Məhkəmə qərarları › İş №1(064)-37/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-37/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-37/2023 23.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Kürdəmir rayonu, Karrar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialında “yolsalan maşının operatoru” ştatı üzrə işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Karrar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə saat 19:10 radələrində özünün mülkiyyətində olan “QAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 120-ci km-dəki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə sürət həddinin 60 km/saata qədər məhdudlaşdırılmış hissəsində 80 km/saat sürətlə idarə edərkən həmin Qanunun 50.1-ci maddəsinə əsasən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olduğu halda, bunları etməyərək yolu soldan sağa keçmiş piyada X3 həmin avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun təpə sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqlar, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, burun sümüyü fraqmentlərinin yerini dəyişən açıq sınığı, bədən səthinin əzilmiş yaraları və sıyrıqları, aterokardiosklerozdan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialında “yolsalan maşının operatoru” ştatı üzrə işləyir. Bununla əlaqədar həmin şirkətin Füzuli rayonu, Horadiz şəhərində yerləşən yataqxanasında müvəqqəti yaşayır. 20 fevral 2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus “QAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 120-ci km-də 80 km/saat sürətlə idarə edərkən ondan təxminən 1-2 metr məsafə aralıda, yolun orta hissəsində olmuş, sonradan adının X4 (bundan sonra – Qürbət) olmasını bildiyi şəxsin yolu soldan sağa keçməsini anidən görmüşdür. Buna görə də idarə etdiyi avtomobili Qürbəti vurmamaq üçün yayındıra bilməmiş, sonuncunu avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Həmin vaxt polis əməkdaşı Şahid avtomobilini ondan arxa tərəfdə idarə etdiyinə görə baş vermiş hadisəni görmüşdür. Dərhal sonra avtomobilini saxlamış, Qürbətin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü görmüşdür. Hadisə yerinə Qürbətin oğlu Arazın gəlməsindən sonra Şahid onu idarə etdiyi avtomobildə Füzuli Rayon Polis Şöbəsinə gətirmişdir. İbtidai istintaq orqanı tərəfindən mülkiyyətində olan “QAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, sonradan iş üzrə hadisənin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda baş verməsini eşitdiyini, hadisənin baş verməsindən dərhal sonra hadisə yerinə gəldiyini, bu zaman atası X2 aldığı xəsarətlərdən hadisə yerində ölməsini və Təqsirləndirilən şəxs hadisə yerində olmasını gördüyünü, sonuncu ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq orqanı və məhkəməyə təqdim etdiyi yazılı ərizələrində (səh. 77) Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək iş üzrə hadisənin baş vermə mexanizmi və nəticəsi barədə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 120-ci km-də baş vermişdir. Həmin yerdəki yol nişanına əsasən icazə verilən maksimal sürət həddi 60 km/saat olmuşdur (səh. 5-14). - 23 aprel 2015-ci il tarixli, AE956865 nömrəli sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin 11 sentyabr 2018-ci il tarixli, AD 236794 nömrəli şəhadətnaməsinin surətlərindən görünür ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt Təqsirləndirilən şəxs mülkiyyətində olan “QAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmuşdur (səh. 30, 31). - məhkəmə-bioloji ekspertizasının 02 mart 2023-cü il tarixli, 808/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir (səh. 68, 69). - məhkəmə-tibbi ekspertizasının 07 mart 2023-cü tarixli, 06/23 nömrəli rəyində göstərilmişdir ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş təpə sümüyünün kəllə əsası sümüklərinə keçən xətti sınıqlar, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, burun sümüyü fraqmentlərinin yerini dəyişən açıq sınığı, bədən səthinin əzilmiş yaraları və sıyrıqları, aterokardiosklerozdan ibarət xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən az əvvəl küt təsir mexanizminə malik əşyanın təsirindən əmələ gəlmiş, 20 fevral 2023-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Onun ölümünə səbəb kəllə tağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, baş beyin toxumasının əzilməsi olmuşdur (səh. 59-63). - məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 18 aprel 2023-cü il tarixli, 8/1010 nömrəli rəyində göstərilmişdir ki, “QAZ-21074” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manatdır (səh. 74-76). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 64.1-ci maddələrinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 aprel 2023-cü il tarixli, 8/1010 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X2 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Şahid verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 07 mart 2023-cü tarixli, 06/23 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 aprel 2023-cü il tarixli, 8/1010 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 66). - Kürdəmir RİHB-nın Karrar qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli, 270 nömrəli arayış və 05 iyun 2023-cü il tarixli, 14 nömrəli xasiyyətnamə, elektron məhkəmə portalından əldə edilmiş məlumat, "xxxx" Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə üzvləri arvadı, iki nəfər oğlu və bir nəfər gəlinindən ibarətdir, "xxxx" Şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialında “yolsalan maşının operatoru” ştatı üzrə işləyir, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə edilmişdir (səh. 32, 72). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu - oğlu olan hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, əməlində zərərçəkmiş şəxsin yaxın qohumu ilə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normaları, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın, yəni 3 (üç) il müddətə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının isə ən aşağı həddə, yəni 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş əsas cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 may 2023-cü il tarixli qərarla (səh. 103, 104) Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, maddi sübut qismində tanınmış “QAZ-21074” markalı, **- GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən mülkiyyətçisi olan Təqsirləndirilən şəxs qaytarılmış, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar