Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-35/2025 16.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1975-ci ildə Füzuli rayonu, Qarakollu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ dərəcəli əlil, fərdi qaydada əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Qarakollu kəndində pasport qeydiyyatında olmaqla, məcburi köçkün kimi Füzuli rayonu, Fin qəsəbəsi, 320 nömrəli evdə yaşayan və barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin mart ayında ona oğlu X5 rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyündə polis nəfəri vəzifəsinə işə düzəltməsi üçün müraciət etmiş həmkəndlisi Zərərçəkmiş şəxs özünün əvvəllər Füzuli rayon Polis şöbəsində işlədiyini, polis şöbəsində tanışlarının və hörmətinin olmasını bildirərək X5 rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyündə polis nəfəri vəzifəsinə işə düzəltdirə biləcəyi barədə yalan vədlər verərək ondan 8000 (səkkiz min) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən 03 may 2023-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi «Naz Lifan» markalı,** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi, 138 nömrəli evin yanından keçən yolda 4000 (dörd min) manat pulu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etdikdən sonra, 2023-cü ilin noyabr ayının əvvəllərində istifadə etdiyi ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək aralarında qabaqcadan olan razılaşmaya uyğun olaraq idarə etdiyi «Naz Lifan» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi, 138 nömrəli evin yanından keçən yola gedib orada görüşüb vahid niyyətlə qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu ələ keçirib öz ehtiyaclarına sərf etdikdən sonra, aralarında olan razılaşmaya uyğun olaraq 2024-cü ilin mart ayının əvvəllərində idarə etdiyi «Naz Lifan» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi, 138 nömrəli evin yanından keçən yola gedib orada görüşüb vahid niyyətlə qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu ələ keçirib öz ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs vahid niyyətlə xeyli miqdarda, yəni ümumilikdə 8000 (səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, o, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Füzuli rayonu, X9 qəsəbəsi, 320 nömrəli evdə yaşayır. 1997-ci ilin avqust ayından 2007-ci ilin aprel ayınadək olan müddətdə Füzuli rayon Polis şöbəsində polis nəfəri vəzifəsində işləmiş, İİ qrup Qarabağ müharibəsi əlilidir. Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi, 138 nömrəli evdə məcburi köçkün kimi yaşayan Zərərçəkmiş şəxs həmkəndlisidir. Onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. 2023-cü ilin mart ayında xatırlamadığı gündə Zərərçəkmiş şəxslə onun yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsinin ərazisində görüşmüş, söhbət zamanı Bəyəndik oğlu Sədat Niftəliyevin hərbi xidmətdən qayıtdığını və işsiz olduğunu Füzuli rayon Polis şöbəsinin Post Patrul xidməti bölüyündə polis nəfəri kimi işlə təmin olunmasında ona köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs Füzuli rayon Polis şöbəsində tanışlarının olduğunu, onların vasitəsi ilə X5 rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünə polis nəfəri vəzifəsinə işə düzəltdirə biləcəyi barədə yalandan vəd verərək ondan 8.000 (səkkiz min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs ona həmin məbləğdə pul verə biləcəyinə razılaşmış, o, bir neçə gün sonra X5 rayon Polis şöbəsinə aparmış, Füzuli rayon Polis şöbəsinin kadrlar qrupunun rəisi polis kapitanı Zakir Məhəmmədova təqdim edərək onun qohumu olduğunu bildirərək polis nəfəri kimi işlə təmin olunmasında köməklik etməsini xahiş etmişdir. Zakir Məhəmmədovun tapşırığı əsasında Sədat Niftəliyev müvafiq sənədlər toplayaraq Füzuli rayon Polis şöbəsinə təqdim etmiş, daha sonra həkim komissiyasından keçmişdir. O, 02 may 2023-cü il tarixdə istifadə etdiyi nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi nömrəyə zəng edərək təcili olaraq 4.000 (dörd min) manat pulu çatdırmasını tapşırmış, Bəyəndik ona həmin məbləğdə pulunun olmadığını bildirərək bir gün möhlət istəmişdir. 03 may 2023-cü il tarixdə, saat 16 radələrində Bəyəndik onun istifadə etdiyi nömrəyə zəng edərək 4.000 (dörd min) manat pulu düzəltdiyini və gəlib evindən götürməsini demişdir. O, həmin gün idarə etdiyi «Naz-Lifan» markalı avtomobillə tək Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmiş, yolda 4.000 (dörd min) manat Bəyəndikdən almışdır. O, aldığı pulları hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. 4.000 (dörd min) manat pulu Bəyəndikdən alarkən yanlarında kənar şəxs olmamışdır. O, Zərərçəkmiş şəxs aldığı 4.000 (dörd min) manat pulu öz ehtiyaclarına sərf etmişdir. Sədat 07 sentyabr 2023-cü il tarixdə Füzuli rayon Polis şöbəsində Post Patrul Xidməti bölüyünə polis nəfəri deyil, Polisə ictimai dəstək xidmətinə işə qəbul edilmiş, polis kapitanı Zakir Məhəmmədov ona Sədatın sənədlərinin Post Patrul bölüyünə polis nəfəri deyil, səhvən Polisə içimai dəstək xidmətinə göndərildiyini demişdir. O, təxminən iki ay sonra istifadə etdiyi nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək onunla görüşmək istəməsini demiş, Bəyəndikin razılığı əsasında həmin gün Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsinin ərazisində onun yaşadığı evin yaxınlığında görüşmüş, o, Zərərçəkmiş şəxs aldadaraq ondan 2.000 (iki min) manat pul istəmiş, həmin məbləğdə pulu oğlu Sədatın işi ilə bağlı yuxarı göndərəcəyini demişdir. Bəyəndik ona hazırda həmin məbləğdə pulunun olmadığını, həmçinin oğlu Sədatın Füzuli rayon Polis şöbəsinin Post Patrul xidməti bölüyünə Polis nəfəri kimi deyil polisə ictimai dəstək xidmətinə işə qəbul edildiyini bildirərək narazılıq ifadə etmişdir. O, ertəsi gün 2023-cü ilin noyabr ayının əvvəllərində xatırlamadığı gündə saat 11 radələrində idarə etdiyi «Naz- Lifan» markalı avtomobillə tək Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına getmiş, Bəyəndikdən orada 2000 (iki min) manat pulu almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2024-cü ilin mart ayının əvvəllərində xatırlamadığı gündə Zərərçəkmiş şəxs istifadə etdiyi nömrəyə zəng edərək oğlu Sədatın yaxın günlərlə Post Patrul Xidməti bölüyünə işə qəbul ediləcəyini və polis formasını əyninə geyəcəyini bildirərək Bəyəndikdən qalan 2.000 (iki min) manat puluda ona çatdırmasını tələb etmişdir. Ertəsi gün Bəyəndik onun istifadə etdiyi nömrəyə zəng edərək 2.000 (iki min) manat pulu hazırladığını və gəlib götürməsini bildirmişdir. O, idarə etdiyi «Naz-Lifan» markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsinin ərazisinə getmiş, Bəyəndik oğlu Şahid yanında 2.000 (iki min) manat pulu sayıb ona vermişdir. O, Bəyəndikdən aldığı ümumilikdə 8.000 (səkkiz min) manat pulun hamısını öz ehtiyaclarına sərf etmişdir. 19 mart 2024-cü il tarixdə X6 rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünə polis nəfəri vəzifəsinə işə qəbul edilmiş, sonradan Bəyəndik onun tərəfindən aldadıldığını və 8.000 (səkkiz min) manat pulunu ələ keçirildiyini öyrənərək dəfələrlə onunla görüşüb 8.000 (səkkiz min) manat pulu qaytarmasını tələb etmiş, o, maddi imkansızlığından Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi 8.000 (səkkiz min) manat pulu bu günədək ona qaytara bilməmişdir. Zərərçəkmiş şəxs aldadaraq onun pulunu ələ keçirdiyinə görə əməlindən peşmandır. Himayəsində daimi müalicəyə ehtiyacı olan xəstə övladının olmasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs ilə barışmış, maddi zərərin bir qismini ona qaytarmışdır. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi, 138 nömrəli evdə yaşayır. Həmkəndlisi Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər Füzuli rayon Polis şöbəsində polis nəfəri vəzifəsində işləmiş və 1-ci Qarabağ müharibəsi əlilidir. 2023-cü ilin mart ayında xatırlamadığı gündə Təqsirləndirilən şəxsla yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsinin ərazisində görüşüb söhbət edərkən ona oğlu Sədat Niftəliyevin hərbi xidmətdən qayıtdığını və işsiz olduğunu bildirərək Sədatın hər hansı bir işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Azər ona Füzuli rayon Polis şöbəsində tanışlarının olduğunu, onların vasitəsi ilə oğlu X5 rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünə polis nəfəri vəzifəsinə işə düzəldə biləcəyini, ona isə hörmət etdirəcəyini bildirərək ondan 8.000 (səkkiz min) manat pul istəmişdir. O, Azərə 8.000 (səkkiz min) manat pul verəcəyi barədə razılaşdıqdan sonra Azərdən ayrılıb evinə getmiş, bir neçə gün sonra Azər oğlu Sədatı Füzuli rayon Polis şöbəsinə aparmış və oğlu Sədat müvafiq sənədlər toplayaraq Füzuli rayon Polis şöbəsinə təqdim edərək həkim komissiyasından keçmişdir. 02 may 2023-cü il tarixdə Azər istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək təcili olaraq ona 4.000 (dörd min) manat pulu çatdırmasını tapşırmışdır. O, Azərə hazırda həmin məbləğdə pulunun olmadığını deyərək ondan bir gün möhlət istəmiş, "xxxx" ASCnin Beyləqan rayon filialından kredit götürüb verəcəyini bildirmişdir. Azər onunla razılaşdıqdan sonra 03 may 2023-cü il tarixdə arvadı X4 ilə birlikdə "xxxx" ASC-nin Beyləqan rayon filialına getmiş və 23 %-lə 59 ay müddətinə 5350 (beş min üç yüz əlli) manat pulu kredit olaraq götürüb həmin gün yaşadığı evə qayıdıb istifadə etdiyi nömrədən Azərin istifadə etdiyi nömrəyə zəng edərərək ona 4.000 manat məbləğində pulu kredit götürdüyünü və gəlib pulu götürməsini demişdir. 03 may 2023-cü il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Naz- Lifan» markalı avtomobillə tək onun yaşadığı evin yaxınlığına gəlmiş, o, yolda 4.000 (dörd min) manat pulu sayıb Azərə vermişdir. Azər aldığı pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Həmin vaxt yanlarında kənar şəxs olmamışdır. O, arvadı Yeganənin adına kredit olaraq götürdüyü 5350 manat pulun qalan 1350 (min üç yüz əlli) manatını isə öz ehtiyaclarına xərcləmişdir. Oğlu Sədat 07 sentyabr 2023-cü il tarixdə Füzuli rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünə deyil Polisə ictimai dəstək xidmətinə işə qəbul edildiyindən Azərin istifadə etdiyi nömrəyə zəng edərək bunun səbəbini soruşmuş, Azər Sədatın sənədlərinin səhvən Polisə İctimai dəstəyə verildiyini və yaxın günlərdə X11 Xidməti bölüyündə polis nəfəri vəzifəsinə işə düzəltdirəcəyi barədə vəd vermişdir. Təxminən iki ay sonra Təqsirləndirilən şəxs istifadə etdiyi nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək onunla görüşmək istəməsini bildirmiş, o, həmin gün yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsinin ərazisində evinin yaxınlığından keçən qəsəbəarası yolda onunla görüşmüşdür. Azər ondan 2.000 (iki min) manat pulu istəyərək həmin məbləğdə pulu yuxarı göndərəcəyini bildirsə də konkret olaraq ad çəkməmişdir. O, Azərə hazırda həmin məbləğdə pulunun olmadığını, həmçinin oğlu Sədatın Füzuli rayon Polis şöbəsinin Post Patrul bölüyünə Polis nəfəri kimi deyil, polisə ictimai dəstək xidmətinə işə qəbul edildiyini demişdir. O, ertəsi gün bir nəfər tanışından 2.000 (iki min) manat pulu borc olaraq alıb Azərin istifadə etdiyi nömrəyə zəng edib ona pulu hazırlamasını və gəlib götürməsini demişdir. Təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində saat 11 radələrində Azər idarə etdiyi «Naz-Lifan» markalı avtomobillə tək onun yaşadığı evin yaxınlığından keçən qəsəbəarası yola gəlmiş, o, orada 2.000 (iki min) manat pulu sayıb Azərə vermişdir. Həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Azərə verdiyi pulların hamısı 100-lük əskinazlardan ibarət olmuşdur. 2024-cü ilin mart ayının əvvəllərində Azər onun istifadə etdiyi nömrəyə zəng edərək oğlu Sədatın yaxın günlərlə post Patrul xidməti bölüyündə işə düzələcəyini və polis formasını əyninə geyinəcəyini bildirərək ondan aralarında olan razılaşmaya əsasən 2.000 (iki min) manat pulu da ona çatdırmasını tapşırmışdır. O, ertəsi gün 2024-cü ilin mart ayının əvvəllərində xatırlamadığı gündə Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə zəng edərək ona pulu hazırlaması barədə məlumat vermişdir. Azər idarə etdiyi «Naz- Lifan» markalı avtomobillə onun yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsinin ərazisindən keçən qəsəbəarası yola gəlmiş, o, oğlu Şahid yanında 2.000 (iki min) manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. 19 mart 2024-cü il tarixdə oğlu X6 rayon Polis şöbəsinin Post Patrul Xidməti bölüyünə polis nəfəri vəzifəsinə işə qəbul edilmişdir. O, sonradan Təqsirləndirilən şəxs onu aldadaraq 8.000 (səkkiz min) manat pulunu ələ keçirdiyini öyrənmiş, dəfələrlə Təqsirləndirilən şəxsla görüşərək ondan 8.000 (səkkiz min) manat pulunu qaytarmasını tələb etsə də Azər hər dəfə ona yalan vədlər verərək ələ keçirdiyi pulunu qaytaracağı barədə vəd verərək vaxt qazanmışdır. Hətta o, bir dəfə həyat yoldaşı Yeganə ilə Azərin yaşadığı evə getmiş, Azərin arvadı ona ərinin evə həmin məbləğdə pul gətirmədiyini və həmin puldan məlumatının olmadığını bildirmişdir. 0,18 sentyabr 2024-cü il tarixdə Füzuli rayon Polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs onu aldadaraq 8.000 (səkkiz min) manat pulunu ələ keçirməsi barədə ərizə vermişdir. Onun müraciəti əsasında araşdırma aparılarkən arvadı X2 adına "xxxx" ASC-nin Beyləqan rayon filialından 5350 (beş min üç yüz əlli) manat pulu kredit götürməsi barədə 02 vərəqdən ibarət ödəniş qrafikini təqdim etmişdir. Təqsirləndirilən şəxs ona olan 8000 manat borcundan 1500 manat ödəniş etməsini, yerdə qalan 6500 manat borcu isə aylıq 1200-1500 manat olmaqla hissə-hissə ödəməsi barədə aralarında razılığa gəlməsini bildirmiş, həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında Şahid qismində ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdi. Cinayət işinin 17-18-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli GTKR1069076B140 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Beyləqan rayon filialı tərəfindən X3 5350 manat pul vəsati 23 %-lə 59 ay müddətinə verilmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi publik hüquqi şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasının direktoru tərəfindən 19 dekabr 2024-cü il tarixli, 18-1-36/2-1330/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs “Füzuli rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Narkoloji və Ruhi-Əsəb kabinetlərində qeydiyyatda yoxdurlar. Cinayət işinin 25-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-də xx.xx.2024-cü ildə yoxlanılmış tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Füzuli rayonu, Qarakollu kəndində doğulmuş Təqsirləndirilən şəxs barəsində Füzuli rayon Polis şöbəsi tərəfindən ********* nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM 40.3-cü maddəsi ilə CM-nin 72.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizə ilə Məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona olan 8000 manat borcundan 1500 manat ödəniş etməsini, yerdə qalan 6500 manat borcu isə aylıq 1200-1500 manat olmaqla hissə-hissə ödəməsi barədə aralarında razılığa gəlməsini bildirmiş, həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Cinayət işi materiallarında olan “Veteran vəsiqəsi” əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs “İ Qarabağ müharibəsi” veteranıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1- ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin ifadələri, eyni zamanda cinayət işinin materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən əvvəllər tətbiq edildiyi üçün təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 48-ci hissəsində göstərilmişdir ki, Cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Cinayət işinin 42-43, 49-50-ci vərəqələrində olan materiallar əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.1975-ci ildə Füzuli rayonu, Qarakollu kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, evlidir, orta təhsillidir, məhkumluğu yoxdur, İİ qrup əlilidir, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Füzuli rayonu, Qarakollu kəndində pasport qeydiyyatında olmaqla məcburi köçkün kimi Füzuli rayonu, X9, 400 evlik Fin qəsəbəsi, 320 nömrəli evdə yaşayır. Füzuli rayon İcra Hakimiyyəti başçısının X10 inzibati ərazi dairəsi, 400 evlik Fin qəsəbəsi üzrə nümayəndələyindən verilmiş xasiyyətnaməyə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən, “İ Qarabağ müharibəsi” veteranı olmasını, İİ dərəcəli əlil olmasını, törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını və əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, “İ Qarabağ müharibəsi” veteranı olmasını, İİ dərəcəli əlil olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə - konkret olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını məqsədəmüvafiq hesab edir. Həmçinin Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığı nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-35/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-35/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver