Məhkəmə qərarları › İş №1(064)-33/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-33/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-33/2023 12.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Füzuli rayonu, Araz Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" İş Mərkəzində “sosial işçi, ictimai işlər” ştatı üzrə işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs təxminən 5 il əvvəl onun faktiki ər-arvad münasibətində yaşadığı Şahid ilə əlaqə saxlamaqla ailəsini dağıtması və bu hərəkətlərini yenə də davam etdirməsini zənn etdiyinə görə Zərərçəkmiş şəxs döyməklə qorxutmaq qərarına gələrək, bu məqsədlə sonuncunun ünvan 1 ünvanında yaşadığı evin yaxınlığına gəlmiş, idarə etdiyi avtomobillə həyətinə daxil olub giriş darvazasını bağlamaq istəmiş Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, sonuncunun ona yaxasından yapışmaqla müqavimət göstərməsinə görə Zərərçəkmiş şəxs onu buraxması və oradan qaçıb uzaqlaşmaq niyyətilə üzərində olmuş bıçaqla Zərərçəkmiş şəxs qəsdən zərbələr vurması nəticəsində ənsə, boyun, sol qulaq seyvanı, sağ bazu oynağı və döş qəfəsi nahiyələrində kəsilmiş yaralardan ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 10 sentyabr 2018-ci il tarixdə bibisi nəvəsi Şahid (bundan sonra – Gülyanə) ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. O, Gülyanənin əvvəllər sevdiyi Zərərçəkmiş şəxs (bundan sonra - Eltun) ilə mobil telefon vasitəsilə danışmasını eşitdiyinə görə sonuncudan Gülyanə ilə əlaqə saxlamamasını tələb etmişdir. Eltun cavabında Gülyanəni sevmədiyini, lakin sonuncunun onu sevdiyini demişdir. Göstərdiyi səbəbdən onunla Gülyanə arasındakı münasibətlər pozulmuş, sonuncu ondan faktiki olaraq ayrılmışdır. Bundan sonra da Gülyanənin Eltunla mobil telefon vasitəsilə danışmasını eşitmiş, buna görə də 2019-cu ildə görüş zamanı Eltundan Gülyanə ilə əlaqə saxlamamasını tələb etmiş, Eltun cavabında Gülyanəni sevmədiyini, sonuncunun ona mesaj yazdığını demişdir. 2023-cü ilin fevral ayında Eltunu Gülyanənin iş yeri olan Füzuli rayon mərkəzi xəstəxanasının qarşısında görərkən Eltunun Gülyanə ilə əlaqəsinin olması və görüşə biləcəyindən şübhələnmişdir. Buna görə də Eltunu Gülyanə ilə əlaqə yaratmaması üçün döyməklə qorxutmaq qərarına gəlmiş, bu məqsədlə 14 mart 2023-cü il tarixdə saat 21 radələrində Eltunun Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində yaşadığı evin yaxınlığına getmiş, sonuncunun “Hyundai Santafe” markalı avtomobillə yaşadığı evin həyətindən çıxmasını gördüyünə görə yolun kənarında dayanıb Eltunun yaşadığı evə qayıtmasını gözləmişdir. Təxminən 15 dəqiqə sonra Eltunun geri qayıdıb avtomobilini yaşadığı evin həyətinə sürməsini görmüşdür. Buna görə də Eltunun yaşadığı evə yaxınlaşmış və sonuncunu döymək üçün əlverişli şəraitin yaranmasını gözləmişdir. Eltunun yaşadığı evə giriş darvazasını bağlamaq üçün əyilməsini görüb sonuncuya tərəf getmişdir. Eltunu yumruqla vurmaq istəyərkən sonuncu onun yaxasından yapışmışdır. O, Eltunun onun yaxasından buraxmasına və oradan qaçmağa nail olmaq məqsədilə gödəkçəsinin cibindən çıxardığı cib bıçağı ilə Eltunun buduna zərbələr vurmaq istəyərkən sonuncu qışqırıb hərəkət etdiyi üçün onun bıçaq zərbələri Eltunun bədəninin digər nahiyələrinə dəymişdir. Həmin vaxt həyəcanlı olduğuna görə bıçaq zərbələrinin sonuncunun konkret hansı nahiyələrinə dəyməsini xatırlamır. Eltun onun yaxasından buraxandan sonra Eltuna bıçaqla yenə də zərbə vurmağa imkanı olsa da, sonuncuya hər hansı formada zərbə vurmamış, oradan qaçıb qəsəbəarası yola çıxmış, kənar şəxslərin onu görməməsi üçün taxıl sahəsinə girmişdir. Bu zaman cinayətin aləti olmuş bıçaq əlində olmuşdur. Həmin bıçaq taxıl sahəsində onun hiss etmədiyi şəraitdə əlindən düşmüş, magistral yola çıxanda bıçağın əlində olmadığını görmüşdür. Buna görə də həmin bıçağın taxıl sahəsinin hansı hissəsində əlindən düşməsini xatırlamır. Əməlindən səmimi peşimandır. Eltunla barışıq əldə etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 mart 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəllər və bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi halları hadisə yerində göstərmişdir (səh. 29-35). Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və "xxxx" İş Mərkəzində işləməsi nəzərə alınaraq, barəsində islah işləri cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra – Elşən) Şahid (bundan sonra – Gülyanə) ilə evlənməsindən sonra sonuncu ilə əlaqə saxlamamışdır. Gülyanə bir neçə dəfə onun mobil nömrəsinə zəng etsə də və mesaj yazsa da, Gülyanəyə onunla danışmamasını və ona mesaj yazmamasını tövsiyyə etmişdir. 2022-ci ilin dekabr ayında müalicə olunmaq məqsədilə Füzuli rayon mərkəzi xəstəxanasında olarkən orada Gülyanəni görmüş, həmin vaxt sonuncunun orada tibb bacısı işlədiyini bilmişdir. O, 14 mart 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili ünvan 1 ünvanında yaşadığı evin həyətinə sürdükdən sonra həyətə giriş darvazasını bağlayarkən arxa tərəfdən ənsə nahiyəsinə yumruq zərbəsi vurulduğuna görə arxaya çevirilmiş, Elşənin onun arxa tərəfində olduğunu gördüyünə görə sonuncunu onu vurduğunu bilmişdir. Elşən hər hansı söz demədən bıçaqla onun boyun, sol qulaq, sağ çiyin və döş qəfəsinə zərbələr vurmuş, sonra yola tərəf qaçıb oradan uzaqlaşmışdır. Atası idarə etdiyi avtomobildə onu Füzuli rayon mərkəzi xəstəxanasına aparmış, orada ona tibbi yardım göstərilmişdir. Elşənlə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Lakin Elşən ona yetirdiyi xəsarətlərlə əlaqədar müalicə edilməsi zamanı çəkdiyi xərclərə, yəni ona vurduğu ziyana görə hər hansı məbləğdə pul ödəməmişdir. İş üzrə hadisə zamanı əynində olmuş və maddi sübut qismində tanınmış paltarlarının məhv edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, sonuncuya qarşı şikayət və tələbinin olmadığı, eləcə də Təqsirləndirilən şəxs ona vurduğu ziyana görə hər hansı məbləğdə pul ödəmədiyi barədə yazılı ərizə təqdim etmiş, həmçinin Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid cinayət prosesi tərəflərinin razılığı ilə, Azərbaycan Respublikası CPM-in 337.2-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında qohumu Təqsirləndirilən şəxs ərə getsə də, başqa şəxsi sevdiyinə görə bir neçə gün sonra Təqsirləndirilən şəxs ayrılmışdır. Zərərçəkmiş şəxs tanısa da, sonuncunun mobil nömrəsinə zəng etməmiş və sevgi məzmunlu mesaj göndərməmişdir. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs Füzuli rayon mərkəzi xəstəxanasında görməmiş və sonuncu ilə görüşməmişdir (səh. 70, 71). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - 15 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə təqdim etdiyi ərizədən görünür ki, sonuncu 14 mart 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ona yaşadığı evin həyətinə girişdə bıçaqla zərbələr vurub xəsarət yetirməsinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (səh. 6). - “Baxış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd gödəkçə, köynək və mayka qablaşdırılıb götürülmüşdür (səh. 56-59). - İlkin məhkəmə-tibbi ekspertizasının 16 mart 2023-cü il tarixli, 95/23 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasının 02 may 2023-cü il tarixli, T234/2023 nömrəli rəylərində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş ənsə, boyun, sol qulaq seyvanı, sağ bazu oynağı və döş qəfəsi nahiyələrində kəsilmiş yaralardan ibarət, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər 14 mart 2023-cü il tarixdə iti uclu və kənarlı alətin və ya bıçaq zərbələrinin təsirindən əmələ gələ bilərdi (səh. 12, 13, 100-102). - Məhkəmə-tibbi kriminalistik ekspertizasının 01 may 2023-cü il tarixli, 158/2023- MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində sağda bir ədəd, ön hissəsində solda bir ədəd, sol qolunun yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmiş, mayka üzərində iş üzrə əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir (səh. 104-106). - Məhkəmə-tibbi bioloji ekspertizasının 19 aprel 2023-cü il tarixli, 227/2023 MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A(İİ)-dir. Tədqiqata təqdim edilmiş, sonuncuya məxsus köynək və mayka üzərində aşkar edilmiş insan qanı ləkələrində qanın qrup göstərici AB0 sistemi üzrə tədqiq olunduqda A(İİ) qrupunu xrakterizə edən “A” antigeni və beta aqqlyutini alındı. Buna görə də bu qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (səh. 108-111). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, özünü irəli sürülmüş ittiham üzrə müdafiə etmək üçün dəlil göstərməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadələr, ilkin məhkəmətibbi ekspertizasının 16 mart 2023-cü il tarixli, 95/23 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasının 02 may 2023-cü il tarixli, T234/2023 nömrəli rəyləri, məhkəmə-tibbi kriminalistik ekspertizasının 01 may 2023-cü il tarixli, 158/2023-MTKŞ nömrəli rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının 19 aprel 2023-cü il tarixli, 227/2023 MTBŞ nömrəli rəyi, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış predmetlərin məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirini tam sübuta yetirmiş və əməlini düzgün tövsif etmişdir. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 73). - Füzuli rayon İcra Hakimiyyəti başçısının Bala Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə, elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri ilə birlikdə yaşayır, "xxxx" İş Mərkəzi MMC-də “sosial işçi, ictimai işlər” ştatı üzrə işləyir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 84, 85). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, "xxxx" İş Mərkəzi MMC-də “sosial işçi, ictimai işlər” ştatı üzrə işləməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 16 mart 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 14:10-da Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmaqla azadlığı faktiki məhdudlaşdırılmış, saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur (səh. 18). - “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 17 mart 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-dan 16:35-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir (səh. 42-45). - “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərarda göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (səh. 46, 47). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığına, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 14:10-da Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmaqla azadlığı faktiki məhdudlaşdırıldığına, 17 mart 2023-cü il tarixdə saat 16:35-də təqsirləndirilən şəxs qismində didirildikdən sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyinə görə onun şübhəli şəxs qismində tutulması müddəti 24 saatdan artıq olmaqla, 2 (iki) gün davam etmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək iş üzrə tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək 1 (bir) il müddətə islah işləri cəzasına müvafiq olaraq bir günə dörd gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.7-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs mövqeyi nəzərə alınaraq, hadisə zamanı sonucunun əynində olmuş, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd köynək və mayka məhv edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək iş üzrə tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il müddətə islah işləri cəzasına müvafiq olaraq bir günə dörd gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə iyirmi faiz məbləğində pul tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və mayka məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar