Məhkəmə qərarları › İş №1(064)-29/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-29/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-29/2024 03.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, ********* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74M modelli, texniki cəhətdən saz vəziyyətdə olmaqla, hissə və mexanizmləri üzərində sonradan təyinatına əlavə-dəyişiklik edilməmiş, atəş üçün yararlı, yivli odlu silah olan avtomatı, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə olmaqla, istifadəyə yararlı, 5,45x39 mm. kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı avtomat silahların komplekt hissəsi olan darağı və onun içərisində olan, zavod üsulu ilə 24 ədədi keçmiş “SSRİ” dövlətində, 3 ədədi isə Rusiya Federasiyasında istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə olmaqla, Kalaşnikov konstruksiyalı avtomat silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı olan 5,45x39 mm. kalibrli cəmi 27 ədəd patronları qanunsuz olaraq əldə etmiş, saxlamış, 12 fevral 2024-cü il tarixdə saat 15:30-da Füzuli rayonu, Qarabağ kəndi ərazisində Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılana kimi əlindəki ağ rəngli kisənin içərisində Füzuli rayonu, Horadiz şəhəri ərazisinə daşımışdır. Həmin predmetlər 12 fevral 2024-cü il tarixdə Füzuli RPŞ-də Təqsirləndirilən şəxs əlində olmuş kisəyə baxış keçirilərkən kisənin içərisindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə saat 12 radələrində hər hansı şəxsin iştirakı olmadan Füzuli rayonu, Qarabağ kəndi ərazisindəki zibillikdə, bir ədəd kisənin içərisindən bir ədəd avtomat silah, onun bir ədəd darağı və onun içərisində olmuş cəmi 27 ədəd patronları tapıb, Bakı şəhərində satmaq məqsədilə özü ilə götürmüşdür. Saat 15 radələrində polis əməkdaşları onu həmin zibillikdən qayıdarkən Füzuli rayonu, Qarabağ kəndi ərazisində saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla əlində olmuş bir ədəd kisəyə baxış keçirilərkən içərisindən bir ədəd avtomat silah, onun bir ədəd darağı və onda olmuş cəmi 27 ədəd patronlar aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamı hər hansı hissədə mübahisələndirmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə Füzuli rayonu, Qarabağ kəndi ərazisində qanunsuz olaraq üzərində silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə əməliyyat qrupu yaradıldıqdan sonra saat 15:30-da Füzuli rayonu, Qarabağ kəndi ərazisindəki zibillikdən qayıdarkən əlində olmuş bir ədəd ağ rəngli kisə ilə birlikdə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada Təqsirləndirilən şəxs əlində olmuş həmin kisəyə müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla baxış keçirilərkən kisənin içərisindən bir ədəd “Kalaşnikov AK-74M” markalı avtomat silah, onun bir ədəd darağı və onda olmuş cəmi 27 ədəd patronlar aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi qaydada verdiyi izahatında həmin predmetləri tapdığı yerdən götürməkdə məqsədinin Bakı şəhərində satmaq olduğunu demişdir. Bu barədə tərtib edilmiş protokola imza etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 12 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun Füzuli rayonu, Qarabağ kəndi ərazisində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs əlində olmuş kisəyə baxış keçirilməsi barədə protokol, ona əlavə edilmiş fotocdvəllər və bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə sonuncu barəsində əməliyyat-axtarış tədbiri və əlində olmuş kisəyə baxış keçirilməsinin əsasları, mexanizmləri və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxsin və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (səh. 4-6, 29-39). - Məhkəmə-ballistik ekspertizasının 14 fevral 2024-cü il tarixli, 24/341 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd ********* nömrəli silah 5,45 mm. kalibrli olmaqla, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmləri üzərində sonradan təyinatını dəyişdirən əlavə, dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm. kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdədir. Tədqiqata təqdim edilmiş cəmi 27 ədəd patronlardan 24 ədədi zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, 3 ədədi isə zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, 5,45x39 mm. kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdırlar (səh. 46-51). - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 14 fevral 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı bir ədəd avtomat silah, onun bir ədəd darağı, onun içərisində olmuş cəmi 27 ədəd patronları Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən zibillikdən tapdığını bildirməklə həmin yeri göstərmişdir (səh. 85-89). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatını əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 228.1-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr, Təqsirləndirilən şəxs əlində olmuş kisəyə baxış keçirilməsi barədə 12 fevral 2024-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, məhkəmə-ballistik ekspertizasının 14 fevral 2024-cü il tarixli, 24/341 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd ********* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74M modelli avtomat, onun komplekt hissəsi olan bir ədəd darağ, döyüş sursatı olan 5,45x39 mm. kalibrli cəmi 27 ədəd patronlarla tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(008)88/2019 nömrəli hökmü, Şəki Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 7(075)56/2022 nömrəli qərarı və Yevlax rayon İcra və Probasiya şöbəsinin 22 aprel 2022-ci il tarixli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin qərarla göstərilən hökmlə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib barəsində təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin cəzanı 24 may 2022-ci il tarixdə çəkib qurtarmışdır (səh. 106-113, 129-134). Məhkəmə yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası CM-in 15.3, 18.1, 83.1, 83.3.3 və 83.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş, az ağır cinayətlər kateqoriyasına daxil olan cinayət əməlinə görə məhkumluğunun ödənilməsi müddətinin axımının başlandığı 28 fevral 2022-ci il tarixdən iki il keçməmiş (çünki hazırki iş üzrə cinayət əməli cinayət təqibini həyata keçirlən orqan tərəfindən aşkar olunduğu 12 fevral 2024-cü il tarixdə bitmişdir), beləliklə də, məhkumluğu ödənilməmiş törətməsi səbəbindən hazırki iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin sadə residivi mövcuddur. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 121, 122). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal, əməlində cinayətlərin residivinin olmasını isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Kalaşnikov konstruksiyalı, AK-74M modelli avtomat silah, onun darağı və onun içərisində olmuş cəmi 27 ədəd patronlarla bağlı törədilməsi halını, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə normal xarakterizə edilməsindən ibarət şəxsiyyətini səciyyələndirilən halı, iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halın, əməlində cinayətlərin residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün əməlində cinayətlərin sadə residivi olduğuna görə həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasının 65.2-ci maddədə sadə residivə görə müəyyən edilmiş həddindən az olmamaqla, konkret olaraq 2 (iki) il 6 (altı) ay müddətə təyin edilməsi zəruridir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu (səh. 21, 22) və Füzuli Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı (səh. 96-100) ilə həbs edilməsinin əvvəlinin hesablandığı 12 fevral 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Füzuli RPŞ-də saxlanılan bir ədəd ********* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74M modelli avtomat, onun komplekt hissəsi olan bir ədəd darağ, döyüş sursatı olan 5,45x39 mm. kalibrli cəmi 27 ədəd patronlar xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu və həbs edilməsinin əvvəlinin hesablandığı 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ********* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74M modelli avtomat, onun komplekt hissəsi olan bir ədəd darağ, döyüş sursatı olan 5,45x39 mm. kalibrli cəmi 27 ədəd patronlar xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar