Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-28/2024 20.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 11 fevral 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədini nəzarət – buraxılış məntəqələrindən kənar Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq keçməyə cəhd etmişdir. Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qanunsuz yol ilə İran İslam Respublikasına getmək məqsədi ilə 10 fevral 2024-cü il tarixdə saat 11:05 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinini nəzarət-buraxılış məntəqələrindən kənar, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd göstərərkən maneə çəpərindən 50 metr aralıda saxlanılmış, bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməllərini başa çatdıra bilməmişdir. Əvvəlki məhkəmə iclaslarında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasına getmək məqsədilə Bakı şəhərindən tanımadığı taksi ilə Füzuli rayonu istiqamətinə hərəkət etmiş, Füzuli rayonunda yerləşən 4 yol adlanan yerdə bazardan Araz çayını keçmək məqsədilə 1 ədəd avtomobil kameri almış və yenidən həmin taksi ilə Füzuli rayon Böyük Bəhmənli kəndinə gəlmişdir. Böyük Bəhmənli kəndindən dövlət sərhədində yerləşən mühəndis çəpərinə qədər piyada hərəkət etmiş, ətrafı bir qədər müşahidə etdikdən sonra ərazidə sərhədçiləri görmüş və kolluqların arasında gizlənərək sərhədçilərin getməsini gözləmiş, sərhədçilərin getmədiyini gördükdə qaçmağa cəhd etmiş, lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutularaq saxlanılmışdır. Cinayət işinin materiallarında olan: N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının rəisi Şahid1 raportunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07:30-dan 12:00-dək “Gözətçi Dəstə” xidmətini təşkil edən əsgər X3 və əsgər Şahid3 tərəfindən saat təxminən 10:50 radələrində sərhəd zastavasının 28-ci sahəsində 1 nəfər naməlum şəxsin maneə çəpərinin arxa istiqamətində kolluğa girməsini müşahidə etmişlər, dərhal bu barədə sərhəd zastavasına məlumat vermişlər və qeyd olunan müşahidə əsasında sərhəd zastavası “Silaha” komandası ilə qaldırılaraq 28-ci sahəyə hərəkət etmişdir. Təxminən saat 11:05 radələrində 1 nəfər şübhəli şəxs saxlanılmış, daha sonra həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. 10 fevral 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 28-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 53 nömrəli sərhəd nişanından 50 metr sağa, mühəndis çəpərindən 50 metr aralıda saxlanılmışdır. DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) məlumat mövcüd deyil. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 93.1.4-cü maddələrinə əsassən təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olumuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.5, 66.3 və 67-ci maddələrinə əsasən təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 93.1.2-ci maddələrinə əsasən təqsirli bilinərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olumuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatiriya Xəstəxanasından daxil olan məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmayıb. Azərbaycan Respublikası Narkoloji X5 Şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı Şəhər Narkoloji Mərkəzdə narkoloji qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə Respublika Narkoloji Mərkəzdə ambulator narkoloji tibbi yoxlamadan keçmiş narkoloji qeydiyyatdadır. Müvafiq qərarlardan müəyyən olunur ki, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs inzibati qaydada saxlanılmış, 11 fevral 2024-cü il il tarixdə isə ona Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ilkin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 318.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Təqsirləndirilən şəxs atası X2 hüquqi varis qismində tanınmaması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizədə göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin icraatında oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə prosesində həmin cinayət işi üzrə oğlu Təqsirləndirilən şəxs hüquq və vəzifələrini həyata keçirmək istəmir. Odur ki, iş üzrə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi da məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına etiraz etmir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərarın çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış sübutları araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin fikrini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öldüyü üçün, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlər əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 106, 344-347, 356, 383 və 384-cü madəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin cinayət işi üzrə icraata, o, öldüyü üçün xitam verilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelliyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-28/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-28/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver