Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-36/2025 25.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində pasport qeydiyyatında olmaqla hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə bir zərbə vuraraq zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək, 12 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən ictimai yer hesab edilən Şahid3 işlətdiyi çayxanaya gedib, həmin çayxanada həmkəndliləri ilə birlikdə əyləşmiş Zərərçəkmiş şəxs övladlarının onun mərhum oğlunun ölümündə günahlarının olduğunu bəhanə gətirərək Zərərçəkmiş şəxslə heç bir əsaslı səbəb olmadan mübahisə edib sonuncunun ünvanına nalayiq söyüşlər söyərək qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmiş, soyuq silah hesab edilməyən, dəstəyinin uzunluğu-91 mm, orta hissədən eni-21 mm, orta hissədə qalınlığı- 7mm olan turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə bir zərbə vuraraq sonuncuya sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə həmin çayxanada olan şəxslərin istirahətlərini pozaraq onların narahatçılığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zobucuq qəsəbəsi, ev 330 ünvanında yaşayır. 12 oktyabr 2024-cü il tarixdə ünvan 2aş vermiş mübahisəni o, yaratmışdır. Belə ki, 2024-cü ilin yanvar ayında Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində həmin kənd sakini Nemət Bayramov onun övladını bıçaqlayaraq öldürmüşdür. Oğlunun öldürülməsi faktına görə Füzuli rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə araşdırılma aparılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 12 oktyabr 2024-cü il tarixdə, saat təxminən 17 radələrində o, əsəbləşdiyi üçün yaşadığı Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsindən çıxaraq onlarla eyni qəsəbədə yaşayan Şahid6 idarə etdiyi “Vaz 2106” markalı avtomobillə 1 saylı Zobucuq qəsəbəsinin girişində yerləşən kafeyə getmiş və Asəfə onunla əlaqə saxladıqda gəlib onu götürməsini söyləmiş, oda razılaşaraq getmişdir. O, kafedə az miqdarda spirtli içki olan araq içdikdən təxminən 1 saat sonra Asəfə zəng edərək gəlib onu götürməsini söyləmişdir. Bundan sonra Asəf idarə etdiyi avtomobillə onu aparan zaman Asəfə mərhum oğlunun qəbri üstünə getmək istədiyini söyləmiş, Asəf də əvvəlcə növbəti günü getməyini demiş, lakin o, bu gün gedəcəyini, oğlu üçün darıxdığını söyləmişdir. Bundan sonra yaşadığı evə gedərək kiçik oğlu İlhama da onunla mərhum qardaşının məzarı üstünə getməyini demiş, oğlu İlham da onunla razılaşaraq evdən çıxmış və onlar Asəfin idarə etdiyi avtomobillə oğlunun dəfn olunduğu Füzuli rayonu, Yağlıvənd kənd qəbirstanlığına getmişlər. O, qəbrstanlıqda oğlunun məzarını ziyarət etdikdən sonra yenidən avtomobilə əyləşib, Asəfə onu Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndinə aparmağını demiş, həmin vaxt Asəf və oğlu İlham ona təkidlə ora getməməyini, yaşadıqları evə getməklərini bildirmişlər, lakin o, bu gün həmin yerə gedəcəyini demişdir. Bundan sonra onlar Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi istiqamətində hərəkət etmişlər, oğlunun öldürüldüyü yerə, yəni Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında olan kafenin qarşısına çatdıqda Asəfə avtomobili saxlamağını söyləmiş, o da avtomobili yanacaq doldurma məntəqəsinin qarşısında saxlamış və o, avtomobildən yerə düşərək avtomobildəkilərə düşməməklərini söyləyib kafenin içərisinə daxil olmuş, orada xatırlamadığı şəxslər olmuş, ümumiyyətlə o, həmin gün çox əsəbi vəziyyətdə olduğu, həmçinin, spirtli içki qəbul etdiyi üçün kafedə olanların heç birini xatırlamır. Sadəcə olaraq xatırladığı odur ki, kafedə olan Mahir adlı şəxsə onun övladlarının oğlu Azərin ölümündə günahlarının olduğunu söyləmiş, o da cavab olaraq övladlarının heç bir günahının olmadığını demişdir. Bundan sonra aralarında olan danışıqlardan əsəbləşdiyi üçün o, cibində olan qatlanan bıçağı çıxarıb, bıçağın uc hissəsini onun qoluna sıxaraq oğlunu öldürən Nemət adlı şəxsin məhkəməsinə qədər onun övladlarının oğlunun ölümündə günahlarının olmasını etiraf etməmələrinin onlar üçün pis olacağını demişdir. Daha sonra oradan necə gəldiyini, hara getdiyini xatırlamır, özünə gələn zaman Füzuli rayon Polis Şöbəsində olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, sözü gedən kafedə Mahirlə mübahisə etmiş, lakin onun ürək nahiyəsinə bıçaqla zərbə endirməmiş, bıçaqın uc hissəsini sol nahiyəsinə dirəmiş, ola bilsin ki, bıçaq həmin vaxt Mahirin qol nahiyəsinə batıb. O, böyük oğlu Cavidana məxsus ov tüfəngini çox vaxtlar qəbirstanlığa gedəndə özü ilə aparır, lakin kafedə olan vaxt kiçik oğlu İlhamın orada olmasını, ov tüfəngi ilə kafedə olan şəxsləri öldürməyini söyləməyini xatırlamır. Həmçinin sonradan eşitmişdir ki, mərhum oğlunun dostları Rövşən və Elnur adlı şəxslər də onlarla eyni avtomobildə gedib, onları da xatırlamır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq qatlanan bıçaqdır, kiçik ölçülüdür, dəmirdəndir. Həmin günü kafedən çıxandan sonra bıçağı hara qoyduğunu xatırlamır, lakin oğlu İlham sonradan bıçağı taparaq həmin bıçağı və ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Qəbirstanlığa gedən zaman yaşadığı evdən götürmüş olduğu tüfəng oğlu Cavidana məxsusdur, onun adına sənədləşdirilmişdir, ov tüfəngidir, həmin tüfəng boş olmuşdur, üzərində patron olmamışdır. “MTE və PA” Birliyi publik hüquqi şəxs Beyləqan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 319/24 nömrəli rəyində göstərilmiş xəsarətlər, yəni Zərərçəkmiş şəxs sol bazu nahiyəsində olan bir ədəd kəsilmiş-deşilmiş yaranı ona necə yetirdiyini tam olaraq xatırlamır, mübahisə zamanı əlindəki bıçağın uc hissəsinin onun qol nahiyəsinə sıxmış, ola bilsin ki, həmin zaman bıçaq Zərərçəkmiş şəxs qoluna bataraq ona xəsarət yetirmişdir. Həmçinin zərərçəkmiş şəxslə barışdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən çayxanada baş vermiş mübahisəni Cahid adlı şəxs yaratmışdır. O, Cahid adlı şəxsi tanıyır, həmin şəxs Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsində yaşayır. Təxminən 2024-cü ilin əvvəlləri həmin şəxsin övladını onun həmkəndlisi Təyyarın oğlu X6 rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında bıçaqlayaraq öldürmüşdür. Onun həmin şəxslə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdən kənd ərazisinə çıxmış və Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsininin sağ hissəsində yerləşən çayxanaya gedib, orada əyləşmiş həmkəndlisi Şahid2 və Ruslan Yavər oğlunun əyləşdiyi masaya əyləşərək çay içərək söhbət etməyə başlamışlar. Bundan təxminən 15 dəqiqə sonra Cahid adlı həmin şəxs çayxananın içərisinə daxil olmuş, Cahid çayxanaya daxil olanda onun özündə olmadığını, yəni sərxoş vəziyyətdə və ya hər hansı maddənin təsiri altında olmasını hiss edib, problem yaranmaması üçün ayağa duraraq Cahidə gəlib oturmasını söyləmişdir. Cahid onlarla oturmayacağını demiş, o da cavab olaraq oradakıların və övladlarının heç bir günahının olmadığını, onun oğlunu öldürən şəxsin hazırda həbsdə olduğunu söyləmişdir. O, yenidən sakitləşməsini, onun heç bir günahı olmadığını bildirdikdə, Cahid cibindən qatlanan bıçağı çıxarıb arxa hissəsini stulun üzərinə vurub, necə olubsa bıçaq onun sol qolunun iç nahiyəsinə girərək ona xəsarət yetirmiş və bıçağı qolundan çıxarıb qatlayaraq cibinə qoymuşdur. Mübahis zamanı adlarını qeyd etdiyi şəxslər çayxananın daxilində olmuşdurlar, Cahidin onun bıçaqlamasının səbəbini özü də bilmir. Onun 3 övladı var, halbuki, Cahidin övladı öldürülən zaman onun övladının biri Cəbrayıl rayonunda işdə olub, digər övladı Rusiya Federasiyasında olub. Təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadə verərək bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Cahid ondan onu kafeyə aparmasını istəmiş o, da gec olduğunu bildirmiş, lakin təkid etdiyi üçün Cahidi kafeyə aparmışdır. Cahid özü ilə maşında avtomata bənzər silah da apardığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edir. Əlavə olaraq bildirdi ki, Cahid bir neçə şəxslə kafeyə daxil olub Mahirə dirəyərək sonuncunun övladlarının gedib məhkəmədə ifadə vermələrini istəyib, daha sonra mətbəxə keçərək kafenin bundan sonra işləməməsini tələb edərək işləyərsə orada olan hər kəsi öldürəcəyini demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Cahid bir neçə şəxslə kafeyə daxil olub Mahirlə uca səslə nəsə danışırdı, o isə həmin yerdən uzaqlaşmaq üçün kafenin mətbəx hissəsinə keçib. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Cahid bir neçə şəxslə kafeyə daxil olub Mahirlə uca səslə nəsə danışırdı, o isə həmin yerdən uzaqlaşmaq üçün kafenin mətbəx hissəsinə keçib. Sonra Cahid ondan bir daha bu kafeni işlətməməsini tələb edib, o, isə baş üstə deyərək cavab verib. Şahid7, Şahid1, Şahid5 və Şahid8 Məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. İş materiallarında olan: - 14 oktyabr 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirdiyi açıq halda uzunluğu 156 mm, dəstəyinin uzunluğu 91 mm, orta hissədən eni 20 mm olan qara rəngli bıçağı X2 Allahverdiyev təqdim etmiş, həmin bıçaq qablaşdırılaraq götürülmüş və fotoşəkilləri çəkilərək, bu barədə tərtib olunan protokola əlavə olunmuşdur (İ cild i.v. 112-118). - 12 oktyabr 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirən zaman Zərərçəkmiş şəxs əynində olan 01 ədəd göy rəngli uzunqol qış köynəyi və qara rəngli 01 ədəd pencəyi təqdim etmiş, həmin geyimlər qablaşdırılaraq götürülmüş və fotoşəkilləri çəkilərək, bu barədə tərtib olunan protokola əlavə olunmuşdur (İ cild i.v. 11-15). - Məhkəmə tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 319/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın(alətin)təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaq zərbəsinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (İ cild i.v. 84- 86). - Füzuli MRX-dan təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 192 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il tarixdə, saat 00:55-də müayinə olunan zaman sərxoş vəziyyətdə olmuşdur (İ cild i.v. 88). - Məhkəmə Trasoloji Ekspertizasının 29 noyabr 2024-cü il tarixli, 3/1770 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş sviterin və pencəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr var, həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin sviterin və pencəyin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir (İ cild i.v. 213-216). - Məhkəmə Ballistik Ekspertizasının 23 noyabr 2024-cü il tarixli, 3/1771 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 20 mm kalibrli, patronunun uzunluğu 76 mm olan, “Borarms” markalı, “BR20-X” modelli, “714-G24YB-152” nömrəli, yarımavtomatik yivsiz odlu ov tüfəngidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır (İ cild i.v. 217- 220). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 220.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmişdir (İ cild i.v. 176-177). - Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 06 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur (İ cild i.v. 228). - Füzuli RPŞ-ya ünvanlanmış ərizədən müəyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirir (İ cild i.v. 147). - Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti Başçısının Birinci Zobucuq qəsəbə İƏD üzrə icra nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur (İ cild i.v. 171-173). - Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirən zaman Zərərçəkmiş şəxs əynində olan 01 ədəd göy rəngli uzunqol qış köynəyi və qara rəngli 01 ədəd pencəy cinayət işi üzrə maddi sübut hesab edilmiş və Füzuli RPŞ-nin saxlancına təhvil verilmişdir (İ cild i.v. 221-222). - Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs sol bazu nahiyəsinə xəsarət yetirdiyi açıq halda uzunluğu 156 mm, dəstəyinin uzunluğu 91 mm, orta hissədən eni 20 mm olan qara rəngli bıçaq cinayət işi üzrə maddi sübut hesab edilmiş və Füzuli RPŞ-nin saxlancına təhvil verilmişdir (İ cild i.v. 223-225). - “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumat əsasında müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün müharibə veteranı adı almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin tələblərini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, “l Qarabağ müharibəsi” iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanunamüvafiqdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarına və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində açıq halda uzunluğu 156 mm, dəstəyinin uzunluğu 91 mm, orta hissədən eni 20 mm olan qara rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 13 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs cəmi 191 manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan açıq halda uzunluğu 156 mm, dəstəyinin uzunluğu 91 mm, orta hissədən eni 20 mm olan qara rəngli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd göy rəngli uzunqol qış köynəyi və qara rəngli bir ədəd pencək hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-36/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-36/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver