Məhkəmə qərarları › İş №1(064)-4/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-4/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-4/2024 23.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Goranboy rayonu, Safıkürd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının əvvəllərində Füzuli rayonu, Qarabulaq yaşayış məntəqəsi ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermada çoban işləyərkən sonuncu tərəfindən ona etibar edilmiş bir neçə xırdabuynuzlu heyvanları vahid niyyətlə mənimsəmək qərarına gələrək, bu məqsədlə hər birinin diri çəkisi 35-40 kq. və dəyəri 250 manat təşkil edən 11 baş damazlıq ana qoyunu, hər birinin diri çəkisi 19 kq. və dəyəri 160 manat təşkil edən 3 baş erkək quzunu cinayətdən məlumatsız olan Şahid2 satmaqla, hər birinin diri çəkisi 15 kq. və dəyəri 125 manat təşkil edən 2 baş erkək quzuları kəsib ətindən şəxsi ehtiyaclarına istifadə etməklə, Zərərçəkmiş şəxs cəmi 3480 (üç min dörd yüz səksən) manat dəyərində əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, 25 aprel 2023-cü il tarixdən Füzuli rayonu, Qarabulaq yaşayış məntəqəsində yerləşən, Zərərçəkmiş şəxs (bundan sonra - Nazim) məxsus fermada çoban işləmişdir. Həmin tarixdə Şahid1 iştirakı ilə, Nazimlə şifahi qaydada əldə etdikləri razılığa əsasən sonuncudan 35 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvanı hansı sənəd, eləcə də təhvil-təslim aktı tərtib olunmadan təhvil almış, çobanlıq etməsi müqabilində Nazim ona 500 manat məbləğində pul verməli idi. O, 2023-cü ilin iyul ayının əvvəllərində həmin fermada saxladığı, Nazimə məxsus xırdabuynuzlu heyvanların daha yaxşı vəziyyətdə olmuş 16 başının 14-nü satmaq, bundan əldə etdiyi pul vəsaitlərini müxtəlif növ əyləncələrinə xərcləmək və 2-ni isə kəsib ətindən şəxsi ehtiyaclarına istifadə etmək qərarına gəlib, hər birinin diri çəkisi 15 kq. təşkil edən 2 baş erkək quzuları kəsib ətindən şəxsi ehtiyaclarına istifadə etmiş, 11 baş ana qoyun və 3 baş quzu olmaqla, ümumilikdə 14 baş xırdabuynuzlu heyvanları qəssab işləyən Şahid2 (bundan sonra – Sədrəddin) bibisi oğluna məxsus olmasını bildirib, cəmi 2800 manat məbləğində pula satmış, həmin pul məbləğini Goranboy rayonunda müxtəlif növ əyləncələrinə xərcləmişdir. Göstərdiyi səbəbdən sonuncu onun həmin qoyunları cinayət yolu ilə əldə etməsindən məlumatlı olmamışdır. Sədrəddin onun olduğu fermaya bir neçə dəfə gəlib 11-i dişi və 3-ü erkək olmuş həmin heyvanları ondan qəbul etmiş, gəldiyi avtomobilə hər dəfə 2-3 baş olmaqla qoyub aparmışdır. Göstərdiyi müddət ərzində Nazim Bakı şəhərində olmuş, onun törətdiyi həmin əməllərdən məlumatlı olmamışdır. 05 iyul 2023-cü il tarixdə saat 18 radələrində Nazim ona zəng edib sabahı gün fermasına gələcəyini demişdir. O, Nazimin onun heyvanları satmasını biləcəyindən qorxub mobil telefonunu söndürmüş, fermadan Goranboy rayonu, Tatarlı kəndində yaşadığı evə getmişdir. Bir neçə gün sonra Füzuli rayonu ərazisində Nazimlə görüşərkən sonuncuya törətdiyi əməlləri etiraf etmiş, buna görə də 11 iyul 2023-cü il tarixdə Sədrəddindən satdığı heyvanları geri qaytarmasını xahiş etmişdir. Sonuncu həmin gün hər birinin diri çəkisi 35-40 kq., ümumi qiyməti 1500 manat olan 6 baş ana qoyunları gətirib Nazimə təhvil vermiş, digər heyvanları isə satdığını demiş, onlar bu barədə tərtib edilmiş qəbzi imzalamışlar. O, iş üzrə Nazimə vurduğu maddi ziyanın qalan hissəsini maddi vəziyyətinin pis olması ilə əlaqədar ödəyə bilməmişdir. Əgər iş üzrə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilərsə, Nazimə vurduğu maddi ziyanın qalan hissəsini, eləcə də əvvəllər sonuncudan borc aldığı 1900 manat məbləğində pulu çoban kimi işləyib hər ay 500 manat olmaqla ödəyə bilər. Ona qarşı irəli sürülmüş ittihamı hər hansı hissədə mübahisələndirmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, ifadəsində işin faktiki hallarının Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi məzmunda baş verdiyini, əlavə olaraq ifadəsi ilə yanaşı, məhkəməyə verdiyi mülki iddia ərizəsində sonuncunun ona əvvəllər borc aldığı 1900 manat məbləğində pulu qaytarmadığını, iş üzrə fermasından mənimsəyib qaytarmadığı 10 baş qoyunların cəmi dəyərinin 1980 manat deyil, 4100 manat olduğunu, törədilmiş cinayət nəticəsində ciddi əsəb gərginliyi və iztirab keçirdiyini göstərmiş, bu səbəbdən mülki iddiasının təmin edilərək Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 6000 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 16000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, eləcə də ifadəsi ilə yanaşı, məhkəməyə verdiyi yazılı ərizəsində Təqsirləndirilən şəxsla barışdığını qeyd edib, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək, ifadələrində işin onlara aid olan müvafiq halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmiş, Şahid2 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi fermadan cəmi 14 baş xırda buynuzlu heyvanları iki dəfə Şahid4, iki dəfə Şahid3 və bir neçə dəfə xatırlamadığı digər şəxslərin taksi kimi idarə etdikləri avtomobillərə qoyub aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 işin onlara aid olan müvafiq faktiki halları barədə Şahid2 ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı 07 iyul 2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, o, 05 iyul 2023-cü il tarixdə ona məxsus fermada çoban işləmiş Təqsirləndirilən şəxs ona məxsus 17 baş xırdabuynuzlu heyvanları mənimsədiyi barədə məlumat verib Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh. 7). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi cinayət əməlini Füzuli rayonu, Qarabulaq yaşayış məntəqəsi ərazisində yerləşən, Zərərçəkmiş şəxs məxsus fermada törətmişdir (səh. 12-14). - 11 iyul 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilmiş fotocədvəl, Zərərçəkmiş şəxs və Şahid2 tərəfindən imzalanmış qəbzdən görünür ki, sonuncu iş üzrə Təqsirləndirilən şəxs aldığı xırdabuynuzlu heyvanların 6 başını 11 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qaytarmışdır (səh. 15-18). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli, 9/5540 nömrəli rəyində göstərilmişdir ki, 2023-cü ilin iyul ayında orta bazar qiyməti əsasında diri çəkisi 35-40 kq. olan damazlıq ana qoyunun 1 başının qiyməti 250 manat olmaqla, 11 başının qiyməti cəmi 2750 manat, diri çəkisi 19 kq. olan erkək quzunun 1 başının qiyməti 160 manat olmaqla, 3 başının qiyməti cəmi 480 manat, diri çəkisi 15 kq. olan erkək quzunun 1 başının qiyməti 125 manat olmaqla, 2 başının qiyməti cəmi 250 manat, göstərilən xırdabuynuzlu heyvanların ümumi qiyməti 3480 manat olmuşdur. Ekspert tədqiqatının dəyəri 50 manatdır (səh. 35, 36). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirkara etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamağa görə Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid4 və Şahid3 şahid qismində verdikləri ifadələri, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli protokol, 11 iyul 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilmiş qəbz, məhkəməəmtəəşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli, 9/5540 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Goranboy Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 1(045)40/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə məhkumluğu ödənildiyinə görə iş üzrə məhkumluğu olmayan şəxsdir (səh. 73, 100-116). - Goranboy RİHB-nın Tatarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir nəfər azyaşlı uşağı vardır, qeydiyyatda olduğu Goranboy rayonu, Tatarlı kəndində yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 79, 80). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri 1500 manat hissədə, yəni qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, iş üzrə törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xarakterizə edilməsindən ibarət şəxsiyyətini səciyyələndirilən halları, himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri qismən ödəməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə, yəni 2 (iki) il müddətə təyin edilməsi zəruridir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarından görünür ki, məhkəməyədək icraat zamanı 14 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş (səh. 150, 151), Füzuli Rayon Məhkəməsinin hazırlıq iclasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə həmin qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək, o, məhkəmə iclasında dərhal həbsə alınmışdır. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdən həbsdə olduğu 1 (bir) ay 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Goranboy rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Goranboy rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində olan həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, məhkəmə iclasında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılmalı olduğunu nəzərə alaraq hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs verdiyi mülki iddia ərizəsində Təqsirləndirilən şəxs vurduğu maddi ziyana münasibətdə 6000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində, həmçinin mülki iddia ərizəsində həmin pulun tərkib hissəsini 1900 manat hissədə Təqsirləndirilən şəxs əvvəllər ondan borc alıb qaytarmadığı pul və 4100 manat hissədə Təqsirləndirilən şəxs ona məxsus fermadan mənimsəyib qaytarmadığı, ona məxsus olmuş 10 baş qoyunların cəmi dəyəri təşkil etdiyini göstərdiyinə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs iddia etdiyi 1900 manat məbləğində pulla bağlı ittiham irəli sürülmədiyinə və 4100 manat məbləğində pulla bağlı epizod üzrə 3480 manat həcmində ittiham irəli sürüldüyünə, iş materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu 3480 manat məbləğində maddi ziyanın 1500 manat hissəsini ödəməsi və Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində Zərərçəkmiş şəxs mənəvi zərər vurması müəyyən edildiyinə görə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə ödəmədiyi 1980 manat, mənəvi ziyana görə ağlabatan məbləğ hesab edilən 300 manat olmaqla, cəmi 2280 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdən həbsdə olduğu 1 (bir) ay 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Goranboy rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Goranboy rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbsdən azad edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs iş üzrə vurduğu maddi ziyana görə 1980 manat, mənəvi ziyana görə 300 manat olmaqla, cəmi 2280 (iki min iki yüz səksən) manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar