Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-31/2023 09.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən evində olarkən qonşusu Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə gələrək 2022-ci ilin avqust ayında borc olaraq verdiyi 110 (yüz on) manat pulu qaytarmasını onun arvadı Şahid2 tələb etmiş, o, Zərərçəkmiş şəxs onun arvadı Şahid2 borc olaraq verdiyi pulu tələb etməsini eşidib, ona borcunun olmadığnı və ümumiyyətlə pul qaytarmayacağını dedikdən sonra, Zərərçəkmiş şəxs kəndarası yola çıxıb evi istiqamətində gedərkən o, yola çıxaraq sonuncunun oğlu Şahid1 ünvanına nalayiq sözlər dediyinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yerdən götürdüyü daşı qəsdən Zərərçəkmiş şəxs tuşlayıb ataraq ona sağ dirsək oynağının xondropatisiyası, postravmatik artriti xarakterli olmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs bildirdi ki, 29 noyabr 2022-ci il tarixdə saat 17 radələrində fəhlə işlədiyi yerdən evinə qayıtmış, arvadı Nəzifə ona Ağaqulunun arvadı Mədinənin səhər saatlarında onlara gələrək Ağaquluya 60 manat pul borcunun olmasını və həmin pulu tələb etməsini bildirmişdir. O, arvadı Nəzifəyə Ağaquluya heç bir borcunun olmadığını, Ağaqulunun traktorla 2 hektar yonca sahəsini pulsuz biçdiyindən bunun müqabilində onun evinin çardağının sökülüb vurulmasında 20 gün fəhlə işlədiyini demiş, sonra yaşadığı evdəki hamama girmişdir. Bir neçə dəqiqədən sonra Mədinə yenidən onlara gəlib pulu tələb edərkən aralarında mübahisə düşmüş və o, əsəbləşərək yerdən götürdüyü daş parçasını Mədinəyə tərəf atmışdır. Həmin daş parçası Mədinənin qolundan dəyərək onu yaralamışdır. Bunu görən Mədinənin oğlu Mübariz özü ilə gətirdiyi ağacla onun sağ qulağının üstünə, çiyin və kürək nahiyələrinə zərbələr vurmuş, nəticədə yerə yıxılmış və qulağından qan gəlmişdir. Bir neçə dəqiqədən sonra qonşular oraya toplaşaraq onları aralamışlar. O, evinə keçərək oradan telefonla qonşusu tərəfindən döyülməsi barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə məlumat vermiş və eləcə də 103 xidmətinə zəng vurub X5 çağırmışdır. Təxminən yarım saat sonra Füzuli rayon mərkəzi xəstəxanasının TTY şöbəsinə məxsus avtomobillə gələn tibb işçisi ona ağrıkəsici iynə vurduqdan sonra TTY şöbəsinə aparmış, orada ona ilk tibbi yardım göstərilmiş və bir neçə saatdan sonra evinə buraxılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməklə onunla barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusu, eyni zamanda qohumudur. 2022ci ilin avqust ayında Orxan onun yaşadığı evə gələrək iki dəfəyə 110 manat almış və avqust ayının axırınadək qaytaracağını bildirmişdir. Lakin Orxan pulu ona qaytarmadığına görə Orxandan dəfələrlə həmin pulu qaytarmasını tələb etsə də, Orxan müxtəlif bəhanələr gətirərək həmin pulu qaytarmamışdır. 29 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Orxanın yaşadığı evin həyət darvazasının qarşısından onun arvadı Nəzifəni çağırmış, Nəzifə ona əri Orxanın evdə olmadığını bildirmişdir. O, Nəzifəyə Orxanın ondan borc olaraq aldığı 110 manat pulu qaytarmasını tələb etmiş, Nəzifə isə əri Orxanın evdə olmadığını və işdən qayıdanda pulu verə biləcəyini demişdir. O, həmin gün saat 18 radələrində yenidən Orxanın yaşadığı evin həyət qapısından onun arvadı Nəzifəni çağırmış, Nəzifə ona əri Orxanın evdə olmasını bildirərək ona yaxınaşıb 40 manat pulu ona uzatmışdır. Lakin həmin məbləğ az olduğundan o, pulu götürməmiş və 110 manat pulun hamısını vermələrini tələb etmişdir. Nəzifə evinə qayıtmış, bu vaxt Orxanın evindən uca səslə Nəzifəyə “ümumiyyətlə verməyəcəm”sözlərini deməsini eşidərək oradan aralanıb kəndarası yolla yaşadığı evinə tərəf getmişdir. Bu zaman Orxan həyətdən yola çıxmış, onun və oğlu Mübarizin ünvanına nalayiq ifadələr işlətmiş və qəflətən yerdən daş parçasını götürüb ona tərəf atmışdır. Həmin daş parçası onun sağ dirsək nahiyəsinə dəydiyindən dirsək nahiyəsi qanayaraq şişmişdir. O, ağrıdan qışqırmış, səsinə oğlu Mübariz evdən yola çıxaraq ondan nə baş verdiyini soruşmuşdur. O, Mübarizə Orxanın onu daşla vurub xəsarət yetirməsini demişdir. Həmin vaxt Orxanla aralarında 5-6 metr məsafə olmuş, Orxan və arvadı Nəzifə oğlu Mübarizi görüb onun üzərinə hücum edərək onunda ünvanına nalayiq söyüşlər söymüş, Orxan yerdən daş parçaları götürüb Mübarizə tərəf atmış, həmin daş parçaları Mübarizin sol bud və bel nahiyələrinə dəydiyindən Mübariz yerə yıxılmışdır. Orxan Mübarizi yerdə yumruqla vurmaq istəyərkən sonuncu yerdən ağac parçası götürüb Orxanın baş və qulaq nahiyələrinə qəsdən bir zərbə vurmuş, onların qışqırıq səsinə qonşuları yola çıxmışlar. Orxan arvadı Nəzifə və anası Gülzarla oradan öz evlərinə getmişlər. Səsküyə qonşuluqda yaşayan qudası Ehdiram oğlu Əlağa ilə onlarla gəlmiş, sağ qolu dirsək nahiyəsindən şişdiyinə görə oğlu Mübariz avtomobillə onu Füzuli rayon mərkəzi xəstəxanasının X5 Şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayəti yoxdur. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə qonşuları və qohumlarıdır. 2022-ci ilin avqust ayında Orxan anası Mədinədən 110 manat alaraq bir ay müddətində qaytaracağını bildirmişdir. Anası Mədinə dəfələrlə Orxandan borc aldığı pulu qaytarmasını tələb etsə də, Orxan pulu qaytarmamışdır. Buna görə də, 29 noyabr 2022-ci il tarixdə səhər saatlarında anası Mədinə Orxangilə getmiş, Orxan evdə olmadığından həmin gün saat 17 radələrində yenidən onlara getmişdir. O, həyətlərində yerləşən tövlədə heyvanları yemləyərkən həyət darvazalarının qarşısından keçən yolda anası Mədinənin qışqırıq səslərini eşitmiş və dərhal yola çıxdıqda anası Mədinənin sağ qolunun dirsək nahiyəsinin qanadığını və həmin yeri əli ilə tutmasını görmüşdür. O, anasından nə baş verdiyini soruşduqda anası ona qolunun qırıldığını demiş, bu vaxt yaxınlıqda olan Orxan və arvadı Nəzifə onun ünvanına nalayiq söyüşlər söymüşlər. Orxan yerdən götürdüyü daş parçalarını ona tərəf tuşlayaraq atmışdır. Orxanın tulladığı daş parçasının biri onun sol bud nahiyəsinə, digəri isə bel nahiyəsinə dəyib xəsarətlər yetirdiyindən ağrıdan yerə oturmuşdur. Orxan onun üzərinə hücum edərək onu yumruqla vurmaq istədikdə həmin yerdə olan ağacı götürüb ayağa durmuş və Orxanın boyun nahiyəsinə zərbələr vurmuşdur. Anası Mədinə və Orxanın arvadı Nəzifənin qışqırıq səsinə qonşuluqda yaşayan qayınatası Ehtiram və qayını Əlağa, həmçinin qonşuları yola çıxmış, bundan sonra Orxan və Nəzifə oradan evlərinə tərəf getmişlər. O, anası Mədinəni evlərinə aparmış, onun sağ qolu dirsək nahiyəsindən şişmişdir. O, bir neçə dəqiqə sonra Orxanın telefonla uca səslə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə, daha sonra isə Təcili Yardıma məlumat verməsini eşitsə də, ondan şikayət etmək istəməmişdir. Anası Mədinə özünü pis hiss etdiyindən onu idarə etdiyi avtomobilə mindirib Füzuli rayon mərkəzi xəstəxanası X5 şöbəsinə aparmışdır. Həmin xəstəxanada ona və anası Mədinəyə ilk tibbi yardım göstərilmiş, xəstəxanada olarkən Orxanı da X5 avtomobili ilə həmin xəstəxanaya gətirmişlər. Şahid X3 bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadı, Təqsirləndirilən şəxs isə qonşusudur. 29 noyabr 2022-ci il tarixdə saat 18 radələrində evə qayıdarkən qudası və bir neçə qonşularını evində görmüş, arvadı Mədinə ona Orxana borc verdiyi 110 manatı almağa getdiyini, həmin vaxt Nəzifənin ona 40 manat pul uzatmasını, pulunun hamısını tələb etməsinə görə oradan uzaqlaşarkən Orxanın aldığı borc pulu verməyəcəyini bildirərək daşla onun sağ dirsək nahiyəsinə vurub xəsarət yetirməsini, onun qışqırıq səsinə oğlu Mübarizin yola çıxdığını, Orxanın və Nəzifənin Mübarizin ünvanına nalayiq söyüşlər söyməsini, Orxanın daşla Mübarizi də vuraraq ona xəsarətlər yetirməsini bildirmişdir. Arvadı Mədinənin sağ dirsək nahiyəsində şiş əmələ gəldiyindən oğlu Mübariz idarə etdiyi avtomobillə onu Füzuli rayon mərkəzi xəstəxanasının X5 şöbəsinə aparmış, xəstəxanada arvadı Mədinəyə və oğlu Mübarizə ilk tibbi yardım göstərilmiş və həmin gün onlar evə buraxılmışlar. Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusu, Zərərçəkmiş şəxs isə qohumudur. Belə ki, Zərərçəkmiş şəxs oğlu Şahid1 bacısı Əntiqənin əridir. 29 noyabr 2022-ci il tarixdə saat 17- 18 radələrində yaşadığı evdə olarkən yeznəsi Şahid1 həyət darvazasının qarşısında səs-küy eşidib yola çıxmış, Mübarizi yerə yıxılı vəziyyətdə, onun anası Mədinənin isə sağ qolunu əli ilə tutub dayanmasını görmüşdür. O, atası Ehtiramla birlikdə onlardan nə baş verməsini soruşduqda, Mədinə Orxanın ondan borc aldığı pulu qaytarmadığına görə aralarında dava-dalaş baş verdiyini, Orxanın onların hər ikisini daşla vurub xəsarətlər yetirməsini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 Beyləqan rayonlararası şöbəsindən verilmiş 03 dekabr 2022-ci il tarixli, 435/22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağının xondropatiyası, postravmatik artriti olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin ekspert rəyinin təsviri hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağı ödemli-şişkin, əlləmə zamanı ağrılı və hiperemiyalıdır. Onun fonunda dirsək oynağının arxa səthində 1,2 x 0,3 sm ölçüdə, kənarları nahamar, bucaqları küt bir ədəd yara vardır. Sağ yuxarı ətrafın dirsək oynağı nahiyəsində hərəkəti məhdud və ağrılıdır. Digər xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs adına tərtib olunmuş 10562 saylı ambulator tibbi kartaya baxışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə sağ dirsək oynağında olan ağrı və hərəkət məhdudluğu şikayəti ilə müraciət etmişdir. Xəstənin deməsinə əsaslanaraq xəsarətin daşla vurulması nəticəsində törənməsi qeyd olunur. Obyektiv olaraq sağ dirsək oynağı ödemli-şişkin, əlləmə zamanı ağrılı və hiperemiyalıdır. Dirsək oynağında hərəkətlər məhdud və ağrılıdır. Sağ dirsək oynağı nahiyəsinin ön-yan proyeksiyasında çəkilmiş rentgenoqrammasında sağ dirsək oynağının postravmatik artriti aşkar olunmuşdur. Diaqnoz sağ dirsək oynağının xonropatiyası postravmatik artriti. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X4» publik hüquqi şəxsin təkrari ekspertizalar şöbəsindən verilmiş 14 aprel 2023-cü il tarixli, T 182/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağının xondropatiyası, postravmatik artriti olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən daşla vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” Publik hüquqi şəxsi Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasından verilmiş 16 fevral 2023-ci il tarixli,430 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətinin faktiki xarakterini dərk etmək və özünü idarə etmək, hadisəni qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs oğlunun ərizəsindən görunür ki, ona vurulmuş ziyan tamamilə ödənildiyi üçün Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Füzuli RPŞ İB-nin baş müstəntiqi B.Hüseynovun xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 əməllərində AR İXM-in 157-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə barəsində inzibati qaydada tədbirlər görülməsi üçün qərarın surəti Füzuli RPŞ İTB-yə göndərilmişdir. Füzuli RPŞ İB-nin baş müstəntiqi B.Hüseynovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməklə zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. İş materiallarına əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-in 321-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Beləliklə də, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurduğu ziyanı tamamilə ödəməsi nəzərə alınaraq cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübüt, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur, mülki iddia verilməmişdir. Beləliklə də, məhkəmə göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-31/2023
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-31/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver