Məhkəmə qərarları › İş №1(064)-33/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-33/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-33/2025 24.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Müdafiəçi iştirakı ilə, xx xxx 1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 evdə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq öz üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,49 qram, 0,48 qram, 0,66 qram, 0,51 qram, 0,42 qram, 0,46 qram, 0,69 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,42 qram, 0,36 qram, ümumi çəkisi-5,92 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib üzərində olan “ARGO” markalı siqaret qutusunun içərisində qanunsuz olaraq saxlamaqla Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində qanunsuz olaraq daşımışdır. Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 29 noyabr 2024-cü il tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,49 qram, 0,48 qram, 0,66 qram, 0,51 qram, 0,42 qram, 0,46 qram, 0,69 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,42 qram, 0,36 qram, ümumi çəkisi-5,92 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq üzərində olan “ARGO” markalı siqaret qutusunun içərisində qanunsuz olaraq saxlamaqla Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində qanunsuz olaraq daşıyan zaman saxlanılmış və həmin yerdə saat 22:17-də üzərində baxış keçirilən zaman Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində olan “ARGO” markalı siqaret qutusunun içində saxladığı xeyli miqdarda, 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,49 qram, 0,48 qram, 0,66 qram, 0,51 qram, 0,42 qram, 0,46 qram, 0,69 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,42 qram, 0,36 qram ümumi çəkisi- 5,92 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında: Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, o, 050 *** ** ** saylı mobil nömrəni təxminən 4-5 ildir ki, istifadə edir, həmin mobil nömrə yeznəsi X4 adına qeydiyyatdadır. Təxminən 5-6 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Təxminən 3 gün əvvəl, yəni 27 noyabr 2024-cü il tarixdə Sumqayıt şəhərində yaşayan dostu Xəqaninin yanına qonaq getmişdir. Orada olan zaman narkotik vasitə qurudulmuş marixuana lazım olduğundan axtarmışdır. Sumqayıt şəhərində yaşayan dostu həmin şəhər ərazisində “Çinar” kafesində onu tanımadığı bir nəfər şəxslə görüşdürmüş və həmin şəxs söhbət əsnasında cibindən bir büküm marixuana çıxartmış, Xəqani otaqda gözləmiş, o isə həmin şəxslə kənarda narkotik vasitəni qəbul etmişdir. Ondan bu vasitədən pul müqabilində ona təşkil etməsini xahiş etmiş, həmin şəxs onunla razılaşmış, bundan sonra kafedə gözləmiş, həmin şəxs oradan uzaqlaşıb təxminən yarım saat sonra qayıdıb cibindən 15 (on beş) bükümdə (kağıza bükülmüş foramada) marixuana kütləsini ona verib müqabilində 80 (səksən) manat pul almışdır. Həmin bükümlərdən 2 (iki) ədədini Bakı şəhərində olarkən istifadə etmiş, 28 noyabr 2024-cü il tarixdə Füzuli rayonuna qayıtmış, burada yaşadığı ünvanda 1(bir) büküm də çəkməklə qəbul etmişdir. Yerdə qalan 12 (on iki) büküm narkotik vasitəni isə içi boş ARGO markal siqaret qutusunun içərisinə yığıb gödəkçəsinin içəri sol döş cibinə yerləşdirmişdir. Həmin narkotik vasitəni üzərində gəzdirməkdə məqsədi onları itirməmək və evdə azyaşlı övladının olması səbəbi ilə sonuncunun ona toxuna biləcəyini düşünməsi olmuşdur. Bu səbəbdən həmin narkotik vasitəni evdə saxlamayaraq üzərində daşımış, narkotik vasitəni satmaq niyyəti və ya kiməsə bağışlamaq niyyəti olmamışdır. 29 noyabr 2024-cü il tarixdə havasını dəyişmək üçün yaşadığı 1 saylı Zobucuq qəsəbəsi ərazisinə çıxmış, həmin vaxt içərisinə 12 (on iki) büküm olan ARGO qurtusu gödəkçəsinin içəri sol döş cibində olmuşdur. Bundan əlavə təxminən bir-iki ay əvvəl həmin gödəkçənin yan cibinə qoyduğu, gödəkçənin cibinin cırıq olması səbəbi ilə sürüşərək astarının altında düşmüş bıçaq da üzərində olmuşdur. Küçəyə çıxan zaman qonşusu Şahid4 görüb, onun salamlaşıb görüşmüş, Rəşada çay içməyi təklif etmişdir. Bundan sonra qəsəbə ərazisindəki çay evinə gedərkən, bir neçə nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə olması şübhəsinə görə onu saxladıqlarını bildirmişlər. Həmin vaxt içərisində narkotik vasitə olan ARGO qutusunu əlində saxlamışdır. Polis əməkdaşları ondan əlindəkinin nə olmasını soruşmuş, polis əməkdaşlarına narkotik vasitə olduğunu deyib qutunu onlara təqdim etmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibində olan bıçaq polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra polis şöbəsinə gətirilmişdir. Üzərində narkotik vasitə olmasından qonşusu Rəşadın məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zor tətbiq olunmamışdır. Həmçinin bildirmişdir ki, narkotik vasitələrdən özü üçün istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən X5 və hazırda tutduğu vəzifədə isə 2023-cü ildən yəni Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı xüsusi rütbəsindədir. Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbə sakini olan Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs üzərində satış məqsədilə narkotik vasitə gəzdirməsi barədə 29 noyabr 2024-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə özü tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarı rayon polis şöbəsinin rəisi təsdiq etmişdir. Bundan sonra Füzuli rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Narkotiklərlə mübarizə qrupunun əməliyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. 29 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş və Ülvi Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində piyada gedərkən onlar tərəfindən saxlanılmışdır. Həmin vaxt onun yanında Zobucuq 1 qəsəbə sakini olan Şahid4 da olmuşdur. Bundan sonra Füzuli rayon polis şöbəsinin kriminalistik Tədqiqatlar qrupunun kriminalisti polis mayoru Kamran Əliyev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində baxış keçirtmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol döş cibində ARQO markalı siqaret qutusunun içindən 12 (on iki) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin vaxt qeyd olunan kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 6,2 qram olmuş və qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edərək gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişlə onun üzərindən çıxan narkotik vasitəyə baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunmuş və o, da protokola imza etmişdir. Əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs saxlayarkən ona hər hansı fiziki güc və ya xüsusi vasitə tətbiq etməmişlər. İş üzrə Şahid1 və Şahid3 işin əsas mahiyyəti üzrə yəni, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum olunmuşdur. Əvvəllər narkotik vasitə olan marixuana istifadə etsə də, sonradan tərgitmiş, yəni narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbə sakini kimi tanıyır, onunla arasında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamışdır, normal münasibəti olmuşdur. Ülvinin narkotik vasitə istifadə etməsindən məlumatı olmuş, lakin narkotik vasitə satıb-satmamasını bilməmişdir, çünki Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. 29 noyabr 2024-cü il tarixdə saat 22 radələrində qəsəbə ərazisində olarkən Ülvini görüb onunla görüşüb qəsəbə ərazisində yerləşən çayxanaya getmək üçün razılaşmışlar. Çayxanaya gedərkən qəsəbə ərazisində mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmış, daha sonra isə polis əməkdaşları Ülvini saxlayaraq üzərində videoçəkilişlə baxış aparmışlar. Həmin vaxtı Ülvinin üzərindən 12 (on iki) ədəd bükümdə narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt Ülvi narkotikin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün əldə edərək saxlayıb daşımasını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə sübutlar tədqiq edilmişdir: Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 29 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 29 noyabr 2024-cü il tarixdə saat 22:17-də baxış keçirilmiş və baxış zamanı üzərindən bir ədəd ARGO markalı siqaret qutusunda 12 ədəd bükümdə ümumi çəkisi 6,2 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin bir ədəd açılıb-qatlanan bıçaq, bir ədəd alışqan və bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən narkotik vasitəyə bənzər kütlələr, bıçaq və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. İbtidai istintaq zamanı Füzuli rayon X7 bölməsinin təhqiqatçısı, polis kapitanı Mahir Abbasov tərəfindən tərtib edilmiş 30 noyabr 2024-cü il tarixli “Füzuli RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol döş cibindən ARGO markalı siqaret qutusunun içərisindən 12 bükümdən ibarət olan və ümumi çəkisi 06 qram narkotik vasitə olan qurudulmuş marixuannaya bənzər kütləyə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bıçağa baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Füzuli rayon polis şöbəsinin CAB-nin əməliyat müvəkkili, polis baş leytenantı Şahid2 əməliyyataxtarış tədbirinin gedişatı ilə bağlı məlumat verilməsi istənilmiş, Şahid2 29 noyabr 2024-cü il tarixdə, saat 22 radələrində Füzuli RPŞ-nin, CAB-nin əməkdaşları tərəfindən Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşımasında şübhəli bilinən, xx.xx.1992-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ünvan 5azisində tanışı Şahid4 ilə gəzişən zaman saxlanılaraq baxış keçirildiyini, həmçinin baxış zamanı üzərində olan göy rəngli gödəkçənin sol döş cibindən çıxan “Arqo” markalı siqaret qutusunun içindəki ümumi çəkisi 06 qram olan 12 büküm narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edildiyini, müvafiq qaydada qablaşdırılıb protokol tərtib edilərək rayon polis şöbəsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərin qablaşdırıldığı bağlama açılaraq baxış keçirildikdə içərisindən 12 büküm aşkar olunmuş, bükümlər açılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs bükümlərin içərisində olan kütlələrin nə olması soruşulmuş, Təqsirləndirilən şəxs cavabında bükümlərin içərisində olan kütlələrin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, həmin kütlələri şəxsi istifadəsi üçün istifadə etdiyini və Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 12 ədəd büküm elektron tərəzidə çəkilmiş, 1-ci bükümün çəkisi 0,5 qram, 2-ci bükümün çəkisi 0,8 qram, 3cü büküm 0,5 qram, 4-cü büküm 0,6 qram, 5-ci büküm 0,4 qram, 6-cı büküm 0,5 qram, 7ci büküm 0,5 qram, 8-ci büküm 0,5 qram, 9-cu büküm 0,3 qram, 10-cu büküm 0,5 qram, 11-ci büküm 0,5 qram, 12-ci büküm 0,4 qram olmaqla ümumi 06 qram narkotik vasitə olan marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Narkotik vasitə olan marixuanaya bənzər kütlələr təhqiqatçı tərəfindən bir ədəd bağlamada qablaşdırılaraq Füzuli RPŞ-nin «Zərflər üçün 114» №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində daşıdığı bir ədəd kəsici-deşici alətin üzərində nə səbəbə gəzdirilməsi soruşulduqda, Təqsirləndirilən şəxs həmin aləti əvvəlcədən aldığını, unudaraq cibində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində daşıdığı bir ədəd kəsici-deşici alət, bir ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş “Məhkəmə-bioloji ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 30 noyabr 2024-cü il tarixli 18/945 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,49 qram, 0,48 qram, 0,66 qram, 0,51 qram, 0,42 qram, 0,46 qram, 0,69 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,42 qram, 0,36 qram ümumi çəkisi-5,92 qram olan bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,49 qram, 0,48 qram, 0,66 qram, 0,51 qram, 0,42 qram, 0,46 qram, 0,69 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,42 qram, 0,36 qram ümumi çəkisi-5,92 qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 10 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 5,68 qram narkotik vasitə qurudulmuş marixuananın Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7912 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 17 dekabr 2024-cü il tarixli 3/1942 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd soyuq silah hesab edilməyən bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün 03 fevral 2025-ci il tarixli qərarımla Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona “Baxış keçirilmə haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin telefona baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus üzərində 050 *** ** ** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs anası X3 təhvil verilməsi nəzərə alınmışdır. İstintaq zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrəsindən 30 noyabr 2023-cü il tarixdən, 30 noyabr 2024-cü il tarixədək olan müddət ərzində daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsini, anten dairələrini, qəbul edilən və ötürülən mesajların mətninin, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən götürülməsi ilə bağlı Füzuli Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 5(064)- 96/2024 nömrəli qərarı ilə müvafiq olaraq "xxxx" MMC-dən mobil operatorundan götürülmüşdür. Həmin qərar əsasında Füzuli RPŞ-yə daxil olmuş "xxxx" MMC-nin 23 yanvar 2025ci il tarixli, 910 №-li nömrəli məktubunda Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədəki məlumatlar 1 (bir) ədəd CD diskdə göndərilmişdir. Həmin məktubla göndərilmiş 1 (bir) ədəd CD disk “Lenovo” markalı komputerə yerləşdirilməklə həmin diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: - Təqdim edilmiş bir ədəd disk ağ rəngli xüsusi boya ilə boyanmışdır. Üzərində göy rəngli kapilyar qələmlə “807” rəqəmləri yazılmışdır. Təqdim edilmiş həmin disk «Windows 7» proqram təminatı ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda diskdə bloknot tipli «506785287_sms.txt», “**********87.txt”, «abuneciler.xls», «antenna- 2023.xlsx» və «antenna-2024.xlsx» adlı fayllar olmaqla cəmi beş ədəd fayllar vardır. Bloknot tipli həmin fayllara baxan zaman aşağıdakılar müəyyən olundu: Baxış zamanı Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayı ərzində Füzuli rayonu ərazisindən kənara çıxmaması, yəni ona məxsus mobil telefonun anten məlumatlarının Füzuli rayonu ərazisində olması müəyyən olunmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı məlumatlar aşkar olunmadı. "xxxx" MMC-nin 23 yanvar 2025-ci il tarixli, 910 nömrəli məktubla göndərilmiş təsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Füzuli mərkəzi rayon xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyata alınmamışdır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlillər gətirərək göstərmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlayıb daşımasını bildirmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün bunlar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə üzərində saxlayaraq daşımasını və yaşadığı evin həyətyanı sahəsindəki tikilidə saxlamasını təsdiq edir. Ona görə də Təqsirləndirilən şəxs qismən etirafedici 01 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi (narkotik vasitəni öz istifadəsi üçün və Sumqayıt şəhərindən tanımadığı şəxsdən almasını bildirməsi hissələri istisna olmaqla), şahid ifadələri, həmçinin istintaq hərəkəti protokolları və həmin protokollara əlavələr, “məhkəmə-bioloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli 18/945 nömrəli, “Ambulator məhkəmə-narkoloji ekspertizası”nın xx.xx.2024-cü il tarixli 7912 nömrəli, məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1942 nömrəli rəyləri və digər istintaq materialları ilə tam təkzib edilmiş, Təqsirləndirilən şəxs xeyli miqdarda, on iki ədəd bükümdə ümumi çəkisi 5,92 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi istintaq materialları ilə kifayət qədər subuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından daha yetərli olar. Təqsirləndirilən şəxs orta təhsillidir, işləmir, məhkum olunmuş və məhkumluğu ödənilmişdir, ailəlidir, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə mənfi xarakterizə edilir. Cinayət işi üzrə 05 dekabr 2024-cü il tarixli əməliyyat tapşırığının 16 yanvar 2025-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə öz üzərində saxlayaraq daşıması, Təqsirləndirilən şəxs narkotik vasitəni satışa hazır vəziyyətə gətirmək üçün hissələrə ayırması müəyyən olunmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə satacağı şəxsin və ya şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 16 dekabr 2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Abbasov X6 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə, 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyi 1 il sınaq müddəti ilə şərti məhkumetmə xx.xx.2024-cü il tarixdə başa çatmışdır. CM-nin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması (xx.xx.2021-ci il təvəllüdlü X8) cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü il tarixdə, saat 00:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, faktiki azadlığı isə polis əməkdaşları tərəfindən saxlanıldığı 29 noyabr 2024-cü il tarix, saat 22:05-dən məhdudlaşdırılmışdır. 01 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Füzuli rayon Məhkəməsi tərəfindən həmin tarixdə də həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işi üzrə maddi sübut -29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,49 qram, 0,48 qram, 0,66 qram, 0,51 qram, 0,42 qram, 0,46 qram, 0,69 qram, 0,50 qram, 0,46 qram, 0,47 qram, 0,42 qram, 0,36 qram ümumi çəkisi-5,92 qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 10 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 5,68 qram narkotik vasitə qurudulmuş marixuana Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. - 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün 03 fevral 2025-ci il tarixli qərarla Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş üzrə məhkəmə xərci – “məhkəmə-bioloji ekspertizası” üçün 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5,68 qram təşkil edən qurudulmuş marixuana və bir ədəd soyuq silah hesab edilməyən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar