Məhkəmə qərarları › İş №1(064)-4/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-4/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-4/2023 24.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla hazırda Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində fərdi tikilidə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə sonuncunun Füzuli rayonu, Qazaxlar kəndində yerləşən yaşadığı evində olmadığına əmin olduqdan sonra həmin evin açıq qapısından saxlanc yeri hesab edilən yaşayış sahəsinə, yəni yuxarıda qeyd edilən evin içərisinə qanunsuz daxil olmuş, otaqlardan birinin qapısının bağlı olduğunu görüb həmin otağın pəncərəsinin üzərində olan tor örtüyünü çəkməklə açaraq otağa qanunsuz daxil olmuş, otaqda axtarış aparmaqla paltar şkafında yerləşən yataq üzlüklərinin arasından 1.000 manat pulu götürərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurub özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, təxminən 6 il olar ki, Füzuli rayonu, Qazaxlar kəndində ailəsi ilə birgə yaşayır və burada fərdi əməklə məşğul olmaqla qazandığı pulla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin kəndin sakini Zərərçəkmiş şəxs onu həyətində olan bir baş xırdabuynuzlu heyvanı kəsməkdə ona kömək etmək üçün çağırmışdır. O, da Hikmətin evinə getmiş, orada ona kömək edərək heyvanı kəsib dərisini soyub hazırlamışdır. O, heyvanı kəsəndə bilmişdir ki, Hikmətin həyat yoldaşı evdə yoxdur, Bakı şəhərinə getmişdir. İşini bitirdikdən sonra o, oradan çıxaraq Horadiz şəhərinə gəlmişdir. Həmin gün saat 13 radələrində o, yenidən kəndə qayıtmış və yolda olarkən Hikmətin xırdabuynuzlu heyvanlarını otarmaq üçün otlaq sahəsinə apardığını görmüşdür. Bu zaman o, evin boş olduğuna əmin olmuş və onda belə bir fikir yaranmışdır ki, həmin evə girərək oradan pul oğurlaya bilər. Zərərçəkmiş şəxs evi onun evinə gedən yolun üstündədir. O, Hikmətgilin evinin önündən keçərkən həyət qapısının açıq olmasını görmüş və qapını açaraq içəri girmişdir. Keçməzdən öncə ətrafa baxmış və heç kimin olmadığını müşahidə etmişdir. Həyəti keçərək yaşayış evinə gəlmiş, qapını açaraq içəri girmişdir. Həmin vaxt evin giriş qapısı açıq olmuşdur. İçəri keçdikdə digər otağın qapısının bağlı olduğunü görüb, həmin yerə pəncərədə olan plasmas toru cıraraq keçməyə qərar vermişdir. Plasmas toru cırdıqdan sonra əli ilə pəncərənin çərçivəsindən yapışıb içəri otağa keçmişdir. İçəri girdikdən sonra otaqda axtarış aparmış, şkafın qapısını açmış, paltarların altında olan mələfənin arasına baxdıqda orada açıq şəkildə üst-üstə düzülmüş pulları görmüşdür. Həmin pulları götürüb saymadan cibinə qoymuş, sonra evin qapısına yaxınlaşmış və oradan da həyətə çıxmışdır. Bu zaman küçədə heç kim olmamış və o, küçəyə çıxıb evinə getmişdir. Sonradan şalvarının cibində olan oğurladığı pulu saydıqda hamısı 100 manat olmaqla, cəmi 1.000 manat olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, sonradan tutduğu əməlindən peşman olmuşdur. Vurduğu ziyanı ödədiyi üçün zərərçəkmiş şəxsin hazırda ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bildirdi ki, o, Füzuli rayonu, Qazaxlar kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə ona məxsus yaşadığı evdən pəncərədən keçmək yolu ilə 1.000 manat pulunun oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng vurub məlumatı o, vermişdir. Dolanışıq məqsədilə yaşadığı evin həyətində şəxsi təsərrüfat yaradıb iri və xırda buynuzlu heyvanlar saxlayır. xx.xx.2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün həmkəndlisi Elşadla birlikdə Füzuli rayon “Mal bazarı”na 7 baş xırda buynuzlu heyvanları satıb evinə qayıtmaqla, ümumilikdə olan 1600 manat pulu evin yataq otağında olan şkafın döşək üzlükləri olan gözünə qoymuş, həmin puldan 600 manatını götürüb xərcləmiş, 1000 manatı isə orada qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində pul lazım olduğu üçün pulu qoyduğu yerə yaxınlaşıb pulu götürmək istədikdə 1.000 manat pulun yerində olmadığını görmüşdür. Sonra bu barədə polisə şikayət etmişdir. Araşdırça zamanı evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxsdan heç bir şikayəti və tələbi olmadığını bildirdi. Şahid3 bildirdi ki, o, ailəsi ilə birlikdə Füzuli rayonu, Qazaxlar kəndində yaşayır. Təxminən 5-6 aydır ki, “Anama” mina təmizləmə agentliyində aşbaz işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla qonşuluqda yaşayır. 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında işdə olarkən Zərərçəkmiş şəxs ona telefonla zəng edərək 20 sentyabr 2022-ci il tarixdə evindəki yataq otağından 1000 manat pulunun oğurlanmasını bildirmişdir. Sonradan Füzuli RPŞ-nin əməkdaşları müəyyən etmişlər ki, 1000 manat pulu onların kəndində qalan, əslən Daşkəsən rayonundan olan Təqsirləndirilən şəxs oğurlamışdır. Onda olan məlumata görə Xanoğlan olurladığı pulu qaytarmışdır. İfadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Füzuli rayonu, Qazaxlar kəndində yaşayır. Təqsirləndirilən şəxs ilə 2003-cü ilin sentyabr ayında evlənmiş, bu evlilikdən 4 oğulları var. 21-22 sentyabr 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxs bir neçə dəfə onu və uşaqlarını Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə tanımadığı mağazadan uşaqlara paltar almağa aparmışdır. 20 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Füzuli rayonu, Qazaxlar kənd sakini Zərərçəkmiş şəxs evindən 1000 manat pulun oğurlaması ilə bağlı heç bir məlumat olmamışdır. Lakin sonradan əri Təqsirləndirilən şəxs 1000 manat pulu oğurlaması ilə bağlı özü ona bildirmişdir. İfadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Qazaxlar kəndində yaşayır. 2011-ci ildən Füzuli rayonu, Qazaxlar kəndində yerləşən Nürəddin Alışov adına tam orta məktəbdə idman müəllimi işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla, həm də anasının əmisi oğludur və onunla qonşuluqda yaşayır. 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında evdə istirahət edən zaman Zərərçəkmiş şəxs ona telefonla zəng edərək 20 sentyabr 2022-ci il tarixdə evindəki yataq otağından 1.000 manat pulunun oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs uşaqları və arvadı Bakı şəhərində yaşadıqları üçün o, evdə tək yaşayır. O, Zərərçəkmiş şəxs demişdir ki, arvadından evdən çıxanda pulu götürməyi ilə bağlı soruşmuşdurmu? Zərərçəkmiş şəxs ona demişdir ki, arvadını Bakı şəhərinə yola salanda üzərində 1.100 manat pul olmuş və onun 100 manatını arvadına verib yola salmışdır. Sonradan Füzuli RPŞ-nin əməkdaşları müəyyən etmişlər ki, Hikmətin evindən 1.000 manat pulu onların kəndində qalan, əslən Daşkəsən rayonundan olan Təqsirləndirilən şəxs oğurlamışdır. Cinayət işinə əlavə edilmiş: Füzuli RPŞ İB-nin müstəntiqi T.Möhsümzadənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, Daşkəsən Rayon Məhkəməsinin hökmünün surətindən və Daşkəsən rayon İcra və probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 152-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə cəzadan azad olunmuş və məhkumluğu ödənilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxsdan heç bir şikayəti və tələbi yoxdur. Seriya AZE № 12891022, seriya AZE № 12891021, seriya AZE № 12891006 şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var: xx.xx.2009-cu il təvəllüdlü Orxan Pirverdiyev, xx.xx.2009-cu il təvəllüdlü Sərxan Pirverdiyev və xx.xx.2007-ci il təvəllüdlü Naciv Pirverdiyev. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını və vurulmuş maddi ziyanın ödənilməklə zərərçəkmiş şəxsin şikayətçi olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və vurulmuş ziyanın aradan qaldırılması məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını da nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını aşağı həddə təyin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan 1.000 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunan əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməsinə və yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək və yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut olan 1.000 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar