Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-3/2024 09.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Saatlı rayonu, Mircəlal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Saatlı rayonu, Mircəlal kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə əmlakını vahid niyyətlə ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncunu oğlu Şahid2 Lənkəran Dövlət Universitetində (bundan sonra – LDU) bir neçə imtahanlar üzrə olmuş akademik borclarını həll edəcəyinə xərcləyəcəyi barədə yalan vəd verməklə aldatmağa nail olduqdan sonra 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Beyləqan şəhərində Zərərçəkmiş şəxs 3000 manat məbləğində pul almış, sonuncu tərəfindən Füzuli rayonu, Qayıdış-8 qəsəbəsində yerləşən “Mandarin” marketdə olan “MilliÖn” ödəniş terminalı vasitəsi ilə əvvəlcə özünə məxsus olan 416974******9661 nömrəli kartın hesabına 60 manat, 510307******6357 nömrəli kartın hesabına isə 01 aprel 2022-ci il tarixdə 69 manat və 16 may 2022-ci il tarixdə 101 manat məbləğində pulun köçürülməsinə nail olmuş, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə Zərərçəkmiş şəxs cəmi 3230 (üç min iki yüz otuz) manat məbləğində pulunu vahid niyyətlə dələduzluq yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından LDU-da pedoqoji təcrübə rəhbəri kimi işləyərkən Şahid2 (bundan sonra - Elmir) həmin universitetin tələbəsi kimi tanımışdır. 2022-ci ilin yanvar ayında Elmir ona zəng edib hərbi xidmətdə olduğuna görə LDU-da bir neçə imtahanlar üzrə olmuş akademik borclarını həll etməsini ondan xahiş etmişdir. Bundan bir neçə gün sonra o, Elmirə zəng edib LDU-da cəmi 12 imtahanlar üzrə olmuş akademik borclarını həll edəcəyini, bu halda 2 imtahanlar üzrə olmuş akademik borclarının bağışlanacağını, bunun üçün hər imtahana görə banka 88 manat pul ödənilməli olduğunu demişdir. Elmirin atası İmran (bundan sonra - İmran) onunla göstərdiyi məsələ ilə əlaqədar mobil telefon vasitəsilə danışdıqdan bir neçə gün sonra Lənkəran şəhərində görüşmüşdür. Bu zaman o, İmrana Elmirin LDU-da bir neçə imtahanlar üzrə olmuş akademik borclarını həll edəcəyinə xərcləyəcəyi üçün cəmi 5000 manat məbləğində pula ehtiyac olduğunu demişdir. İmran ona göstərdiyi məsələni həll etməsi üçün 5000 deyil, 3000 manat məbləğində pul verə biləcəyini demiş, o, İmranla razılaşmışdır. Sonuncudan razılaşdıqları pulu almaq məqsədi ilə 02 fevral 2022-ci il tarixdə saat 19 radələrində Beyləqan şəhərinə gəlmiş, orada “Rahil” aptekin qarşısında İmranın gəldiyi “VAZ-21115” markalı avtomobilə əyləşmiş, avtomobilin salonunda İmrandan ona Elmirin LDU-da bir neçə imtahanlar üzrə olmuş akademik borclarını həll etməsi üçün verdiyi 3000 manat məbləğində pulu almışdır. Həmin vaxt avtomobilin arxa oturacağında Elmirin qardaşı Elgün də olmuşdur. Lənkəran şəhərinə qayıtdıqdan sonra Elmirin göstərdiyi problemini həll edə bilməsə də, telefon danışığı zamanı İmrana ona həmin problemi həll etməsi üçün əlavə pul verməli olduğunu demişdir. Buna görə də İmran “Milli ön” terminalı vasitəsilə əvvəlcə onun adına “Kapital Bank” tərəfindən hazırlanmış kart hesabına 60 manat, 510307******6357 nömrəli kart hesabına isə 01 aprel 2022ci il tarixdə 69 manat və 16 may 2022-ci il tarixdə 101 manat məbləğində pul göndərmişdir. Beləliklə, İmrandan göstərdiyi adla əldə etdiyi cəmi 3230 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmiş, sonradan sonuncuya həmin pulun 1330 manatını qaytarsa da, maddi imkanının zəif olması səbəbindən qalan 1900 manat hissəsini qaytara bilməmişdir. Buna görə də mülki iddianın həmin hissədə təmin edilməsi ilə razıdır. Göstərdiklərinə əsasən ona qarşı irəli sürülmüş ittihamın məzmununu mübahisləndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1, eləcə də məhkəmə iclaslarına şahid qismində dindirilmək üçün bir neçə dəfə lazımi qaydada çağırılsa da, gəlmədiyinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid2 (səh. 120-123) həmin ifadələrində işin faktiki hallarının özlərinə aid müvafiq hissələr üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda baş verdiyini qeyd etmişlər. Bundan əlavə, Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində 02 fevral 2022-ci il tarixdə Beyləqan şəhərində avtomobilin salonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 3000 manat məbləğində pul verməsi prosesinin videoçəkilişinin avtomobilin arxa salonunda əyləmiş Şahid1 tərəfindən mobil telefon vasitəsilə aparıldığını, həmin çəkilişin Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edildiyini, eləcə də, Zərərçəkmiş şəxs iş üzrə ona vurulmuş maddi ziyanın 1330 manat hissəsinin ödənilsə də, 1900 manat hissəsinin ödənilməməsinə görə Təqsirləndirilən şəxs ilə barışmadığını göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Beyləqan RPŞ-yə ünvanladığı 03 sentyabr 2022-ci il tarixli yazılı ərizəsindən görünür ki, o, 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun oğlu Şahid2 imtahan kəsirlərini həll etmək üçün Beyləqan şəhərində ondan 3000 manat məbləğində pul aldığını, lakin vədinə əməl etmədiyini göstərmiş, buna görə Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirin görülməsini xahiş etmişdir (İ cild, səh. 8). - “Baxış keçirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, 02 fevral 2022-ci il tarixdə Nuriyev X2 şəhərində avtomobilin salonunda Zərərçəkmiş şəxs 3000 manat məbləğində pul almışdır (İ cild, səh. 41, 42). - “MilliÖn” elektron ödəmə sisteminin 01 aprel 2022 və 16 may 2022-ci il tarixli qəbzlərinin surətlərindən görünür ki, həmin tarixlərdə Füzuli rayonu, 8-ci Qayıdış qəsəbəsi ərazisində quraşdırılan 01907 nömrəli terminalı vasitəsi müvafiq olaraq 416974******9661 və 510307******6357 nömrəli kartların hesablarına 69 və 101 manat məbləğində pul köçürülmüşdür (İ cild, səh. 12, 13). - LDU-nun 05 sentyabr 2023-cü il tarixli, 2/326 nömrəli məktubunda göstərilmişdir ki, Şahid2 2017/2018-ci tədris ilində Universitetin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına bakalavriat səviyyəsi və əyani təhsilalma forması üzrə ödənişli əsasla qəbul olunmuşdur. 05 iyul 2021-ci il tarixdə onun normativ təhsil müddəti bitmiş, 25 fənn üzrə akademik borcu qalmışdır (İ cild, səh. 126). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməyə görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, Şahid1 şahid qismində verdikləri ifadələri, Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, “Baxış keçirilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd diskin yaddaşına yazılmış videogörüntü, 01 aprel 2022 və 16 may 2022-ci il tarixli qəbzlər digər istintaq hərəkəti protokolları və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2023cü il tarixli, 1(099)189/2023 nömrəli hökmü və Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 7(055)34/2023 nömrəli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində qəti olaraq 8500 manat məbləğində cərimə cəzası təyin edilmiş, həmin qərarla cərimə cəzasının çəkilməmiş 8110 manat hissəsi 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (İ cild, səh. 129). Beləliklə, Təqsirləndirilən şəxs iş üzrə residivin yaranması ilə nəticələnmədiyi məhkumluğu olan şəxsdir. - Saatlı RİHB-nın Mircəlal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2022ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 72, 73). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qismən ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməməsinə görə sonuncu ilə barışıq əldə etməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməməsinə görə sonuncu ilə barışıq əldə etməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(099)189/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluğunun ödənilməməsi, barəsində təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsinin Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 7(055)34/2023 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, bu səbəbdən hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, həmin hallar Azərbaycan Respublikası CMin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün iş üzrə onun barəsində həmin Məcəllənin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay müddətə təyin edilməsini zəruri edir. Ona şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(099)189/2023 nömrəli hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətdiyinə görə ona qəti cəza Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsində nəzərdə tutulmuş qaydaya əməl edilməklə cinayətlərin məcmusu üzrə təyin edilməli və onun cəzaçəkmə müddətinin əvvəli Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 7(055)34/2023 nömrəli qərarı nəzərə alınmaqla 16 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 2130 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs verdiyi ifadələri əsasında məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsə vurduğu cəmi 3230 manat məbləğində maddi ziyanın 1330 manat hissəsini ödəmiş, 1900 manat hissəsini isə ödəməmişdir. Buna görə də mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu, ödəmədiyi maddi ziyana görə 1900 (bir min doqquz yüz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmənin Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 7(055)34/2023 nömrəli qərarını nəzərə almaqla 17 oktyabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına bir ədəd diskdə təqdim edilmiş videogörüntü iş materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(099)189/2023 nömrəli hökmü üzrə təyin edilmiş cərimə cəzasının çəkilməmiş hissəsinin Saatlı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 7(055)34/2023 nömrəli qərarı ilə əvəz edildiyi 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının qismən toplanması yolu ilə qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu, ödəmədiyi maddi ziyana görə 1900 (bir min doqquz yüz) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına bir ədəd diskdə təqdim edilmiş videogörüntü iş materiallarında saxlansın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-3/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-3/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver