Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-30/2023 03.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi – Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsi ilə, 16 avqust 1985-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, xx xxxxxx 2000-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də texniki işçi işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 11,80 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs2 müəyyən məbləğdə pula satmışdır. Təqsirləndirilən şəxs2 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 11,80 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən qurudulmuş marixuananı müəyyən məbləğdə pul verməklə əldə etmiş, üzərində saxlamış, daşımış və Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pula satmışdır. Təqsirləndirilən şəxs1 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 11,80 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən qurudulmuş marixuananı müəyyən məbləğdə pul verməklə əldə etmiş, üzərində saxlamış, satışını asanlaşdırmaq üçün ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,71 qram, 0,72 qram, 0,73 qram, 0,76 qram, 1,01 qram, 1,21 qram, 1,37 qram, 1,81 qram və 2,88 qram olmaqla, on ədəd bükümlərə bölüb əynində olmuş gödəkçənin sol yan cibində saxlamış və daşımışdır. Həmin kütlə . Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən üzərində narkotik vasitə olması şübhəsilə saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə Füzuli RPŞ-də şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sol yan cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 verdiyi ifadələrində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, əvvəllər hər hansı növ narkotik vasitədən istifadə etməmişdir. ***-***-**- ** mobil nömrə onun istifadəsində olmuşdur. 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində bir ədəd kibrit qutusunda yerdən tapdığı, narkotik vasitə olmasını bilmədiyi bitki mənşəli kütləni dərhal sonra həmkəndlisi Təqsirləndirilən şəxs2 (bundan sonra - Xəqani) göstərmiş, sonuncu ona “sənlik deyil, ver mənə” demişdir. Buna görə də iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin kütləni narkotik vasitə olmasını təxmin edib, tapdığı formada Xəqaniyə pay kimi vermiş, bunun müqabilində sonuncudan hər hansı məbləğdə pul almamışdır. İş üzrə müstəntiqə ilk dəfə bu məzmunda ifadə versə də, sonradan müstəntiq onu cinayət məsuliyyətindən azad ediləcəyi ilə aldadıb, guya onun həmin narkotik vasitəni Xəqaniyə satdığı barədə adından kompüterdə yazdığı ifadəyə imza etdirmiş, beləliklə də ifadəsini dəyişdirmişdir. Müstəntiqə ifadəsində narkotik vasitəni Xəqaniyə satdığını göstərərsə, cinayət məsuliyyətinə cəlb edilə biləcəyini deyəndə müstəntiq ona bu halda onun deyil, Xəqaninin Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə vəd vermişdir. İş üzrə 10 fevral 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla ifadəsi alınarkən müstəntiqin əvvəlcədən ona dediyi və əzbərlədiyi sözləri danışmışdır. Amma polis əməkdaşları ona zor tətbiq etməmişdir. İş üzrə ibtidai istintaq zamanı bütün hallarda müdafiəçisinin iştirakı ilə dindirilsə də və 15 may 2023-cü il tarixədək evində sərbəst yaşaması səbəbindən ibtidai istintaq orqanının təsiri altında olmasa da, müstəntiqin onu göstərdiyi formada aldatması barədə müdafiəçisinə, eləcə də hər hansı dövlət orqanına müraciət etməmişdir. Bunun səbəbini müstəntiqin ona verdiyi vədə inanması ilə izah edir. Göstərdiklərinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı 10 fevral 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla şahid və 24 mart 2023-cü il tarixdə hazırki müdafiəçisi olan Müdafiəçi3 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, həmçinin sonuncu ifadəsində ona qarşı Azərbaycan Respublikası 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmiş, Təqsirləndirilən şəxs2 (bundan sonra – Xəqani) ilə birlikdə qəbul etmişlər. 07 fevral 2023-cü il tarixdə Xəqani telefon danışığı zamanı ona tanışı üçün bir kibrit qutusu qurudulmuş marixuana əldə etmək lazım olduğunu demiş, buna görə də 3-4 gün əvvəl yaşadığı kənddə yerdən bir ədəd kibrit qutusunda tapdığı qurudulmuş marixuananı Xəqaniyə satmaq qərarına gəlib sonuncuya gəlib ondan narkotik vasitəni ala biləcəyini demişdir. Bundan sonra yaşadığı kəndin ərazisində yerləşən “Oba” marketin yanında bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı Xəqaniyə satmış, bunun müqabilində sonuncu ona 40 manat məbləğində pul vermişdir (İ cild, səh. 82-84, İİ cild, səh. 16). Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadələrində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək: - 13 iyun 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. ***-***-**-** mobil nömrə onun istifadəsində olmuşdur. 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs3 (bundan sonra – Səbuhi) 40 manat məbləğində pul verməklə bir ədəd kibrit qutusunda şəxsən istifadə etmək üçün aldığı, iş üzrə Təqsirləndirilən şəxs1 (bundan sonra – Xəyal) üzərindən aşkar edilmiş qurudulmuş marixuananı birdəfəlik istifadə miqdarında olan az hissəsini özünə götürüb, daha çox qalan hissəsini sonuncuya istəyinə əsasən pay kimi vermiş, bunun müqabilində Xəyaldan hər hansı məbləğdə pul almamışdır. Bundan əvvəl hər hansı şəxsə, o cümlədən Xəyala narkotik vasitəni pay kimi verməmişdir. Belə olan hallarda iş üzrə sonuncuya narkotik vasitəni pay kimi verməsinin səbəbini aralarında yaxşı münasibətin olması ilə izah edir. İbtidai istintaq zamanı Xəyalla üzləşdirilərkən sonuncu verdiyi ifadəsində iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni ondan pulla aldığını demiş, bu məzmunda ifadə verməsi ilə bağlı polis əməkdaşları Xəyala hər hansı formada qanunsuz təsir, o cümlədən zor tətbiq etməmişdir. İş üzrə ibtidai araşdırma zamanı bütün ifadələrini müdafiəçisinin iştirakı ilə vermiş, hər hansı polis əməkdaşı, həmçinin müstəntiq ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq etməmişdir. 09 fevral 2023-cü il tarixdə Füzuli RPŞ-də avtomobilinə baxış keçirilərkən oradan bir ədəd bükümdə aşkar edilmiş qurudulmuş marixuananı yaşadığı kəndin ərazisində yerdən tapmış, şəxsən istifadə etməsi üçün avtomobilində saxlamışdır. - 11 iyul 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində isə 13 iyun 2023-cü il tarixli məhkəmə iclasından fərqli olaraq göstərmişdir ki, 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs3 (bundan sonra – Səbuhi) ona bir ədəd kibrit qutusunda bitki mənşəli kütləni göstərib yerdən tapdığını demiş, o, Səbuhiyə həmin kütlənin narkotik olduğunu, “sənlik deyil, ver mənə” demişdir. Buna görə də sonuncu iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin kütləni ona pay kimi vermişdir. Bunun müqabilində o, Səbuhiyə hər hansı məbləğdə pul verməmişdir. 09 fevral 2023-cü il tarixdə Füzuli RPŞ-də olarkən polis əməkdaşları onu ayağına dubinka ilə bir neçə dəfə zərbələr vurmaqla iş üzrə Səbuhinin göstərdiyi narkotik vasitəni ona satdığı barədə ifadə verməyə məcbur etmiş və ona Səbuhinin verdiyi ifadəsində həmin narkotik vasitəni ona satmasını göstərdiyini demişlər. Bu səbəbdən məcburiyyət qarşısında qalıb ifadələrində Səbuhinin ona həmin narkotik vasitəni guya satdığını göstərmişdir. 10 fevral 2023-cü il tarixdə həbsdən azad edildikdən sonra tibbi müayinədən keçməmiş, iş üzrə ibtidai istintaq zamanı bütün hallarda müdafiəçisinin iştirakı ilə dindirilsə də və 15 may 2023-cü il tarixədək evində sərbəst yaşaması səbəbindən ibtidai istintaq orqanının təsiri altında olmasa da, polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətləri barədə müdafiəçisinə, hər hansı dövlət orqanına müraciət etməmişdir. Bunun səbəbini izah edə bilmir. Göstərdiklərinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 09 fevral 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində dindirilərkən və 10 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, həmçinin sonuncu ifadəsində ona qarşı Azərbaycan Respublikası 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib,: - 11 iyul 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq (13 iyun 2023-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi kimi), 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs3 bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı 40 manat məbləğində pul verməklə aldığını, - məhkəmə iclasında verdiyi ifadələrindən fərqli olaraq, həmin narkotik vasitəni 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs1 aldığı 70 manat məbləğində pul müqabilində satdığını göstərmişdir (İ cild, səh. 60, 61, 81). Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadələrində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, 3-5 gündənbir qurudulmuş marixuanadan istifadə etmişdir. 07 fevral 2023-cü il tarixdə saat 18 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən “Oba” marketin yanında Təqsirləndirilən şəxs2 (bundan sonra – Xəqani) ona istəyinə əsasən bir ədəd kibrit qutusunda qurudulmuş marixuananı pay kimi vermiş, bunun müqabilində Xəqaniyə hər hansı məbləğdə pul verməmişdir. Əvvəllər sonuncu ilə birlikdə narkotik vasitə qəbul etsə də, Xəqani ona narkotik vasitəni pay kimi verməmişdir. Belə olan halda, 07 fevral 2023-cü il tarixdə Xəqaninin ona narkotik vasitəni pay kimi verməsinin səbəbi barədə verilmiş suala cavab verə bilmir. Həmin narkotik vasitəni elektron tərəzidə çəkmədiyinə görə ümumi çəkisini dəqiq bilməmiş, satış deyil, şəxsi istifadəsinə asanlaşdırmaq məqsədi ilə əldə etmiş, on bir ədəd bükümlərə bölmüş, onun bir ədəd bükümündən şəxsən istifadə etdikdən sonra qalan on ədəd bükümlərini sabahı gün Ağcabədi rayonuna gedərkən yolüstü götürüb özü ilə aparmasını asanlaşdırmaq üçün yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən dəmir yolu relsinin altında gizlətmişdir. 08 fevral 2023-cü il tarixdə saat 19 radələrində həmin narkotik vasitəni gizlətdiyi yerdən götürüb əynində olmuş gödəkçənin sol yan cibinə qoymuş, tanışı ilə görüşmək üçün çayxanaya tərəf gedərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada müdafiəçisinin gəlməsinədək polis əməkdaşlarına üzərində olmuş qurudulmuş marixuanaları Xəqanidən pay kimi əldə etdiyini etiraf etmişdir. Emin adlı polis əməkdaşı onu sifət nahiyəsinə zərbə vurmaqla zor tətbiq edib üzərindəki narkotik vasitələri Xəqanidən 70 manat məbləğində pula alması barədə ifadə verməyə məcbur etdiyinə, ona əgər bu barədə ifadə verərsə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib həbs edilməyəcəyi barədə vəd verdiyinə və bu vədə inandığına görə polis əməkdaşı ilə razılaşmış, videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol yan cibində on ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı ona verilmiş müvafiq suallara cavab olaraq guya həmin kütlələri Xəqanidən pulla aldığını, polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkət etmədiyini demişdir. İş üzrə ibtidai istintaq zamanı bütün hallarda müdafiəçisinin iştirakı ilə dindirilsə də, polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətləri barədə müdafiəçisinə, eləcə də hər hansı dövlət orqanına müraciət etməmişdir. Bunun səbəbini polis əməkdaşlarından qorxması ilə izah edir. Göstərdiklərinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. İş üzrə müstəntiq ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq etməmişdir. Əgər 08 fevral 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi qurudulmuş marixuanaları Xəyaldan pulla almasını bildirməsini bundan əvvəl Emin adlı polis əməkdaşının ona bu barədə ifadə verməyə məcbur etmək məqsədilə zor tətbiq etməsi və həbs edilməyəcəyi barədə yalan vəd verməsi ilə izah edirsə, bu halların cinayət işi materiallarına əsasən 08 fevral 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində Xəyalın ona həmin narkotik vasitələri satmadığını, pay verdiyini göstərməsi, Xəyalın ona həmin narkotik vasitələri satmasını isə 09 fevral 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə Xəyalla üzləşdirilərkən verdiyi ifadəsində göstərməsindən ibarət işin faktiki halları ilə ziddiyyət təşkil etməsinin səbəbi barədə verilmiş suala cavab verə bilmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı hazırki müdafiəçisi olan Müdafiəçi2 iştirakı ilə 09 fevral 2023-cü il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən və 10 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində göstərmişdir ki, iş üzrə üzərindən on ədəd bükümlərdə aşkar edilmiş qurudulmuş marixuanaları qabaqcadan aralarında baş vermiş telefon danışığı zamanı əldə etdikləri razılığa əsasən Təqsirləndirilən şəxs2 verdiyi 70 manat məbləğində pula almışdır (İ cild, səh. 66, 67, 94, 95). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmələrini və barələrində ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində Füzuli RPŞnin əməkdaşları Şahid2, Şahid4, Şahid3 və Şahid5 ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olarkən əvvəllər barəsində narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatlarının daxil olduğu Təqsirləndirilən şəxs1 (bundan sonra – Xəyal) onları görüb özünü şübhəli apardığını və uzaqlaşmaq istədiyini hiss etdiklərinə görə Xəyalın üzərində narkotik vasitə olmasından şübhələnmişlər. Bu səbəbdən Xəyalı saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə Xəyalın üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki gödəkçənin sol yan cibində on ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Xəyal təhqiqatçının verdiyi suala cavab olaraq həmin kütlələri Beyləqan rayonu, Dünyamalılar kənd sakini olan “Xəqani” adlı şəxsdən pulla aldığını, müdafiəçisinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini sərbəst şəkildə demişdir. O və Füzuli RPŞ-nin hər hansı əməkdaşı Xəyala hər hansı səbəbdən qanunsuz təsir, o cümlədən zor tətbiq etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək, Təqsirləndirilən şəxs1 saxlanması və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı Şahid1 ilə eyni məzmunda göstərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkili Şahid2 və polis sahə nəfəri Şahid5 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək, Təqsirləndirilən şəxs1 saxlanması ilə bağlı Şahid1 ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni iş üzrə Təqsirləndirilən şəxs1 saxlanması barədə olan 08 fevral 2023-cü il tarixli raport, üzərinə şəxsi axtarış keçirilməsi barədə olan 08 fevral 2023-cü il tarixli protokol və ona əlavə edilmiş videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs1 saxlanması və üzərinə şəxsi axtarışın keçirilməsi əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələri və ibtidai istintaq zamanı 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdikləri məzmunda baş verdiyi, xüsusilə də sonuncunun üzərinə hazırki müdafiəçisi Müdafiəçi2 iştirakı ilə şəxsi axtarış keçirilərkən təhqiqatçının verdiyi müvafiq suala cavab olaraq üzərindən on ədəd bükümlərdə aşkar edilmiş qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 pulla aldığını, müdafiəçisinin verdiyi suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini sərbəst şəkildə dediyi müəyyən edilir (İ cild, səh. 3, 22-24). - Məhkəmə-bioloji ekspertizasının 09 fevral 2023-cü il tarixli, 18/151 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 ...” sözləri yazılmış kağız paketdəki on ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,71 qram, 0,72 qram, 0,73 qram, 0,76 qram, 1,01 qram, 1,21 qram, 1,37 qram, 1,81 qram və 2,88 qram olmaqla, ümumi təmiz çəkisi 11,80 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 11,6 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (İ cild, səh. 35, 36). - “Avtomobilə baxış keçirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokol, ona əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ford” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən salondan bir ədəd bükümdə aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılıb götürülmüşdür (İ cild, 55-57). - Məhkəmə-bioloji ekspertizasının 10 fevral 2023-cü il tarixli, 18/153 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 avtomobilindən ...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,47 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 0,45 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (İ cild, səh. 69, 70). - “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş, təmiz çəkisi 0,47 qram təşkil edən qurudulmuş marixuanaya münasibətdə niyyətinin şəxsən istifadə etmək olması və həmin kütlənin şəxsi istehak miqdarından artıq olmaması barədə nəticəyə gəlməklə, sonuncu barəsində cinayət təqibinin başlanmasını rədd etmişdir (İİ cild, səh. 52-63). - Füzuli Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 5(064)-15/2023 nömrəli qərarı əsasında "xxxx" MMC-nin 06 mart 2023-cü il tarixli, 5035 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq istifadələrində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələr arasında 07 fevral 2023-ci il tarixdə saat 18:07 və 18:09-da telefon danışıqları olmuşdur (İ cild, səh. 157, 178-214). - Məhkəmə-narkoloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 1381 nömrəli və 05 aprel 2023-cü il tarixli, 1901 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər kannabinoidlərdən periodik istifadə etmə halı olsa da, narkomaniya xəstəliyinin əlamətlərinin olmadığı, onların narkomaniya xəstəliyindən əzab çəkmədikləri, narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olmadığı müəyyən edilmiş, onların ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülmüşdür (İİ cild, səh. 29, 30, 36, 37). - Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli, 1332 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 31, 32). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə və satma, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, Təqsirləndirilən şəxs1 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə ittiham irəli sürülmüşdür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının aşağı həddi isə 500,0 qramdır. Cinayət işi materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində özlərini müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuananı müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satmadıqları, pay verdikləri, əlavə olaraq, Təqsirləndirilən şəxs3 müstəntiqin ona cinayət məsuliyyətindən azad ediləcəyi barədə verdiyi yalan vədə inanması səbəbindən qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2, sonuncu isə 11 iyul 2023-cü il tarixli ifadəsində polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən qurudulmuş marixuananı Təqsirləndirilən şəxs3 pulla aldığı, Təqsirləndirilən şəxs1 ibidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş qurudulmuş marixuanaları şəxsən istifadə etməsi məqsədilə əldə etməsi və bükümlərə bölməsi, əlavə olaraq məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə həmin qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 pulla almadığı, pay kimi əldə etdiyi və polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən həmin kütlələri Təqsirləndirilən şəxs1 pulla aldığı barədə özlərini və biri-birilərini müdafiə etmək üçün dəlillər irəli sürmüşlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki,: - təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPMin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. - CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. - Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə verdikləri ifadələrini məhkəmə istintaqı zamanı dəyişdirmələrinin səbəblərini, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsində tam etirafedici ifadələr vermələri ilə bağlı polis əməkdaşları tərəfindən onlara qarşı qanunsuz təsir göstərilməsi barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələrini cinayət işi materialları əsasında araşdıraraq qeyd edir ki, təqsirləndirilən şəxslərin hər üçü məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri kimi, ibtidai araşdırma zamanı bütün hallarda müdafiəçilərinin (Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda müdafiəçiləri eyni olmuşdur) iştirakı ilə dindirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilməsini göstərməmiş, bununla bağlı sərbəst qaydada müraciət etmək imkanları olduğu halda (xüsusilə də, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirlərinin seçilməsi nəzərə alınaraq), müdafiəçilərinə və səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, eləcə də məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Eləcə də, təqsirləndirilən şəxslərin hər üçünün müdafiəçisi və ya yaxın qohumları polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Xüsusilə də, təqsirləndirilən şəxslərin hər üçü və onların müdafiəçiləri cinayət işi materialları ilə tanış olma mərhələsində də təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı hər hansı vəsatət verməməklə həmin ittihamları ümumiyyətlə mübahisələndirməmiş, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı qanunsuz hərəkət, o cümlədən zor tətbiq edilməsini göstərməmişlər. Beləliklə də, təqsirləndirilən şəxslər özlərini və biri-birilərini müdafiə etmək üçün məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri dəlilləri iş üzrə məhkəməyədək icraat dövründə irəli sürməmişlər (İİ cild, səh. 68, 72, 73). Əksinə, Təqsirləndirilən şəxs1 videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatında ona qarşı, Təqsirləndirilən şəxs2 isə 13 iyun 2023cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində ona və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1lə üzləşdirilərkən sonuncuya qarşı polis əməkdaşları tərəfindən hər hansı formada qanunsuz təsir, o cümlədən zor tətbiq edilmədiyini göstərmişlər. Həmçinin, təqsirləndirilən şəxslərin hər üçü və onların müdafiəçiləri məhkəməyə təqsirləndirilən şəxslərə qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə bağlı hər hansı sübut növü təqdim etməmişlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə baxışında hər üç təqsirləndirilən şəxsin irəli sürdüyü, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddialar özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bu səbəbdən məhkəmə istintaqı zamanı hər üç təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşları tərəfindən onlara tam etirafedici ifadələr vermələri üçün fiziki və psixi zorakılığın tətbiq edilməsi barədə özlərini və biri-birilərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri, yuxarıda məhkəmə istintaqı zamanı elan edildiyi göstərilmiş ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirmələrinə, həmin ifadələrin işin faktiki hallarına uyğun olmasına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə, həmçinin onlarla ziddiyyət təşkil etməyən hissələrdə məhkəmə istintaqı zamanı verdikləri ifadələrini iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, hər üç təqsirləndirilən şəxsin məhkəmə istintaqı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin özlərini və biri-birilərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olan hissələrini onların Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verdikləri ifadələri kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmənin müəyyən etdiyi ictimai təhlükəli hərəkətləri törətmələri onların müvafiq əməllərində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə bu barədə nəticəyə gələrkən, Təqsirləndirilən şəxs1 məhkəmə-narkoloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 1381 nömrəli rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkmədiyi halda, ümumi təmiz çəkisi 11,80 qram təşkil edən qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 0,60 qram, 0,71 qram, 0,72 qram, 0,73 qram, 0,76 qram, 1,01 qram, 1,21 qram, 1,37 qram, 1,81 qram və 2,88 qram olmaqla, əksəriyyəti birdəfəlik istifadə miqdarından və bir-birindən fərqli çəkilərdə olan on ədəd bükümlərə bölməsinə görə məhkəmənin müəyyən etdiyi ictimai təhlükəli hərəkətləri göstərilən kütlələri satmaq məqsədi ilə etdiyini, həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində əvvəllər ona Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olduğunu göstərməsini də xüsusilə nəzərə alır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrinin yuxarıda göstərilmiş qaydada sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Şahid2, Şahid3, Şahid2 və Şahid5 şahid qismində verdikləri ifadələri, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş diksin yaddaşına yazılmış videogörüntü, məhkəmə-bioloji ekspertizasının 09 fevral 2023-cü il tarixli, 18/151 nömrəli rəyi, "xxxx" MMC-nin 06 mart 2023-cü il tarixli, 5035 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 07 mart 2023-cü il tarixli protokol, məhkəmə-narkoloji ekspertizasının 10 mart 2023-cü il tarixli, 1381 nömrəli və 05 aprel 2023-cü il tarixli, 1901 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın ümumi qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (İ cild, səh. 166, 168, 169). - Beyləqan RİHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli arayışlar və xasiyyətnamələr, AZ-İ seriyalı, 967785 və 754277 nömrəli “Nikah haqqında şəhadətnamə”lər, AZE seriyalı, 11698183 nömrəli və AA seriyalı, ******* nömrəli, AZE seriyalı, 11698850 və 11698954 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən müvafiq olaraq görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 evlidir, onların hər birinin himayəsində iki nəfər azyaşlı uşaqları var, onlar yaşayış yeri üzrə normal xarakterizə edilmişlər (İ cild, səh. 142-152). - Füzuli RİHB-nın Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 154, 155). Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-ci maddəsinə, ibtidai araşdırma zamanı verdikləri ilkin izahat və ifadələri əsasında Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs2, sonuncunun isə törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs3 ifşa etməsini həmin Məcəllənin 59.1.10-cu maddəsinə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmaması, sonuncunun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq olaraq cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağının olması və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağının olması, törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs3 ifşa etməsi və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini xarakterizə edən halları, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs2 ifşa etməsi və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilinməli olduqları Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. İş üzrə cəza təyini zamanı Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə ilə yanaşı, ondan daha ictimai təhlükəli olan satma, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə yanaşı, onlardan daha ictimai təhlükəli olan satma əməlinə görə təqsirli bilinməli olduqlarına, Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq narkotik vasitəni satma əməlinə görə deyil, ondan daha az ictimai təhlükəli olan satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma əməlinə görə təqsirli bilinməli olduğuna və onlara cəza təyin edilərkən nəzərə alınan hallara, xüsusilə də onların cəzalarını yüngülləşdirən halların dairəsinə əsaslanaraq, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs3 3 (üç) il 6 (altı) ay müddətə, Təqsirləndirilən şəxs1 3 (üç) il 3 (üç) ay müddətə, Təqsirləndirilən şəxs2 isə cəzasını yüngülləşdirən halların dairəsinə Təqsirləndirilən şəxs3 fərqli olaraq, törətdiyi cinayət əməlinə görə sonuncunu ifşa etməsi və Təqsirləndirilən şəxs1 fərqli olaraq, himayəsində iki nəfər azyaşlı uşağının olması daxil olduğuna görə sonuncu ilə eyni, yəni 3 (üç) il 3 (üç) ay müddətə təyin edilməsi Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.2.2, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Füzuli Rayon Məhkəməsinin müvafiq tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçildiyi 15 may 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı barəsində Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şübhəli şəxs qismində tutulma tarixinə uyğun olaraq hesablanmağa başladığı 09 fevral 2023-cü il tarixdən (həmin məhkəmənin 15 may 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir), Təqsirləndirilən şəxs1 isə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Füzuli Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin şübhəli şəxs qismində tutulma tarixinə uyğun olaraq hesablanmağa başladığı 08 fevral 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı onun 24 mart 2023-cü il tarixdə ittiham elan edilməsi məqsədilə tutulduğu 1 (bir) gün müddət nəzərə alınmalı, hər üç təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli, 1332 nömrəli, 10 mart 2023cü il tarixli, 1381 nömrəli və 05 aprel 2023-cü il tarixli, 1901 nömrəli rəyləri nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə məhkəmə-bioloji ekspertizasının 09 fevral 2023-cü il tarixli, 18/151 nömrəli rəyi üzrə ekspertiza xərci hər üç təqsirləndirilən şəxs arasında bərabər qaydada bölünməklə, məhkəmə-bioloji ekspertizasının 10 fevral 2023-cü il tarixli, 18/153 nömrəli rəyi üzrə ekspertiza xərci isə yalnız Təqsirləndirilən şəxs2 tutulmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 16,5 manat, Təqsirləndirilən şəxs2 isə 66,24 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, məhkəmə-bioloji ekspertizasının 09 fevral 2023-cü il tarixli, 18/151 nömrəli rəyi üzrə 11,6 qram və 10 fevral 2023-cü il tarixli, 18/153 nömrəli rəyi üzrə 0,45 qram olmaqla, ümumi qalıq çəkisi 12,05 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344- 349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 24 mart 2023-cü il tarixdə ittiham elan edilməsi məqsədilə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçildiyi 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ev dustaqlığı və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsınlar. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 16,5 manat, Təqsirləndirilən şəxs2 66,24 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 12,05 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-30/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-30/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver