Məhkəmə qərarları › İş №1(064)-3/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-3/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-3/2025 03.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü il tarixdə Sabirabad rayonu, Suqovuşan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət işinin materiallarına görə Təqsirləndirilən şəxs qabaqcadan özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 noyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları 1350 ünvanında yerləşən Zərərçəkmiş şəxs17 məxsus nömrəsiz fərdi həyət evinin saxlanc yerinin taxta qapısının sındıraraq qanunsuz daxil olmaqla saxlanc yerinin içərisində 1 ədəd dəyəri 50 manat olan soba, 2 ədəd dəyəri 20 manat olan çəkic, 5 manat dəyərində 100 mm-lik mismarları və evin asma kilidinə bərkidilmiş dəmiri sındırmaqla içəridən 70 manat dəyərində 2 mm-lik 150 metr uzunluğunda elekritk naqilini, 2 ədəd dəyəri 10 manat olan çəkic, 1 ədəd 10 manat dəyərində taxta kəsən mişar, 30 manat dəyərində alminium məftil, 1 ədəd 10 manat dəyərində alminium çaynik, 3 ədəd ümumi dəyəri 20 manat olan dəmir qazanları, həmçinin həyət yanı sahədəki tövlənin dam hissəsindən keçmə yolu ilə 2 ədəd 2 metr uzunluğunda 60 manat dəyərində axur, 1 ədəd 2 metr uzunluğunda 100 mm-lik 30 manat dəyərində borunu gizli talayaraq Zərərçəkmiş şəxs17 ümumilikdə 315 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, bağlar massivində yerləşən X5 məxsus nömrəsiz fərdi həyət evinin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qanunsuz daxil olmaqla evin içərisindən 1 ədəd 500 manat dəyərində toxunma palazı, 2 ədəd ümumi dəyəri 200 manat olan Türkiyə istehsalı xalçanı və 1 ədəd 150 manat dəyərində yataq üzlüyünü gizli talayaraq Zərərçəkmiş şəxs15 ümumilikdə 850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən X6 məxsus 115 G nömrəli fərdi həyət evinə qanunsuz daxil olub oradan hər birinin dəyəri 20 manat olan 1.200 manat dəyərində 60 ədəd dəmir dayağı gizli talayaraq zərərçəkmiş şəxs V.R.Şükürzadəyə ümumilikdə 1.200 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən X8 məxsus nömrəsiz fərdi həyət evinin hasarından keçmə yolu ilə evin açıq qapısından qanunsuz daxil olmaqla evin içərisindən 30 ədəd “Azbetonit” markalı sementi, 1 ədəd laqondanı, 1 ədəd dreli, 1 ədəd peraparatoru, 1 ədəd su motorunu, 80 metrlik elektrik naqilini, 08 ədəd dikti və 10 ədəd 4 metr uzunluğunda dəmir dirəkləri gizli talayaraq zərərçəkmiş şəxs Z.S.Cəliliyə ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində yerləşən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən "xxxx" ASC-nin balansında olan Digah Nasos stansiyası binasının arxa hissəsindəki dəmir çərçivəni və pəncərəni sındıraraq qanunsuz daxil olmaqla içəridəki 6 kvt-luq KRN tipli hücrəni dağıdaraq daxilində olan avadanlıqları, transformatordan idarəetmə lövhəsinə gələn 30 metr uzunluğunda 185 mm-lik kabel xəttini və 400 kvt-luq transformatorun daxilində olan avadanlıqları dövlət və ictimai əhəmiyyətli elektrik xətlərinə müdaxilə etməklə gizli talayaraq Azərsu ASC-yə ümumilikdə 4.670 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus nömrəsiz fərdi həyət evin döşəməsini sındırmaq yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 01 ədəd dəyəri 1300 manat olan Toyota Prius markalı avtomobilinin ABS əyləc sistemini və 200 manat dəyərində plastik pəncərənin alminium profilini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1.500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ massivində yerləşən Zərərçəkmiş şəxs18 məxsus nömrəsiz fərdi həyət evin pəncərəsini sındırma yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 1 ədəd dəyəri 1000 manat olan köz somavarı, 2 ədəd ümüumi dəyəri 200 manat olan mis qazanları, dəyəri 240 manat olan dəmir boru, 4 ədəd 600 manat dəyərində dəmir barmaqlıqları, 4 ədəd 350 manat dəyərində dəmir çarpayıları və 1 ədəd 300 manat dəyərində su quyusunun dəmir qapağını gizli talayaraq Zərərçəkmiş şəxs18 ümumilikdə 2.690 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs14 məxsus nömrəsiz fərdi həyət evin pəncərəsini açma yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 28 ədəd 2,80 sm ölçüdə dəmir borunu, 500 metrlik elektirk kabelini, 1 ədəd təsərüffat təyinatı beli, 10 ədəd verdrəni, 1 ədəd çayniki, dəyəri 350 manat olan ədəd elektrik somavarını, 1 cüt kişi idman ayaqqabısını, 1 cüt əlcək, 1 ədəd dəmir boçka, 1 ədəd təsərüffat təyinatlı balta və 9 ədəd çarpayı setkasını gizli talayaraq Zərərçəkmiş şəxs14 ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus nömrəsiz fərdi həyət evinə qanunsuz daxil olmaqla evin içərisində 300 manat dəyərində alçipan vurmaq üçün aksessuar, 50 manat dəyərində dəmir barmaqlıq, 50 manat dəyərində tikinti alətləri və 20 manat dəyərində elektrik kabelini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs10 məxsus nömrəsiz fərdi həyət evinin zirzəmisinin nəfəsliyindən keçmə yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 300 manat dəyərində qaz sobasını, 60 manat dəyərində əl arabasını, hər birinin qiyməti 20 manat olan 40 manat dəyərində 2 ədəd çəlləyi, 4 top dəyəri 260 manat olan elektrik naqilini, 65 manat dəyərində elektrik naqilini və 25 manat dəyərində 8 metr uzunluğunda elekrik naqillərini gizli talayaraq Zərərçəkmiş şəxs10 ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən gecə saatlarında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Kərəm Mirzəyev küçəsində yerləşən bağ massivində yerləşən Zərərçəkmiş şəxs16 məxsus nömrəsiz fərdi həyət evinə hasardan keçmə yolu ilə qanunsuz daxil olmaqla həyətyanı sahədən 1 ədəd əl arabası, 1 ədəd nərdivan, 2 ədəd 2 metr uzunluğunda 50 mml-lik boru, 1 ədəd tikiş maşını, 1 ədəd lom, 1 ədəd təsərüffat təyinatlı tutacağı dəmir olan beli, 3 metr uzunluğunda darvaza qapısının üst çərçivəsi və 2 ədəd 3 metr uzunluğunda alminium profili gizli talayaraq Zərərçəkmiş şəxs16 ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 yanvar 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs9 məxsus nömrəsiz fərdi həyət evin plastik pəncərəsini açma yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 01 ədəd dəyəri 480 manat olan soyuducunu, 1 ədəd 100 manat dəyərində elektrik sobası, 1 ədəd 300 manat dəyərində 82 diaqanallı Samsung markalı televizor, 1 ədəd 280 manat dəyərində elektrik tənzimləyici, 1 ədəd 400 manat dəyərində kompüter, 1 ədəd 60 manat dəyərində tozsoran, 1 ədəd 130 manat dəyərində su motoru və 1 ədəd 100 manat dəyərində uşaq velosipedini gizli talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1850 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 fevral 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən X9 məxsus 29-cu dalan, 10 nömrəli fərdi həyət evinə hasardan keçmə yolu ilə qanunsuz daxil olmaqla həyətyanı sahənin içərisində hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd su motorunu, 250 manat dəyərində sanitar qovşağın dəmir qapısını, 100 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili və 50 manat dəyərində projektoru gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs9 məxsus nömrəsiz fərdi həyət evin plastik pəncərəsinin dəmri barmaqlığını sındırma yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 1 ədəd kondisioneri sökərək iç hissəsini, mebel üstü qaz sobasının alt hissəsini, mətbəxdə olan əşyaları, hamam otağında olan simistitelləri və 3 ədəd radiator qızdırıcısının naqillərini gizli talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1.800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2023-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs5 məxsus nömrəsiz fərdi həyət evin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq qanunsuz daxil olmaqla evin içərisində dəyəri 300 manat olan qazan dəsti, dəyəri 150 manat olan qabqacaq dəsti, sanitar qovşağında quraşdırılmış dəyəri 120 olan smistitelləri və 300 manat dəyərində elektirk naqilini gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 870 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus nömrəsiz fərdi həyət evin plastik qapısını açma yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 1 ədəd dəyəri 350 manat olan kondisionerin mühərriki, 1 ədəd dəyəri 150 manat olan televizorun mühərrikini, 1 ədəd dəyəri 200 manat olan soyducunun mühərrikini, 50 manat dəyərində dəmir qabqacaq dəstini və evin həyət yanı sahəsindən 250 manat dəyərində dəmir qapını gizli talayaraq zərərçəkmiş şəxs E.M.Mikayılova ümumilikdə 1.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 fevral 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivində yerləşən Zərərçəkmiş şəxs11 məxsus nömrəsiz fərdi həyət evin mətbəxinin pəncərəsini açma yolu ilə qanunsuz daxil olmaqla evin içərisində 1 ədəd LG markalı televizor, 1 ədəd Hoffman markalı elektrik sobası, 1 ədəd Simbo markalı tozsoran, 1 ədəd köz somavarı, 1 ədəd peyk antenanın tuneri və geyim əşyaların gizli talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə 06 fevral 2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi həyət evin həyətyanı sahəsinə qanunsuz daxil olub ümumi dəyəri 8000 manat olan 30 metrlik 100-lük qaz borusunu, 8 ədəd 3 metrlik dirəyi, 4 ədəd 1,70 metrlik dirəyi, 01 ədəd qum arabasını, 02 ədəd qaz balonunu, 36 ədəd 2,30 metrlik armaturu, 12 ədəd künclüyü, 02 ədəd su qızdırıcı kolonkanı, 01 ədəd 70 kq-lıq idman ştanqını, 01 ədəd dəmir katoku, 12 ədəd keçmə dəmiri və 3 komplekt konalizasiya qapağını və 01 ədəd dəmir çəlləyi gizli talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 8.000 manat olmaqla xeyli m iqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi həyət evin həyətyanı sahəsinə qanunsuz daxil olub ümumi dəyəri 2000 manat olan dəmir nərdivanın, 15 ədəd dəmir borunu, metal parçaları və 4 ədəd dəmirdən olan işıq dirəklərini gizli talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 iyun 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Qarabağ” istirahət düşərgəsinin yaxınlığındakı bağ evinin məişət əşyalarının saxlandığın otağın giriş qapısını özündə olan sındırma alət və vasitələrdən istifadə edərək açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla otaqdan 400 manat dəyərində manqalı, 300 manat dəyərində samovarı, hər birinin dəyəri 30 manat olan cəmi 300 manat dəyərində 10 ədəd qazanı, 100 manat dəyərində döşək dəstini, 50 manat dəyərində 6 ədəd stəkan dəstini və 50 manat dəyərində 7 ədəd mətbəx bıçaq dətsini gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 930 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, Füzuli rayonu, Kürdmahmudlu kənd sakini X7 əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 fevral 1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Yeni Yasamal 2, bina 6, mənzil 35-də yaşayan qohumu X10 ilə özünün təklifi əsasında qabaqcadan əlbir olub razılaşaraq 23 oktyabr 2023-cü il tarixdə, saat 03 radələrində X7 Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən bərbərxanasının yanma Mirəli Qayıblmm etibarnamə əsasında idarə etdiyi “Toyota Aiurs” markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobili ilə gələrək, əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən kənar şəxslərin gələcəyi halda ona xəbər verməsi məqsədilə Mirəli Qayıblı avtomobillə yaşadığı küçədə dayanıb gözləmiş, o, bərbərxananın dəmir barmaqlıqdan olan qapısının dəmir qıfılını əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə sındıraraq özü ilə gətirdiyi vintaçanla bərbərxananın plastik materialdan olan qapısını qaldırmaqla açıb, saxlanc yeri hesab edilən bərbərxanaya qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 bərbərxanada satmaq üçün saxladığı 42 manat dəyərində 10 qutu “Sobranie compact” markalı, 42 manat dəyərində 10 qutu göy nazik “Sobranie” markalı, 23 manat dəyərində 10 qutu boz “Magna” markalı, 21 manat dəyərində 10 qutu “Argo West” markalı, 36 manat dəyərində 10 qutu “Kent-4” markalı, 8 manat dəyərində 2 qutu “Winston” markalı, 32 manat dəyərində 10 qutu “LD” markalı, 13 manat dəyərində 5 qutu “Viceroy” markalı siqaretləri, 5 manat dəyərində 5 ədəd 500 ml “Bizon” adlı enerji içkisi, 3 manat dəyərində olan 10 ədəd “Dilbər” adlı şirniyyatı, dəyəri 50 manat olan 01 ədəd Çin istehsallı “Kemei” markalı, KM 1627 modelli, 100- 240 vt-lıq saç kəsən aparatı, 15 manat dəyərində 15 ədəd 1 manatlıq, 10 manat dəyərində 5 ədəd 2 manatlıq (sim-sim) danışıq konturlarını, ümumi məbləği 15 manat olan qəpik pulu və 300 manat nağd pulu əvvəlcədən özü ilə gətirdiyi idman çantasının içərisinə yığmaqla, bərbərxanaya qanunsuz daxil olduğu qapıdan bayıra çıxaraq oğurlayıb, yəni Zərərçəkmiş şəxs1 ümumi dəyəri 615 manat olan həmin əmlaklarını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurlayaraq cinayətin digər icraçısı Mirəli Qayıblmm idarə etdiyi avtomobillə Bakı şəhərinə aparmaqla şəxsiyyəti istintaqa məlum olmayan və cinayətdən xəbərsiz olan şəxsə 170 manat pul müqabilində sataraq Zərərçəkmiş şəxs1 ümumilikdə 615 (altı yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs2 əmlakını tamah məqsədi ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını təkrarən gizli olaraq talamaq məqsədi ilə qohumu X10 ilə özünün təklifi əsasında qabaqcadan əlbir olub razılaşaraq 31 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində açıq sahədə yerləşən, yəni, ətrafında heç bir mühafizə qurğusu olamayan adsız avtoyuma məntəqəsinin yanma gəlmişlər, əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Murad Camallmm həmin avtoyuma məntəqəsində avtomobillərin çıxması üçün qoyulmuş beton plitənin altında saxladığı 2200 (iki min iki yüz) manqt dəyərində 1 ədəd “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatını əli ilə söküb aparatın quraşdırıldığı yerdən bir qədər kənara çəkdikdən sonra cinayətin digər icraçısı Mirəli Qayıblım oraya çağıraraq həmin avtoyuma aparatını sonuncunun idarə etdiyi “Toyota Aiurs” markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobilin yük yerinə qoymaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli olaraq talayıb oğurlayaraq Zərərçəkmiş şəxs2 cəmi 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilir, ittihamda göstərilən cinayət əməllərindən dəqiqliklə deyə bilməsə də, bəziləri onun tərəfindən törədilib. Digər cinayət əməlləri isə ibtidai istintaq orqanı əməkdaşlarının fiziki zor tətbiq etməsi səbəbindən öz üzərinə götürmüşdür. Bununla yanaşı müdafiəçi tərəfindən lazımi qaydada hüquqi yardımla təmin edilməsini də bildirdi. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəməyə ərizə və teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirdilər. Cinayət işinə əlavə edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan təbdiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 6 iş vərəqə 48-53). 05 noyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi Füzuli RPŞ-nin İstintaq Bölməsinin rəisi, polis mayoru X11 tərəfindən X3 məxsus “HUAWEİ” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs qabaqcadən əlbir olan bir qrup şəxs halında X10 ilə birləşib Füzuli rayonunda oğurluq etmələri bir daha təsdiqini tapmışdır (cild 1 iş vərəqə 104-107). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8520 nömrəli rəyindən müəyyən olunur ki, bir ədədinin qiyməti 4,30 manat olmaqla 10 qutu “Sobranie Kompakt” markalı siqaretin (ballı) qiyməti 43,00 manat, bir ədədinin qiyməti 4,30 manat olmaqla 10 qutu göy nazik “Sobranie” markalı siqaretin qiyməti 43,00 manat, bir ədədinin qiyməti 2,20 manat olmaqla 10 qutu boz “Magna” markalı siqaretin qiyməti 22,00 manat, bir ədədinin qiyməti 2,20 manat olmaqla 10 qutu boz “Agro-vvest” (qalın) markalı siqaretin qiyməti 22,00 manat, bir ədədinin qiyməti 4,00 manat olmaqla 10 qutu “Kent 4” markalı siqaretin qiyməti 40,00 manat, bir ədədinin qiyməti 3,80 manat olmaqla 12 qutu “Vinston” markalı siqaretin qiyməti 45,60 manat, bir ədədinin qiyməti 3,40 manat olmaqla 10 qutu “LD” markalı siqaretin qiyməti 34,00 manat, bir ədədinin qiyməti 2,40 manat olmaqla 5 qutu “Viceroy” markalı siqaretin qiyməti 12,00 manat, bir ədədinin qiyməti 1 manat olmaqla 5 ədəd 0,5 litirli “Bizon” enerji içkisinin qiyməti 5,00 manat, Çin istehsalı, “Kemei” markalı KM-1627 modelli, 100-240 voltluq saç kəsən apartın qiyməti 30,00 manat təşkil edir. 10 adda malların 2023-cü ilin oktyabr ayına olan bazar qiyməti ilə ümumi nəzərə qaydada təxminən 296,60 manatdır. Digər qərarda qeyd edilən 01 adda “Dilbər” kökəsi barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (cild 1 iş vərəqə 118-133). 08 noyabr 2023-cü il tarixli Füzuli RPŞ-nin İstintaq Bölməsinin rəisi, polis mayoru X11 tərəfindən qəbul edilmiş qərarla müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Omax” markalı, “DFX200” modelli avtomobil yuma aparatı ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və “Omax” markalı, “DFX200” modelli avtomobil yuma aparatı Zərərçəkmiş şəxs2 saxlanması üçün təhvil verilmişdir (cild 1 iş vərəqə 240-241). Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8521 nömrəli rəyindən müəyyən olunur ki, 01 ədəd “OMAX” markalı, “DFX200” modelli avtoyuma aparatının orta istismar müəddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə nəzəri hesablama yolu ilə təxminən 1500,00 manat müəyyən olunur (cild 1 iş vərəqə 211). Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 2 iş vərəqə 244). Cinayət işinin materiallarından görünür ki, istintaq araşdırması dövründə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin izhatına, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, ittihamda göstərilən cinayət əməllərindən dəqiqliklə deyə bilməsə də, bəziləri onun tərəfindən törədilib, digər cinayət əməlləri isə ibtidai istintaq orqanı əməkdaşlarının fiziki zor tətbiq etməsi əsbəbindən öz üzərinə götürmüşdür ifadəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından, həmçinin təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadələrdən müəyyən olunur ki, təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiəçi və onun lazımi hüquqi yardımı ilə təmin edilsə də, ibtidai istintaq zamanı ona qarşı törədildiyini iddia etdiyi zorakı hərəkətlərlə bağlı özü və müdafiəçisi tərəfindən aidiyyəti qurumlara hər hansı bu kimi müraciətlər edilməmiş, həmçinin Məhkəməyə də ifadəsində bildirdiyi xüsusatları ifadə edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda göstərilənlərlə bağlı verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadələr hesab edərək qeyd edir ki, irəli sürülmüş ittihamda göstərilən cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, eft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 8 noyabr 2023-cü il tarixdə Füzuli RPŞ-nin İstintaq Bölməsinin rəisi, polis mayoru X11 tərəfindən qəbul edilmiş qərarla X4 götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Omax” markalı, “DFX200” modelli avtomobil yuma aparatı ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və “Omax” markalı, “DFX200” modelli avtomobil yuma aparatı Zərərçəkmiş şəxs2 saxlanması üçün təhvil verilmişdir. 01 ədəd “Omax” markalı, “DFX200” modelli avtomobil yuma aparatının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbs edildiyi 10 (on) ay 20 (iyirmi) gün müddət bir günə bir gün hesablanmaqla təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 1 (bir) ay 10 (on) gün azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar