Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-39/2023 05.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməmiş, məhkumluğu olmayan, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CMin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Melorasiya və X10 Səhmdar Cəmiyyətinin Zərərçəkmiş şəxs (bundan sonra – Füzuli SSİ) balansında olmaqla əkin sahələrinin suvarılmasında istifadə olunan metal boru və çuqun materialından hazırlanmış siyirtmələri qaynaq aparatı ilə kəsib oğurlamaq və satıb qazanc əldə etmək qərarına gəldikdən sonra, bu məqsədilə 01 yanvar 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi “VAZ-21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən “Haramı düzü” adlanan yerə gəlmiş, orada açıq sahədə Rusiya istehsallı, 30 metr uzunluğunda, 150 mm. diametrində, 4 mm. qalınlığında olan, 1987-ci ildən istismar edilən cəmi 360,00 manat (30 metr x 12 manat) dəyərində metal boru xətlərinin yerüstü hissəsinə bərkidilmiş, hər biri bir metr uzunluğunda olan boru xətlərini və suyun nizamlanması üçün həmin boru xətlərinə bərkidilmiş, Rusiya istehsallı 8 ədəd 150 mm. diametrində çuqun materialından hazırlanmış, üzərində sürgü qaykası latun, flyansı isə metal materialından hazırlanmış, üzərində 2 ədəd flyans və 8 ədəd 24 düymə metal bolt-qayka olan, 2019-cu ildən istismar edilən cəmi 960,00 manat (8 ədəd x 120 manat) dəyərində siyirtmələri qaynaq aparatı ilə kəsdikdən sonra idarə etdiyi həmin avtomobilin salonuna yükləyib Füzuli rayonu, Alıxanlı kəndində yaşadığı evin həyətinə gətirmiş, sabahı gün yaşadığı kənddə yerləşən metal qəbulu məntəqəsinə satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə zərərçəkmiş şəxs Füzuli SSİ-yə məxsus cəmi 1320,00 manat dəyərində olan göstərilən əmlakları gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrin məzmununu təsdiq edərək göstərmişdir ki, o, 01 yanvar 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi “VAZ-21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən “Haramı düzü” adlanan yerə gəlmiş, qabaqcadan planlaşdırdığı məqsədə uyğun olaraq, orada Füzuli SSİ-nin balansında olmaqla əkin sahələrinin suvarılmasında istifadə olunan, uzunluğu təxminən 30 metr olan 150 mm. diametrli metal boruları və 8 ədəd çuqun siyirtmələri özü ilə gətirdiyi qaynaq aparatı ilə kəsmiş, idarə etdiyi avtomobilin salonuna yükləyib Füzuli rayonu, Alıxanlı kəndində yaşadığı evin həyətinə gətirmiş, 02 yanvar 2023-cü il tarixdə yaşadığı kənddə yerləşən metal qəbulu məntəqəsində işləyən həmkəndlisi Şahid3 yaşadığı evin həyətində cəmi 150 kq-lıq metal kimi, hər kq-nı 40 qəpikdən olmaqla, cəmi 60 manat məbləğində pula satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Buna görə də ona qarşı irəli sürülmüş ittihamı hər hansı hissədə mübahisələndirmir. İş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi zərərin ödənilməmiş qalan 1100 manat hissəsini ailəsinin maddi vəziyyətinin pis olması ilə əlaqədar ödəyə bilmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi son sözündə barəsində cərimə cəzasının, müdafiəçisi Müdafiəçi isə məhkəmə çıxışında Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, Füzuli SSİ-də baş mühəndis vəzifəsində işləməklə zərərçəkmiş şəxsin nümayəndəsi olan Nümayəndə ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini, iş üzrə cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihamda göstərilmiş məzmunda baş verdiyini, buna görə də hadisə barədə 06 yanvar 2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə yazılı qaydada müraciət etdiyini, zərərçəkmiş şəxsin iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, gələcəkdə zərərçəkmiş şəxsə qaytarılmalı olan iki ədəd metal boru hissələrinin cəmi dəyərinin 220 manat olmasını qəbul etdiyini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi zərərin 1100 manat hissəsini ödəmədiyinə görə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxslə barışmadığını göstərmişdir. Məhkəmə çıxışında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, Təqsirləndirilən şəxs ifadəsinin ona aid olan hissəsi ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, yaşadığı Füzuli rayonu, Alıxanlı kəndində yerləşən metal qəbulu sexində nəzarətçi işləyir. 02 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs aldığı metal boru hissələrinin sonuncu tərəfindən oğurlandığını bilməmiş, onların iki ədədini işlədiyi sexdə saxlamış, qalan hissələrini isə Bakı şəhərində yerləşən metal qəbulu məntəqəsinə göndərmiş, sexdə saxladığı həmin iki ədəd metal boru hissələrini 14 yanvar 2023-cü il tarixdə polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, Füzuli rayonu, Qarabağ kəndinin ərazisində yerləşən “Haramı düzü” adlanan yerdəki torpaq sahəsində 2022-ci ilin noyabr ayında taxıl bitkiləri əkmişdir. Həmin sahəni Füzuli SSİ-nin balansında olan su nasosları vasitəsi ilə suvarmışdır. 02 yanvar 2023-cü il tarixdə saat 11 radələrində suvarmaq növbəsi ona çatdığına görə torpaq sahəsinə getmiş, torpaq sahəsinə su gəlmədiyini gördüyünə görə yeraltı çəkilmiş metal boru xəttinin üzəri ilə suyun mənbəyinə doğru getmiş, qarşıda 150 mm. diametrli metal boruların bir neçə yerdən kəsildiyini görmüşdür. Buna görə də bu barədə həmin ərazinin sahə rəisi vəzifəsində işləyən Şahid1 telefonla məlumat vermişdir. Bir neçə saat sonra sonuncu hadisə yerinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Füzuli SSİ-də 2-ci pillə “Haramı” sahəsinin sahə rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, vəzifəsi Füzuli rayonu, Qarabağ kəndi ərazisində, “Haramı düzü” adlanan yerdə yerləşən ferma və əkin sahələrinə nasoslarla suyun vurulması və bu işlərə nəzarət etməkdən ibarətdir. 02 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Şahid2 ona taxıl sahəsinə suyun gəlmədiyini demiş, sonuncuya cavabında həmin sahəyə saat 09 radələrində su vurulduğunu demişdir. Təxminən bir saat sonra Şahid2 ona əkin sahələrinin suvarılmasında istifadə olunan metal boru xəttinin çöldə qalan hissələrinin və üzərinə quraşdırılmış çuqun siyirtmələrin kəsilib aparıldığını, suyun boş sahəyə axdığını telefon vasitəsilə demişdir. Buna görə də dərhal idarə etdiyi avtomobillə Şahid2 məxsus taxıl sahəsi istiqamətində getmiş, Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən “Haramı düzü” adlanan ərazidə Füzuli SSİ-nin balansında olan, əkin sahələrinin suvarılmasında istifadə olunan metal boru xəttinin çöldə olan hissələri və üzərinə quraşdırılmış 8 ədəd çuqun siyirtmələrin kəsilib aparılması səbəbindən yerində olmadığını görmüşdür. Həmin metal borular Rusiya istehsallı, 30 metr uzunluğunda, 150 mm. diametrində, 4 mm. qalınlığında, boruların üzərinə bərkidilmiş 8 ədəd çuqun siyirtmələr isə 150 mm. diametrli, sürgü qaykası latundan, flyansı ilə metaldan olmuşdur. O, oğurluq barədə Füzuli SSİ-nin baş mühəndisi Nümayəndə oğuna məlumat vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Nümayəndə Füzuli Rayon Polis Şöbəsinə ünvanladığı 06 yanvar 2023-ci il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən “Haramı düzü” adlanan ərazidə Füzuli Sİİ-nin balansında olan suvarma xətlərinə aid 30 metr uzunluğunda, 150 mm. diametrliyində olan metal boru və üzərinə bərkidilmiş 8 ədəd siyirtmələrin qaynaq aparatı vasitəsilə kəsilib oğurlandığı barədə məlumat vermişdir (səh. 6). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə hadisə yeri Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən “Haramı düzü” adlanan yerdə olmuşdur. Baxış zamanı həmin ərazidə yerləşən torpaq sahələrinin suvarılmasında istifadə olunmuş metal boru xəttinin çöldə olan hissələrinin qaynaq aparatı vasitəsilə kəsildiyi və suyun kənara axmaması üçün sonradan boruların bir neçəsinin içərisinə ağac civlər salındığı müəyyən edilmişdir (səh. 8-11). - “Baxış keçirilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, maddi sübut qismində tanıma haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Füzuli rayonu, Alıxanlı kəndində yerləşən metal qəbulu məntəqəsindən iki ədəd, birinin uzunluğu 65 sm., digərinin uzunluğu isə 70 sm., diametri 150 mm., qalınlığı 4 mm. olan metal borular Şahid3 götürülmüş, iş üzrə maddi sübut qismində tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılır (səh. 16-18, 52, 53). - Füzuli Sİİ-nin 26 yanvar 2023-cü il tarixli, 01/17 nömrəli məktubunda göstərilmişdir ki, Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən “Haramı düzü” adlanan yerdə Füzuli Sİİ-nin balansında olan, iş üzrə oğurlanmış metal boru xətti Rusiya istehsallıdır, 1987-ci ildən istismar olunur, diametri 150 mm., ümumi uzunluğu 25-30 metr, qalınlığı 4 mm., bazar qiyməti 400 manat, 8 ədəd çuqun siyirtmələr Rusiya istehsallıdır, 2019-cu ildən istismar olunur, diametri 150 mm., sürgü qaykası latun, flyansı metaldır. Siyirtmələrin üzərində 16 ədəd flyans, 180 ədədə yaxın bolt-qayka olmuşdur. Siyirtmələrin ümumi dəyəri 1200-1500 manat təşkil edir (səh. 26). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli, 9/744 nömrəli rəyində göstərilmişdir ki, Rusiya istehsalı olan 30 metr uzunluğunda, 150 mm. diametrində, 4 mm. qalınlığında olan, 1987-ci ildən istismar olunan metal boru 360 (30 metr x 12 manat) manatdır. Ekspertiza xərci 50 manatdır (səh. 34-36). - Əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli, 9/2176 nömrəli rəyində göstərilmişdir ki, 8 ədəd Rusiya istehsalı olan 150 mm. diametrində çuqun materialından hazırlanmış, üzərindəki sürgü qaykası latun, flyansı isə metal materialından olan, üzərində 2 ədəd flyans və 8 ədəd 24 düymə metal bolt-qayka mövcüd olan və 2019-cu ildən istismar olunan siyirtmələr 960 (8 ədəd x 120 manat) manatdır. Ekspertiza xərci 50 manatdır (səh. 41, 42). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə özgənin əmlakını gizli olaraq talamağa görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimaitəhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə, şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid1 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli protokol, “Baxış keçirilməsi haqqında” 14 yanvar 2023-cü il tarixli protokol, Füzuli Sİİ-nin 26 yanvar 2023-cü il tarixli, 01/17 nömrəli məktubu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli, 9/744 nömrəli rəyi, əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli, 9/2176 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərin məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Xocavənd Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(069)5/2020 nömrəli hökmü və Füzuli Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 7(064)19/2021 nömrəli qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin qərarla Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndində əsasən həmin cəzanın çəkilməmiş qalan hissəsindən azad edilmiş və həmin Qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürülmüşdür (səh. 31, 32, 58-60, 99-103). Buna görə də Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir. - Beyləqan RİHB-nın Alıxanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023cü il tarixli arayış və xasiyyətnamə, DSMF-nin Qarabağ RF-nin Füzuli rayon Qəbul şöbəsinin 18 aprel 2023-cü il tarixli məktubu, AZ-İİ seriyalı, 304582 nömrəli ölüm haqqında şəhadətnamə və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli arayışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, evlidir, övladları - X5 31 may 2021-ci il, X4 30 sentyabr 2022-ci il tarixdə ölmüşlər, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 109, 110, 115). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, ifadəsində iş üzrə oğurladığı predmetləri satdığı yeri və şəxsi göstərməklə oğurladığı predmetlərdən iki ədəd metal boru hissələrinin polis əməkdaşları tərəfindən götürülməsinə şərait yaratması nəticəsində zərərçəkmiş şəxs tərəfindən 220 manat dəyərində qiymətləndirilmiş həmin hissələrin gələcəkdə sonuncuya qaytarılacağından ibarət işin faktiki halını cinayət nəticəsində dəymiş ziyanın qismən azaldılması ilə nəticələnmiş digər hərəkəti etməsi kimi Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə, İİ qrup əlil olması, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, övladları - X3 31 may 2021-ci il, X2 30 sentyabr 2022-ci il tarixdə ölməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən azaldılması ilə nəticələnmiş digər hərəkət etməsi, İİ qrup əlil olması, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, övladları - X3 31 may 2021-ci il, X2 30 sentyabr 2022-ci il tarixdə ölməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki,: - Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınan cəzanı yüngülləşdirən hallara görə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. - Lakin Təqsirləndirilən şəxs Xocavənd Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(069)5/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş, təqsirli bilinib barəsində məhz azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cinayət əməlinə görə məhkumluğu ödənilsə də, yenidən iş üzrə oğurluq cinayət əməlini törətməsi, həmin əməl üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın 1100 manat hissəsini ödəməməsi və sonuncu ilə barışıq əldə edə bilməməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün hazırki iş üzrə barəsində həmin Məcəllənin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha az ciddi cəza növləri olan ictimai işlər və ya islah işləri cəzasının təyin edilməsinin qarşısını alır, onlara nisbətən daha ciddi cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il müddətə təyin edilməsini zəruri edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan iki ədəd metal boru hissələri Zərərçəkmiş şəxsnə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan iki ədəd metal boru hissələri Zərərçəkmiş şəxsnə qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-39/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-39/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver