Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-29/2025 09.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X8 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Füzuli rayonunun Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonunun Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən qərəzli xuliqanlıq hərəkətləri edərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü mahiyyəti baxımdan qismən təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin əksər hissələrinin məzmununa uyğun olaraq bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Kərimbəyli kəndində yaşayır. Evlidir, himayəsində iki nəfər azyaşlı uşağı var. 20 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasmal rayon sakini X2 “Toyota Prius” (Hibrid) markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili daxili kreditlə 3 (üç) il müddətinə, hər ay 300 (üç yüz) manat ödəmək şərti ilə alaraq fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 23 iyul 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi həmin “Toyota Prius” (Hibrid) markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Dörd yol” ayrıcında yolun sağ ehtiyat hissəsində yerləşən taksi dayanacağında dayanıb Bakı şəhərinə aparmaq üçün sərnişin gözləmiş, həmin yerdə tanımadığı xeyli taksi sürücüləri də olmuşdur. O, yolun kənarında bir nəfər orta yaşlı kişinin dayandığını görüb ondan Bakıya getməsini soruşduqda həmin şəxs Bakı şəhərinə getdiyini deməsinə görə ona 20 manata Bakı şəhərinə apara biləcəyini, ondan başqa, müştərisinin olmadığını deyərək gözləməsini tapşırmışdır. O, taksi dayanacağından 15-20 metr yaxınlıqdakı adsız çayxanaya getmiş, çayxananın çölündə qoyulmuş stolların birində sonradan adının Əzizəli olduğunu öyrəndiyi Füzuli rayonu, Bala Bəhmənli kənd sakininin bir neçə nəfər taksi sürücüləri ilə oturub çay içdiklərini görmüşdür. O, Əzizəli ilə eyni stolda oturmuş, Əzizəli ondan az əvvəl söhbət etdiyi kişinin Bakı şəhərinə gedib-getmədiyini soruşduqda o, həmin şəxsin Bakıya getməsini bildirmişdir. Əzizəli ondan həmin müştərini aparmadığını soruşmuş, o da ona bir nəfərlə Bakıya gedirsənsə özün apar demiş, Əzizəli ona “Sən dünən gəlmisən mən isə otuz ildir ki, işləyirəm. Bu yolda saç ağartmışam” sözlərini demişdir. Bu zəmində aralarında sözlə mübahisələri yaranmışdır. Bu vaxt üç nəfər tanımadığı kişi yolun kənarında bir minik avtomobilindən yerə düşmüş, Əzizəli qabaqda özü isə onun ardınca həmin adamlara yaxınlaşmış, sonuncu həmin şəxslərdən Bakı şəhərinə gedib getməmələrini soruşmuş, həmin şəxslər Bakı şəhərinə getmək istəmələrini bildirərək ondan onları Bakı şəhərinə aparacaqları qiyməti soruşmuş, Əzizəli həmin şəxslərə 20 manata Bakı şəhərinə apara biləcəyini demişdir. Həmin şəxslər ona baha apardığını bildirdiklərinə görə Əzizəli onlara 18 manatdan apara biləcəyini bildirərək yaxınlıqda saxladığı “KHAZAR” markalı avtomobilə tərəf getmiş, bu vaxt həmin üç nəfərdən biri ona yaxınlaşıb ondan Bakı şəhərinə işləyib-işlmədəyini soruşmuş, oda həmin şəxsə Bakı şəhərinə işlədiyini demişdir. O, həmin şəxsə az əvvəl başqa taksi sürücüsü ilə danışdıqlarını və buna görə onları aparmayacağını demişdir. Həmin müştəri ona sürücünün dediyi qiymətlə razılaşmadıqlarını demiş, bu vaxt Əzizəli aralıda saxladığı avtomobilini həmin üç nəfər müştərinin yanında saxlamış, lakin onlar avtomobilə minmədiklərinə görə Əzizəli avtomobilindən yerə düşüb həmin adamlara avtomobilinə minmələrini təklif etsə də, onlar avtomobilə minməkdən imtina etmişlər. Bu vaxt Əzizəli üzünü ona tərəf tutaraq mərdumazar demiş, oda ona mərdumazar olmadığını demiş və bu zəmində aralarında mübahisələri yaranmışdır. Həmin müştərilər yolla keçən “Mercedes” markalı avtomobilə minib getdikdən sonra Əzizəlinin ardınca əvvəlki çayxanaya getmişlər. Əzizəli çayxananın çölündə olan stolların birində tanımadığı bir neçə nəfərlə oturmuş, stolun üzərində çaynik olmuşdur. O, özünə çay süzmüş, bu vaxt Əzizəli ona burada işləməməsini deyərək onun ünvanına nalayiq deyilməsi mümkün olmayan ifadələr işlədərək stolun üzərindəki stəkanı ona tərəf tullamışdır. O, başını yana çevirdiyindən stəkan başına dəyməmiş və yerə düşərək sınmışdır. Əzizəli onu oradan qovmağa çalışaraq onun ünvanına nalayiq söyüşlər söyərək əli ilə stolun üzərindəki çayniki götürüb ona tərəf atarkən o, ayağa qaxıb oturduğu dəmir stulu götürüb Əzizəlinin çiyin nahiyəsinə bir zərbə vurmuşdur. Çayxanada oturan tanımadığı adamlar oturduqları yerdən ayağa durub onları aralamağa çalışarkən Əzizəli yerdən daş götürüb ona tərəf tullasa da daş ona dəyməmişdir. Onları tanımadığı şəxslər araladıqdan sonra Əzizəli avtomobilinə minib uca səslə onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, Əzizəlini yumruqla vurmaq istəmiş, Əzizəli avtomobilini sürüb oradan Füzuli rayon Mərkəzi Xəstəxanası istiqamətində getdikdən sonra Zərərçəkmiş şəxs telefon nömrəsini alıb istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi nömrəsinə zəng edərək ondan nəyə görə var yoxuna söyməsini soruşmuş, Əzizəli onun var yoxuna söymədiyini demişdir. O, qardaşlarının onun var yoxunu dağıdacaqlarını demiş, Əzizəli onun qardaşlarının da ünvanına nalayiq söyüşlər söyərək telefonunu söndürmüşdür. O, istifadə etdiyi nömrədən İİ Qarabağ müharibəsi qazisi olan qardaşı Asif Babayevin istifadə etdiyi nömrəyə zəng edib ona bir nəfər şəxsin onların var yoxuna söydüyünə görə onu stulla vurub xəsarət yetirdiyini demişdir. Qardaşı Asif təxminən 20 dəqiqə sonra onun yanına gəlmiş, o, Əzizəlinin nömrəsini ona vermişdir. O, bir neçə gün sonra Füzuli rayon Polis şöbəsinə çağırılmış və hadisə ilə bağlı Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı Əvəz Həsənliyə izahat vermişdir. O, sonradan Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən xəstəxanaların birində yatdığını öyrənib həmin xəstəxanaya gedərək onunla görüşmüş və onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır. O, 23 iyul 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən “Dörd yol” ayrıcındakı taksi dayanacağında Bakı şəhərinə aparmaq məqsədi ilə müştəri gözləyərkən 4 nəfər tanımadığı orta yaşlı kişilər ona yaxınlaşıb Bakı şəhərinə getmək istədiklərini və onları avtomobili ilə Bakı şəhərinə aparmasını xahiş etmişlər. O, həmin şəxslərə adamın birini 20 manata Bakı şəhərinə apara biləcəyini desə də, sonradan onlarla 18 manata razılaşmışdır. O, avtomobilini həmin müştərilərin yanına sürüb saxlamış, həmin şəxslər əl çantalarını onun avtomobilinin yük yerinə qoyub avtomobilə minərkən sonradan rayonun Kərimbəyli kənd sakini və adının Behbud olduğunu öyrəndiyi “Toyota Prius” markalı avtomobilin sürücüsü həmin müştəriləri Bakı şəhərinə 15 manata apara biləcəyini bildirmiş, bunu eşidən müştərilər onun avtomobilinə oturmamışlar. O, üzünü Behbuda tərəf tutaraq nəyə görə mərdumazarlıq etməsini və müştəriləri aparmasına imkan vermədiyini bildirmişdir. Behbud mərdumazarlıq etmədiyini demişdir. Onların arasında bu zəmində mübahisə yaranmış, əlbəyaxa olaraq bir-birindən yapışsalar da tanımadığı taksi sürücüləri onları aralaşdırmışlar. O, sonradan onları aralayan taksi sürücülərinin Yevlax rayon sakinləri olduqlarını öyrənmişdir. Onların dalaşdıqlarını görən müştərilər tanımadığı “Mercedes” markalı taksiyə oturub oradan Bakı şəhəri istiqamətində getmişlər. O, oradan Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Şahid1 işlətdiyi adsız çayxanaya gedib çayxananın çöl tərəfindəki stolların birində oturub siqaret çəkərkən yenə də aralarında mübahisə başlamış və o, stəkanı Behbuda tərəf atmış, lakin stəkan Behbuda dəyməmişdir. Birbirlərinə nalayiq söyüşlər söydüklərini də etiraf etdi. Behbud dəmir stulu götürüb onun sol əlinə vurmuş, zərbədən sol əli bərk ağrımışdır. Sonra o, avtomobilinə minib Füzuli rayon Mərkəzi Xəstəxanası getmişdir. O, ertəsi gün idarə etdiyi avtomobillə Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstituna getmiş və 25 iyul 2024-cü il tarixdə həmin xəstəxanada sol əlindən əməliyyat olunaraq sol əlinin barmaqlarına üç ədəd mil qoyulmuşdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayır. Füzuli rayonu, Bala Bəhmənli kənd sakini Zərərçəkmiş şəxs və Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır. Onların heç biri ilə ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. O, 2024-cü ilin iyun ayında xatırlmadığı gündə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində “Dörd yol” ayrıcında yerləşən adsız çayxananı Vüsal adlı şəxsdən 250 manata razılaşaraq icarəyə götürmüşdür. O, idmanla məşğul olduğuna görə rayonun Bala Bəhmənli kənd sakini uzaq qohumu olan Elcandan məşqə getdiyi vaxtlarda çayxananı işlətməsini xahiş etmişdir. 23 iyul 2024-cü il tarixdə, saat 15 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Mandarin” marketin ikinci mərtəbəsində yerləşən idman zalına gedərək orada məşq etmiş, həmin gün saat 18 radələrində çayxanaya qayıtdıqda Elcan ona taksi sürücüləri Behbudla Əzizəlinin çayxanada bir-biri ilə dalaşıb, çayxanada olan bir ədəd pivə bakal sındırdıqlarını demişdir. Hadisənin birbaşa şahidi olmamışdır. Cinayət işi üzrə şahid qismində çıxış edən Şahid2 Məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş yetkinlik yaşına çatmayan Şahid2 ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, atası Elmar 2021-ci ildə vəfat etmişdir. O, anası Aygün, qardaşı Elxan və bacısı Zəhra ilə Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır və həmin kənddə yerləşən tam orta məktəbin 9cu sinifində oxuyur. Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Şahid1 uzaq qohumudur. Həmkəndlisi Zərərçəkmiş şəxs ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Füzuli rayonu, Kərimbəyli kənd sakini Təqsirləndirilən şəxs tanımır. Təxminən 23 iyul 2024-cü il tarixdə günorta saatlarında yaşadığı kənddə yerləşən “Dörd yol” ayrıcında olarkən Şahid1 ilə rastlaşmış, sonuncu yaxınlıqdakı “Mandarin” marektin üstündəki idman klubuna məşqə gedəcəyini, gələnədək işlətdiyi çayxananı işlətməsini ondan xahiş etmişdir. O, razılıq verdikdən sonra Elvinin icarəyə götürdüyü çayxanaya daxil olmuş, tanımadığı 5-6 nəfər taksi sürücüləri çayxananın çöl tərəfində qoyulmuş stollarda oturaraq çay sifariş vermişlər. O, həmin şəxslərdən yalnız həmkəndlisi taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs tanımışdır. O, dəmlədiyi çayı çaynikdə stolun üstünə qoyduqdan sonra taksi sürücülərindən biri ondan su istədiyindən bir ədəd pivə bakalını su ilə doldurub həmin şəxsə verərək çayxananın içərisində oturmuşdur. Bir neçə dəqiqə sonra çayxananın qarşısında mübahisə, söyüş və dava-dalaş səsləri eşidib çölə çıxmış, Əzizəlinin tanımadığı şəxslə mübahisə edərək dalaşdıqlarını, digər taksi sürücülərinin onları araladıqlarını sonra isə çayxanadan çıxıb getmələrini görmüşdür. O, az əvvəl su ilə doldurub verdiyi pivə bakalının sınıb ətrafa dağıldığını görüb qırılmış şüşələri toplayıb yaxınlıqdakı zibil qabına atmışdır. Həmin gün saat 18 radələrində Şahid1 çayxanaya qayıtdıqda ona Əzizəli ilə bir nəfər tanımadığı şəxsin çayxanada dalaşdıqlarını və bir ədəd pivə bakalının sındığını demişdir. Cinayət işinin 9-11-ci vərəqələrində olan Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X6 “Hadisə yerinin baxışının aparılması haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oturacaqla vurub az ağır zərər vurmaya aid edilən bədən xəsarət yetirdiyi çayxanada Hacıqabul-Mincivan magistral yolunun Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisindən keçən hissəsində yolun sol ehtiyat hissəsində taksi dayanacağının yaxınlığında yerləşir. Həmin yerdə mağazalar və ictimai iaşə obyekləri yerləşir. Çayxana mişar dişanıdan hörülmüşdür. Bina bir mərtəbədən ibarət olmaqla qarşısı plastik qapı və pəncərə ilə bağlanmış, qarşısı qırmızı boya ilə rənglənmiş və tavanına çayxana sözü yazılmış lövhə asılmışdır. Çayxananın qabaq tərəfində olan iki ədəd stollardan birinin ətrafına dörd digər stolun ətrafında isə 3 ədəd oturacaq stul vardır. Oturacaqlar dəmir materiallardan hazırlanmışdır və oturacaq döşəklərin üzəri qırmızı rəngli məxmər parçadandır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs oturacaq stulun birini göstərərək 23 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmin oturacaqla onun sol əlinə bir dəfə zərbə vuraraq sol əlinin V barmağına sınıq xəsarətləri yetirdiyini bildirdi. Hadisə yerinin baxışı aparılarkən iş üçün əhəmiyyət kəsb edən hər hansı alət və vasitə götürülməmişdir. Cinayət işinin 17-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” publik hüquqi şəxs Beyləqan rayon şöbəsindən verilmiş 21 avqust 2024-cü il tarixli, canlı şəxsin ekspertizasına dair 251/24 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs-sol V barmağın bükücü vətərinin travmatik zədələnməsi, bükücü kontrakturası, daraq-falanqa oynağının qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Füzuli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Qurbanov tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli, 18-1-36/2- 1205/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Əsədov X5 rayon X9- Əsəb və Narkoloji kabinetində xəstə kimi qeydiyyatda deyillər. Cinayət işinin 28,41-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cu ildə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, ********* material üzrə Füzuli rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 72.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş Füzuli rayon İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyindən verilmiş xasiyyətnamə və AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2022-ci il təvəllüdlü Surac Babayev adlı soyadlı azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 15,28-82-85). Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktuba əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2022-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilməklə o, cəzadan azad edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Füzuli rayonu notariat ofisi tərəfindən notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizə əsasında müəyyən olunur ki, Əsədov X3 Behbud Nadir oğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etməyə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır zərər vurmağa görə həmin Məcəllənin 127.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının müəyyən edilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman həmin cinayətin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, cinayətin tövsifi zamanı ilkin olaraq, şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.1, yoxsa 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilməlidir. Əgər şəxsin əməlində həmin Məcəllənin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilərsə, yalnız bundan sonra həmin Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin də olması müəyyən edilə bilər. Buna görə də şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.2.3-cü deyil, 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilərsə, cinayətlərin məcmuyu qaydasında, həm də həmin Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilə bilməz. Çünki cinayətin tövsifi zamanı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olması əməlin cinayətlərin məcmuyu qaydasında həmin Məcəllənin 221-ci maddəsi ilə də tövsif edilməsini istisna edir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun törətdiyi, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş əməldə həm məzmun, həm də rəqəm ifadəsi ilə əvvəlcə Azərbaycan Respublikası CM-in 221.3cü, sonra isə həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin mövcud olmasının göstərilməsi, eləcə də, bu halın Təqsirləndirilən şəxs həmin əməli xuliqanlıq niyyətilə törətmədiyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə tövsif edildiyi halda, cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə də tövsif edilməsi ilə nəticələnməsi, beləliklə də xuliqanlıq niyyəti müəyyən olunmadan əməlin xuliqanlıq kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı yuxarıda göstərilən hüquqi mövqeyinə zidd olmuşdur. Məhkəmə göstərilən əlamətləri iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda sonuncunun törətdiyi, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş əməli cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə tövsif etməsinin qanuni olmamasına dair ilkin göstərici kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in: - 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. - 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki,: - cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. - Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. - Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sonuncu Qərarda və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında, həmçinin göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Azərbaycan Respublikası CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 221-ci maddəsində nəzərədə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” İcmalında göstərilmişdir ki,: - xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. - Təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsinin əhatə olunmadığı, təqsirkarın hərəkətlərinin konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətləri şərtləndirdiyi, mübahisə və yaxud dalaşmanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladığı, münaqişəyə zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətlərinin səbəb olduğu hallarda əməl xuliqanlıq kimi tövsif edilə bilməz. - Zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Buna görə də hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, nəticədə xuliqanlıq niyyəti müəyyən olunmadan əməlin xuliqanlıq kimi qiymətləndirilməsi əsassızdır. Məhkəmə iş üzrə ibtidai istinaq orqanının Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən başqa, 221.3-cü maddəsilə də tövsif edərkən əsaslandığı yuxarıda göstərilən hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq İcmalında formalaşdırılmış yuxarıda göstərilən hüquqi mövqeləri tətbiq edərək hesab edir ki,: - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri əsasında Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən adsız çayxanada zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) zor tətbiq etməsinin səbəbini və ya Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsinə sövq edən amili zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs və onun qardaşlarının ünvanına nalayiq sözlər deməsi, çayxanada stolun üzərində olan stəkanı və çayniki götürüb Təqsirləndirilən şəxs tərəf atması, beləliklə də zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətlər etməsi təşkil etdiyinə, nəticədə Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədilə törətməsi, bu halların ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etməməsi müəyyən edildiyinə görə həmin hadisə zamanı yaranmış səs-küyün onların yaxınlığında olan bir neçə nəfər şəxs tərəfindən eşidilməsi və həmin şəxslərin hadisə yerinə gəlib Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsi aralaşdırmaları özü-özlüyündə Təqsirləndirilən şəxs törətdiyi həmin ictimai-təhlükəli hərəkətlərin hüquqi təbiətini dəyişən, bu hərəkətləri zərərçəkmiş şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hallar kimi qəbul edilə bilməz. Çünki göstərilən qaydada tərəflər arasındakı müştəri qazanmaq üstündə olan mübahisə, zərərçəkmiş şəxsin çayxanada stolun üzərində olan stəkanı və çayniki götürüb Təqsirləndirilən şəxs tərəf atması, eyni zamanda onun və qardaşlarının ünvanına nalayiq sözlər deməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlərin əsasını (motivini) təşkil etmişdir. - Təqsirləndirilən şəxs Məhkəmənin müəyyən etdiyi cinayətkar hərəkətlərində xuliqanlıq niyyətinin olmaması onun ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq Zərərçəkmiş şəxs qarşı, sonuncunun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərər vurmadığını göstərir. - iş üzrə ibtidai istintaq orqanının “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2024-cü il tarixli qərar və ittiham aktında Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda sonuncunun Zərərçəkmiş şəxs qarşı müvafiq ictimaitəhlükəli hərəkətləri məhkəmənin müəyyən etdiyi səbəbdən törətdiyini müəyyən etsə də, tərəflər arasındakı müştəri qazanmaq üstündə olan mübahisəni, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və qardaşları haqqında nalayiq sözlər deməsini, həmçinin çayxanada stolun üzərində olan stəkanı və çayniki götürüb Təqsirləndirilən şəxs tərəf atmasını Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, nəticədə bu hərəkətlərə bəhanə kimi qiymətləndirməsi aşkar surətdə faktlarla uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış etmişdir. Beləliklə, iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən başqa, cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə tövsif etməsi, nəticədə sonuncuya həmin Məcəllənin 221.3-cü maddəsi ilə də ittiham irəli sürməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibinin olmadığı müəyyən edildikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı”, “X7rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyinə görə sonuncuya ona qarşı həmin Məcəllənin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində iş üzrə ona qarşı Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 verdikləri ifadələri, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadələri, 21 avqust 2024-cü il tarixli, canlı şəxsin ekspertizasına dair 251/24 nömrəli ekspert rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal yoxdur. Buna görə də o, həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. CM-in 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir İş materiallarıda olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ********* material üzrə Füzuli Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 72.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinin tələbləri tətbiq olunmamalıdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, təqsirkarın şəxsiyyətini, himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsidən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Belə ki, Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən müəyyən olunur ki, o, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilmiş, ********* material üzrə Füzuli Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 72.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır və hesab edir ki, bu hallar Təqsirləndirilən şəxs cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunmasına əsas verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş cərimə cəzası onun islah etməmiş və cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 06 (altı) ay müddətə təyin edilməsi Cinayət Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344- 349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 sentyabr 2025-ci il tarixdən, saat 18:39-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət əməlinin tərkibi olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş Təqsirləndirilən şəxs həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-29/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-29/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver