Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-34/2025 17.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı ildə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuş, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, axşam saatlarında qonşusu Zərərçəkmiş şəxs yemək vermək məqsədilə ona məxsus Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən 174 nömrəli evə gedib giriş otağında yerdən salınmış döşəkdə uzanan Zərərçəkmiş şəxs yeməyi vermiş, Zərərçəkmiş şəxs onunla söhbət edərək yeməyi yemiş, bir az sonra onun yuxuya getməsindən istifadə edib həmin otağın pəncərəsinin qarşısında olan divar saatının arxasındakı içərisində 600 manat pul olan ağ rəngli sellafonu oğurlayıb getmişdir. Məhkəmə iclasında: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında qonşusu Zərərçəkmiş şəxs yemək vermək məqsədilə ona məxsus Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən 174 nömrəli evə getmiş, giriş otağında yerdən salınmış döşəkdə uzanan Zərərçəkmiş şəxs yeməyi verdikdən sonra Zərərçəkmiş şəxs onunla söhbət edərək yeməyi yemiş, bir az sonra onun yuxuya getməsindən istifadə edib həmin otağın pəncərəsinin qarşısında olan divar saatının arxasındakı içərisində 600 manat pul olan ağ rəngli sellafonu oğurlayıb getmişdir. Həmin 600 manatı ona görə oğurlamışdır ki, Zərərçəkmiş şəxs verdiyi yeməkləri bişərərkən istifadə etdiyi ərzaqları aldığı mağazalara borclu qalmışdır. Hazırda maddi vəziyyəti çətin olduğundan həmin pulu zərərçəkmiş şəxsə birdəfəlik ödəyə bilmir. Çalışıb Zərərçəkmiş şəxs vurduğu ziyanı hissəhissə ödəyəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Füzuli rayon polis şöbəsinə verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən 174 nömrəli evinin giriş otağındakı qaz sobasının yanında yerdən saldığı döşəkdə uzanıb yatarkən qonşusu Təqsirləndirilən şəxs ona yemək gətirmiş, onun gətirdiyi yeməyi yeyərkən söhbət etmişlər, bir az sonra xəstə olması səbəbi ilə yuxuya getmiş, səhər ayılan zaman həmin otağın pəncərəsinin qarşısında olan divar saatının arxasındakı içərisində 600 manat pul olan ağ rəngli sellafonun yerində olmadığını görüb Xalidənin oğurladığını müəyyən etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, ilkin yoxlama zamanı hadisə yerinə baxış keçirilmiş, fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Həmçinin, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 11 saylı Qayıdış qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yaşayır və nümayəndəlik tərəfindən müsbət xarakterizə olunur. Füzuli rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-36/2- 144/2025 nömrli məktubda Təqsirləndirilən şəxs rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatda olmadığı göstərilmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlillik məlumatlarının X2 Sistemində yoxlanılaraq məlumat verilməsi üçün Füzuli rayon prokurorluğuna sorğu verilmiş, Füzuli rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda Təqsirləndirilən şəxs əlillik məlumatlarının aşkar edilmədiyi, Zərərçəkmiş şəxs isə reaktiv psixoz diaqnozu ilə ikinci dərəcəli əlil olduğu göstərilmişdir. Araşırma zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Füzuli rayon polis şöbəsinə ərizə ilə müraciət edərək materialın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına etirazları olmadığını bildirmişlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək təqsirini səmimi olaraq etiraf etmiş və müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.1956-cı ildə doğulmaqla 68 yaşının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmişin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, qadın olmaqla, 68 yaşının olmasını və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, cinayət işi üzrə 600 manat məbləğində maddi ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CMin 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon icra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-34/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-34/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver