Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-31/2025 11.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Füzuli rayonu, Mahmudlu- 2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Füzuli Rayon Məhkəməsinin inzibati binasında audio və video çəkiliş vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayan Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək, sərxoş halda yaşadığı evə gedib onunla birgə həmin evdə yaşayan qardaşı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətməsi səbəbindən Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir dəfə zərbə vuraraq sol gözaltı-almacıq nahiyəsinin hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası CM-in 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaqda verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxsla eyni evdə yaşayır və onunla heç bir ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində qardaşı Zərərçəkmiş şəxs spirtli içki qəbul edib sərxoş vəziyyətdə yaşadıqları evə gəlmiş, evdə olan zaman o, hansı səbəbdən bu qədər içdiyini Zərərçəkmiş şəxs soruşmuş, Dəyanət isə onun bu sualına əsəbləşmiş, bu səbəbdən onunla aralarında sözlə mübahisə yaranmış və həmin mübahisə zamanı Dəyanət içkili vəziyyətdə ona qarşı nalayiq ifadələr işlətmişdir. O, da bu səbəbdən əsəbləşib yumruqla Dəyanətin sol göz nahiyəsinə zərbə endirmiş və Dəyanət xəsarət almış, sakitləşərək öz otağına getmişdir. Həmin əməlindən səmimi peşmandır. Dəyanət onunla barışmış, hazırki cinayət işi üzrə Dəyanətə vurduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, işin faktiki halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda ifadə vermiş, sonuncu ilə barışdığını, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin Beyləqan rayon şöbəsi Məhkəmə Tibbi Ekspertiza və X3 Füzuli regional MTE bölməsindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 18/25 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı-almacıq nahiəsində hematoma olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yumruq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və iş materiallarından görünür ki, xx.xx.1996-cı ildə Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş üzrə Zərərçəkmiş şəxs 11 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Füzuli rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1- 36/2-52/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X4-Əsəb və Narkoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-nin 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-31/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-31/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver