Məhkəmə qərarları › İş №1(064)-3/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-3/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-3/2023 07.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının məsləhətçi-psixoloqu X1 və müdafiəçisi X5 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, natamam orta təsilli, subay, işsiz, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış- 5 qəsəbəsi, ev 9-da yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2022-ci ilin iyun ayında Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yerləşən 5 saylı tam orta məktəbin yaxınlığında tanışı-aşkar surətdə on altı yaşına çatmayan xx xxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edərkən özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncuya çəkmək üçün verəcəyi siqaret qarşılığında cinsi orqanını ağzına almasını təklif etmiş, Zərərçəkmiş şəxs onun bu təklifi ilə könüllü olaraq razılaşdıqdan sonra onlar həmin gün birlikdə yuxarıda qeyd edilən orta məktəbin həyətində yerləşən tualetə girmişlər, əvvəlcədən əldə etdikləri razılıq əsasından o, cinsi ehtirasını təmin etmək məqsədi ilə əynində olan qara rəngli idman şalvarını aşağı endirərək özünün cinsiyyət orqanını çıxarmış, Zərərçəkmiş şəxs dizlərini yerə qoyaraq könüllü olaraq onun bərkimiş cinsiyyət orqanını əlinə alıb ağzına salaraq təxminən 3 dəqiqə irəli-geri hərəkət etdirmiş və bununla da o, on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 2022-ci ilin iyun ayında günorta vaxtı Qayıdış-5 qəsəbəsində olarkən qəsəbə uşaqları Fərmanın oğlu Nəriman, Mayanın oğlu Elsun, Ağahəsənin oğlu Fərid söhbət edən zaman adını xatırlaya bilmədiyi uşaqlardan biri bildirmişdir ki, “qoşa turba” adlanan kanalda çimərkən kimsə cinsiyyət orqanını Samiqin oğlu Zərərçəkmiş şəxs ağzına vermişdir. Buna görə də, onlardan yaşca böyük olan Elçinin oğlu İsmayılı məktəbin yaxınlığında oturduqları yerə çağırmış, Elgünün ağzına aldığını İsmayıla demiş və aparıb tualetdə öz cinsiyyət orqanını Elgünün ağzına verəcəyəni deyərək İsmayıldan həmin anı videoçəkiliş ilə qeydiyyata almasını xahiş etmişdir. İsmayıl Abdullayev də onun bu təklifi ilə razılaşmışdır. Elə həmin ərəfədə Elgün özü onların yanına gəlmiş və ondan siqaret istəmiş, o, Elgünə siqaret verəcəyini dedikdən sonra sonuncuya bu cür hərəkətlər etdiyini bildirmiş, həmin sözdən sonra Elgünün güldüyünü görüb özünün də cinsiyyət orqanını ağzına almasını ona təklif etmiş və əvəzində ona siqaret verəcəyini bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs onunla razılaşaraq evə gedib su içəcəyini, daha sonra qayıdıb geri gələcəyini deyərək evləri istiqamətinə getmiş, o, Nərmanla birlikdə Elgünün arxasınca gedərək məktəbin tualeti tərəfdə sonuncunu gözləməyə başlamışdır. İsmayıl ilə Elsun isə məktəbin yaxınlığında, ağaclıq tərəfdə oturduqları yerdə oturub kənardan izləməyə başlamışlar. Həmin ərəfədə onun yanına Nazimin oğlu Əkbər yaxınlaşmış, o, Əkbərə işlərinin olduğunu deyərək İsmayıl ilə Elsunun yanına getməsini bildirmişdir. Əkbər də onun və Nərimanın yanından ayrılıb İsmayıl ilə Elsunun məktəbdən təxminən 200 metr aralıda ağaclığın yanında oturduqları yerə getmişdir. Bir müddət gözlədikdən sonra özü gedib Elgünü evdən çağırmış, Elgün evdən çıxdıqdan sonra birlikdə məktəbin çöl darvazasından Elgün və Nəriman ilə birlikdə məktəbin həyətinə keçərək tualet tərəfə getmişlər. Nəriman çöldə dayanmış, o, isə Elgün ilə birlikdə tualetin içərisinə keçərək kənarda dayanan uşaqlara gəlmələri üçün işarə verib içəri keçmişdir. Həm cinsi ehtirasını təmin etmək, həm də Elgünün elədiyi bu hərəkətləri uşaqlara göstərmək üçün tualetin içində əynində olan qara rəngli idman şalvarını aşağı endirib bərkimiş cinsiyyət orqanını çıxarmışdır. Elgün isə dizlərini tualetdə yerə qoyub onun cinsiyyət orqanını əlinə alıb ağzına salaraq sovurmağa başlamışdır. Həmin vaxt Nəriman 2 metr kənarda onun etmiş olduğu hərəkəti izləmiş, təxminən 3 dəqiqə keçdikdən sonra Nazimin oğlu Əkbər əlində videosu işlək vəziyyətdə olan mobil telefon ilə gəlib onun etdiyi hərəkəti çəkəndə, Əkbərin arxasınca da İsmayıl ilə Elsun gəlmiş, bunu görən Elgün gülərək tualetdən çıxmış, sonra isə ağlamağa başlamışdır. Onun Elgünə qarşı bu cür hərəkət etməsi barədə Əkbərin əvvəlcədən məlumatı olmadığını, Əkbərin sonradan gəldiyini qeyd etmişdir. Bundan sonra o, Əkbərə videonu silməməsini, yeni telefon aldıqda həmin videonu ona göndərməsini xahiş etmiş və həmin an İsmayıl Əkbərdən çəkilmiş olan videonu onun telefonuna göndərməsini xahiş etməsinə baxmayaraq, Əkbər göndərməcəyini dedikdə, İsmayıl mobil telefonu Əkbərin əlindən alıb onun Elgünə qarşı etmiş olduğu hərəkətlərin çəkildiyi videonu öz mobil telefonuna köçürmüşdür. Buna görə də, o, İsmayıla sözü gedən videonu yaymamasını xahiş etmiş, İsmayıl Abdullayev də yaymayacağını bildirdikdən sonra toplaşdıqları yerdən çıxıb getmişlər. Bundan 5-6 gün sonra qəsəbə ərazisində qabağına çıxan hər kəs ona cinsiyyət orqanını Elgünün ağzına verməsi barədə video yayıldığını, həmin videonu Elsunun tik-toka yerləşdirərək görünməsinlər deyə sifət nahiyələrinə smaylik yerləşdirdiyini bildirdiklərinə görə traktor ilə işdən qayıdarkən qəsəbə uşaqlarının bir yerdə toplaşdıqlarını görüb onların yanında dayanmış və videonu tik-toka paylaşan şəxs barəsində söyüş söyəndə, Mayanın oğlu Şahid2 videonu tik-tokda onun yerləşdirdiyini, 5 nəfər baxış gəldikdən sonra sözü gedən videonu sildiyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs anası Nuridə Əliyeva oğluna qarşı əxlaqsız hərəkətlər etməsi barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin iyun ayının təxminən ortalarında qəsəbə uşaqları ilə məktəbin yanından keçən yolda olan ağacın altında söhbət edən zaman yanında olan qəsəbədə yaşayan İsmayıl, Nəriman, Vüsal və Murad olmuşlar. Həmin uşaqlarla söhbət etdikdən sonra evlərinə getmişdir. Bir qədər keçdikdən sonra Murad gəlib onu evdən çağırmış, ona cinsiyyət üzvünü ağzına almayacağı təqdirdə siqaret çəkdiyini anasına deyəcəyini bildirdmişdir. O, da anasından qorxduğuna görə Muradla razılaşmış və hər ikisi də onunla birlikdə yaxınlıqda olan orta məktəbin ayaqyoluna getmişlər. Ondan və Muraddan başqa yanlarında heç kim olmamış və birlikdə məktəbin tualetinə girmişlər. Murad əynində olan idman şalvarını aşağı endirərək bərkimiş cinsiyyət orqanını çıxarmış, o, isə Muradın bərk və durmuş vəziyyətdə olan cinsiyyət orqanını əlinə alaraq ağzına salmış, ağzında irəli-geri hərəkət etdirib sovurmağa başlamışdır. Təxminən 10-15 dəqiqə belə davam etdikdən sonra Murad özü həmin hərəkəti dayandırmışdır. Bundan 2-3 gün sonra qəsəbədə yerləşən Qənirəyə məxsus mağazanın yanında olarkən Murad yenidən onun yanına gəlmiş, ona məktəbin yanına getməsini, onun cinsiyyət orqanını ağzına almasını demiş, etməyəcəyi təqdirdə siqaret çəkməsini anasına deyəcəyini bildirmişdir. Buna görə də o, yenidən Muradın təklifi ilə razılaşmış və həmin vaxt saat 14 radələrində birlikdə məktəbin tualetinə girmiş, orada Murad əynində olan şalvarın qabağını açaraq cinsiyyət orqanını çıxarıb onun əlinə vermiş, o, da Muradın bərkimiş cinsiyyət orqanını ağzına salıb, irəli-geri hərəkət elətdirib sovurmağa başlamışdır. Eyni qaydada 10-15 dəqiqə davam etdikdən sonra Murad özü hərəkəti dayandırmış və birlikdə tualetdən çıxıb evlərinə getmişdir. O, tualetdən çıxarkən ətrafda heç kim olmamış, Murad ilə özü olmuşdur. O, Muradın yalan danışdığını, məktəbin tualetində Muradın ona qarşı seksual xarakterli hərəkətlər edərkən ətrafda heç kimin olmadığını, həmin hərəkətləri video ilə çəkilmədiyini, sadəcə“qoşa turba” adlanan yerdə çimərkən ona qarşı edilən seksual xarakterli hərəkətlərin video çəkiliş ilə qeydiyyata alındığını, lakin sözü gedən videonu görmədiyini bildirmişdir. Bundan təxminən bir neçə gün sonra saat 15 radələrində evin həyətinin yol tərəfə olan qapısında oturarkən Murad tək olaraq onun yanına gəlmiş, eyni sözləri ona deyərək cinsiyyət orqanını ağzına alması üçün məktəbin tualetinə getməyini ona təklif etmiş, yenidən Murad ilə razılaşaraq məktəbin kişilər üçün nəzərdə tutulan tualetinə getmiş, həminki qaydada Murad əynində olan şortiki aşağı endirmiş, cinsiyyət orqanını çıxarıb ağzına salmış, o, həmin cinsiyyət orqanını irəli geri hərəkət elətdirib 10-15 dəqiqə sovurmağa başlamış və Murada “bəsdir” dedikdən sonra birlikdə məktəbin tualetindən çıxıb fərqli istiqamətlərə getmişlər. Muradın bir dəfə tarixini xatırlamadığı yay günündə qəsəbə uşaqları ilə birlikdə “qoşa turba” adlanan yerdə çimərkən eyni hərəkətləri ona qarşı etdiyini, həmin ərəfədə videoçəkiliş edildiyini eşitsə də, video çəkəni, həmçinin sonradan videonu görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, o, anasından qorxduğu üçün siqaret çəkməsini anası bilməsin deyə, başqa qəsəbə uşaqlarının da eyni xarakterli təklifləri ilə razılaşmış və qəsəbə sakinləri Mayanın oğlu Elsunun, Elçinin oğlu İsmayılın, Fərmanın oğlu Nərimanın və Ağahəsənin oğlu Fəridin cinsiyyət orqanlarını ağzına almışdır. Belə ki, 2022-ci ilin iyun ayında (tarixini xatırlamır) qəsəbədə olan yolun kənarındakı ağacın altında oturarkən qəsəbə sakini Elçinin oğlu İsmayıl onun yanına gəlmiş, ona cinsiyyət orqanını ağzına almasını, sözü gedən hərəkəti etməcəyi təqdirdə siqaret çəkməsini anasına deyəcəyi bildirmişdir. Buna görə də o, anasından qorxduğu üçün İsmayılın təklifi ilə razılaşmış və birlikdə məktəbin açıq qapısından həyətə girib kişilər üçün nəzərdə tutulan tualetə girmişdir. Tualetin içində İsmayıl əynində olan şalvarın toqqasını açıb aşağı salmış, bərkimiş cinsiyyət orqanını çıxarmış, o, da İsmayılın bərkimiş cinsiyyət orqanını könüllü olaraq əlinə alıb ağzına salaraq irəli-geri 5 dəqiqə hərəkət etdirib sovurmağa başlamış, İsmayılın cinsiyyət orqanından heç bir maye tökülməmiş və dayandıraraq birlikdə tualetdən çıxıb fərqli istiqamətlərə getmişlər. Bundan sonra 2022-ci ilin təxminən iyun ayında (tarixini xatırlamır) qəsəbə arası yolda ağacın altında oturarkən qəsəbədə yaşayan Mayanın oğlu Elsun ona yaxınlaşmış, eyni qaydada ona “gedək məktəbin ayaqyoluna orada cinsiyyət orqanımı ağzına al, Murada vermisən, əgər almasan sənin siqaret çəkdiyini anana deyəcəm, kanala çimməyə gedəndə səni suda boğacağam” demiş, o, da anasından qorxduğu üçün Elsunun təklifi ilə razılaşmış, saat təxminən 13 radələrində onunla birlikdə qəsəbə tam orta məktəbin açıq qapısından həyətə girib kişilər üçün nəzərdə tutulan tualetə girmişdir. Tualetin içində İsmayıl əynində olan şalvarın toqqasını açıb aşağı salmış, bərkimiş cinsiyyət orqanını çıxarmış, o, da Elsunun bərkimiş cinsiyyət orqanını könüllü olaraq əlinə alıb ağzına salaraq irəli-geri 10 dəqiqə hərəkət etdirməklə sovurmağa başlamış, Elsunun cinsiyyət orqanından heç bir maye tökülməmiş və dayandıraraq birlikdə tualetdən çıxıb fərqli istiqamətlərə getmişlər. Təxminən bundan 3 (üç) gün sonra günorta saatlarında o, qəsəbə uşaqları ilə Füzuli rayonu, 3-cü Qayıdış qəsəbəsi ərazisində olan “qoşa turba” adlanan torpaq kanala çimməyə getmiş və qəsəbə uşaqları ilə birlikdə çimməyə başlamışdır. Sonra o, dəmir turbanın üstündə oturmuş, həmin vaxt kənarda olan qamışlıqdan Elsun onu yanına çağırmışdır. O, Elsunun yanına getmiş və həmin vaxt Ağahəsənin oğlu Fərid, Nazimin oğlu Əkbər, Murad, Fərmanın oğlu Nəriman “qoşa turba” adlanan ərazidə çimərkən Elsun ona eyni təklifi etmiş və ona cinsiyyət orqanını ağzına almasını təklifi etmiş o, Elsunun təklifi ilə razılaşaraq qoşaturba adlanan yerdə qamışlıqda Şahid2 əynində olan trusiki aşağı salmış və bərkimiş cinsiyyət orqanını çıxarıb onun əlinə vermiş, o, da Elsunun cinsiyyət orqanını əlinə alıb ağzına salmış, irəli-geri hərəkət etdirib sovurmağa başlamışdır. Bu təxminən 5 dəqiqə davam etmiş, Elsun özü “bəsdir” deyərək cinsiyyət orqanından heç bir maye tökülmədən hərəkəti dayandırmışdır. Sonra birlikdə qayıdıb çimməyə davam etmişlər. Bir az sonra Fərmanın oğlu Nəriman ona eyni təklifi edərək “sənin videonu anana göstərəcəyəm” demiş və cinsiyyət orqanını ağzına almasını bildirmişdir. O, Nərimanın təklifi ilə də razılaşaraq birlikdə qamışlığa getmiş, Nəriman əynində olan trusiki aşağı salıb bərkimiş cinsiyyət orqanını çıxarmış, o, da Nərimanın bərkimiş cinsiyyət orqanını bir dəfə ağzına alıb çıxarmış, sonra yenidən kanalın qırağına qayıdanda Fərid ona “Elsun və Nərimana verirsən sənin siqaret çəkdiyini anana deyəcəm mənimdə cinsiyyət orqanımı ağzına al” sözlərini demiş, o, Fəridin bu sözünə görə onunla razılaşaraq yenidən çimdikləri yerin yaxınlığında olan qamışlığa getmiş, Fərid əynində olan trusiki aşağı endirmiş və bərkimiş cinsiyyət orqanını çıxarmış, o, da Fəridin bərkimiş cinsiyyət orqanını ağzına alaraq irəligeri hərəkət etdirib sovurmağa başlamış və bu hərəkət 10 dəqiqə davam etmiş, Fəridin cinsiyyət orqanından hər hansı bir maye tökülməmiş, o, “bəsdir” deyənədək elədiyi hərəkəti dayandırmamışdır. Bundan sonra, Murad ona yaxınlaşmış, “Fərid, Elsun və Nərimanla etdiyin hərəkətlərin videosunu anana göstərəcəm” demiş, o, da Muradın sözlərinə görə “qoşa turba” adlanan yerdə qamışlığa getmiş, Murad da əynində olan trusiki aşağı çəkib bərkimiş cinsiyyət orqanını çıxarmış, o, da Muradın cinsiyyət orqanını əlinə alıb ağzına salmaqla təxminən 5 dəqiqə irəli-geri hərəkət etdirib sovurmağa başlamış, lakin Muradın cinsiyyət orqanından hər hansı bir maye tökülməmiş və ordan aralaşaraq paltarlarının yanına gedib paltarlarını geyinərək qəsəbəyə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində İsmayıl onu görərək polisdə adını çəkməyəcəyi təqdirdə 10 manat pul verəcəyini demiş, o, isə İsmayıla heç bir söz deməmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nuridə Əliyeva bildirdi ki, o, təqsirləndirilən şəxslə yanaşı, hazırkı iş üzrə şahid qismində dindirilmiş şəxslərdən də şikayətçidir və onların da cəzalandırılmalarını tələb edir. Yetkinlik yaşına çatmayan Şahid1 bildirdi ki, 2022-ci ilin iyun ayında qəsəbə uşaqları ilə Füzuli rayonu, Qayıdış-3 qəsəbəsi ərazisində yerləşən “qoşa turba” kanalına çimməyə getmişdir. Zərərçəkmiş şəxs da orada çimdiyini görüb sonuncuya yaxınlaşmış və ona “eşitdim sən ağzına alırsan” sözlərini demiş, Elgün də cavabında bunu etiraf etmişdir. Buna görə də, Elgünə onun da cinsiyyət orqanını ağzına almasını təklif etmiş və sonuncu razılıq verdikdən sonra Zərərçəkmiş şəxs xəlvəti qamışlığa tərəf getməsini, birlikdə gedəcəkləri təqdirdə uşaqların şübhələnəcəyi dedikdən sonra Elgün əvvəlcədən qamışlığa getmişdir. Elgünün getdiyini gördükdən sonra uşaqların fikirlərinin çimməyə qarışdığını görüb özü tək Elgünün arxasınca qamışlığa getmiş və qamışlıqda trusikini aşağı endirdikdə Elgün əli ilə onun bərkimiş cinsiyyət orqanını əlinə alıb ağzına salmış, lakin tez çıxarmışdır. Ayrı iş görmədən uşaqların yanına qayıtmışlar. O, “qoşa turba” adlanan ərazidə Murad və İsmayılın olmadığını, Elgünün yalan danışdığını, “qoşa turba” adlanan ərazidə sadəcə Elsun ilə qamışlığa doğru getdiklərini, lakin qamışlığın arxasında Elsun ilə Elgünün nə etdiklərini görmədiyini bildirmişdir. Ağasənin oğlu Fəridin Elgünə yaxınlaşmadığını bildirmişdir. O, İsmayılın Elgünə qarşı sözü gedən hərəkətlər etməsini nə görmüş, nə də ki, başqasından eşitmişdir. Sadəcə olaraq bir dəfə o, Murad, İsmayıl və Elsun qəsəbə arasında söhbət edərkən kimsə Elgünün kanalda çimərkən ağzına aldığını demiş və həmin ərəfədə Zərərçəkmiş şəxs onlara yaxınlaşmışdır. Zərərçəkmiş şəxs onların yanına yaxınlaşdıqdan sonra Muraddan siqaret istəmiş, Murad da Elgünə “eşitdim belə hərəkətlərin var” demiş, Elgün güldükdən sonra Murad Elgünə “sənə bir qutu siqaret alacağam, gedək mənimlə də məktəbin tualetində həmin işi gör” demişdir. Muradın bu sözündən sonra Elgün razılaşaraq “evə gedib su içib gəlirəm” deyərək evlərinə getmiş, Murad da ona “Elgünü sındırmaq üçün cinsiyyət orqanımı Elgünün ağzına verəcəm, sizdə telefona çəkərsiz” demiş və birlikdə Elgünün arxasınca getmişlər. Həmin ərəfədə qarşılarına Nazimin oğlu Əkbər çıxmış, ona və Murada salam verdikdə, Murad Əkbərə “get uşaqların yanına, bizim işimiz var” demiş və Əkbər Elyaza məxsus mağazaya getmişdir. Bundan sonra Murad gedib Elgünü evdən çağırmış və birlikdə məktəbin tualetinə doğru gəlmişlər. X12 tualetin içərisinə keçəndə Murad onlara gəlmələri üçün işarə vermişdir. Bu zaman Əkbər də yanlarına getmiş və Şahid2 Əkbərə Muradın videosunu çəkməyi təklif etmiş, Əkbər razılıq verib mobil telefonunda video çəkilişi işlək vəziyyətə salmış, İsmayıl, Elsun, Əkbər ilə birlikdə məktəbin tualetinin qarşısına gələndə Muradın şalvarının aşağı olduğunu, cinsiyyət orqanının Elgünün ağzında olduğunu görmüş və bu zaman Zərərçəkmiş şəxs onların gəldiyini görüb gülə-gülə tualetdən çıxıb getmişdir. Həmin vaxt İsmayıl Əkbərdən telefonu alıb videonu “blutes” proqramı ilə özünə köçürmüş, Əkbər elə oradaca videonu telefonundan silmiş və çıxıb getmişlər. Sonra İsmayıldan həmin videonu istədikdə sonuncu videonu sildiyini demiş, lakin bir neçə gün sonra İsmayıl videonu ona və Elsuna göstərmiş və videoya baxarkən Muradın cinsiyyət orqanını çıxardığını, Elgünün Muradın cinsiyyəti orqanını əlinə alıb könüllü şəkildə ağzına saldığını görmüş, İsmayıl həmin videonun yayılacağından qorxduğu üçün onun yanında telefonundan videonu silmiş, sonra xatırlamadığı uşaqlardan kimsə videonu onun mobil telefonuna göndərdiyini, videoya baxdıqdan sonra sildiyini, heç bir yerdə paylaşmadığını bildirmişdir. Şahid2 bildirdi ki, Qayıdış 5 qəsəbəsində anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun barəsində dedikləri tamamilə yalandır. Belə ki, o, Elgünə qarşı heç bir seksual və ya əxlaqsız hərəkətlər etməmiş, cinsiyyət orqanını Elgünün ağzına salmamışdır. Uşaqlar ilə “qoşa turba” adlanan yerə çimməyə getsə də, həmin yerdə Elgünə toxunmamışdır. Sadəcə Zərərçəkmiş şəxs məktəbin tualetində Muradın cinsiyyət orqanını ağzına alanda görmüş və həmin hərəkətləri Əkbər videoya çəkmiş, videonu İsmayıla göndərdikdən sonra mobil telefonundan silmişdir. O, sözügedən videonu tik-tokda paylaşmamış, hər hansı sosial şəbəkədə yaymamışdır. Şahid X3 bildirdi ki, Zərərçəkmiş şəxs yalan danışır. O, Elgünə qarşı hər hansı seksual xarakterli hərəkətlər etməmiş, cinsiyyət orqanını Elgünün ağzına salmamışdır. Sadəcə bir dəfə məktəbin tualetində Elgünlə Muradın tualetə girdiyini görmüş, həmin ərəfədə qabaqda Əkbər, Nəriman və Elsun getdiklərindən Elgün onları görüb tualetdən çıxanda, o, tualetə yaxınlaşmışdır. O, nə baş verdiyini soruşduqda, Əkbər videonu göstərmiş və çəkilmiş olan videoda Muradın şalvarını aşağı salıb cinsiyyət orqanını çıxardığını, Elgünün isə dizlərini yerə qoyub Muradın cinsiyyət orqanını əlinə alıb ağzına saldığını görmüş və videonu Əkbərdən istəmiş, Əkbər də özü onun mobil telefonuna köçürmüşdür. Sonra adlarını qeyd etdiyi uşaqlar ilə birlikdə ağacın altına gələndə mobil telefonundan həmin videonu silmişdir. O, videonu heç bir sosial şəbəkədə paylaşmadığını bildirmişdir. Yetkinlik yaşına çatmayan Şahid3 bildirdi ki, o, Zərərçəkmiş şəxslə bir qəsəbədə yaşasalar da, onunla heç bir münasibətləri olmamışdır. Elgün və digər qəsəbə uşaqları Elsun, Nəriman, Fərid ilə birlikdə 2022-ci ilin yay ayında “qoşa turba” adlanan yerdə çimməyə getmişdir. Həmin ərəfədə onların yanında Murad olmamışdır. O, həmin yerdə çimərkən Nərimanın, Fəridin, Elsunun Elgünə qarşı seksual xarakterli və ya əxlaqsız hərəkətlər etdiyini görməmiş, videoçəkiliş çəkməmişdir. 2022-ci ilin iyun ayında məktəbin yaxınlığından keçərkən Murad ilə Nərimanın məktəbin həyətində dayandıqlarını görüb Murada salam vermiş, Murad salama cavab verib işlərinin olduğunu deyərək ona çıxıb getməsini demişdir. O, da Muradın davranışlarından sonuncunun sərxoş olduğunu görmüş, bir qədər sonra Mayanın oğlu Elsunla görüşmüş, Elsun ona Muradın sərxoş vəziyyətdə tualetin yanında yıxıldığını deyib, telefon ilə onu çəkməsini bildirmişdir. O, telefonu işlək vəziyyətə salıb birlikdə məktəbin tualetinə yaxınlaşmış, lakin tualetin içində Muradın şalvarı aşağı vəziyyətdə cinsiyyət orqanının çöldə olduğunu və Zərərçəkmiş şəxs Muradın cinsiyyət orqanını əlinə alıb ağzına saldığını görərək tez videonu dayandırmışdır. O, əvvəlcədən Muradın bu cür hərəkət edəcəyini bilməmişdir. O, videonu silmək istəyərkən İsmayıl telefonu onun əlindən alıb videonu özünə göndərmişdir. Bunda sonra, o, evinə getmiş, səhərisi gün Şahid2 ilə qarşılarkən sonuncu ondan sözügedən videonu göndərməsini xahiş etmiş, ilk öncə Elsuna videonu silməsini desə də, Elsunun israrları və “sözü bir yerə qoyub Elgünə qarşı həmin hərəkətləri sən etmisən” deməyindən sonra videonu Elsuna göndərmiş, sonra isə öz telefonundan videonu silmişdir. O, həmin videonu sosial şəbəkədə paylaşmamışdır. Cinayət işinə əlavə edilmiş: Məhkəmə-tibbi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 252/22 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində, o cümlədən ağız nahiyəsində hər hansı bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2022-ci il tarixli, 260/22 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Təqsirləndirilən şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət aşkar olunmadı. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2591 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Belə ki, cinayət işi materiallarından, toplanmış materiallardan və toplanmış anamnezdən məlum olduğu kimi Zərərçəkmiş şəxs uşaq yaşlarından psixi inkişafda bir qədər geri qalması, orta məktəb proqramını mənimsəyə bilməməsi, hazırki müayinə zamanı təfəkkürünün konkret olması, bir sıra ümumi qəbul olunmuş anlayışlarla tanış olmaması, dünya görünüşün məhdudluğu, bilik ehtiyatının kasadlığı, intellektual imkanlarının və qavranma qabiliyyətinin nisbətən aşağı olması müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki müayinə zamanı Zərərçəkmiş şəxs sualları düzgün cavablandırmış, verilən sualların ümumən mənasını dərk etmiş, fikirlərini düzgün ifadə edə bilmiş, onda kobud yaddaş pozuntuları qeyd olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, Zərərçəkmiş şəxs qeyd olunan “yüngül kəmağıllıq” onu iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətindən məhrum etməməmişdir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs qavrama proseslərinin zəif çıxış etməsi, mühakimələrin səthi olması, ümumiləşdirmə və analizetmə qabiliyyətinin normadan aşağı olması, ola biləcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkdiyi, dünya görüşü və biliklərin aşağı səviyyədə olmaqla yaş xüsusiyyətlərinə uyğun olmadığı müəyyən edilməklə əqli gerilik əlamətləri aşkar olunur. Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Zərərçəkmiş şəxs müəyyən edilən yüngül dərəcəli əqli gerilik iş üçün əhəmiyyətli halların qavranılmasının və onlar haqqında düzgün ifadə vermək qabiliyyətindən məhrum etmir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qavrama proseslərinin zəif çıxış etməsi, mühakimələrinin səthi olması, ümumiləşdirmə və analizetmə qabiliyyətinin normadan aşağı olması, ola biləcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkdiyi, dünya görünüşü və biliklərinin aşağı səviyyədə olmaqla yaş xüsusiyyətlərinə uyğun olmadığı, xarakterində sadəlövhlük, səthlik müəyyən edilməklə əqli gerilik əlamətləri aşkar olunur. Lakin buna baxmayaraq onunla baş vermiş hadisələri qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs yüngül əqli gerilik əlamətləri müəyyən edildiyindən o, onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yeni sosial mahiyyətini anlamasa da, həmin hərəkətlərin yaxşı olmadığını formal olaraq dərk edir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli RPŞ İB-nin müstəntiqi polis mayoru N.Əhmədzadənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-in 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Füzuli RPŞ İB-nin müstəntiqi polis mayoru N.Əhmədzadənin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli RPŞ MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi polis mayoru N.Əhmədzadənin xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edildiyindən Təqsirləndirilən şəxs barəsində AR CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran cinayətlərin təkrar törədilməsi halı digər yanakı sübutlarla təsdiq olunmadığından cinayətin təkrar törədilməsi halı kimi nəzərə alınmamışdır. Şahid2, X3 və X2 barələrində AR CM-in 150 və 152-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid1 ilə Zərərçəkmiş şəxs arasında yaş fərqi iki ildən az olduğundan xx.xx.2006-cı il təvəllüdlü Şahid1 əməlində cinayət tərkibi olmadığından onun barəsində AR CM-in 152.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmamasını və CM-in 59.2-ci maddəsinə görə ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 85.5. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar ümumi rejimli tərbiyə müəssisələrində; 86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 152.1-ci maddəsində deyilir ki, (27 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyədək olan redaksiyada) əsasən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. hazırda qüvvədə olan 152.1-ci maddəsinə asasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, cinayət əməli törədilərkən qüvvədə olan CM-in 152.1-ci maddəsinin sanksiyası təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirdiyindən o, 27 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyədək olan sanksiya həddində cəza almalıdır. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 152.1-ci maddəsinin sanksiyasında yalnız ağır cəza azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs AR CM-in 152.1-ci maddəsi ilə cəza təyin edilərkən onun şəxsiyyəti, davranışı və zərərçəkmiş tərəfin mövqeyi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin olunması daha ədalətlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli geriliyi olan Zərərçəkmiş şəxs cinsi toxunulmazlığına qəsd edən cinayət əməlini törətməsi və bu əməlindən sonrakı davranışları onda cinayətin törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməlin ictimai təhlükəliliyinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Bununla yanaşı, məhkəmə həmçinin təqsirkar şəxsin yetkinlik yaşına çatmadığını da nəzərə alaraq ona ağır cəza növünün nisbətən aşağı həddə təyin edilməsini əsaslı sayır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixindən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə-kompyuter-texniki ekspertizası təyin olunaraq keçirilmiş və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80,65 manat təşkil edir. Lakin MEM-dən verilmiş ekspert rəyinə əsasən təqsirləndirilən şəxsə ittiham elan edilmədiyindən ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulması əsaslı ola bilməz və ona görə də dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq iki gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə ekspertiza xərcinə görə 80,65 manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrлik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar