Məhkəmə qərarları › İş №1(064)-32/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-32/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-32/2023 12.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, dövlət ittihamçısı X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Azərbaycan Respublikası CM-in 153.1, 153.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan və hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2011-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 152,00 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(012)-613/2011 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(064)-441/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 20919,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, onun Zərərçəkmiş şəxs ilə birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2010-cu il tarixdə X6 adlı 2 qız övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamaqları qeyri-mümkün olmuşdur. Bu səbəbdən də, Zərərçəkmiş şəxs ondan 2011-ci ildə rəsmi olaraq ayrılaraq, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2011-ci il tarixdən hesablanmaqla, 2009-cu il təvəllüdlü Ayşənin və 2010-cu il təvəllüdlü Aytənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 152,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildirişlər təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra da o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəmədiyi üçün icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, Zərərçəkmiş şəxs yaranmış olan 20.919 manat aliment borcunu ödəməmişdir. Hazırda da bu borcundan ödəniş edə bilmir. Digər cinayət işi üzrə həbs olunmamışdan əvvəl fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ayda 400-500 manat qazanc əldə etsə də aliment borundan ödəniş etməmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İfadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ilin may ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və onların birgə nikahdan xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2010-cu il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkilə pisləşmiş və onun Təqsirləndirilən şəxsla birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs qazandığı pulu ancaq özünə xərcləyərək evə gec saatlarında gələrək ona və övladlarına laqeyd yanaşmış, övladlarına və ona maddi mənəvi köməkliyi olmamışdır. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs 2011-ci ildə rəsmi olaraq ayrılaraq, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay cəmi 152,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək yaranmış olan 20.919 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olaraq, yəni sürücü işləyərək yetərli qazanc əldə etməsinə baxmayaraq həmin qazandığı pulları özünə xərcləyərək ona və övladlarına nə maddi nə də ki, mənəvi köməkliyi olmuşdur. Şahid Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(012)-613/2011 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Ayşənin və xx.xx.2010-cu il təvəllüdlü Aytənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay cəmi 152 manat məbləğində aliment tutulmalıdır. İcra vərəqəsi xx.xx.2011-ci il tarixdə şöbəyə daxil olmuş, həmin tarixdə icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara və məhkəməyə göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Təqsirləndirilən şəxs rəsmən təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də, borclu Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 3(064)-441/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenə icra olunmamışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 665 manat aliment pulu ödənilmiş və xx.xx.2023-cü il tarixədək yaranmış aliment borcu 20.919 manat təşkil etmişdir. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(012)-613/2011saylı icra vərəqəsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və bununla da borclunun əməlində qərəzlilik müşahidə olunmuşdur. Bundan başqa, tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Füzuli rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs aliment borcundan ona heç bir ödəniş etməməsini və aliment borcunu ödəməkdən boyun qaçırmasını bildirmiş və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-in 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün AR Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Şahid Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 icra məmuru Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli şəkildə icra olunmamasını bildirdi. Cinayət işinə əlavə olunmuş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(012)-613/2011 saylı qətnaməsi və icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Ayşənin və xx.xx.2010-cu il təvəllüdlü Aytənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay cəmi 152 manat məbləğində aliment tutulmalıdır. Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, qeyd olunan icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(064)-441/2022 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilmişdir. AR ƏƏSMN tabeliyində X3 X8 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdə işaxtaran şəxs kimi qeydiyyata alınmış, Filial əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılmış və Təqsirləndirilən şəxs filialın əməkdaşına Bakı şəhərində kirayədə yaşadığını və Bakı şəhərində işləyə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sosial rifahının və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə “e-sosial.az” internet portalı vasiəsi ilə MEİS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütamadi izləməsi və yaşadığı ərziyə müvafiq Dost Mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi barədə xəbərdar edilmiş və AR CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Füzuli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli təqdimatından görünür ki, borclu Təqsirləndirilən şəxs AR CM-in 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün AR ƏN İstintaq İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası ƏN İmişli Regionl Ədliyyə İdarəsinin müstəntiqi B.Quliyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Füzuli rayon icra və probasiya şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daхil оlmuş xx.xx.2023-cü il tariхli, 12/2-53845 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 153.1, 153.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində həəbs qətimkan tədbiri seçilməklə hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.1, 153.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Həmin cinayət işi hazırda Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Rеspublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətdən bəhs edən 84-cü maddəsində aşağıdakılar qeyd olunmuşdur: 84.1. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, o cümlədən təsqirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasından göründüyü kimi, qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzаsını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzаsını аğırlаşdırаn hаl müəyyən еdilməmişdir. Məhkəmə bildirir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunmuş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə onu da qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara, eləcə də inzibati qaydada məsuliyyətə cəlb edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə yığılmış cəmi 20.919 manat məbləğində aliment borcundan ödəniş aparmadığına, eləcə də zərərçəkmiş şəxs-tələbkarla razılıq və ya barışıq əldə etməyə ümumiyyətlə cəhd belə göstərmədiyinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, onun barəsində sanksiyada nəzərdə tutulmuş ən ağır cəza növü olan azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə hesab edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə bir daha istinad etməyi əsaslı hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs icra sənədinə əsasən ödəməli olduğu aliment borcunun məbləğini, bu borcu ödəməyə cəhd göstərməməsini, davranışını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb onun törətdiyi cinayət əməlinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasını nisbətən yuxarı həddə təyin etməyi qanuni və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekpertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində onun Azərbaycan Respublikası CM-in 153.1, 153.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi və hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar