Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-4/2025 13.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi- Müdafiəçi iştirakı ilə, xx xxxx 1991 -ci ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmuş, Füzuli rayonu, Böyük Bəhmənli kəndində pasport qeydiyyatında olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,845 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı-Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Şahid6 satmaq məqsədi ilə sonuncu ilə 17 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən dəmir yol xəttinin kənarında görüşməklə, satıb qazanc əldə etmək məqsədilə üzərində olan 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,845 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manat pula Şahid6 satmış, Şahid6 17 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olarkən Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, Şahid6 üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədi olmadan ondan qanunsuz olaraq 20 manat pul müqabilində alıb əldə etməklə üzərində saxladığı 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,845 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində kənd mərkəzi adlanan yerdə olarkən Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarının ona yaxınlaşdığını görən zaman özündən asılı olmadan qorxduğu üçün qaçmağa başlamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən musiqi məktəbinin yanına qədər qaçmış və musiqi məktəbinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Füzuli rayon Polis Şöbəsinə gətirilmişdir. Füzuli rayon polis şöbəsində ona məlum olmuşdur ki, psixotrop maddələrin satışı ilə məşğul olduğundan şübhələndikləri üçün onu şübhəli şəxs kimi tutmuşlar və bundan sonra isə Füzuli rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşı tərəfindən üzərində videçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, lakin həmin vaxt onun üzərindən narkotik vasitə və ya psixotrop maddə, habelə dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şahid6 onun həmkəndlisidir, onun psixotrop maddə istifadə edibetməməsini bilmir, həmin şəxslə heç bir düşmənçilik və ya ədavəti yoxdur. Şahid6 Füzuli rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş psixotrop maddəni Şahid6 o satmamış, ümumiyyətlə ona narkotik vasitə və ya psixotrop maddə verməmiş, Şahid6 dedikləri tamamilə yalandır. 17 yanvar 2024-cü il tarixdə Şahid6 zəng edib, ona psixotrop maddə lazım olub-olmamasını soruşmamışdır. Ola bilsin ki, başqa mövzularda danışmışlar. Özü toylarda müğənnilik fəaliyyəti ilə məşğuldur. O, uzun müddətdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Füzuli rayon ərazisindən, həmçinin ətraf rayonlardan tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. Ona məxsus göy rəngli cins şalvarın arxa cibindən aşkar olunmuş təmiz çəkisi 0,105 qram psixotrop maddə metamfetaminin Şahid6 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminlə eynilik təşkil etməsi ilə bağlı heç bir məlumatı yoxdur, həmin cins şalvarın arxa cibində olan psixotrop maddə metamfetamin ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tədbiq edilmiş, həmin vaxt sifət və bədən nahiyələrindən xəsarətlər almışdır. Ona köməklik ediləcəyi barədə polis əməkdaşları tərəfindən vəd verildiyi üçün, aldığı xəsarətlərlə bağlı prokurorluqda yalan danışmış, polis əməkdaşları tərəfindən ona fiziki zor tədbiq edilməməsini demişdir. Ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zor tədbiq edilməsi, bədən xəsarətləri alması ilə bağlı ifadəsində göstərmiş olduğu xüsusatlar aidiyyəti üzrə araşdırılması üçün Füzuli rayon prokurorluğuna göndərilmiş, həmin məlumat 22 yanvar 2024-cü il tarixdə Füzuli rayon prokurorluğunda qeydə alınaraq araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, araşdırmanın aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X14 həvalə olunmuş və sonuncu tərəfindən 05 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 85-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə verdiyi izahatında göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, polis əməkdaşları tərəfindən ona fiziki zor tədbiq edilməmiş, narkotik vasitələrin qanununsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətindən yayınmaq üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçarkən yıxılmış və xəsarət almışdır, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı yalan məlumat verərək barəsində həbs qətimkan tədbiri seçilməsinin qarşısını ala biləcəyini düşünmüş, bədəni üzərində heç bir xəsarət olmamış və məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Füzuli Rayon Məhkəməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə məhkəmə iclasında Təqsirləndirilən şəxs hadisə yerindən qaçarkən yıxıldığını, polis əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirildiyindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X12 05 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə haqqında qərarının ləğv edilməsi məsələsinə baxılması məktub ünvanlamışdır. Buna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin məhkəməyə ünvanladığı məktubda maraqlı şəxslərin müvafiq qərardan narazı qaldıqları halda ləğv edilməsi məsələsinə baxılması üçün məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması bildirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X17 tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 85- C-24 nömrəli material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsinə dair qərarının ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar İdarəsinin 05 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(103)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X17 tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 85-C-24 nömrəli material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsinə dair qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair 6(009)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmiş, metamfetamindən istifadə etməmiş, onunla həmkəndlisi Təqsirləndirilən şəxs (bundan sonra -Pərvin) arasında ədavət və düşmənçilik olmamış, sonuncudan narkotik vasitə almamışdır. 17 yanvar 2024-cü il tarixdə onunla Pərvin arasında bir neçə dəfə baş vermiş telefon danışıqları 07 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsinə əsasən Pərvinin ona narkotik vasitə satmaq istəməsi və ya onun Pərvindən narkotik vasitə almaq istəməsi ilə deyil, Pərvinin ona televizor ustası olması ilə əlaqəli olan sifarişinin olması ilə, 21 may 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsinə əsasən isə Pərvinin təklifi ilə onun Pərvindən narkotik vasitə almaq istəməsi ilə bağlı olmuşdur. 17 yanvar 2024-cü il tarixdə o, Pərvinlə sonuncudan qurudulmuş marixuana alması məqsədilə onun Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşadığı evdən təxminən 100 metr aralıda yerləşən dəmiryolu xəttinin yaxınlığında görüşmək barədə razılığa gəlsələr də, həmin gün saat 15 radələrində o, yaşadığı evdə olarkən Pərvinin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılması səbəbindən razılaşdıqları, eləcə də hər hansı yerdə görüşə bilməmişlər. Buna görə də o, həmin gün Pərvindən narkotik vasitə ala bilməmişdir. Onun Pərvinin polis əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə aparılmasından sonradan məlumatı olmuşdur. O, 17 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənddə yerləşən işlədiyi sexə getmiş, saat 19 radələrində qonşusu X6 yaşadığı evdə televizor təmiri ilə bağlı işlərini bitirib oradan çıxdıqdan sonra yaşadığı evə gələrkən atası X15 istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib ona üç nəfər polis əməkdaşlarının yaşadığı evin həyətinə gəlib onu soruşduqlarını demiş, buna görə də ondan yaşadığı evə gəlməsini istəmişdir. Həmin vaxt atası ***-***-**-** mobil nömrədən də istifadə etmiş, atasının istifadəsində başqa mobil nömrə olmamış, anası X7 istifadəsində olmuş mobil nömrə isə ***-***-**-** olmuşdur. Təxminən 5 dəqiqə sonra yaşadığı evə yaxınlaşanda həyətə giriş darvazasından çöldə üç nəfər polis əməkdaşlarının onun valideynləri və xalası X2 ilə söhbət etdiklərini görmüşdür. Həmin polis əməkdaşlarından ikisi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 olmuş, üçüncüsünü isə xatırlamır. Həmin vaxt məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 (bundan sonra – Pərviz) orada olmamışdır. Yəni, sonuncu iş üzrə onun saxlanılmasında iştirak etməmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, əgər olsaydı, həmin kütləni atasının telefon vasitəsilə ona verdiyi məlumata əsasən onu yaşadığı evin yanında polis əməkdaşlarının gözlədiyini bildiyinə görə üzərində saxlamazdı. Xatırlamadığı polis əməkdaşı atasına onu Füzuli RPŞ-yə aparıb nəsə soruşacaqlarını, yarım saat sonra yaşadığı evə qaytaracaqlarını demişdir. Buna görə də o və valideynləri polis əməkdaşları ilə razılaşmış, saat 19 radələrində o, polis əməkdaşlarının gəldiyi, yaşadığı evin yaxınlığında yerləşən dəmiryolu xəttinin yanında olmuş, avtomobilə könüllü şəkildə əyləşib polis əməkdaşları ilə birlikdə Füzuli RPŞ-yə gəlmişdir. Yolda olanda xatırlamadığı polis əməkdaşı onun əynində olmuş paltarların ciblərini yoxlamış, narkotik vasitə və psixotrop maddə aşkar etməmiş, polis əməkdaşları onun əllərini qandalla bağlamamışdır. Polis əməkdaşları onu Füzuli RPŞ-yə gətirdikdən dərhal sonra ikinci mərtəbədə sol tərəfdən birinci yerləşən otağa aparmışlar. Bu ərəfədə polis əməkdaşları tərəfindən Pərvinin başqa otaqdan çıxarılıb dəhlizlə aparıldığını, sonuncunun aldığı xəsarətlərin təsirindən çətinliklə yeridiyini görmüşdür. Beləliklə, Füzuli RPŞ-yə Pərvin ondan əvvəl gətirilmişdir. Lakin polis əməkdaşları tərəfindən Pərvinə qarşı zor tətbiq edilməsini görməmişdir. Olduğu otaqda Pərviz ona adını bilmədiyi digər bir nəfər polis əməkdaşının yanında, əgər verdiyi bir ədəd bükümdəki metamfetamini Pərvindən 20 manat məbləğində pula aldığı və üzərində saxladığı barədə ifadə verməzsə, zor tətbiq edilib Pərvinin vəziyyətinə salınacağını və Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib həbs ediləcəyini, əks halda isə zor tətbiq edilməyəcəyini və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, həbs edilməyəcəyini demişdir. Qorxduğuna və Pərviz ona, həm də Pərvinin verdiyi ifadəsində ona narkotik vasitə satdığını deməsini bildirdiyinə görə Pərvizlə razılaşmış, sonuncunun ona verdiyi bir ədəd bükümdəki metamfetamini əynində olmuş gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin otaqda təxminən yarım saat saxlanıldıqdan sonra polis əməkdaşları hazırki müdafiəçisi X3 (bundan sonra – müdafiəçi) Füzuli RPŞ-yə dəvət etmişdir. Sonuncu bir neçə dəqiqə sonra Füzuli RPŞ-yə gəlmiş, ona müdafiəçi qismində təyin edilmişdir. Orada, həmçinin müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən Pərvizin əvvəlcədən ona verdiyi, bir ədəd bükümdəki metamfetamini əynində olmuş gödəkçənin sol yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, müdafiəçisinin ona verdiyi müvafiq suallara cavab olaraq, həmin kütləni Pərvindən 20 manat məbləğində pula aldığını, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz olaraq fiziki və psixi formada təsir edilmədiyini bildirmişdir. Bunun səbəbini polis əməkdaşlarından qorxması ilə izah edir. Ona hər hansı polis əməkdaşı tərəfindən müdafiəçisinin yanında, həm də, təhqiqatçı və müstəntiq tərəfindən hər hansı formada qanunsuz hərəkət edilməmişdir. İş üzrə barəsində tərtib edilmiş bütün istintaq hərəkəti protokollarını müdafiəçisi ilə birlikdə oxuduqdan sonra imzalamışdır. Göstərdiyi səbəblərdən müdafiəçisinin iştirakı ilə həmin protokollarda qeyd edilmiş məzmunda ifadələr vermişdir. İbtidai istintaqda iş üzrə dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Təxminən 2014-cü ildən narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 2014-cü ildə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Füzuli rayon Polis Şöbəsinə gətirilmiş, rayon Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildiyi üçün barəsində araşdırma aparıldıqdan sonra Füzuli Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum edilmişdir. Azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitə qəbul etməyə davam etmişdir. Həmçinin 2022-ci ildə yenidən Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, rayon Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan marixuana aşkar edilmiş, barəsində araşdırma aparıldıqdan sonra Füzuli Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmışdır. O, təxminən 4-5 aydır ki, psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamış və həmin tarixdən ara-sıra istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olan zaman əvvəlcədən tanıdığı həmkəndlisi Pərvin adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edərək onda psixotrop maddə olan metamfetamin, yəni patı adı ilə tanınmış psixotrop maddə olduğunu deyərək ondan istifadə etmək istəyib-istəmədiyini soruşmuş, o da Pərvinə cavab olaraq metamfetamin istifadə etmək istədiyini bildirib, ondan patı, şüşə adı ilə tanınan maddənin qiymətini soruşmuşdur. Pərvin ona bir büküm psixotrop maddə olan metanfetamini 20 manat pul qarşılığında ona satacağını demiş və Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən dəmir yolu xəttinin yaxınlığında metamfetamin maddəsini götürməyini bildirmişdir. O, təxminən 20 dəqiqə sonra Pərvinin ona tərif etdiyi yerə gedib Pərvin ilə görüşmüş, 20 manat pulu Pərvinə təqdim etdikdən sonra Pərvin şalvarının arxa cibindən bir büküm psixotrop maddəni götürərək ona vermişdir. Bundan sonra onu usta kimi evinə dəvət etmiş həmkəndlisi Rahibin evinə gedərək televizor təmiri ilə təxminən 2 saat məşğul olmuş, orada işini bitirdikdən sonra yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən fərdi yaşayış evinə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən dəmir yol xəttinin kənarı ilə gedən zaman Füzuli rayon polis şöbəsinin əməkdaşları onu saxlamışlar, polis əməkdaşları üzərində psixotrop maddə olub-olmamasını soruşan zaman o, səmimi olaraq üzərində psixotrop maddə olan şüşə olmasını etiraf etmiş və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Füzuli rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və üzərində olan qara rəngli gödəkçənin sol cibindən 1 büküm psixotrop maddəni çıxararaq özü könüllü olaraq təqdim etmişdir. Üzərindən aşkar olunmuş maddə patı, şüşə adı ilə tanıdığı psixotrop maddədir. Həmin psixotrop maddəni 20 manat pul qarşılığında Pərvin adlı həmkəndlisindən öz istifadəsi üçün almışdır. Pərvin adlı şəxsdən psixotrop maddə almasından heç kimin məlumatı olmamışdır. O, Pərvinin ona satdığı psixotrop maddəni haradan almasını, necə əldə etməsini bilmir, həmçinin Pərvin adlı şəxsin əvvəllər narkotik vasitə və psixotrop maddə satmasının şahidi olmamış, sadəcə olaraq, həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilir, lakin Pərvin adlı həmkəndlisi ilə əvvəlcədən münasibəti olsa da, ondan əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsdən ilk dəfədir ki, psixotrop maddə alır. Əvvəllər narkotik vasitə və psixotrop maddəni Füzuli rayonu və ətraf rayonlardan tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 4-5 aydır ki, psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamış, lakin davamlı olaraq istifadə etmədiyi üçün Füzuli rayon Polis Şöbəsinə şübhəli şəxs kimi verdiyi ifadəsində psixotrop maddə istifadə etmədiyini bildirmişdir. İfadə verməmişdən əvvəl ona heç bir fiziki və ya psixi zor tədbiq edilməmişdir. İbtidai istintaq zamanı ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü Şahid6 ilə Təqsirləndirilən şəxs arasında müdafiəçilərinin iştirakı ilə 18 yanvar 2024cü il tarixdə videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 üzərindən aşkar edilmiş psixotrop maddəni 20 manat pul müqabilində ondan aldığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Şahid6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Şahid6 hazırki hökm üzrə təyin edilmiş cəzaya Şahid6 Füzuli Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 1(064)-11/2022 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 1 (bir) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesabı ilə bərabər tutulduğu 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcı 08 iyul 2024-cü il tarixdən hesablanmaqla 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayət işinin materiallarından görünür ki, Şahid6 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı hazırki müdafiəçisinin iştirakı ilə müvafiq olaraq 18 və 19 yanvar 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 18 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs (bundan sonra- Pərvin) ilə üzləşdirilərkən hazırki ifadəsində göstərdiyi kimi, müdafiəçisinin yanında ona hər hansı formada qanunsuz təsir göstərilmədiyi şəraitdə, könüllü olaraq verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, bir neçə aydır ki, bəzi hallarda metamfetamindən istifadə edir. 17 yanvar 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olarkən həmkəndlisi Pərvin istifadəsində olan 050-79498-99 mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib ona 20 manat məbləğində pula metamfetamin sata biləcəyini, həmin kütləni ondan yaşadıqları kəndin ərazisindən keçən dəmiryolu xəttinin yaxınlığında ala biləcəyini demişdir. Pərvinin təklifi ilə razılaşmış, təxminən 20 dəqiqə sonra sonuncu ilə dediyi yerdə görüşərkən Pərvindən verdiyi 20 manat məbləğində pula bir ədəd bükümdə metamfetamin almışdır. Bundan sonra qonşusu Rahibin yaşadığı evə gedib 2 saat ərzində televizor təmiri ilə məşğul olmuş, işini bitirdikdən sonra yaşadığı kəndin ərazisində yerləşən dəmiryolu xəttinin kənarı ilə evə tərəf gedərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol cibində bir ədəd bükümdə olmuş metamfetamini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Pərvindən 20 manat məbləğində pula aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi formada zor tətbiq edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2020-ci il tarixli qərarından görünür ki, 1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.
2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Füzuli rayon X8 mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Etibarlı və qərəzsiz mənbədən Füzuli rayon Polis Şöbəsinin CAB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Şahid6 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olur, həmçinin mütəmadi olaraq yaşadığı kənd ərazisində qanunsuz əldə etdiyi patı adı ilə tanınan psixotrop maddə olan metamfetamin qəbul edir. Bu məlumat tərəfindən raportla rayon Polis şöbəsinin rəisinə məruzə edilmiş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınmışdır. Əli adlı şəxsin həmin vaxt dəqiq olaraq harada olması məlum olmadığı üçün bütün mümkün əraziləri nəzarətdə saxlamaq üçün onun rəhbərliyi ilə CAB-nin baş əməliyyat müvəkkilləri polis kapitanı Şahid4 və polis kapitanı Şahid3, həmçinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndinin bir çox yerlərini və giriş-çıxış yollarını müşahidə etmişlər. Həmin tarixdə, saat 19 radələrində Şahid6 yaşadığı kənd ərazisindən keçən dəmir yol xəttinin yaxınlığında olması müəyyən edilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid6 yaxınlaşan zaman həmin şəxs onları görüb anidən yolunun istiqamətini dəyişməsi kimi şübhəli davranışları, eləcə də, daxil olmuş məlumatda qeyd edilən şəxsin əlamətlərinə uyğun gəldiyi üçün həmin şəxs onlar tərəfindən saxlanılaraq Füzuli rayon Polis Şöbəsinə gətirilmişdir. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Süleyman Süleymanov tərəfindən onun iştirakı ilə Şahid6 üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o görmüşdür ki, Şahid6 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd üzərində “Millano” sözləri yazılmış siqaret qutusu, 2 ədəd plastik bank kartı, 2 ədəd 1 manatlıq pul əskinası, şalvarın sağ arxa cibindən 1 ədəd alışqan və üzərində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar olunmuş metamfetaminə bənzər maddəni öz şəxsi istifadəsi üçün 20 manat pul qarşılığında həmkəndlisi Pərvin adlı şəxsdən aldığını bildirmişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs yerinin əməliyyat yolu ilə müəyyən edilərək rayon polis şöbəsinə gətirilməsi üçün Füzuli rayon Polis Şöbəsinə verdiyi əməliyyat tapşırığı əsasında dərhal CAB-nin baş əməliyyat müvəkkilləri polis kapitanı Şahid4 və polis kapitanı Şahid3, həmçinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə gedən zaman Təqsirləndirilən şəxs hazırda Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən dəmiryol xəttinin yaxınlığında olamasını müəyyən etmişlər. Onlar həmin yerə çatarkən Təqsirləndirilən şəxs dəmiryol xəttinin kənarı ilə hərəkətdə olduğunu görüb, ona yaxınlaşan zaman Pərvin adlı şəxs onları görən an qaçmağa başlamış, onu yaxalamaq üçün ardınca qaçmışlar, həmin vaxt Pərvin adlı şəxs yolun kənarında olan su arxından tullanaraq keçmək isdəyən zaman su arxına yıxılmış və tez üzərindəki mobil telefonu çıxararaq kənara atmışdır. Həmin vaxt Pərvin onlar tərəfindən nizam-intizama dəvət olunmasına baxmayaraq qanunsuz hərəkətlərinə son verməyib, onlara müqavimət göstərərək onların qanuni tələblərinə tabe olmadığı üçün onu xidməti avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirən zaman o, baş, sifət və bədən nahiyələrini avtomobilin qapı və salon nahiyələrinə vuraraq özünə xəsarət yetirməyə başlamışdır. Bu vaxt onun bilərəkdən özünə xəsarət yetirmək istəməsini görüb, özünə və ətrafdakı şəxslərə zərər yetirməməsi üçün onun əllərini xüsusi vasitə olan qandalla bağlayıb qanunsuz hərəkətlərinin qarşısını alaraq rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Həmin vaxt özü və digər polis əməkdaşları tərəfindən Pərvinə heç bir bədən xəsarəti yetirilməmişdir. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Süleyman Süleymanov tərəfindən onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt görmüşdür ki, Pərvinin əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd “West” markalı siqaret, 1 ədəd üzərində “Dirol” yazısı olan saqqız, kibrit, gödəkçənin sağ cibindən 1 ədəd “Honor” markalı mobil telefon, gödəkçənin sol iç cibindən 1 ədəd “Kapital Banka” məxsus plastik kart, şalvarın sağ cibindən 2 ədəd 5 manatlıq, 4 ədəd isə 1 manatlıq pul əskinasları aşkar olunmuş, lakin onun üzərində narkotik vasitə və ya hər hansı psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdıqdan sonra CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əli ilə şalvarının arxa cibində şübhəli hərəkətlər etdiyini, nəyi isə əzirmiş kimi hərəkətlər etməsini demiş və onun şalvarına baxış keçirilməsi üçün raportla rayon Polis Şöbəsinə məlumat verilmişdir. Təqsirləndirilən şəxs Şahid6 satmış olduğu metamfetamini hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qeyd olunan dövrdə Füzuli rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Etibarlı və qərəzsiz mənbədən Füzuli RPŞ-nin CAB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, əvvəllər CM- nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Şahid6 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olur, həmçinin mütəmadi olaraq yaşadığı kənd ərazisində qanunsuz əldə etdiyi patı adı ilə tanınan metamfetamin qəbul edir. Bu məlumat NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla rayon Polis şöbəsinin rəisinə məruzə edilmiş və əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınmışdır. Əli adlı şəxsin həmin vaxt dəqiq olaraq harada olması məlum olmadığı üçün bütün mümkün əraziləri nəzarətdə saxlamaq üçün Şahid1 rəhbərliyi ilə CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid4, həmçinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndinin bir çox yerlərini və giriş-çıxış yollarını müşahidə etmişlər. Həmin tarixdə, saat 19 radələrində Şahid6 yaşadığı kənd ərazisindən keçən dəmir yol xəttinin yaxınlığında olması tərəflərindən müəyyən edilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahid6 yaxınlaşan zaman onları görüb anidən yolunun istiqamətini dəyişməsi kimi şübhəli davranışları üçün həmin şəxs onlar tərəfindən saxlanılaraq Füzuli rayon Polis Şöbəsinə gətirilmişdir. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Süleyman Süleymanov tərəfindən Şahid6 üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o görmüşdür ki, Şahid6 əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd üzərində “Millano” sözləri yazılmış siqaret qutusu, 2 ədəd plastik bank kartı, 2 ədəd 1 manatlıq pul əskinası, şalvarın sağ arxa cibindən 1 ədəd alışqan və üzərində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə, psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid6 üzərindən aşkar olunmuş metamfetaminə bənzər maddəni öz şəxsi istifadəsi üçün 20 manat pul qarşılığında həmkəndlisi Pərvin adlı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs yerinin əməliyyat yolu ilə müəyyən edilərək rayon polis şöbəsinə gətirilməsi üçün Füzuli rayon Polis Şöbəsinə verdiyi əməliyyat tapşırığı əsasında dərhal NMQ-nun əməliyyat müvəkkili Şahid1, CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid4 və əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə gedən zaman Təqsirləndirilən şəxs hazırda Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən dəmiryol xəttinin yaxınlığında olamasını müəyyən etmişlər. Onlar həmin yerə yaxınlaşan zaman Pərvin adlı şəxs onları görən an qaçmağa başlamış, onu yaxalamaq üçün ardınca qaçmışlar, həmin vaxt Pərvin adlı şəxs yolun kənarında olan su kanalından tullanaraq keçmək isdəyən zaman su kanalına yıxılmış və tez üzərindəki mobil telefonu çıxararaq kənara atmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onlar tərəfindən nizam-intizama dəvət olunmasına baxmayaraq qanunsuz hərəkətlərinə son verməyib, onlara müqavimət göstərərək onların qanuni tələbinə tabe olmadığı üçün onu xidməti avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirən zaman o, baş, sifət və bədən nahiyələrini avtomobilin qapı və salon nahiyələrinə vuraraq özünə xəsarət yetirməyə başlamışdır. Bu vaxt onun bilərəkdən özünə xəsarət yetirmək istəməsini görüb, özünə və ətrafdakı şəxslərə zərər yetirməməsi üçün onun əllərini xüsusi vasitə olan qandalla bağlayıb qanunsuz hərəkətlərinin qarşısını alaraq rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Süleyman Süleymanov tərəfindən onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o görmüşdür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd “West” markalı siqaret, 1 ədəd üzərində “Dirol” yazısı olan saqqız, kibrit, gödəkçənin sağ cibindən 1 ədəd “Honor” markalı mobil telefon, gödəkçənin sol iç cibindən 1 ədəd “Kapital Banka” məxsus plastik kart, şalvarın sağ cibindən 2 ədəd 5 manatlıq, 4 ədəd isə 1 manatlıq pul əskinasları aşkar olunmuş, lakin onun üzərində narkotik vasitə və ya hər hansı psixotrop maddə aşkar olunmamışdır. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əli ilə şalvarının arxa cibində şübhəli hərəkətlər etdiyini, nəyi isə əzirmiş kimi hərəkətlər etməsini görmüş və onun şalvarına baxış keçirilməsi üçün raportla rayon Polis Şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs Şahid6 satmış olduğu metamfetamini hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Füzuli rayon Polis Şöbəsinin Cinayət- Axtarış bölməsinin əməkdaşı, polis leytenantı Şahid2, baş əməliyyat müvəkkili polis kapitanı Şahid4 və əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid5 iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd edilmiş xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Azərbaycan Respublikası Məhkəmə X5 Regional bölməsindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli ekspert rəyindən görünür ki, Şahid6 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-0,845 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(Qeyd: Metamfetamirıin ümumi çəkisi-0,845 qram, cəmi tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,795 qram). - Azərbaycan Respublikası Məhkəmə X5 Regional bölməsindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 18/77 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvarın arxa cibində olan təmiz çəkisi-0,105 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Qeyd: Metamfetaminin ümumi çəkisi-0,105 qram, cəmi tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0,055 qram). Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli cins şalvarın arxa cibində olan təmiz çəkisi-0,105 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Məhkəmə X5 Regional bölməsindən verilmiş 18 yanvar 2024-cü il tarixli, 18/76 nömrəli ekspert rəyində qeyd edilən Şahid6 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-0,845 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. - Təqsirləndirilən şəxs məxsus göy rəngli cins şalvarın arxa cibindən təmiz çəkisi 0,105 qram psixotrop maddə metamfetaminin aşkar olunması faktına görə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğuna görə Füzuli Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 3(064)- 214/2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. - “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 14 fevral 2024-cü il tarixli, 18-1-36/2-158/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Narkoloji Dispanserində qeydiyyatdadır. - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1738 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Füzuli rayon Polis Şöbəsində əməliyyat qeydiyyat işinin olub-olmaması, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə həmkəndlisi Şahid6 psixotrop maddə satması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə sübuti əhəmiyyətə malik olan məlumatların olub-olmamasının müvafiq qaydada sənədləşdirməklə İstintaq bölməsinə göndərilməsi üçün rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edilmiş və Füzuli rayon Polis Şöbəsinin CAB-nin rəisi İlqar Nəcəfovun 04 aprel 2024- cü il tarixli, 3-13-73/1-5264/2024 nömrəli raportu, əməliyyat qeydiyyat işindən çıxarış və tərtib olunmuş arayışda göstərilmişdir ki, əməliyyat yolu ilə əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsilə məhkum olunmuş, xx xxxx 1991-ci ildə Füzuli rayonunda anadan olmuş, orta təhsilli, subay, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və faktiki olaraq orada yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxslərlə sıx əlaqə saxlayır, ətrafına narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsləri toplayaraq, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olur. Əldə olunmuş həmin məlumat Füzuli rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilərək, məlumatın tam və hərtərəfli yoxlanması, sonuncunun barəsində zəruri əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən 21992 nömrəli əməliyyat- qeydiyyat işi başlanılmışdır. Təqsirləndirilən şəxs cinayətkar fəaliyyətini müəyyən etmək və sənədləşdirmək məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə vermədiyindən sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara qulaqasmaq zərurəti yaranmışdır. Azərbaycan Respublikası CPM-in 445.1.1, 446.1.3 və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10.1.3, 10.3-cü maddələrinə müvafiq olaraq Füzuli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 5(064)-74/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara Daxili İşlər Nazirliyi tərəfindən qulaq asılmışdır. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə aparılan telefon danışıqlarına 3 (üç) ay müddətə qulaq asılmasına icazə verilməsi barədə Füzuli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 5(064)74/2023 nömrəli qərarı əsasında icra edilmiş müvafiq əməliyyat-axtarış tədbirinin nəticələrinə dair Füzuli RPŞ-nin CAB-ın rəisi, polis mayoru İlqar Nəcəfov tərəfindən tərtib edilərək imzalanmış 04 aprel 2024-cü il tarixli arayış və ona əlavə edilmiş, Təqsirləndirilən şəxslə Şahid6 arasında qeydə alınmış telefon danışıqlarının stenoqram mətnindən görünür ki,: 16 dekabr 2023-cü il tarixdə saat 15:39-da Təqsirləndirilən şəxs Şahid6 onun kart hesabına 70-80 manat məbləğində pul göndərərsə, “torpaq”, yəni heroin verə biləcəyini, Şahid6 isə Təqsirləndirilən şəxs 10 manat pulu olduğuna görə kart hesabına dediyi məbləğdə pul göndərə bilməyəcəyini, əgər həmin məbləğdə pul əldə edərsə, xəbər edəcəyini, 22 dekabr 2023-cü il tarixdə saat 13:33-də Təqsirləndirilən şəxs Şahid6 20 manat məbləğində pul verərsə, “təbiət”, yəni qurudulmuş marixuana və “ağ baş”, yəni psixotrop maddə olan metamfetamin verə biləcəyini, sonuncu isə bu təkliflə razı olduğunu, 02 yanvar 2024-cü il tarixdə saat 14:51-də Təqsirləndirilən şəxs Şahid6 40- 45 manat məbləğində pul verərsə, “torpaq”, yəni heroin verə biləcəyini, sonuncu isə bu təkliflə razı olduğunu, 03 yanvar 2024-cü il tarixdə saat 00:26-da Təqsirləndirilən şəxs Şahid6 narkotik vasitə vermək üçün hansısa məktəbin yaxınlığında gözlədiyini, sonuncu isə həmin yerə yaxınlaşdığını, 12 yanvar 2024-cü il tarixdə saat 13:51-də Təqsirləndirilən şəxs Şahid6 5-10 dəqiqəyə narkotik vasitənin gətiriləcəyini, onun kart hesabına pul göndərməli olduğunu, saat 14:42-də isə Təqsirləndirilən şəxs Şahid6 müvafiq sualına cavab olaraq kart hesabının nömrəsini, 17 yanvar 2024-cü il tarixdə saat 14:57-də Təqsirləndirilən şəxs Şahid6 “qara”, yəni heroini 20 manat məbləğində pula verə biləcəyini, saat 15:25-də Şahid6 Təqsirləndirilən şəxs “şey”, yəni qurudulmuş marixuana və “ağ baş”, yəni metamfetamin almaq üçün ayrı-ayrılıqda 10 manat olmaqla, cəmi 20 manat məbləğində pul hazırladığını, saat 15:33-də Təqsirləndirilən şəxs Şahid6 yaşadıqları kənddə “Qafurgil” tərəfdə olduğunu bildirmişlər. İstintaq zamanı şahid- Şahid6 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrələrinə 10 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək olan müddət ərzində daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsini, anten dairələrini, qəbul edilən və ötürülən mesajların mətninin, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi haqqında Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərarı icra edilərək 10 fevral 2024-cü il tarixdə "xxxx" MMC-dən Füzuli rayon Polis Şöbəsinə daxil olmuş, 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd disk ağ rəngli xüsusi boya ilə boyanmışdır. Üzərində göy rəngli kapilyar qələmlə “1737” rəqəmləri yazılmışdır. Təqdim edilmiş həmin «Windows 7» proqram təminatı ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda diskdə bloknot tipli«503045459_sms.txt»“507949899_sms.txt”,“**********59.txt”,“**********99.txt”,«abunecil er.xlsx» və «antena.xlsx» adlı fayllar olmaqla cəmi altı ədəd fayllar vardır. Bloknot tipli həmin fayllara baxan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Şahid6 istifadəsində olan 050- ***-**-** nömrəli mobil telefonla xx.xx.2024-cü il tarixdə, saat 15:09-da 80 saniyə, saat 15:24-da 19 saniyə, saat 15:32-də 12 saniyə, saat 15:37-də 19 saniyə, xx.xx.2024-cü il tarixdə saat 14:57-da 86 saniyə, 15:14-də 58 saniyə, saat 15:16-də 13 saniyə, saat 15:21-də 13 saniyə danışmaları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslə Şahid6 arasında hər hansı mesajlaşma olmamışdır. Fləmçinin «antena.xls» adlı fayla baxış keçirdilən zaman Təqsirləndirilən şəxs və Şahid6 istifadəsində olan mobil telefonların 17 yanvar 2024-cü il tarixdə Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisindəki baza stansiyasının əhatə dairəsində aktiv olmaları müəyyən olunmuşdur. - Təqsirləndirilən şəxs məxsus olan “Honor” markalı mobil telefona baxış keçirilməsi barədə olan 18 yanvar 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, Füzuli Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 5(064)6/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-nin 08 fevral 2024-cü il tarixli, 2863 nömrəli məktubu ilə təqdim edilmiş, müvafiq olaraq Şahid6 və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**- ** mobil nömrələrə dair telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə olan 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 17 yanvar 2024cü il tarixdə saat 14:57, 15:14, 15:16, 15:21-də Şahid6 və Təqsirləndirilən şəxs arasında həmin mobil nömrələr vasitəsilə telefon danışıqları olmuş, amma həmin tarixdə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyinə əsasən atası X9 istifadəsində olan ***-***-**-** və ***-***-**-**, anası X7 istifadəsində olan ***-***-**-** mobil nömrələr arasında telefon danışıqları olmamışdır. 17 yanvar 2024-cü il tarixdə ***-***-**-** və ***-***-**-** mobil nömrələrlə bağlı sonuncu anten məlumatları müvafiq olaraq saat 18:49 və 17:22-də qeydə alınmış, həmin tarixdə göstərilən mobil nömrələrin bütün anten məlumatları Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qeydə alınmış, buna görə də Şahid6 və Təqsirləndirilən şəxs iş üzrə polis əməkdaşları tərəfindən saxlanılanadək Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olmuşlar. Təqsirləndirilən şəxs məxsus olan “Honor” markalı, **********62079 və **********94080 İMEİ kodlu, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefona 18 yanvar 2024-cü il tarixdə tərəfimdən baxış keçirilmişdir. Telefonun menyusuna daxil olduqda SMS-MMS, eləcə də mobil telefonda olan digər mobil tətbiq etmələrinə baxış keçirilmiş, baxış zamanı Şahid6 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsus mobil telefonda hər hansı adla qeyd olunmamışdır. Telefonda son danışıqlara dair qeydiyyatlara baxış keçirilərkən Şahid6 istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonla 17 yanvar 2024-cü il tarixdə, saat 14:57-də 1 dəqiqə, 25 saniyə, 15:14-də 57 saniyə, saat 15:16-da 12 saniyə, 15:21-də 22 saniyə danışmaları və həmin tarixdə imtina edilən zənglər olmuşdur. Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilərkən Şahid6 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi “Whatsapp” mobil tətbiqində yazışmaları və səsli zəng danışıqları aşkar edilməmişdir. Baxış zamanı həmin mobil telefonda olan zənglərin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı da Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiə üçün dəlillər gətirərək Şahid6 psixotrop maddə satmamasını, Şahid6 həmin psixotrop maddəni haradan əldə etməsi barədə məlumatsız olduğunu bildirib, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən başqa özünə aid digər sənədləri imzalamaqdan imtina etmişdir. Onun bu fikirləri vəsatət kimi qəbul edilmiş, sənədləri imza etməkdən imtina etməsi barədə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən Füzuli rayon Prokuroruna məlumat verilməklə möhəbər dəlil hesab edilməmiş və 20 yanvar 2024-cü il tarixli qərarla rədd edilmişdir. Həmçinin 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, müdafiəçisi X10 iştirakı ilə cinayət işinin materialları, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla tanış olan zaman ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, təqsirli olmasını sübut edən mötəbər dəlil olmadığını, heç kimə narkotik vasitə satmadığını, barəsində olan cinayət işinin icraatına xitam verilməsini istədiyini bildirmişdir. Onun bu fikirləri vəsatət kimi qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi istintaq zamanı Şahid6 şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ilkin ifadələri, “Şəxsi axtarış haqqında” 17 yanvar 2024-cü il tarixli, “Götürmə haqqında” 17 yanvar 2024-cü il tarixli, “Üzləşdirmə haqqında” 18 yanvar 2024-cü il tarixli protokollar, “Məhkəmə-kimyəvi ekspertizanın” 18 yanvar 2024-cü il tarixli, 18/76, 18/77 nömrəli və “Məhkəmə-narkoloji ekspertin” 05 mart 2024-cü il tarixli, 1468 nömrəli və 14 mart 2024-cü il tarixli, 1738 nömrəli rəyləri, "xxxx" 18 yanvar 2024-cü il tarixli, Azercell MMC-dən daxil olmuş “Diskə” baxış keçirilməsi haqqında 19 fevral 2024-cü il tarixli, “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollar, şahid ifadələri, Füzuli rayon Polis Şöbəsinin CAB-nin rəisinin 04 aprel 2024-cü il tarixli, 3-13- 73/1-5264/2024 nömrəli telefon danışıqlarına dair raportu və raporta əlavə edilmiş sənədlərin surətləri və digər sənədlərlə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs vəsatəti əsassız hesab edilərək 05 iyun 2024-cü il tarixli qərarla rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş 02 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 10 ay, 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza müddəti 1 il, 6 ay müddətinə sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Füzuli Rayon Məhkəməsinin 21 iyun 2021 -ci il tarixli hökmü dəyişdirilərək CM-nin 70-ci maddəsi hökmdən xaric edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və o, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 06 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran haldır. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin az ola bilməz. CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməklə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, cəzasını yüngülləşdirən halın olmadığın və əvvəllər məhkum olunmasından ibarət cəzasını ağırlaşdıran halın olduğunu, ona təyin olunacaq cəzanın islah olunmasına təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 04 il müddətə təyin edilməsinin məqsədəuyğun olması barədə nəticəyə gəlməyə tam əsas verir. İş materiallarına əsasən müəyyən edilr ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 22:35-də şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2024-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirin seçilməsi üçün Füzuli rayon prokuroruna vəsatət verilmiş və Füzuli rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə 19 yanvar 2024-cü il tarixdə qərar qəbul edildiyindən onun barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, o, həmin gün, saat 20:30 dəqiqədə Füzuli RPŞ-nin X13 azad edilmişdir. Şahid6 üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0,845 qram (ekspertin istifadə etdiyi nümunələr çıxıldıqdan sonra qalan 0,795 qram) olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin 22 yanvar 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün Füzuli rayon Polis Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus, cibindən ümumi çəkisi 0,105 qram psixotrop maddə olan metamfetamin aşkar edilmiş bir ədəd göy rəngli şalvar 01 iyun 2024-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və saxlanması üçün Füzuli rayon Polis Şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus, cibindən ümumi çəkisi 0,105 qram psixotrop maddə olan metamfetamin aşkar edilmiş bir ədəd göy rəngli şalvar 01 iyun 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 10 fevral 2024- cü il tarixdə Füzuli rayon Polis Şöbəsinə daxil olmuş 01 ədəd disk cinayət işi üzrə sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı “Şəxsi axtarış haqqında” 17 yanvar 2024-cü il tarixli protokollara əlavə edilmiş 2 ədəd disk, “Götürmə haqqında” 17 yanvar 2024-cü il tarixli protokola əlavə edilmiş 1 ədəd disk, “Üzləşdirmə haqqında” protokola əlavə edilmiş 1 ədəd disk, "xxxx" MMC-dən 10 fevral 2024-cü il tarixdə Füzuli RPŞ-nə daxil olmuş 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Füzuli Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan Şahid6 üzərindən aşkar edilərək götürülmüş 0,845 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin ekspertizadan sonrakı qalığı 0,795 qram hissəsi, Təqsirləndirilən şəxs üzərində aşkar olunan götürülmüş 0,105 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin ekspertizadan sonrakı qalığı 0,055 qram hissəsi, qalıq cəmi 0,850 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqində olan “Şahid6 üzərində şəxsi axtarış aparılmasının qeydə alındığı” 01 ədəd video disk, cinayət işinin 1-ci cildinin 71-ci vərəqində olan “Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının qeydə alındığı” 01 ədəd video disk, cinayət işinin 1-ci cildinin 104-cü vərəqində olan “Təqsirləndirilən şəxslə Şahid6 üzləşdirilməsinin qeydə alındığı” 01 ədəd video disk, cinayət işinin 1-ci cildinin 212-ci vərəqində olan “Azercell Telecom MMC-dən daxil olmuş məlumatlar olan 01 ədəd video disk, cinayət işinin 2-ci cildinin 58-ci vərəqində olan “Şahid6 əlavə ifadəsinin qeydə alındığı 01 ədəd video disk, cinayət işinin 2-ci cildinin 198-ci vərəqində olan xx.xx.2024-cü il tarixli vəkil Ramil Əliyevin təqdim etdiyi 01 ədəd video disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Səkinəxanım Məmmədli