Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-40/2023 11.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Əfqanıstan İslam Respublikası vətəndaşları - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2, müdafiəçiləri Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Əfqanıstan İslam Respublikası Sərpol şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Sərpol şəhərində qeydiyyatda olan və yaşamış, hazırda Əliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, xx.xx.2000-ci ildə Əfqanıstan İslam Respublikası Sərpol şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Sərpol şəhərində qeydiyyatda olan və yaşamış, hazırda Əliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və xx.xx.1997-ci ildə İran İslam Respublikası Sərpol şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Sərpol şəhərində qeydiyyatda olan və yaşamış, hazırda Əliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tanışları Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələ bilmədikləri üçün, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 mart 2023-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 tanışları Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə, qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələ bilmədikləri üçün, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 mart 2023-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 tanışları Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə, qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına gələ bilmədikləri üçün, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 mart 2023-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Əfqanıstanda iş olmadığı üçün o, İrana qaçaq yolla sərhədi pozaraq getmişdir. İran İslam Respublikasında onun doğma xalası oğlu Necib qarşılamışdır. O, bir müddət Necibin yanında işləmişdir. İranda dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir yerdə işləmişlər. Orada 4 ay işlədikdən sonra İranda pulun dəyəri olmadığı üçün Təqsirləndirilən şəxs2 onlara qanunsuz olaraq Azərbaycan Respublikasına gedib işləməyi, vəziyyətlərinin daha da yaxşı olması üçün orada yaşamalarını və işləmələrini təklif etmişdir. Onlar razılaşdıqdan sonra 12 mart 2023-cü il tarixdə saat 12 radələrində İrandan Azərbaycan istiqamətində Araz çayını keçmişlər. Araz çayını keçdikdən sonra paltarları su olduğu üçün onlar paltarını dəyişmiş və bir neçə saat yataraq dincəlmişlər. Təxminən saat 18 radələrində onlar İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkətə başlamışlar. Ərazi sıx qamışlıq və kolluqlardan ibarət olduğu üçün onlar hərəkət etməkdə çətinlik çəkmişlər. Sıx qamışlıq ərazidə kolluqların içərisində təxminən 2 saat hərəkət edərək sərhəd çəpərinə yaxınlaşmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışlar. Sərhədçilər tərəfindən sorğu-sual edilərkən hər şeyi olduğu kimi danışmışlar. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən bir ildən çoxdur ki, Əfqanıstanda atası Taliban hərəkatına qarşı çıxdığı üçün atasını öldürmüşlər. Buna görə də, Əfqanıstanda onun pasportuna qadağa qoymuşlar. O, pasportuna qadağa qoyulduğu üçün Əfqanıstandan İrana keçərək işləmək məcburiyyətində qalmışdır. İran İslam Respublikasında əmisi ona inşaatda işləmək üçün iş təşkil etmişdir. Orada həmyerliləri digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə işləmişlər. Orada 3 ay işlədikdən sonra İran İslam Respublikasında maddi vəziyyətləri yaxşı olmadığından işləmək məqsədi ilə Azərbaycan Respublikasına qanunsuz yolla dövlət sərhədini pozmaqla keçmək istəmişdir. O, Azərbaycana getmək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onunla birlikdə getməklərini təklif etmişdir. Onlar da razılaşaraq, 12 mart 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkət etmişlər. Həmin gün saat 12 radələrində Araz çayını keçmişlər. Araz çayını keçdikdən sonra paltarları su olduğundan onlar paltarlarını dəyişmişlər. Sonra bir neçə saat yataraq dincəlmişlər və saat 18 radələrində onlar İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkətə başlamışlar. Ərazi sıx qamışlıq və kolluqlardan ibarət olduğu üçün onlar hərəkət etməkdə çətinlik çəkmişlər. Sıx qamışlıq ərazidə kolluqların içərisində təxminən 2 saat hərəkət edərək sərhəd çəpərinə yaxınlaşmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılaraq, sərhəd zastavasına gətirilmişlər. Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Əfqanıstanda iş olmadığı üçün İrana qanunsuz yolla sərhədi pozaraq getmişdir. İranda həmyerliləri digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 6 ay işlədikdən sonra İran İslam Respublikasında pulun dəyəri olmadığı üçün Təqsirləndirilən şəxs2 onlara Azərbaycan Respublikasına qaçaq yolla gedib işləməyi təklif etmişdir. Onlar Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq, 12 mart 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkət etmişlər. Təxminən saat 12 radələrində Araz çayını keçmişlər və Araz çayın keçdikdən sonra paltarları su olduğu üçün onlar paltarını dəyişmiş və bir neçə saat yataraq dincəlmişlər. Təxminən saat 18 radələrində onlar İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkətə başlamışlar. Ərazi sıx qamışlıq və kolluqlardan ibarət olduğu üçün hərəkət etməkdə çətinlik çəkmişlər. Sıx qamışlıq ərazidə kolluqların içərisində 2 saat hərəkət edərək sərhəd çəpərinə yaxınlaşmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişlər. Şahid N nömrəli hərbi hissədə xidmət edən X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində növbətçi operator ona yaxınlaşaraq 15-ci sahədən 3 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etdiyini bildirmişdir. O, dərhal sərhəd zastavasını silaha komandasına qaldırmış və bu barədə rəhbərliyə məruzə etmişdir. Sonra müşahidə olunan ərazi istiqamətinə hərəkət etmişlər. O, operator növbətçisi ilə tez-tez əlaqə saxlamış və 13-cü sahəyə çatdıqdan sonra maskalanaraq sərhəd pozucularının əlverişli mövqeyə çıxmasını gözləmişdir. Növbətçi operator ona pozucuların istiqamətləri barədə məlumat vermişdir. Sərhəd pozucuları 13-cü sahəyə çıxdıqdan sonra o, onlara ucadan “Dayan” komandası vermiş, lakin sərhəd pozucuları dayan əmrinə tabe olmayaraq geriyə İran İslam Respublikası istiqamətinə qaçmaq istəyərkən təlimata uyğun olaraq havaya xəbərdarlıq atəşi açmışdır. Təxminən saat 20 radələrində onun başçılığı altında komanda üzrə sərhəd pozucularını mühasirəyə alaraq saxlamışlar. Məlum olmuşdur ki, 3 nəfər sərhəd pozucusu Əfqanıstan İslam Respublikası vətəndaşlarıdırlar. Şahid N nömrəli hərbi hissədə xidmət edənŞahid2 şahid X2 ilə oxşar məzmunlu ifadə verdi. İfadəsi elan edilmiş şahid N nömrəli hərbi hissədə xidmət edən Şahid3 ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə saat 14:00-dən 12 mart 2023-cü il saat 20:00dək təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan sonra növbətçi operator xidmətinə təyin edilmişdir. Təxminən 19 radələrində PTZ tipli videomüşahidə kamerasında 16-cı sahədə 3 nəfər şübhəli şəxsin hərəkətlərini müşahidə etmişdir. Həmin müşahidə etdiyi 3 nəfər İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində şübhəli şəxslər mühəndis çəpərinə yaxınlaşmışlar. O, baş vermiş hadisəni zastava üzrə cavabdehə məruzə edərək şübhəli şəxslərin hərəkəti barəsində məlumat vermişdir. Sərhəd zastavası dərhal zastava rəisi tərəfindən silaha komandasına qaldırılmış və ərazi qapadılaraq, həyəcan qrupunu sərhəd pozucularının olduğu istiqamətə yönəltmişdir. Sərhəd pozucuları 13-cü sahədə mühasirəyə alınaraq saxlanılmışlar. Cinayət işinə əlavə edilmiş: 13 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 keçdikləri yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 13-cü sahəsidir. Ərazi Füzuli rayonu Böyük Bəhmənli kəndinin yaxınlığında sıx kol ərazidə, 53 nömrəli sərhəd nişanından 1000 metr sola, dövlət sərhəd xəttindən 1300 metr aralı, mühəndis çəpərindən 20 m içəri ərazidə yerləşən sıx kolluq ərazidir. Mühəndis-texniki çəpərinə baxış keçirilən zaman hər hansı əyilmə, kəsilmə və sair əlamətlər aşkar edilmədi. Azərbaycan Respublikası DSX-nin ƏABİ-dən daxil olmuş 30 mart 2023-cü il tarixli məktubdan görünür ki, İAMAS bazasında Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət sərhədindən hərəkəti müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmışdır. olunmamışlar. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə də, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxslərin özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə tövsif edilmiş və onlar həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, törətdikləri əməli səmimi şəkildə etiraf etməklə əməllərindən peşmançılıq çəkmələrini və ilk dəfə cinayət əməli törətmələrini təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olsa da maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə cəzanı yüngülləşdirilən halların dairəsini nəzərə alaraq bu cəza növünü nisbətən aşağı həddə təyin etməyi ədalətli hesab edir. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındıqları tarixdən hesablanmaqla cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci 31 mart 2023-cü il tarixli, 6/1609 nömrəli ekspert rəyinə görə 55 manat təşkil edir. Lakin məhkəmə hesab edir ki, həmin ekspertizanın nəticəsi olaraq təqsirləndirilən şəxsə və ya şəxslərə ittiham elan olunmadığına görə bu məhkəmə xərcinin təqsirləndirilən şəxslərdən tutulması əsaslı sayıla bilməz və dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Bununla yanaşı, məhkəmə Əfqanıstan İslam Respublikası vətəndaşları olan təqsirləndirilən şəxslərə əlavə cəza növü olan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasını da təyin etməyi zəruri hesab edir. Belə ki, AR Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarmadan bəhs edən 52.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. AR Miqrasiya Məcəlləsinin 74.7-ci maddəsində qeyd edilir ki, məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə, bu barədə cəzanı icra edən orqanın verdiyi məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya bu Məcəllənin 79.1.3-cü maddəsində göstərilən halda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsini həll edir. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 mart 2023-cü il tarixindən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılsın. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 mart 2023-cü il tarixindən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılsın. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 mart 2023-cü il tarixindən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılsın. Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar. Hökmün bu hissəsinin icrası Azərbaycan Respublikasının Dövlət Miqrasyia Xidmətinə həvalə olunsun. Cinayət işi üzrə 55 manat məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu (surəti məhkumlara verildiyi) andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-40/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-40/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver