Məhkəmə qərarları › İş №1(064)-30/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-30/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-30/2024 12.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə gizli talayıb oğurlamaq məqsədilə 19 may 2023-cü il tarixdə, səhər saatlarında Füzuli rayonu, Horadiz şəhərində tanışı Zərərçəkmiş şəxs4 xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (bundan sonra FİN kod) istintaqa məlum olmayan şəraitdə əldə etdikdən sonra özünün istifadəsində olan mobil telefonun “Google” internet axtarış sistemində “online kredit” sözlərini daxil edərək axtarış etdikdən sonra "xxxx" ASC-nin “https://www.kapitalbank.az” elektron ünvanına daxil olmuş, daha sonra həmin elektron ünvanda yeni açılmış mobil nömrə səhifəsinə öz mobil nömrəsini daxil edərək yeni açılan “Fin kod” bölməsinə Zərərçəkmiş şəxs4 şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil edərək onun adına kredit sifariş vermiş və bundan sonra açılmış telefon nömrəsi tələb olunan xanalara istifadəsindəki mobil nömrələrini daxil edərək üztanıma mərhələsində Zərərçəkmiş şəxs4 video görüntüsünü telefonu koda qoymaq adı ilə skan edib məlumatı və razılığı olmadan sonuncunun adına 9890 (doqquz min səkkiz yüz doxsan) manat pulu kredit olaraq rəsmiləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs4 bank qarşısında cəmi 9890 (doqquz min səkkiz yüz doxsan) manat məbləğində mülki hüquqi öhdəliyinin yaranmasına səbəb olduğundan Zərərçəkmiş şəxs4 əmlakı hesab olunan xeyli miqdarda olmaqla cəmi 9890 (doqquz min səkkiz yüz doxsan) pulu gizli olaraq özünə məxsus həmin bankdan olan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün kart nömrəsini yeni açılmış xanaya daxil edərək bank tərəfindən sonuncunun adına verilən pulu istifadəsində olan kart hesabına köçürməklə nağdlaşdırıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş və bununla da elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda olmaqla cəmi 9890 (doqquz min səkkiz yüz doxsan) manat məbləğində pulunu gizli yolla talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə gizli talayıb oğurlamaq məqsədilə 30 may 2023-cü il tarixdə, günorta saatlarında Füzuli rayonu, Horadiz şəhərində tanışı Zərərçəkmiş şəxs3 xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (bundan sonra FİN kod) istintaqa məlum olmayan şəraitdə əldə etdikdən sonra özünün istifadəsində olan mobil telefonun “Google” internet axtarış sistemində “online kredit” sözlərini daxil edərək axtarış etdikdən sonra "xxxx" ASC-nin “https://www.kapitalbank.az” elektron ünvanına daxil olmuş, daha sonra həmin elektron ünvanda yeni açılmış mobil nömrə səhifəsinə öz mobil nömrəsini daxil edərək yeni açılan “Fin kod” bölməsinə Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil edərək onun adına kredit sifariş vermiş və bundan sonra açılmış telefon nömrəsi tələb olunan xanalara istifadəsindəki mobil nömrələrini daxil edərək üztanıma mərhələsində Zərərçəkmiş şəxs3 video görüntüsünü telefona artıq mesajların gəlməməsinə görə koda qoymaq adı ilə skan edib məlumatı və razılığı olmadan sonuncunun adına 840 (səkkiz yüz qırx) manat pulu kredit olaraq rəsmiləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs3 bank qarşısında cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində mülki hüquqi öhdəliyinin yaranmasına səbəb olduğundan Zərərçəkmiş şəxs3 əmlakı hesab olunan cəmi 840 (səkkiz yüz qırx) manat pulu gizli olaraq özünə məxsus həmin bankdan olan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün kart nömrəsini yeni açılmış xanaya daxil edərək bank tərəfindən sonuncunun adına verilən pulu istifadəsində olan kart hesabına köçürməklə nağdlaşdırıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş və bununla da təkrarən elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs3 cəmi 840 (səkkiz yüz qırx) manat pulunu gizli yolla talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə gizli talayıb oğurlamaq məqsədilə 05 iyun 2023-cü il tarixdə, günorta saatlarında Zəngilan rayonunda Zərərçəkmiş şəxs1 xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (bundan sonra FİN kod) istintaqa məlum olmayan şəraitdə əldə etdikdən sonra özünün istifadəsində olan mobil telefonun “Google” internet axtarış sistemində “online kredit” sözlərini daxil edərək axtarış etdikdən sonra "xxxx" ASC-nin “https://www.kapitalbank.az” elektron ünvanına daxil olmuş, daha sonra həmin elektron ünvanda yeni açılmış mobil nömrə səhifəsinə öz mobil nömrəsini daxil edərək yeni açılan “Fin kod” bölməsinə Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil etməklə onun adına kredit sifariş vermiş və bundan sonra açılmış telefon nömrəsi tələb olunan xanalara istifadəsindəki mobil nömrələrini daxil edərək üztanıma mərhələsində Zərərçəkmiş şəxs1 video görüntüsünü portal icazəsini yoxlamaq adı ilə skan edib məlumatı və razılığı olmadan sonuncunun adına 2000 (iki min) manat pulu kredit olaraq rəsmiləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 bank qarşısında cəmi 2000 (iki min) manat məbləğində mülki hüquqi öhdəliyinin yaranmasına səbəb olduğundan Zərərçəkmiş şəxs1 əmlakı hesab olunan cəmi 2000 (iki min) manat pulu gizli olaraq özünə məxsus həmin bankdan olan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün kart nömrəsini yeni açılmış xanaya daxil edərək bank tərəfindən sonuncunun adına verilən pulu istifadəsində olan kart hesabına köçürməklə nağdlaşdırıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş və bununla da təkrarən elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs1 cəmi 2000 (iki min) manat pulunu gizli yolla talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə gizli talayıb oğurlamaq məqsədilə 07 iyun 2023-cü il tarixdə, günorta saatlarında Zəngilan rayonunda tanışı Zərərçəkmiş şəxs2 xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (bundan sonra FİN kod) istintaqa məlum olmayan şəraitdə əldə etdikdən sonra özünün istifadəsində olan mobil telefonun “Google” internet axtarış sistemində “online kredit” sözlərini daxil edərək axtarış etdikdən sonra "xxxx" ASCnin “https://www.kapitalbank.az” elektron ünvanına daxil olmuş, daha sonra həmin elektron ünvanda yeni açılmış mobil nömrə səhifəsinə öz mobil nömrəsini daxil edərək yeni açılan “Fin kod” bölməsinə Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil edib onun adına kredit sifariş vermiş və bundan sonra açılmış telefon nömrəsi tələb olunan xanalara istifadəsindəki mobil nömrələrini daxil edərək üztanıma mərhələsində Zərərçəkmiş şəxs2 video görüntüsünü şəkil çəkmək adı ilə skan edib məlumatı və razılığı olmadan sonuncunun adına 2425 (iki min dörd yüz iyirmi beş) manat pulu kredit olaraq rəsmiləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 bank qarşısında cəmi 2425 (iki min dörd yüz iyirmi beş) məbləğində mülki hüquqi öhdəliyinin yaranmasına səbəb olduğundan Zərərçəkmiş şəxs2 əmlakı hesab olunan cəmi 2425 (iki min dörd yüz iyirmi beş) manat pulu gizli olaraq özünə məxsus həmin bankdan olan elektron məlumat daşıyıcısı hesab olunan 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün kart nömrəsini yeni açılmış xanaya daxil edərək bank tərəfindən sonuncunun adına verilən pulu istifadəsində olan kart hesabına köçürməklə nağdlaşdırıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş və bununla da təkrarən elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs2 cəmi 2425 (iki min dörd yüz iyirmi beş) manat pulunu gizli yolla talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə gizli talayıb oğurlamaq məqsədilə 09 iyun 2023-cü il tarixdə, günorta saatlarında Zəngilan rayonunda olan zaman Zərərçəkmiş şəxs6 xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (bundan sonra FİN kod) istintaqa məlum olmayan şəraitdə əldə etdikdən sonra özünün istifadəsində olan mobil telefonun “Google” internet axtarış sistemində “online kredit” sözlərini daxil edərək axtarış etdikdən sonra "xxxx" ASC-nin “https://www.kapitalbank.az” elektron ünvanına daxil olmuş, daha sonra həmin elektron ünvanda yeni açılmış mobil nömrə səhifəsinə öz mobil nömrəsini daxil edərək yeni açılan “Fin kod” bölməsinə Zərərçəkmiş şəxs6 şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil edərək onun adına kredit sifariş vermiş və bundan sonra açılmış telefon nömrəsi tələb olunan xanalara istifadəsindəki mobil nömrələrini daxil edərək üztanıma mərhələsində Zərərçəkmiş şəxs6 video görüntüsünü portal icazəsini yoxlamaq adı ilə skan edib məlumatı və razılığı olmadan sonuncunun adına 4990 (dörd min doqquz yüz doxsan) manat pulu kredit olaraq rəsmiləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs6 bank qarşısında cəmi 4990 (dörd min doqquz yüz doxsan) məbləğində mülki hüquqi öhdəliyinin yaranmasına səbəb olduğundan Zərərçəkmiş şəxs6 əmlakı hesab olunan cəmi 4990 (dörd min doqquz yüz doxsan) manat pulu gizli olaraq özünə məxsus həmin bankdan olan elektron məlumat daşıyıcısı hesab 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün kart nömrəsini yeni açılmış xanaya daxil edərək bank tərəfindən sonuncunun adına verilən pulu istifadəsində olan kart hesabına köçürməklə nağdlaşdırıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş və bununla da təkrarən elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs6 cəmi 4990 (dörd min doqquz yüz doxsan) manat pulunu gizli yolla talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə gizli talayıb oğurlamaq məqsədilə 08 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Füzuli rayonu, Horadiz şəhərində birlikdə yaşadığı Zərərçəkmiş şəxs5 xəbəri olmadan sonuncunun şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (bundan sonra FİN kod) istintaqa məlum olmayan şəraitdə əldə etdikdən sonra özünün istifadəsində olan mobil telefonun “Google” internet axtarış sistemində “online kredit” sözlərini daxil edərək axtarış etdikdən sonra "xxxx" ASC-nin “https://www.kapitalbank.az” elektron ünvanına daxil olmuş, daha sonra həmin elektron ünvanda yeni açılmış mobil nömrə səhifəsinə öz mobil nömrəsini daxil edərək yeni açılan “Fin kod” bölməsinə Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil edərək onun adına kredit sifariş vermiş və bundan sonra açılmış telefon nömrəsi tələb olunan xanalara istifadəsindəki mobil nömrələrini daxil edərək üztanıma mərhələsində Zərərçəkmiş şəxs5 video görüntüsünü mobil telefonuna “Bir bank” mobil tətbiqi yükləmək adı ilə skan edib məlumatı və razılığı olmadan sonuncunun adına vahid niyyətlə iki dəfəyə olmaqla 100 ( bir yüz) və 1859 (min səkkiz yüz əlli doqquz) manat, cəmi 1959 (min doqquz yüz əlli doqquz) manat pulu kredit olaraq rəsmiləşdirmiş, bundan sonra Zərərçəkmiş şəxs5 bank qarşısında cəmi 1959 (min doqquz yüz əlli doqquz) məbləğində mülki hüquqi öhdəliyinin yaranmasına səbəb olduğundan Zərərçəkmiş şəxs5 əmlakı hesab olunan cəmi 1959 (min doqquz yüz əlli doqquz) manat pulu gizli olaraq özünə məxsus həmin bankdan olan elektron məlumat daşıyıcısı hesab 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün kart nömrəsini yeni açılmış xanaya daxil edərək bank tərəfindən sonuncunun adına verilən pulu istifadəsində olan kart hesabına köçürməklə nağdlaşdırıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş və bununla da təkrarən elektron məlumat daşıyıcılarından istifadə edərək Zərərçəkmiş şəxs5 cəmi 1959 (min doqquz yüz əlli doqquz) manat pulunu gizli yolla talayıb oğurlamışdır. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 2021-ci ilin avqust ayının 30-dan 2023-cü ilin iyul ayına qədər olan müddət ərzində ANAMA Minatəmizləmə agentliyinin Zəngilan regional mərkəzində minaaxtaran vəzifəsində işləmişdir. Həmin vəzifədə işi ərazilərdə minaları axtarıb tapmaqdan ibarət olmuşdur. Həmçinin, işğaldan azad olunmuş ərazilərə gələn şəxslərin gəzintisində onların təhlükəsiz ərazilərə getmələrinə köməklik göstərərək nəzarət etmişdir. Bir dəfə öz adına Kapitalbank ASC-dən online kredit götürdüyü üçün hansı formada online kredit götürülməsini bilmişdir. Maddi vəziyyətinin aşağı olması və borclarının olması səbəbindən 2023-cü ilin may ayından etibarən başqa şəxslərin adına onlayn qaydada Kapital Bankdan kredit götürərək öz adına rəsmiləşdirmişdir. Pulunu ələ keçirdiyi ilk şəxs Anama agentliyində iş yoldaşı olmuş Zərərçəkmiş şəxs4 olmuşdur. Cəlilin adına götürdüyü krediti 19 may 2023-cü il tarixdə, səhər saatlarına Füzuli rayonundan Zəngilan rayonuna işə gedən zaman Horadiz şəhərində Anama agentliyinə məxsus xidməti avtomobildə rəsmiləşdirmiş, belə ki, avtomobildə gedən zaman pula ehtiyacı olduğu üçün və öz adında kredit olduğu, yeni kredit verilmədiyi üçün yanında yatmış olan Zərərçəkmiş şəxs4 adına kredit götürmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs4la kursda bir yerdə olan zaman Cəlilin vəsiqə məlumatları onda olmuşdur. Özünün istifadəsində olan mobil telefonunun “Google” internet axtarış sistemində “online kredit” sözlərini yazmış və daha sonra "xxxx"-ın “https://www.kapitalbank.az” elektron ünvanına girmiş, sonra orada yeni açılmış mobil nömrə səhifəsinə özünün həmin vaxt istifadə etdiyi mobil nömrəni daxil etmiş və yeni açılan “Fin kod” bölməsinə Cəlilin şəxsiyyət vəsiqəsinin “fin kodu”nu daxil edərək onun adına kredit sifariş vermiş, daha sonra isə açılmış bölmədə telefon nömrəsi tələb olunan yerlərdə istifadəsində olmuş və həmin vaxt istifadə etmədiyi müxtəlif mobil nömrələri yazmışdır. Həmin vaxt Cəlilin adına 10000 (on min) manat kredit verilməsinin mümkün olduğunu görüb həmin məbləğdə kredit sifariş vermişdir. Kreditin rəsmiləşdirilməsi üçün üztanıma istənilmiş və Cəlili yuxudan oyadıb telefonu koda qoymağı üçün telefonun ekranına baxmağını deməsinə görə Cəlil telefonun ekranına baxdıqdan sonra kredit rəsmiləşmiş, bundan sonra qeyd olunan məbləği özünə məxsus “Kapitalbank”dan olan 4169 7388 1094 9343 nömrəli kart hesabına köçürmək üçün həmin kart nömrəsini yeni açılmış yerə yazmış və bankdan Cəlilin adına verilən pulu istifadəsində və adına qeydiyyatda olan yuxarıda göstərdiyi kart hesabına köçürtmüşdür. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Horadiz şəhərində xalası nəvəsinin toyuna çağrılmışdır. Həmin toya atası, anası, bacısı da dəvət olunmuş və toya yazdırmağa pulu olmadığı üçün onunla birlikdə işləyən və qohumu olan Zərərçəkmiş şəxs3 də toya gəlmişdir. Həmin gün, günorta saatlarında Şakirin vəsiqəsinin yeni nəsil vəsiqə olduğunu və sürücülük vəsiqəsinə oxşadığını deyib baxmış, vəsiqəyə baxan zaman vəsiqənin FİN kodunu yadda saxlayıb onun adına öz telefonu ilə Cəlilin adına kredit götürdüyü üsulla kredit sifariş vermiş, 840 manat pul kredit verilə biləcəyini görüb Şakirə sosial şəbəkədə artıq mesajların gəlməməyi üçün telefona ikinci koda qoymaq lazım olduğunu deyib ekrana baxmasını istəmiş, Şakir ekrana baxdıqdan sonra kredit rəsmiləşmiş, yenə də həmin pulu öz adında və istifadəsində olan 4169 7388 1094 9343 nömrəli kart hesabına yükləmiş, pulu Füzuli rayonu, Horadiz şəhərində nağdlaşdıraraq toyda xərcləmişdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Zəngilan rayonuna qonaq gəlmiş Zərərçəkmiş şəxs1 və ailəsini mina təhlükəsizliyini təmin etmək üçün Anama agentliyindən həmin şəxsə nəzarətçi təyin olunmuşdur. Onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs5 əməliyyat olunmasına görə təcili pul lazım olduğu üçün Ağaların adına kredit götürmək qərarına gəlmiş və Zəngilan rayonu, Baharlı kəndində, Baharlı çayının yaxınlığında Ağalara yaxınlaşıb portalda adlarının olub-olmamasını yoxlamaq üçün vəsiqə məlumatlarını və üztanımanı həyata keçirmiş, 2000 manat pul rəsmiləşdirib eyni qayda ilə həmin pulu öz kartına yükləmiş, sonra 1000 manat pulu Zəngilan rayonu, Ağalı kəndində bankomatdan nağdlaşdırmış, qalan pulu isə həkimin kartına yükləmişdir. 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, yenə də günorta saatlarında Zəngilan rayonuna qonaq gəlmiş Zərərçəkmiş şəxs2la Zəngilan rayonunda olarkən ona şəkil çəkmək adı ilə telefona baxmasını bildirmiş və həmin vaxt Səlcuqun videogörüntüsünü çəkərək sonuncunun adına 2425 manat kredit rəsmiləşdirib həmin pulu da öz kart hesabına köçürdərək pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. xx.xx.2023-cü il tarixdə Zəngilan rayonuna gəlmiş qonaqlara yenidən mina təhlükəsizliyi üçün təyin olunmuşdur. Həmin gün, günorta saatlarında Zəngilan rayonunda olan zaman Zərərçəkmiş şəxs6 vəsiqəsini portal icazəsi olubolmaması adı ilə götürmüş və FİN kodu ilə kredit sifariş vermiş, kredit sifariş verən zaman 17.000 manat kredit verilə biləcəyini görmüş və özünə lazım olan 4990 manat məbləğində kredit sifariş verib, daha sonra portal icazəsini yoxladığını deyib telefona baxmağını istəmiş, Zərərçəkmiş şəxs6 telefona baxdıqdan sonra kredit rəsmiləşmişdir. Yenə də eyni qaydada həmin pulu öz kartına köçürtmüşdür. Daha sonra borcları olduğu üçün həmin 4990 manatı kreditinə və borclarına ödəmişdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Füzuli rayonu, Horadiz şəhərində yerləşən evdə olan zaman qeyri- rəsmi birlikdə yaşadığı Zərərçəkmiş şəxs5 məlumatlarını Kapital Bankın veb saytına daxil edib onun adına 1859 manat kredit sifariş vermiş, daha sonra telefonu Gülnara tərəf tutub dövlətdən aldığı təqaüdü hər dəfə balansına köçməyi üçün birbank proqramı yüklədiyini deyib telefonu Gülnarın üzünə tutmuşdur. Gülnar ekrana baxdıqdan sonra kredit rəsmiləşmiş, daha sonra Füzuli rayonunda evdə olan zaman telefona SMS gələrək pulun kart hesabına köçməsi barədə məlumat verilmiş, Füzuli rayonu, Horadiz şəhərində yerləşən Kapital Banka məxsus bankomata yaxınlaşıb pulu oradan nağdlaşdıraraq çıxartmış və həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Cinayət prosessi iştirakçılarının razılığı ilə iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 və şahid qismində tanınaraq dindirilmiş Şahid Təbriz oğlunun verdiyi ifadələr məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmişdir. Həmçinin yuxarıda göstərilən zərər çəkmiş şəxslər məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Cinayət işinə əlavə edilmiş: “Diskə baxış keçirilməsi haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş diskə daxil olduqda ilk öncə “Zengilan RPS” adlı bloknot tipli faylın olması aşkar edildi. Bundan sonra isə həmin fayla daxil olduqda “X2 qizi” adlı fayl açıldı, həmin fayla daxil olduqda “xx.xx.2023” və “xx.xx.2023 4+7349-100 AZN” adlı faylların olması müəyyən olundu. Həmin fayllardan ilk öncə “xx.xx.2023” adlı fayla daxil olduqda həmin faylın içində “-200” və “-300” adlı iki ədəd faylın olması müəyyən olundu, daha sonra “- 200” adlı fayla daxil olduqda həmin faylın içində 22 ədəd fotoşəkil olması aşkar olundu. Qeyd olunan fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:58:34-də ATM: A0140037 nömrəli bankomat vasitəsilə pul çıxartması müəyyən olundu. Bundan sonra “-300” adlı fayla daxil olduqda həmin faylın içində 12 ədəd fotoşəkil olması aşkar olundu. Qeyd olunan fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:53:53-də ATM: A0140044 nömrəli bankomat vasitəsilə pul çıxartması müəyyən olundu. Bundan sonra “xx.xx.2023 4+7349-100 AZN” adlı fayla daxil olduqda həmin faylın içində 17 ədəd fotoşəkil olması aşkar olundu. Qeyd olunan fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə, saat 14:44:12-də ATM: A0100191 nömrəli bankomat vasitəsilə pul çıxartmaları müəyyən olunmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə foto və videoçəkiliş olmaqla ümumilikdə 21 ədəd fayl vardır. “1BBARY4Y” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 10 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun 1-ci saniyəsində Təqsirləndirilən şəxs görüntüsü əks olunur, digər saniyələrdə isə Zərərçəkmiş şəxs2 görüntüsünün olması müəyyən olundu. Həmin vidoçəkilişdə mobil telefonu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzünə tutaraq video çəkməsi müəyyən olundu. “xxxxxxx” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 09 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun 1-ci saniyəsində Təqsirləndirilən şəxs görüntüsü əks olunur, digər saniyələrdə isə Zərərçəkmiş şəxs1 görüntüsünün olması müəyyən olundu. Həmin videoçəkilişdə mobil telefonu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 üzünə tutaraq video çəkməsi müəyyən olundu. “xxxxxxx” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 09 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun 1-ci saniyəsində Təqsirləndirilən şəxs görüntüsü əks olunur, digər saniyələrdə isə Zərərçəkmiş şəxs6 görüntüsünün olması müəyyən olundu. Həmin videoçəkilişdə mobil telefonu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 üzünə tutaraq video çəkməsi müəyyən olundu.“xxxxxxx” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 09 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun Zərərçəkmiş şəxs5 görüntüsünün olması müəyyən olundu. Həmin videoçəkilişdə Təqsirləndirilən şəxs aşağı səslə, yəni pıçıltı ilə Zərərçəkmiş şəxs5 söz deməsi müəyyən olundu. “xxxxxxx” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 09 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun 1-ci saniyəsində Təqsirləndirilən şəxs görüntüsü əks olunur, digər saniyələrdə isə Zərərçəkmiş şəxs4 görüntüsünün olması müəyyən olundu. Həmin videoçəkilişdə mobil telefonu Təqsirləndirilən şəxs Ehtibar Qurbanovun üzünə tutaraq video çəkməsi müəyyən olundu.“xxxxxxx” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 09 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun 1-ci saniyəsində Təqsirləndirilən şəxs görüntüsü əks olunur, digər saniyələrdə isə Zərərçəkmiş şəxs3 görüntüsünün olması müəyyən olundu. Həmin videoçəkilişdə mobil telefonu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üzünə tutaraq video çəkməsi müəyyən olundu. Digər fayllarda isə həmin şəxslərə məxsus videoçəkilişlərdə qeydə alınmış fotoşəkillərin olması müəyyən olundu. “Diskə baxış keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə “2023-09-08T11-40 gtk tesdiq 99.3” adlı fayla baxış keçirmək üçün həmin fayla daxil olduqda həmin faylın içində 09 saniyədən ibarət video olması müəyyən olundu. Həmin videonun Zərərçəkmiş şəxs5 görüntüsünün olması müəyyən olundu. Həmin videoçəkilişdə Təqsirləndirilən şəxs aşağı səslə, yəni pıçıltı ilə Zərərçəkmiş şəxs5 söz deməsi müəyyən olundu. “Diskə baxış keçirilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, diskə daxil olduqda “X4” adlı bloknot tipli faylın olması aşkar edildi. Bundan sonra həmin fayla daxil olduqda “X3” adlı fayl açıldı, həmin fayla daxil olduqda “xx.xx.2023” adlı faylın olması müəyyən olundu. Həmin fayla daxil olduqda həmin faylın içində 14 ədəd fotoşəkil olması aşkar olundu. Qeyd olunan fotoşəkillərə baxdıqda Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə, saat 18:22:38-də ATM: A0140043 nömrəli bankomat vasitəsilə pul çıxartması müəyyən olundu. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hüquq və komplayens idarəsinin Frauda qarşı mübarizə şöbəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanlanmış 20 avqust 2023-cü il tarixli, 2023/143/7720 nömrəli məktubdan və həmin məktuba əlavə olunmuş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 adına 9890 (doqquz min səkkiz yüz doxsan) manat, 30 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 adına 840 (səkkiz yüz qırx) manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 adına 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 adına cəmi 2425 (iki min dörd yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 adına 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğində, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 adına isə 927 (doqquz yüz iyirmi yeddi) manat kredit götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentindən daxil olmuş 20 dekabr 2023-cü il tarixli, 2023/111/15416 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ilə Bank arasında onlayn sifariş əsasında rəsmiləşdirilmiş 100 (bir yüz) AZN dəyərində BRCB3506758B299 və 1859 (bir min səkkiz yüz əlli doqquz) manat dəyərində GTZK3506757B299 kredit müqavilələri aşkar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentindən daxil olmuş 17 noyabr 2023-cü il tarixli, 2023/111/12551 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əməli nəticəsində hal-hazırda banka maddi ziyanın dəyməsi müəyyən edilmir. Belə ki, götürülmüş kreditlər üzrə tərəflər arasında bağlanmış kredit müqavilələri qüvvədədir. Zərərçəkmiş şəxs6 tərəfindən götürülmüş kredit üzrə kredit müqaviləsi məhkəmə qaydasında Bakı şəhəri, Nəsimi rayon məhkəməsində mübahisələndirilsə də, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentindən daxil olmuş 22 aprel 2024-cü il tarixli, 2024/111/10475 nömrəli məktubdan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərin adlarına olan kredit müqavilələri bankdaxili qaydaların tələblərinə uyğun rəsmiləşdirilmiş, bank ilə Zərərçəkmiş şəxs5 arasında rəsmiləşdirilmiş GTZK0555149B299 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliyi tam ödənilmişdir. Digər şəxslərlə rəsmiləşdirilmiş kredit müqavilələri üzrə borc öhdəliyi aktivdir və müqavilələr qüvvədədir. xx.xx.2024-cü il tarixli, e-2(034)-63/2024 nömrəli Zəngilan rayon məhkəməsinin hakimi Gülsarə İmanova tərəfindən qəbul olunmuş qətnamənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs2 qarşı qaldırılmış mülki iddia təmin olunaraq sonuncudan 2500 (iki min beş yüz) manat əsas, 294,31 manat faiz borcu olmaqla, cəmi 2794.31 manat məbləğində borc və ödənilmiş 47,94 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə doğulmuş Təqsirləndirilən şəxs Goranboy rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin tələbnamədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə xx.xx.2018-ci il tarixdə cinayət təqibinə xitam verilərək azad edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(045)-105/2017 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AZE 18176318 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Uğur Niftəliyev adlı oğlan övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə ədalətli cəza təyin olunması məsələsini həll edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasınını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.3.2-cü maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.2. təkrar törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd edildiyi kimi, təqsirkar şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun şəxsiyyəti, davranışları və vurulmuş ziyanın aradan qaldırılmamaqla zərərçəkmiş şəxslərin şikayətçi olmaları nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin olunması daha ədalətlidir. Məhkəmə belə qənaətə gəlir ki, əvvəllər analoji əməllərə görə məhkum olunmuş təqsirləndirilən şəxsin yenidən oğurluq cinayət əməlləri törətməsi onda cinayətin törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməllərin ictimai təhlükəliliyinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Bununla yanaşı, məhkəmə həmçinin təqsirkar şəxsin himayəsində bir azyaşlı uşağının olmasını da nəzərə alaraq ona ağır cəza növünün nisbətən aşağı həddə təyin edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2024-cü il tarixdən, saat 11:20-dən hesablanmalıdır. İş materiallarından görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində "xxxx" ASC tərəfindən qaldırılmış 11353,82 manat pulun ödənilməsini təqsirləndirilən şəxsin üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən tələb olunan 834 manat pulun ödənilməsini təqsirləndirilən şəxsin üzərinə qoyulması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs4 cəmi 9890 manat məbləğində pulunu, iş üzrə Zərərçəkmiş şəxs3 isə 834 manat pulunu gizli yolla talayıb oğurlamışdır. Buna görə də mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu, ödəmədiyi maddi ziyana görə 9890 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs4, mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu, ödəmədiyi maddi ziyana görə 834 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs3 ödənilməlidir. "xxxx" ASC-dən təqdim edilmiş 5 (beş) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2024-cü il tarixdən, saat 11:20-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə 9890 (doqquz min səkkiz yüz doxsan) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs4 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə 834 (səkkiz yüz otuz dörd) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs3 ödənilsin. Digər zərərçəkmiş şəxslərə mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar