Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-38/2024 15.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qayıdış qəsəbəsi 2, ev 57-də yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli rayonu, Qayıdış qəsəbəsi 3, ev-189 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:20 radələrində, 3 saylı Qayıdış qəsəbəsində ona məxsus sahədə Füzuli rayonu, Yuxarı Yağlıvənd kənd sakini hazırda Füzuli rayonu, Qayıdış qəsəbəsi 2, ev-57 ünvanında yaşayan Təqsirləndirilən şəxs xırda buynuzlu heyvanları otardığını görüb ona iradını bildirdikdə tərəflər arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən əlində olan ağacla Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə bir zərbə vuraraq sağ körpücük-akromial bağın gərilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində ibtidai araşdırma orqanı tərəfindən həmin icraatın nəticələrinə dair tərtib edilmiş yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin məhkəməyədək icraat zamanı verdiyi izahatının məzmununu təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:20 radələrində Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi ərazisində xırda buynuzlu heyvanlarını otararkən heyvanlar Zərərçəkmiş şəxs icarəyə götürüb istifadə etdiyi sahəyə daxil olmuş, Zərərçəkmiş şəxs ona yaxınlaşıb iradını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əlində olan ağacla qəsdən Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə bir zərbə vuraraq ona bədən xəsarəti yetirmişdir. Həmin əməlindən səmimi peşmandır. Elgün onunla barışmış, hazırki material üzrə Elgünə vurduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırki material üzrə icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində, həmçinin məhkəməyədək icraat zamanı verdiyi izahatının məzmununu təsdiq edərək, işin faktiki halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmiş, sonuncu ilə barışdığını, hazırki material üzrə Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini bildirmişdir. Hazırki icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş,: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı şikayətindən görünür ki, o, həmin tarixdə Füzuli RPŞ-yə təqdim etdiyi müraciətində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini göstərib, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Buna görə də Azərbaycan Respublikası CPM-in 294.1.2-ci maddəsinə uyğun olaraq, xx.xx.2024-cü il tarixdə Füzuli RPŞ-də həmin şikayətə dərkənar qoyulmaqla Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (səh. 2). - Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli, 175 №-li rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sağ körpücükakromial bağın gərilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İlkin yoxlama zamanı hadisə yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs ağacla Zərərçəkmiş şəxs vurduğu yeri təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək toplanmış materiala əlavə edilmişdir. (“Baxış keçirilməsi haqqında” 18 iyun 2024cü il tarixli baxış protokolu) İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırki icraatın nəticələrinə dair tərtib edilmiş yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən göstərilən əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Azərbaycan Respublikası CPM-in 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası CM-in, həmçinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatı və məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan aydın olur ki, o, yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəməyədək icraat zamanı verdiyi etirafedici izahatı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdikləri izahatı və məhkəmə istintaqı zamanı verdikləri ifadəsi, icraat materiallarında olan “Baxış keçirilməsi haqqında” 18 iyun 2024-cü il tarixli baxış protokol, məhkəmə-tibb ekspertizasının 18 iyun 2024-cü il tarixli, 175/24 nömrəli rəyi və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-in: - 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. - 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələri, eləcə də məhkəməyə yazılı qaydada təqdim etdikləri yazılı ərizələri əsasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışması, sonuncunun hazırki icraat materialları üzrə Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəməsi və icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsi ilə razı olması, məhkumluq haqqında tələbnamə (səh. 35) əsasında əvvəllər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə bağlı, yəni həmin Məcəllənin 73-cü maddəsinə əsasən deyil, 31 may 2017-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi müəyyən edildiyinə görə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən hazırki icraat materialları üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Hazırki icraat materialları üzrə maddi sübüt və ekspertiza xərci yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-38/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-38/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver