Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-34/2023 06.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, mağazada satıcı işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq beş ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,099 qram, 0,347 qram, 0,402 qram və 0,521 qram olmaqla, ümumi təmiz çəkisi 1,443 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan olan metamfetamini (bundan sonra – metamfetamin) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış, onun bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram təşkil edən hissəsini əynində olmuş şalvarın sağ cibində, qalan hisslərini isə Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən yaşadığı evin yataq otağındakı çarpayının altında olan döşəmə üzərində saxlamışdır. Həmin kütlələr 02 mart 2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilərkən saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ilkin ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, kəskin baş ağrılarından əziyyət çəkdiyinə görə əvvəllər metamfetamindən istifadə etmişdir. 01 mart 2023-cü il tarixdə gecə saatlarında Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən yaşadığı evdən mağazaya gedərkən alışqan işığını yandırıb yerdən bir ədəd bükümdə tapdığı metamfetamini şəxsən istifadə etmək məqsədi ilə əynində olmuş şalvarın cibinə qoymuş, 02 mart 2023-cü il tarixə keçən gecə mağazadan yaşadığı evə qayıdarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada müdafiəçisinin gəlməsinədək polis əməkdaşlarının ona verdikləri müvafiq suallara cavab olaraq üzərində bir ədəd bükümdə metamfetamin olduğunu, yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını demiş, tanımadığı polis əməkdaşı onun sol qulaq nahiyəsinə sillə ilə vurub yaşadığı evdə də metamfetamin saxlamasını etiraf etməyi ondan tələb etmiş, ona belə olarsa, cinayət məsuliyyətinə cəlb edilməyəcəyinə və buraxılacağına dair vəd vermişdir. Həmin zərbədən sol qulağının xarici səthində hər hansı xəsarət izi yaranmasa da, sonradan eşitmə qabiliyyəti zəifləmişdir. Lakin sonradan bununla bağlı tibbi müayinədən keçməmişdir. Polis əməkdaşlarının dəvəti ilə Füzuli RPŞ-yə gəlmiş Müdafiəçi adlı vəkil onun müdafiəçisi qismində təyin edildikdən sonra videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibində bir ədəd bükümdə olmuş metamfetamini polis əməkdaşlarına təqdim etmiş, müdafiəçisinin müvafiq sualına cavab olaraq polis əməkdaşlarının ona zor tətbiq etmədiyini, hər hansı qanunsuz hərəkət etmədiyini bildirmişdir. Bundan sonra onun yazılı razılığı ilə, videoçəkiliş aparılmaqla, həmçinin o, müdafiəçisi, atası və anasının iştirakları ilə Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən yaşadığı evdə axtarış keçirilərkən polis əməkdaşları guya yataq otağındakı çarpayının altında olan döşəmə üzərindən dörd ədəd bükümlərdə metamfetamin aşkar etmişlər. Axtarış zamanı o, həmin kütlələrin ona məxsus olmadığını, anası isə dua yazdırdığı duz olduğunu demişdir. O, həmin kütlələrin aşkar edildiyi yerə polis əməkdaşları tərəfindən qoyulmasını zənn etsə də, bu halın şahidi olmamışdır. Eləcə də, polis əməkdaşları onun yaşadığı evə axtarış keçirilməsindən əvvəl daxil olmamışlar. Üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilərkən aşkar edilmiş kütlələr qablaşdırılıb götürülmüş, bu barədə tərtib edilmiş protokollara imza etmişdir. Həmin protokollara əlavə edilmiş videogörüntülərdən görünən sol qolundakı xəsarət iş üzrə tutulmasından təxminən 10 fevral 2023-cü il tarixdə Füzuli rayonu, Qarabağ kəndi ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində yaranmışdır. Sonradan həbs ediləcəyindən qorxduğuna görə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində yaşadığı evdən aşkar edilmiş dörd ədəd bükümlərdəki metamfetaminlərin ona məxsus olduğunu göstərmiş, ibtidai istintaqın sonuna kimi həmin bükümlərin ona məxsus olmaması ilə bağlı ifadə və ya vəsatət verməmişdir. Eləcə də, 02 mart 2023-cü il tarixdə Füzuli RPŞ-də olarkən polis əməkdaşının ona zor tətbiq etməsi barədə müdafiəçisinə və hər hansı dövlət orqanına şikayət etməmişdir. Bunların səbəbləri barədə verilmiş suala cavab vermək istəmir. İş üzrə ibtidai istintaq aparmış müstəntiq ona qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadələrində isə ilkin ifadəsindən fərqli olaraq, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək iş üzrə yaşadığı evdən aşkar edilmiş dörd ədəd bükümlərdəki metamfetaminin ona məxsus olduğunu, həmin kütlələri də yerdən tapıb şəxsən istifadə etmək məqsədi ilə yataq otağındakı çarpayının altında olan döşəmə üzərində saxladığını, Füzuli RPŞ-nin hər hansı əməkdaşı, o cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını göstərmiş, həm özü son sözündə, həm də müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında onun törətdiyi cinayət əməlini etiraf etməsi nəzərə alınaraq, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisi Müdafiəçi iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, üzərindən aşkar edilmiş bir ədəd bükümdə və yaşadığı evdən aşkar edilmiş dörd ədəd bükümlərdəki metamfetaminlərin ona məxsus olduğunu, həmin kütlələri yerdən tapdığını göstərmişdir (səh. 47-49, 59-61). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 verdikləri ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, 02 mart 2023-cü il tarixdə saat 02 radələrində əməliyyat müvəkkili Şahid5 ilə Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində gecə gəzintisində olarkən sonradan adının Təqsirləndirilən şəxs (bundan sonra – Səbuhi) olmasını bildikləri şəxsin yanacaq doldurma məntəqəsinin arxa tərəfindəki mağazanın qarşısında alışqan işığı ilə nəsə axtarmasını gördüklərinə görə sonuncuya tərəf yaxınlaşmışlar. Səbuhinin onların gəlməsini görüb qaçmaq istəməsinə, nə axtardığı barədə verdikləri suala cavab verə bilməməsinə, beləliklə də üzərində narkotik vasitə olmasından şübhələndiklərinə görə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Səbuhiyə Füzuli RPŞ-yə gətirilərkən və orada olarkən hər hansı polis əməkdaşı və ya onlar tərəfindən hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 şahid qismində verdiyi ifadəsində, həmçinin göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə Füzuli RPŞ-də onun da iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki şalvarın sağ cibində bir ədəd bükümdə ümumi çəkisi 0,2 qram olmuş metamfetaminə oxşar kütləni özünə məxsus olduğunu bildirməklə təqdim etmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs müdafiəçisinin verdiyi müvafiq suala cavab olaraq polis əməkdaşlarının ona zor tətbiq etmədiyini, hər hansı qanunsuz hərəkət etmədiyini bildirmişdir. O, göstərdikləri barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 şahid qismində verdiyi ifadəsində, həmçinin göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə onun da iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs (bundan sonra – Səbuhi) Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən yaşadığı evdə axtarış keçirilərkən yataq otağındakı çarpayının altında olan döşəmə üzərindən dörd ədəd bükümlərdə ümumi çəkisi 1,7 qram olmuş metamfetaminə oxşar kütlələri aşkar etmişlər. Həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Səbuhi həmin kütlələrin ona məxsus olmadığını, anası isə dua yazılmış duz olduğunu demişdir. Lakin həmin kütlələr Səbuhiyə məxsus olmuşdur. Sonuncunun göstərilən kütlələrin aşkar edildiyi yerə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsi yalandır. O və ya hər hansı polis əməkdaşı həmin kütlələri aşkar edildiyi yerə qoymamışlar. O və ya hər hansı polis əməkdaşı Səbuhinin yaşadığı evə axtarış keçirilməsindən əvvəl daxil olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili X4 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsi ilə əlaqədar baş vermiş hallar barədə Şahid1 ilə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 02 mart 2023-cü il tarixdə Füzuli RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş raport, sonuncunun üzərinə şəxsi axtarış və Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən yaşadığı evdə axtarış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş iki ədəd disklərin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının əsası, üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsinin mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxsin sonradan verdiyi tam etirafedici ifadəsi və şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi, xüsusilə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisinin verdiyi müvafiq suala cavab olaraq polis əməkdaşlarının ona zor tətbiq etmədiyini, hər hansı qanunsuz hərəkət etmədiyini bildirməsi, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilərkən yataq otağındakı çarpayının altında olan döşəmə üzərindən aşkar edilmiş dörd ədəd bükümlərdəki kütlələrin ona məxsus olmadığını, anasının isə həmin kütlələrin dua yazdırdığı duz olduğunu demələri müəyyən edilir (səh. 7, 22, 23, 27, 33, 34, 39). - Füzuli Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 5(064)18/2023 nömrəli qərarından görünür ki, iş üzrə ibtidai istintaq aparmış müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılması barədə qəbul edilmiş 02 mart 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (səh. 82). - Materialların məhkəmə ekspertizasının 02 mart 2023-cü il tarixli, 18/261 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 0,402 qram, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evdən ...” sözləri yazılmış dörd ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,099 qram, 0,347 qram və 0,521 qram olmaqla, ümumi təmiz çəkisi 1,041 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, həmin maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata sərf edildikdən sonra metamfetaminin ümumi qalıq çəkisi 1,243 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (səh. 43-45). - Məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli, 1906 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) psixostimulyatordan istifadə etmə halları olub. Lakin müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hazırda o, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (səh. 131, 132). - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, Füzuli RPŞ-də HK-1/143 nömrəli material üzrə aparılmış araşdırma zamanı 10 fevral 2023-cü il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs “VAZ 2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhmədbəyli-Füzuli avtomobil yolunun Qarabağ kəndi ərazisindən keçən hissəsində sürücülük hüququ olmadan idarə etməsi zamanı idarəetməni itirib yolun kənarında yerləşən avtoyuma məntəqəsinə dəyməsi nəticəsində sağ dirsək sümüyünün fraqmentlərinin yerdəyişən qapalı sınığından ibarət, sağlamlığa az ağır zərərvurmaya aid xəsarət alması müəyyən edildiyinə görə sonuncu barəsində cinayət işi başlanması rədd edilmişdir (səh. 139, 140). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və ya daşımağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 2,0 qramdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı sonradan verdiyi tam etirafedici ifadələrində özünü irəli sürülmüş ittiham üzrə müdafiə etmək üçün dəlil irəli sürməsə də, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində 02 mart 2023-cü il tarixdə Füzuli RPŞ-də tanımadığı polis əməkdaşının onun sol qulaq nahiyəsinə sillə ilə vurub ondan yaşadığı evdə də metamfetamin saxlamasını etiraf etməyi tələb etməsi və yaşadığı evdə axtarış keçirilərkən yataq otağındakı çarpayının altından aşkar edilmiş dörd ədəd bükümlərdəki metamfetaminin ona məxsus olmaması və həmin kütlələrin yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulmasını zənn etməsi barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə sonradan məhkəmə istintaqı zamanı verdiyi ifadələrində təsdiq etməsə də, hüquqi qiymət verilməsini və bununla bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki,: - müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə, məhkəmə həmin dəlilə qiymət verərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması və sair halları nəzərə almalıdır. - Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Cinayət işi materiallarından görünür ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiəçisi olmuş Müdafiəçi iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən verdiyi ilkin izahatında müdafiəçisinin müvafiq sualına cavab olaraq, polis əməkdaşlarının ona qarşı zor tətbiq etmədiyini göstərmiş, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində polis əməkdaşlarının ona qarşı zor tətbiq etməsini göstərməmiş, bununla bağlı özü və ya müdafiəçisi vəsatət verməmiş, yaxud hər hansı dövlət orqanına və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmiş, əksinə, verdiyi bütün ifadələrində ona qarşı irəli sürülmüş ittihamı tam etiraf etmiş, məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadələrində də ibtidai istintaq zamanı verdiyi ifadələri ilə oxşar məzmunlu mövqe nümayiş etdirmiş, əksinə, həm özü son sözündə, həm də müdafiəçisi Müdafiəçi məhkəmə çıxışında onun törətdiyi cinayət əməlini etiraf etməsi nəzərə alınaraq, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmiş, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində isə 02 mart 2023-cü il tarixdə Füzuli RPŞ-də olarkən onun sol qulaq nahiyəsinə sillə ilə vurmuş polis əməkdaşını tanımadığını, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ona zor tətbiq etmədiklərini, polis əməkdaşının vurduğu zərbədən sol qulağının xarici səthində hər hansı xəsarət izinin yaranmadığını, sonradan bununla bağlı tibbi müayinədən keçmədiyini göstərmişdir. Məhkəmə göstərilənlərə əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində 02 mart 2023-cü il tarixdə Füzuli RPŞ-də olarkən tanımadığı polis əməkdaşının onun etirafedici ifadə verməsinə nail olmaq məqsədilə sol qulaq nahiyəsinə sillə ilə vurması barədə irəli sürdüyü dəlil hər hansı sübut növü və ya işin digər halı ilə möhkəmləndirilməmiş, əksinə, məhkəmə istintaqı zamanı sonradan verdiyi ifadələrində özü tərəfindən təsdiq edilməmişdir. Beləliklə də, həmin dəlil cinayət işi materialları ilə tam təkzib edilir və əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsinin məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə zidd olmayan hissələrini, məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadələrinin isə ilkin ifadəsində özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillərini təkzib edən hissələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, bu hüquqi mövqe, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi bütün ifadələrində iş üzrə yaşadığı evdən aşkar edilmiş dörd ədəd bükümlərdəki metamfetaminin ona məxsus olmasını etiraf etməsi, həmin evdə axtarış keçirilməsi barədə protokola əlavə edilmiş videogörüntülərdən onun anasının həmin kütlələrin dua yazdırdığı duz olduğunu bildirməsinin müəyyən edilməsi və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onun yaşadığı evə axtarış keçirilməsindən əvvəl daxil olmadığını göstərməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində iş üzrə yaşadığı evdə axtarış keçirilərkən aşkar edilmiş dörd ədəd bükümlərdəki metamfetaminin ona məxsus olmaması və həmin kütlələrin yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilin əsassız olduğunu göstərir. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsinin ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək məqsədilə irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi tam etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və X3 verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsi barədə 02 mart 2023-cü il tarixli protokollar, onlara əlavə edilmiş iki ədəd diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 02 mart 2023-cü il tarixli, 18/261 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli, 1906 nömrəli rəyi, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış metamfetamin qalıqları ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirini tam sübuta yetirmiş və əməlini düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 99). - Füzuli rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023 və 12 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamələr, elektron məhkəmə portalından əldə edilmiş məlumat, əlillik haqqında 038645 nömrəli vəsiqənin surəti və Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon Qəbul şöbəsinin 07 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs subaydır, mağazada satıcı işləyir, ona 18 yaşadək əlillik təyin edilsə də, hazırda hər hansı növdə, eləcə də əlilliklə bağlı pensiya almır, valideynləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 125, 129, 130, 135, 136). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması və əvvəllər ona 18 yaşadək əlillik təyin edilməsinə səbəb olmuş xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması və əvvəllər ona 18 yaşadək əlillik təyin edilməsinə səbəb olmuş xəstəlikdən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini cəmiyyət üçün daha təhlükəli olan metamfetaminlə bağlı törətməsini, həmin kütlənin beş ədəd bükümlərdə və ümumi təmiz çəkisinin 1,443 qram olmasını nəzərə alaraq hesab edir ki, həmin hallar Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının 10 (on) ay müddətə təyin edilməsini zəruri edir. Ona şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur (səh. 21). - “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:55-dən 17:45-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir (səh. 59-61). - “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərarda göstərilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh. 64, 65). Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu müddət daxil olduğuna, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulduğuna, 03 mart 2023-cü il tarixdə saat 17:45-də təqsirləndirilən şəxs qismində didirildikdən sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyinə görə onun şübhəli şəxs qismində tutulması müddəti 38 saat, yəni 2 (iki) gün davam etmişdir. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını real çəkməli olduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə iclasında dərhal həbsə alınmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli, 1906 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,243 qram təşkil edən metamfetamin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2023-ci il tarixdən 03 mart 2023-cü il tarixədək iş üzrə tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,243 qram təşkil edən metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-34/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-34/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver