Məhkəmə qərarları › İş №1(064)-36/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-36/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-36/2024 10.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olan, Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsi, 145 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixə keçən gecə Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, çiy kərpicdən tikilmiş çayxanaya arxa divarından açdığı dəlikdən qanunsuz daxil olduqdan sonra stolun siyirməsində sonuncuya məxsus olmuş 750,00 manat məbləğində pulu gizli olaraq götürüb, şəxsi ehtiyaclarına xərcləyib talamaqla, Zərərçəkmiş şəxs1 həmin əmlakını saxlanc yerinə daxil olmaqla oğurlamışdır. Bundan başqa, o, 17 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində yerləşən mal-qara bazarında olarkən Zərərçəkmiş şəxs3 xırdabuynuzlu heyvanların satışından əldə etdiyi pulları cibinə yerləşdirdiyi, əynində olmuş hərbi qış gödəkçəsini Şahid1 Hüseynqulu oğluna məxsus, “QAZ-33021” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin salonuna qoyub oradan kənarlaşdığını gördüyünə görə həmin avtomobilin qapısını açıb salonuna daxil olduqdan sonra orada olmuş həmin gödəkçənin sağ döş cibindən 1770,00 manat məbləğində pulu və cihazlar panelinin üzərində, Zərərçəkmiş şəxs3 məxsus, 400,00 manat dəyərində olmuş “Redmi” markalı mobil telefonu gizli olaraq götürüb, həmin pulu şəxsi ehtiyaclarına xərcləyib talamaqla, Zərərçəkmiş şəxs3 göstərilən əmlaklarını təkrarən oğurlamışdır. Bundan başqa, o, 2024-cü ilin fevral ayının sonları, gecə saatlarında Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus cücə sexinə əli ilə itələyib açdığı pəncərəsindən qanunsuz daxil olduqdan sonra orada inqubator aparatlarının üzərinə quraşdırılmış, cəmi dəyəri 900,00 manat olan 1500 KV-luq 6 ədəd su matorlarını və onların yerəbərkidici dəmir hissələrini gizli olaraq söküb, yaşadığı evin həyətinə gətirib, cinayətdən xəbərsiz olan Şahid2 satıb və bundan əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına xərcləyib talamaqla, Zərərçəkmiş şəxs2 həmin əmlaklarını təkrarən saxlanc yerinə daxil olmaqla oğurlamışdır. Bundan başqa, o, 23 mart 2024-cü il tarixdə gecə saatlarında Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fermanın həyətində olan tövləyə qapısını açıb qanunsuz daxil olduqdan sonra orada olmuş bir baş dişi cinsli, iki yaşlı, diri çəkisi 70 kq., dəyəri 700,00 manat olan qoyunu gizli olaraq tutub, gəldiyi atın belinə qoyub, özü ilə aparıb, şəxsi ehtiyaclarına sərf etmək üçün kəsib talamaqla Zərərçəkmiş şəxs4 həmin əmlakını təkrarən saxlanc yerinə daxil olmaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı dindirilərkən və ifadəsi yerində yoxlanılarkən verdiyi bütün ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı bütün ifadələrini müdafiəçisinin iştirakı ilə, hər hansı təsir və ya təzyiq olmadan vermiş və imzalamışdır. O, 03 mart 2023-cü il tarixə keçən gecə Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus, çiy kərpicdən tikilmiş çayxanaya arxa divarından açdığı dəlikdən daxil olduqdan sonra stolun siyirməsində olmuş 750,00 manat məbləğində pulu gizli olaraq götürmüş, şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 17 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində yerləşən mal-qara bazarında olarkən Zərərçəkmiş şəxs3 xırdabuynuzlu heyvanların satışından əldə etdiyi pul məbləğlərini cibinə yerləşdirdiyi, əynində olmuş gödəkçəni “QAZ-33021” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin salonuna qoyduğunu və oradan kənarlaşdığını gördüyünə görə həmin avtomobilin qapısını açıb salonuna daxil olduqdan sonra orada olmuş həmin gödəkçənin sağ döş cibindən 1770,00 manat məbləğində pulu və cihazlar panelinin üzərində olmuş “Redmi” markalı mobil telefonu gizli olaraq götürmüş, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2024-cü ilin fevral ayının sonları, gecə saatlarında Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus cücə sexinə əli ilə itələyib açdığı pəncərəsindən daxil olduqdan sonra orada inqubator aparatlarının üzərinə quraşdırılmış 1500 KV-luq 6 ədəd su matorlarını və onların yerəbərkidici dəmir hissələrini gizli olaraq söküb, yaşadığı evin həyətinə gətirib, Şahid2 pula satmış və bundan əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 23 mart 2024-cü il tarixdə gecə saatlarında Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fermanın həyətində olan tövləyə qapısını açıb daxil olduqdan sonra orada olmuş bir baş dişi cinsli qoyunu gizli olaraq tutub, gəldiyi atın belinə qoyub, özü ilə aparmış, şəxsi ehtiyaclarına sərf etmək üçün kəsmiş, həmin qoyunun dərisini və ətini 23 mart 2024-cü il tarixdə ibtidai istintaq orqanına təqdim etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilən bütün hallarla razıdır, hər hansı halı mübahisləndirmir. İş üzrə törətdiyi bütün cinayət əməllərindən səmimi peşimandır. Həmin əməlləri törətməsi nəticəsində bütün zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanları ona qarşı irəli sürülmüş ittihamda göstərilən məbləğlərdə tamamilə ödəmiş, bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Göstərdiklərinə əsasən barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 25 mart 2024-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəllər və bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi bütün cinayət əməlləri ilə bağlı halları videoçəkiliş aparılmaqla, müdafiəçisinin də iştirakı ilə hadisə yerlərində göstərmişdir (İ cild, səh. 76-88). Məhkəmə baxışı iclaslarına zərərçəkmiş şəxs qismində dindirilmək üçün lazımi qaydada çağırılmış, ayrı-ayrı vaxtlarda bir dəfə gəlsələr də, təqsirləndirilən şəxs və ya müdafiəçisinin gəlməməsinə görə məhkəmə baxışı iclaslarının təxirə salınması səbəbindən dindirilmələri mümkün olmamış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdikləri yazılı ərizələrində, eləcə də, məhkəmə baxışı iclaslarına zərərçəkmiş şəxs qismində dindirilmək üçün lazımi qaydada çağırılsa da, gəlməmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 20 avqust 2024-cü il tarixli teleqramında və məhkəmə baxışı iclaslarına şahid qismində dindirilmək üçün lazımi qaydada çağırılmış, bir dəfə gəldiyi məhkəmə baxışı iclasının təqsirləndirilən şəxsin müdafiəçisinin gəlməməsinə görə təxirə salınması səbəbindən dindirilməsi mümkün olmamış Şahid1 Hüseynqulu oğlu məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iş üzrə ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etdiklərini, növbəti məhkəmə baxışı iclaslarına üzrlü səbəbdən gələ bilməyəcəklərini, həmin iclasların onların iştirakları olmadan keçirilməsini xahiş etdiklərini, bundan əlavə, həmin zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyan məbləğlərini tamamilə ödədiyini, bu səbəbdən Təqsirləndirilən şəxsla barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini və onların iştirakları olmadan yekun məhkəmə aktının qəbul edilməsini xahiş etdiklərini göstərdiklərinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesinin digər tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə həmin zərərçəkmiş şəxslər və şahidin iş üzrə ibtidai istintaq zamanı verdikləri ifadələr məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə saat 23 radələrində Füzuli rayonu, 6 saylı Qayıdış qəsəbəsində yerləşən, çiy kərpicdən tikilmiş kafenin qapısını kilidləyib yaşadığı evə getmişdir. 03 mart 2023-cü il tarixdə saat 10 radələrində kafenin qarşısına gələndə giriş qapısına müdaxilə olunduğunu, lakin qapının açılmadığını, qapını açıb kafeyə daxil olanda divarının aşağı hissəsinin təxminən 50 sm. diametrində dağıdıldığını gördüyünə görə kafeyə kiminsə daxil olduğunu, kafedəki stolun çəkməsinə baxanda isə orada saxladığı 750 manat məbləğində pulun yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. Oğurluq edən şəxsin tanışı və ya qohumu olmasını ehtimal etdiyinə görə bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, kafenin dağıdılmış divarını təmir etdirmişdir. 25 mart 2024-cü il tarixdə polis əməkdaşları ona kafesindən oğurluq etmiş şəxsin əvvəllər tanıdığı Təqsirləndirilən şəxs olmasını dedikdən sonra 26 mart 2024-cü il tarixdə həmin hadisə barədə ərizə ilə Füzuli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Sonuncu iş üzrə ona qarşı törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxsla barışmışdır (İ cild, səh. 226-229). Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 dekabr 2023-cü il tarixdə saat 10 radələrinə kimi əmisi Şahid1 Hüseynqulu oğlu ilə Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində yerləşən mal bazarında 4 baş xırda buynuzlu heyvanın satışından əldə etdikləri cəmi 1700 manat məbləğində pulu və əvvəlcədən üzərində olmuş 70 manat məbləğində pulu əynində olmuş gödəkçənin sağ döş cibinə yerləşdirmiş, həmin gödəkçəni sonuncuya məxsus “QAZ-33021” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin salonuna, 08 noyabr 2023-cü il tarixdə 400,00 manat məbləğində pula aldığı “Redmi Note 12” markalı mobil telefonu isə həmin avtomobilin cihazlar panelinin üzərinə qoyub həmin avtomobildən kənarlaşmışdır. Təxminən 15-20 dəqiqə sonra həmin avtomobilin salonuna daxil olanda oradakı gödəkçəsinin cibində isə cəmi 1770 manat məbləğində pulun, şitin üzərində isə mobil telefonunun olmadığını görmüş, buna görə də DİN-in “102 zəng xidməti”-nə zəng edib bu barədə məlumat vermişdir (İ cild, səh. 47-50). Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, ona məxsus olan cücə sexinin fəaliyyəti bir neçə il bundan əvvəl dayanmışdır. Sexə nəzarət etməyi tapşırdığı qohumu X3 09 mart 2024-cü il tarixdə ona sexdə olan inqubator aparatlarının üzərinə quraşdırılmış 6 ədəd su matorları və onların yerəbərkidici dəmir hissələrinin oğurlandığı barədə mobil telefon vasitəsilə məlumat vermiş, o, da sonradan hadisə yerinə gəlib bu halı gördükdən sonra 23 mart 2024-cü il tarixdə Firdovsi Quliyev onun tövsiyyəsi ilə bu barədə yazılı ərizə ilə Füzuli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin motorların yerəbərkidici dəmir hissələri ilə birlikdə bir ədədinin hazırki bazar qiyməti 150 manat olduğuna görə iş üzrə ona qarşı törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın məbləği cəmi 900 manatdır. Sonradan həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Sonuncu iş üzrə ona vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxsla barışmışdır (İ cild, səh. 155-157). Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22 mart 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobillə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində yerləşən fermasından yaşadığı evə gedərkən Təqsirləndirilən şəxs atla qarşısına çıxmışdır. Bir neçə saat sonra fermaya qayıdanda oradan bir baş dişi cinsli, iki yaşlı, diri çəkisi 70 kq., dəyəri 700,00 manat olan qoyununun oğurlandığını müəyyən etmişdir. Bundan bir neçə gün əvvəl Təqsirləndirilən şəxsla onun arasında mübahisə baş verdiyinə görə həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlmiş, buna görə də bu barədə ərizə ilə Füzuli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Sonuncu iş üzrə ona qarşı törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxsla barışmışdır (İ cild, səh. 200-203). Cinayət işi materiallarından görünür ki, Şahid1 Hüseynqulu oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində işin ona aid olan müvafiq halları barədə Zərərçəkmiş şəxs3 ilə eyni məzmunda göstərmişdir (İ cild, səh. 37-39). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 Füzuli RPŞ-yə ünvanladığı 26 mart 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli RPŞ-yə 03 mart 2023-cü il tarixə keçən gecə ona məxsus kafedən 750 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı barədə məlumat vermiş, buna görə də sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, səh. 210). - Zərərçəkmiş şəxs3 Füzuli RPŞ-yə ünvanladığı 17 dekabr 2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli RPŞ-yə Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində yerləşən mal-qara bazarında olarkən əmisi Şahid1 Hüseynqulu oğluna məxsus “Qazel” markalı avtomobilin salonunda olmuş ona məxsus 1770 manat məbləğində pul və mobil telefonun oğurlandığı barədə məlumat vermiş, həmin əməli törətmiş şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, səh. 15). - X2 Füzuli RPŞ-yə ünvanladığı 23 mart 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli RPŞ-yə Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, işlədiyi cücə sexindən 6 ədəd su matorunun oğurlandığı barədə məlumat vermiş, həmin əməli törətmiş şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, səh. 121). - Zərərçəkmiş şəxs2 Füzuli RPŞ-yə ünvanladığı 12 aprel 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli RPŞ-yə iş üzrə X3 ilə eyni məzmunda məlumat vermişdir (İ cild, səh. 147). - Zərərçəkmiş şəxs4 Füzuli RPŞ-yə ünvanladığı 23 mart 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli RPŞ-yə 22 mart 2024-cü il tarixdə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində yerləşən fermasından dəyəri 700,00 manat olan bir baş qoyununun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı barədə məlumat vermiş, buna görə də sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İ cild, səh. 169). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 dekabr 2023, 23 mart 2024, 24 mart 2024 və 26 mart 2024-cü il tarixli protokollar və onlara əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməlləri üzrə hadisə yerlərinin zərərçəkmiş şəxslərin də iştiraklarının təmin edildiyi baxışlar zamanı Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsində yerləşən mal-qara bazarı, 9 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus ferma, 11 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus cücə sexi və 6 saylı Qayıdış qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus ferma olmuş, zərərçəkmiş şəxslər işin onlara aid olan hallarını bilavasitə hadisə yerində göstərmişlər (İ cild, səh. 18-22, 124- 126, 172-175, 212-214). - “Baxış keçirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus fermadan oğurladığı bir baş qoyunun dərisini və ətini ibtidai istintaq orqanına təqdim etmişdir (İ cild, səh. 179-181). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2024-cü il tarixli, 9/2615 nömrəli rəyində göstərilmişdir ki, bir baş 2 yaşlı, diri çəkisi 70 kq. olan dişi cinsli qoyunun 2024-cü ilin mart ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 455 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır (İ cild, səh. 243, 244). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 may 2024-cü il tarixli, 9/2614 nömrəli rəyində göstərilmişdir ki, bir ədəd “Redmi Note 12” markalı mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və 08 noyabr 2023-cü il tarixdən 17 dekabr 2023-cü il tarixədək istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin mart ayına olan orta bazar qiyməti hesablama yolu ilə təxminən 280 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır (İİ cild, səh. 7-9). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 may 2024-cü il tarixli, 9/2616 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və iş materiallarında olan fotoşəkillərdə göstərilmiş, markası məlum olmayan, 1500 KV-luq, təxminən 10 il bundan əvvəl satın alınmış bir ədəd mühərrikin orta istismar intensivliyi parametrinə uyğun olaraq, 2024-cü ilin fevral və mart aylarına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120 manat, həmin mühərriklərin üzərində olan yerəbərkidici dəmirin qiyməti təxminən 20 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır (İİ cild, səh. 2, 3). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilməklə müdafiə xarakterli dəlil gətirməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində xeyli miqdarda ziyan vurmaqla, saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmiş oğurluğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməllərini məhkəmənin müəyyən etdiyi məzmunda törətməsi onun əməllərində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin yaranması barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, şahid qismində dindirilmiş Şahid1 Hüseynqulu oğlunun verdikləri, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 dekabr 2023, 23 mart 2024, 24 mart 2024 və 26 mart 2024-cü il tarixli protokollar, “Baxış keçirilməsi haqqında” 23 mart 2024-cü il tarixli protokol və onlara əlavə edilmiş fotocədvəllər, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2024-cü il tarixli, 9/2615 nömrəli, 10 may 2024-cü il tarixli, 9/2614 nömrəli və 14 may 2024-cü il tarixli, 9/2616 nömrəli rəyləri, digər sənədlər və istintaq hərəkəti protokolları ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Füzuli Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(064)27/2019 nömrəli hökmünün təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəzanı çəkib qurtarmışdır (İ cild, səh. 167, İİ cild, səh. 28-33). Bu səbəbdən o, hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir. - Füzuli RİHB-nın 10 saylı Qayıdış qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsi, 145 nömrəli evdə valideynləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İİ cild, səh. 36, 37). Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məhkəməyə və ibtidai istintaq orqanına təqdim etdikləri yazılı ərizələrində iş üzrə Təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanları tamamilə ödədiyini, buna görə də Təqsirləndirilən şəxsla barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını göstərmişlər (İ cild, səh. 115, 158, 204, 230). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və onlara vurduğu maddi ziyanları tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.12 və 59.1.13-cü maddələrinə, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilib, törətdiyi cinayət əməllərindən səmimi peşiman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, iş üzrə bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və onlara vurduğu maddi ziyanları tamamilə ödəməsi, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilib, törətdiyi cinayət əməllərindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş, təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilsə də, həmin əməlinin faktiki halları ilə oxşar məzmunda olan hazırki iş üzrə cinayət əməlləri törətməsi onun əvvəlki hökmlə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından nəticə çıxarmadığı, həmin cəzanın islahedici təsirinin yetərli olmadığı barədə nəticəyə gəlməyə tam əsas verməklə, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün hazırki iş üzrə onun barəsində həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Bu səbəbdən cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ən aşağı həddə, yəni 2 (iki) il müddətə təyin edilməli və o, həmin cəzanı real çəkməlidir. Sonuncuya qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulması (müvafiq protokol əsasında – İ cild, səh. 62), 26 mart 2024-cü il tarixdə qəbul edilmiş qərarlarla (İ cild, səh. 104, 105, 109, 110) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi səbəbindən müvəqqəti saxlama yerindən azad edildiyinə görə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən onun 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalı, onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, buna görə də məhkəməyədək icraat zamanı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə iclasında dərhal həbsə alınmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs cəmi 150 (bir yüz əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan 24 mart 2024-cü il tarixli qəbzdən (İ cild, səh. 184) görünür ki, iş üzrə 24 mart 2024-cü il tarixli qərarla (İ cild, səh. 182, 183) maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs oğurladığı, Zərərçəkmiş şəxs4 məxsus olmuş bir baş qoyunun dərisi və əti ibtidai istintaq zamanı sonuncuya qaytarılmışdır. Bu hal maddi sübutla bağlı məsələnin həll edilməsi zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs cəmi 150 (bir yüz əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar