Məhkəmə qərarları › İş №1(064)-37/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-37/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-37/2024 23.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2a yaşayan, barəsində 17 iyun 2024-cü il tarixdə “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs məxsus 4200 manat pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını qəsdən tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs sərnişin qismində əyləşdiyi Şahid3 idarə etdiyi “Kia Sportage” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobillə X5 idarə etdiyi “Chevrolet Cruze” markalı, ** EH *** dövlət nömrə nişanlı avtomobilin Füzuli rayonu, Fin qəsəbəsi ərazisindəki qəsəbədaxili yolda toqquşması nəticəsində “Kia Sportage” markalı, ** FF *** dövlət nömrə nişanlı avtomobilin yolun sağında olan su arxına düşməsini görüb oraya gəlmiş, zərbənin təsirindən avtomobilin salonuna düşmüş Zərərçəkmiş şəxs məxsus bel çantasını götürüb sahibinə vermək bəhanəsi ilə həmin avtomobilə daxil olmuş, çantanı avtomobildən götürərkən toqquşma zamanı zərbənin təsirindən çantadan avtomobilin salonuna düşmüş rezin sıxıcı vasitəsi ilə dəstələnmiş Zərərçəkmiş şəxs məxus ümumilikdə 4200 manat nağd pulu avtomobilin salonundan götürüb cibinə qoyaraq qəsdən oğurlamış, sonra çantanı Zərərçəkmiş şəxs verərək hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs cəmi 4200 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə özünü təqsirli bilib, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 3 saylı Qayıdış Qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Füzuli rayonu, Fin qəsəbəsində yerləşən tanımadığı şəxsin işlətdiyi pivəxanaya gedərək orada pivə içmək istəmiş, lakin həmin pivəxana bağlı olduğundan oradan piyada yol kənarı ilə yaşadığı qəsəbə istiqamətində geri gedərkən Fin qəsəbəsinin içərisindəki asfalt yolda bərk tappıltı səsi eşitmiş və orada xeyli sayda tanımadığı qəsəbə sakinlərinin getdiyini görüb, maraq üçün həmin yerə getmişdir. O, həmin yerə çatanda “Kia Sportage” markalı avtomobillə “Chevrolet Cruze” markalı, avtomobilin Füzuli rayonu, Fin qəsəbəsi ərazisindəki qəsəbədaxili yolda toqquşduğunu və zərbə nəticəsində “Kia Sportage” markalı avtomobil yolun sağında olan su arxına düşdüyünü görmüşdür. O, həmin avtomobilin heç birisinin sürücüsünü və sərnişinlərini tanımır, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi yoxdur, orada bilmişdir ki, hadisə zamanı “Chevrolet Cruze” markalı avtomobilin adını bilmədiyi sürücüsü elədə ciddi olmayan bədən xəsarəti almışdır. “Kia” markalı avtomobildən 3-4 qadın sərnişinin düşüb kənarda gözlədiyini görmüş, o, avtomobilə yaxın dayandığı üçün bir nəfər 25-30 yaşlarında qadının avtomobilə tərəf gəldiyini görüb, avtomobilin su arxına düşdüyündən o, həmin qadından nə lazım olduğunu soruşmuş, qadın avtomobilin içərisində ona aid bel çantası və uşağın əmziyinin qaldığını demişdir. Daha sonra həmin qadın ondan avtomobildən əmziyi və ya çantanı götürüb ona verməyini xahiş etmişdir. Daha sonra, “Kia” markalı avtomobilin arxa tərəf qapısını açmış və avtomobilin içərisinə baxanda bel çantasının ağzı açıq vəziyyətdə avtomobilin ayaq altına düşdüyünü və içərisində olan geyim əşyaları və eləcə də, uşağın əmziyinin sağ arxa ayaq altında yerdə olduğunu görmüşdür. O, ayaqaltında yumru formada yerdə nəsə bükülü topa bir şey olduğunu görmüş, baxanda görmüşdür ki, həmin topa bükülü şey saç rezini kimi bir şeylə dəstələnmiş puldur. O, həmin pul dəstəsini götürmüş və tamahı ona güc gəldiyi üçün pulu oğurlamaq qərarına gəlmiş, bundan sonra o, pulu götürüb şalvarının arxa cibinə qoymuş, əmziyi və çantanı həmin qadına vermişdir. Bir qədər orada gözləmiş, sonra oraya polis əməkdaşları gəlmiş və o, oradan çıxıb getmişdir. Oradan uzaqlaşandan sonra İmişli rayonuna getmiş və həmin puldan müəyyən hissəsini xərcləmişdir. O, sonradan bilmişdir ki, pulunu oğurladığı qadın onunla eyni qəsəbədə yaşayan əvvəllərdən tanıdığı Şahid4 arvadıdır və pul da onlara məxsusdur. O, sonradan oğurladığı pulu sayanda pulun ümumi məbləğinin 4200 manat olması ona məlum olmuşdur. Bundan bir neçə gün sonra polis əməkdaşlarının onu axtardığını bilmiş, özü Şahid4 tapmış və ona məsələni açıb danışaraq üzr istəmişdir. Sonra isə ona vurduğu ziyanı ödəmək istədiyini deyib xahiş etmişdir ki, şikayətini geri götürsün. Vüsal onu başa düşmüş, ziyanı ödədiyi halda ondan şikayəçi olmayacağını bildirmişdir. Bundan sonra o, 4200 manat pulu, yəni üzərindən xərclədiyi pulu da yerinə qoymaqla Şahid4 vermiş, sonra Füzuli rayon Polis Şöbəsinə gəlmiş və hadisəni olduğu kimi etiraf etmişdir. Onun avtomobildə pul olmasından əvvəlcədən xəbəri olmamış, hadisə yerinə eşitdiyi səsə görə getmiş, yəni onun əvvəlcədən həmin avtomobildən pul oğurlamaq niyyəti olmamışdır. Oğurluq edərkən tək olmuş, o, oğurluq etməyi barədə kənar şəxslərə heç kimə bir məlumat verməmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişə dəymiş maddi ziyanı ödəmişdir, göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini, iş üzrə cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihamda göstərilmiş məzmunda baş verdiyini, buna görə də hadisə barədə 26 aprel 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə yazılı qaydada müraciət etdiyini, hazırda Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, sonuncudan heç bir şikayət və tələbinin olmadığını, yol-nəqliyyat hadisəsi zamanı ona və avtomobildə olan digər sərnişinlərə kömək etdiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Fin qəsəbəsində həyat yoldaşının qohumu Səidin toy məclisindən çıxıb evə gedərkən idarə etdiyi avtomobildə Zərərçəkmiş şəxs və onun körpə uşağı, Şahid1 və Şahid2 sərnişin qismində olmuşlar. Yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil digər avtomobillə toqquşmuş, hadisə zamanı ciddi xəsarət alan olmamışdır. Hadisə zamanı iş üzrə Təqsirləndirilən şəxs səsi eşidib oraya gəlmiş və avtomobildə olan şəxslərə kömək etmişdir. Hadisədən əvvəl avtomobilə minən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs əri Şahid4 4200 manat məbləğində pulu verdiyini, həmin pulun Gülnarə tərəfindən çantaya qoyulduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus 4200 manat məbləğində pul avtomobildən oğurlanmışdır. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid4 iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid3 ilə eyni məzmunli ifadə verərək onların ifadələrində bildirdikləri xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. İstintaq zamanı Zərərçəkmiş şəxs 4200 manat nağd pulunu oğurlamış naməlum şəxs və ya şəxsləri müəyyən etmək üçün Füzuli rayon Polis şöbəsinə əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-73/1-7551-2024 nömrəli cavab raportuna əsasən Zərərçəkmiş şəxs 4200 manat pulunu ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğurladığı müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Sübutların qiymətləndirilməsi haqqında 19 iyun 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.5-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Qayıdış-3 qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 09 iyun 2024-cü il tarixli arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2a yaşayır və qəsəbə icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. - AZ-İİ 410024 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə xx.xx.2002-ci il təvəllüdlü X3 ilə nikah bağlamışdır. - Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı iki uşağı vardır. - Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində hazırda Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş 4200 manat ziyanı tam ödədiyini, sonuncudan heç bir şikayət və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, Zərərçəkmiş şəxs vurulmuş 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyanı ödəməklə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurduğu maddi ziyanı tam ödəməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və zərəçəkmiş şəxsə qaytarılmış 4200 manat məbləğdə pul, iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Bu hal maddi sübutla bağlı məsələnin həll edilməsi zamanı nəzərə alınmalıdır. 17 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinda nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Cinayət işi üzrə istintaq zamanı xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış 4200 manat pul onun mülkiyyətinə verilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar