 manat məbləğində pula nisyə qaydada aldığını bildirməsinə görə sonuncunu Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Amma əvvəllər onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni müvafiq olaraq Şahid1 idarə etdiyi avtomobilə baxış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş dikslərin yaddaşına yazılmış videogörüntülər və fotocədvəllər, Təqsirləndirilən şəxs imzaladığı 19 fevral 2020-ci il tarixli ərizədən iş üzrə Şahid1 idarə etdiyi avtomobilə baxış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsinin əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında Şahid1, Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri qaydada baş verdiyi, Şahid1 idarə etdiyi avtomobilə baxış keçirilərkən verdiyi izahatında avtomobilindən bir ədəd bükümdə aşkar edilmiş qurudulmuş marixuananı Təqsirləndirilən şəxs 35 manat məbləğində pula nisyə qaydada aldığını bildirməsi müəyyən edilir (səh. 22-26, 48, 63-67). - Məhkəmə-bioloji ekspertizasının 19 fevral 2023-cü il tarixli, 18/196 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şahid1 avtomobilindən ...” sözləri yazılmış zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,84 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza xərci 49,74 manatdır (səh. 75, 76). - Məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 18/200 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs məxsus evin ...” sözləri yazılmış zərfdəki üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,90 qram, 3,38 qram və 4,15 qram olmaqla, ümumi təmiz çəkisi 10,43 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kütlələr və iş üzrə Şahid1 idarə etdiyi avtomobildən götürülmüş qurudulmuş marixuanalar eyni tərkiblidir. Ekspert tədqiqatından sonra həmin marixuanaların ümumi qalıq çəkisi 11,17 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (səh. 85-87). - Məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 2187 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ona İİ dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 192, 193). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və ya satmağa, həmin Məcəllənin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının aşağı həddi isə 500,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı sonuncu dəfə verdiyi 20 aprel 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə 17 fevral 2023-cü il tarixdə Şahid1 təmiz çəkisi 0,84 qram təşkil edən qurudulmuş marixuananı satmaması, pay verməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil Şahid1 iş üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində, eləcə də Füzuli Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 3(064)193/2023 nömrəli qərarı üzrə izahatında 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona təmiz çəkisi 0,84 qram təşkil edən qurudulmuş marixuananı pay vermədiyini, nisyə qaydada satdığını bildirməsi ilə tam təkzib edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı sonuncu dəfə verdiyi 20 aprel 2023-cü il tarixli ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillə bağlı olan hissələrini özünü müdafiə etmək hüququndan irəli gələrək cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə ona qarşı sübut kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 2187 rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, cinayət işi materialları ilə onun 17 fevral 2023-cü il tarixdə Şahid1 təmiz çəkisi 0,84 qram təşkil edən heroini müəyyən məbləğdə pula nisyə qaydada satmasının sübuta yetirilməsi Təqsirləndirilən şəxs həmin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Şahid1, Şahid2, Şahid3 və Şahid4 şahid qismində verdikləri ifadələr, Şahid1 idarə etdiyi avtomobilə baxış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş dikslərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-bioloji ekspertizasının 19 fevral 2023-cü il tarixli, 18/196 nömrəli və 20 fevral 2023-cü il tarixli, 18/200 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın ümumi qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.2 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 142). - Füzuli RİHB-nın 4 saylı Qayıdış qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli arayış və xasiyyətnamə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 04 avqust 2022-ci il tarixli elektron arayış və Dövlət Sosial Müdafiəsi Fondunun Füzuli rayon qəbul şöbəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, anası, arvadı və üç nəfər övladı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə yaşamış, övladlarından biri 30 iyun 2006-cı il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmayan şəxsdir. Təqsirləndirilən şəxs qəsəbə sakinləri arasında özünü layiqli apardığı, Birinci Qarabağ müharibəsi iştirakçısı olduğu, İkinci Qarabağ müharibəsində arxa cəbhədə yaralı və şəhid olanların təxliyyəsində iştirak etdiyi, barəsində nümayəndəliyə şikayətin daxil olmadığı göstərilməklə, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs “Döş qəfəsini dəlib keçən güllə yaralanması. Torokosintezdən sonrakı vəziyyət. Sağ baldırın orta 1/3 hissəsini dəlib keçən güllə yarası. Posttravmatik beloma radikulisi. Sağ oturaq sinirinin posttravmatik nevragiyası. Sağ bud-çanaq oynağı və sağ bud-çanaq oynağının kontrakturası. Ətraf funksiyasının pozulması” diaqnozu ilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlilliyə görə pensiya və Prezident təqaüdü alır (səh. 122, 123, 135, 147). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini xarakterizə edən halları, əvvəllər məhkum olunmaması, Birinci Qarabağ müharibəsi iştirakçısı olması, İkinci Qarabağ müharibəsində arxa cəbhədə yaralı və şəhid olanların təxliyyəsində iştirak etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olması, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs təqsirli bilinməli olduğu Azərbaycan Respublikası CM-in 234.2 və 234.1ci maddələri ilə azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 3 (üç) il müddətə, həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay müddətə, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2023-cü il tarixdən (səh. 52, 53) hesablanmalı və Füzuli Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı (səh. 125, 126) ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ümumi qalıq çəkisi 11,17 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş, Şahid1 idarə etdiyi avtomobilə baxış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsi barədə protokollara əlavə edilmiş iki ədəd diskin yaddaşına yazılmış videogörüntülər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ümumi qalıq çəkisi 11,17 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Şahid1 idarə etdiyi avtomobilə baxış və Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarımçıq tikilidə axtarış keçirilməsi barədə protokollara əlavə edilmiş iki ədəd diskin yaddaşına yazılmış videogörüntülər cinayət işi materiallarında saxlanılmalıdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-28/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-28/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver