Məhkəmə qərarları › İş №1(064)-30/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-30/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-30/2025 10.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Füzuli rayonu, Ələsgərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkməmiş, işləməyən, Füzuli rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Qarabağ kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən ondan ötrü ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsindən yumruqla bir dəfə zərbə vuraraq zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq hərəkətləri edərək, 06 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisi, “4 yol” adlanan yerdə yerləşən “Nur” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən zaman onunla eyni kəndə yaşayan Zərərçəkmiş şəxs onunla danışarkən səs tonunun xoşuna gəlməməsini bəhanə gətirərək şadlıq sarayının “Foe” adlanan hissəsində səs-küy salaraq onunla mübahisə etmiş, mübahisə zamanı qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinə yumruqla bir dəfə zərbə vuraraq ona sağ gözaltı nahiyəsində qançır fonunda əzilmiş yara ilə nəticələnən, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirməklə toy mərasimində iştirak edən digər şəxslərin narahatçılığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özü müharibə iştirakçısıdır və qazidir. 06 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Tərlan adlı şəxsin azyaşlı uşağının kiçik toy mərasimində iştirak etmək üçün həmin toy mərasiminin keçirildiyi Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisi, “4 yol” adlanan yerdə yerləşən “Nur” şadlıq sarayına getmiş, həmin vaxt toyda bir müddət oturub yemək yedikdən sonra Əvəz adlı şəxs əyləşdikləri masaya gələrək, onun əvəzindən toya pul yazdıracağını demiş, o ilk öncə razılıq verməmiş, daha sonra onunla razılaşmışdır. Təxminən saat 21 radələrində onun əvəzindən toya pul yazdırıb-yazdırmadığını soruşmaq üçün Əvəzin əyləşdiyi masaya yaxınlaşmış, həmin vaxt Əvəz orada olmadığı üçün Əvəzin harada olduğunu soruşmuş, bu vaxt Zərərçəkmiş şəxs ondan Əvəzi hansı səbəbdən axtardığını soruşmuşdur. O, Azərin sərxoş olduğunu hiss edib, kənarlaşmış, lakin Azər onun ardınca gələrək təkidlə Əvəzi nəyə görə axtardığını soruşduğu üçün o əsəbləşib, onun şadlıq sarayının qarşısına dəvət etmiş, o, Azərlə birlikdə “Foe” adlanan yerə çıxmış və həmin vaxt Azərlə aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, əsəbləşərək yumruqla onun sağ gözaltı nahiyəsinə bir zərbə endirmiş və daha sonra Azərin onun üzərinə gəlmək istədiyini görüb, əli ilə onun boyun nahiyəsindən tutaraq şadlıq sarayının divarına söykəmiş, əlini boğazından buraxdıqda isə Azər yerə yıxılmışdır. Həmin vaxt kənar şəxslər onu sakitləşdirmiş və Azəri oradan götürüb getmiş, o da bundan sonra evə getmişdir. Hazırda əməlindən səmimi peşmandır, Azərlə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 iyul 2024-cü il tarixdə, saat 18 radələrində o, Tərlan adlı şəxsin azyaşlı övladının kiçik toy mərasimində işitrak etmək üçün həmin toy mərasiminin keçirildiyi “Nur” şadlıq sarayına getmiş, həmin vaxt toyda yemək yedikdən sonra Təqsirləndirilən şəxs onunla eyni masada əyləşmiş Əvəz adlı həmkəndlisinə yaxınlaşaraq toya pul yazdırmaq üçün ondan pul istəmiş, Əvəz də onunla razılaşdıqdan sonra Tiflis geri qayıtmışdır. Bir müddət sonra Tiflis yenidən onun əyləşdiyi masaya yaxınlaşmış və Əvəz həmin vaxt getdiyi üçün Təqsirləndirilən şəxs Əvəzin harada olmasını ondan soruşmuş, o da Tiflisə Əvəzin harada olduğunu bilmədiyini demişdir. Bu vaxt Tiflis onunla danışdığı səs tonunun xoşuna gəlmədiyini, onunla niyə bu tərzdə danışdığını soruşaraq onu şadlıq sarayının çıxışına çağırmışdır. o, Tiflislə birlikdə şadlıq sarayının zal hissəsinin qapısından “Foe” adlanan hissəyə çıxan zaman Tiflis anidən yumruqla onun sağ gözaltı nahiyəsinə zərbə endirmiş, o da özünü müdafiə etmək üçün onu əli ilə tutan zaman Tiflis əli ilə onun sinə nahiyəsindən tutmuş və o, həmin vaxt yerə yıxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində heç bir əşya olmamış, orada olan tanımadığı toy iştirakçıları və X1, sonra tanımadığı şəxslər Tiflisi şadlıq sarayının sanitar qovşağı istiqamətində aparmış, Elçin isə onu şadlıq sarayından çölə çıxarmış və öz yaşadığı evə gəlib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qizmində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onu ifadəsi məhkəmə iclasında elan edilmişdir. Onun ifadəsində qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə “Nur” şadlıq sarayında Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etməsindən məlumatı vardır. Həmin şəxslərlə eyni kənddə yaşıyır, onlarla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, 06 iyul 2024-cü il tarixdə, saat 18 radələrində o, Füzuli rayonu, Qarabağ kənd sakini Tərlan adlı şəxsin azyaşlı övladının kiçik toy mərasimində iştirak etmək üçün həmin toy mərasiminin keçirildiyi Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisi, “4 yol” adlanan yerdə yerləşən “Nur” şadlıq sarayına getmiş, toyda bir müddət oturub yemək yedikdən sonra onlarla eyni kənddə yaşayan Təqsirləndirilən şəxs onun əyləşdiyi masaya yaxınlaşaraq ondan toya pul yazırmaq üçün 50 manat borc istəmiş və o da hazırda üzərində nağd pul olmadığını, kart hesabından pul çıxardıqdan sonra ona borc verə biləcəyini demiş, o da razılaşaraq öz əyləşdiyi masaya getmişdir. Həmin vaxt onlarla eyni kənddə yaşayan Zərərçəkmiş şəxs da onunla eyni masada əyləşmişdir. Həmin tarixdə, saat təxminən 20 radələrində o, şadlıq sarayının yaxınlığında olan bankomatdan pul nağdlaşdıraraq şadlıq sarayına gəlmiş və həmin vaxt Təqsirləndirilən şəxs tapa bilmədiyi üçün onun istəmiş olduğu pulu vermədən toydan çıxaraq həmin kənddə yerləşən çayxanaya getmişdir. Təxminən 1-2 saat sonra Azər onun yanına gələrək ona görə Təqsirləndirilən şəxs onunla mübahisə etdiyini, mübahisə zamanı Tiflisin şadlıq sarayında yumruqla onu vurduğunu demişdir. Daha sonradan oradan çıxaraq getmiş, lakin həmin vaxt həqiqətəndə Azərin sağ göz nahiyəsi qaralmış və şişmiş vəziyyətdə olmuşdur. O, toy mərasimindən tez çıxdığı üçün həmin şəxslərin mübahisə etməsi anını görməmiş, sonradan Azərin özündən mübahisə etmələrini eşitmişdir. İbtidai istintaq zamanı Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən 10 iyul 2024-cü il tarixdə, saat 16:20-dən saat 16:35-ə kimi Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə yerinə, yəni Təqsirləndirilən şəxs Heydər oğlu ilə Zərərçəkmiş şəxs mübahisə etdiyi və Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs zərbə vuraraq xəsarət yetirdiyi yerə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisi, “4 yol” adlanan yerdə yerləşən “Nur” şadlıq sarayının giriş qapısının yaxınlığında, yəni şadlıq sarayının “Foe” adlanan hissəsində yerləşir, həmin yer ümumi istifadəli olmaqla ictimai yer hesab olunur. Baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi yerlərin fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Beyləqan rayon şöbəsindən Zərərçəkmiş şəxs barəsində 09 iyul 2024-cü il tarixli, 190/24 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsində qançır fonunda əzilmiş yara olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 09 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli rayonu, Əhmədbəyli kənd icra nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-43-19/2- 76-24 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Qarabağ kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsin Beyləqan rayon şöbəsindən Zərərçəkmiş şəxs barəsində 09 iyul 2024-cü il tarixli, 190/24 saylı ekspert rəyi, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, həmçinin işdə olan digər istintaq materialları ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində göstərilən cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12ci maddəsinə, İİ Qarabağ Müharibəsindəki döyüş əməliyyatlarında iştirakına görə “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” adlanan Azərbaycan Respublikası Medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından və Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)-53/2024 №-li hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Füzuli rayon İcra və Probasiya Şəbəsinin 10 iyun 2025-ci il tarixli 99 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)- 53/2024 №-li hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 06 iyul 2024-cü il tarixdə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)- 53/2024 №-li hökmündən əvvəl törədilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyətini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerindən müsbət xarakterizə edilməsini, hərəkətlərindən peşmanlıq çəkməsi ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Füzuli rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut, verilmiş mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 11 (on bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm ilə təyin edilmiş 11 (on bir) müddətə azadlığın məhdudlaşdırılması cəzasını qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Füzuli Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə hökm qanunu qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut, verilmiş mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar