Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-40/2024 20.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1966-cı il tarixdə Füzuli rayonu, Horadiz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CMin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,36 qram olmaqla, xeyli miqdar təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin kütlə 29 mart 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən, “Dörd yol” adlanan yerdə saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sol cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, o, müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 5,54 qram olmaqla, xeyli miqdar təşkil edən qurudulmuş marixuananı təkrarən əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin kütlə 07 iyun 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Füzuli rayonu, Horadiz şəhəri ərazisində saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sol cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, İ Qarabağ müharibəsində baş vermiş döyüşlərdə iştirak edərkən aldığı xəsarətlərlə əlaqədar sol ayağı amputasiya edilmiş, bu səbəbdən ona İİ qrup əlillik təyin edilmişdir. Bundan sonra bədənində yaranmış ağrıları azaltmaq məqsədilə arabir qurudulmuş marixuanadan istifadə etmişdir. O, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən üzərində narkotik vasitə olması şübhəsilə 29 mart 2024-cü il tarixdə saat 22 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən, “Dörd yol” adlanan yerdə və 07 iyun 2024-cü il tarixdə saat 22 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində saxlanılıb öz razılığı ilə Füzuli RPŞ-yə gətirilmişdir. 29 mart 2024 və 07 iyun 2024-cü il tarixlərdə müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən müvafiq olaraq əynindəki gödəkçənin sol cibi və şalvarın sol cibində bir ədəd kibrit qutusunda və bir ədəd bükümdə olmuş qurudulmuş marixuanaları könüllü olaraq təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Həmin kütlələri göstərdiyi tarixlərdə saxlanılmasından əvvəl yerdən tapıb şəxsən istifadə etmək məqsədilə götürüb üzərində saxlamış və daşımışdır. Həmin tarixlərdə üzərinə şəxsi axtarış keçirilərkən hazırki məzmunda izahatlar vermiş, tərtib edilmiş protokollara imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş qurudulmuş marixuanaların təmiz çəkilərini, eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 verdikləri ifadələrində göstərdikləri hər hansı halı mübahisləndirmir. İş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, eləcə də sonuncu və digər polis əməkdaşı ona qarşı hər hansı formada qanunsuz hərəkət etməmişdir. İş üzrə törətdiyi əməllərdən səmimi peşimandır. Barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, İTB-nin inspektoru Şahid5 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Şahid2 ifadəsində Təqsirləndirilən şəxs 29 mart 2024 və 07 iyun 2024-cü il tarixlərdə saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi, Şahid5 və Şahid3 isə Təqsirləndirilən şəxs müvafiq olaraq 29 mart 2024 və 07 iyun 2024-cü il tarixlərdə saxlanılması və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı işin halları barədə sonuncu ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, Təqsirləndirilən şəxs göstərilən tarixlərdə müvafiq olaraq Şahid1 və Şahid2 üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında saxlamışlar. Məhkəmə baxışı iclaslarına şahid qismində dindirilmək üçün bir neçə dəfə lazımi qaydada çağırılsa da, növbəti əmək məzuniyyətində olması, yəni üzrlü səbəbdən gəlmədiyinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilli Şahid1 həmin ifadələrində işin halları barədə Təqsirləndirilən şəxs və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ilə eyni məzmunda göstərmişdir (İ cild, səh. 97-100, 236-239). Dövlət ittihamçı məhkəmə çıxışında Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsində baş vermiş döyüşlərdə iştirak etməsi, bu zaman aldığı xəsarətlərlə əlaqədar sol ayağının amputasiya edilməsi, bu səbəbdən İİ qrup əlilliyin təyin edilməsi nəzərə alınaraq, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini təklif etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 29 mart 2024 və 07 iyun 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatlarına dair raportlar, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarlar, onların icra edilməsinin nəticələri barədə raportlar, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində həmin tarixlərdə əməliyyat-axtarış tədbirləri və şəxsi axtarışların keçirilməsinin əsasları, mexanizmləri və nəticələri, bu zaman müəyyən edilmiş halların sonuncu və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 12, 13, 15, 41-48, 157, 159, 160, 182-189). - Məhkəmə-bioloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 3-16-16/2-18/348 nömrəli və 08 mart 2024-cü il tarixli, 3-16-16/2-18/574 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusu və bir ədəd bükümdə aşkar edilmiş, ayrı-ayrılıqda təmiz çəkiləri 6,36 qram və 5,54 qram təşkil edən kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Onların ayrı-ayrılıqda qalıq çəkiləri 6,34 qram və 5,52 qram, ümumi qalıq çəkisi 11,86 qram təşkil edir. Ekspertiza tədqiqatlarının xərci ayrı-ayrılıqda 49,74 manat və 31,95 manat olmaqla, cəmi 81,69 manatdır (İ cild, səh. 55, 57, 196, 197). - Məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 2977 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 7, 8). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və ya daşımağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitədir. Onun xeyli miqdarının aşağı həddi 5,0 qramdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməllərində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 verdikləri ifadələr, Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 29 mart 2024 və 07 iyun 2024-cü il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə-bioloji ekspertizasının 30 mart 2024-cü il tarixli, 3-16-16/2-18/348 nömrəli və 08 mart 2024-cü il tarixli, 3-16-16/2-18/574 nömrəli rəyləri, məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 2977 nömrəli rəyi digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuanaların ümumi qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (İ cild, səh. 103). - Füzuli RİHB-nın Horadiz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünün davranışı ilə qonşuları və şəhər sakinləri tərəfindən hörmət qazanmışdır. O, ictimai tədbirlərdə yaxından iştirak etmiş, işgüzar, bacarıqlı olmaqla yanaşı, öz fəallığı və davranışı ilə ictimaiyyət arasında nümunəvi şəxs kimi seçilmişdir. - Təqsirləndirilən şəxs adına verilmiş 30 noyabr 2005-ci il tarixli, 262753 nömrəli vəsiqə, 09 noyabr 2018 və 06 noyabr 2021-ci il tarixli “Fəxri Fərman”ların surətləri, “Elektron Hökümət” portalından əldə edilmiş elektron məlumatdan görünür ki, ona İ Qarabağ müharibəsində baş vermiş döyüşlərdə iştirak edərkən aldığı xəsarətlərlə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. O, həmin döyüşlərdə fəal iştirakı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N saylı hərbi hissə komandiri tərəfindən təltif edilmişdir (İİ cild, səh. 10). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsində baş vermiş döyüşlərdə iştirak etməsi, bu zaman aldığı xəsarətlərlə əlaqədar ona İİ qrup əlilliyin təyin edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməlləri etiraf edib onlardan səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, İ Qarabağ müharibəsində baş vermiş döyüşlərdə iştirak etməsi, bu zaman aldığı xəsarətlərlə əlaqədar ona İİ qrup əlilliyin təyin edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməlləri etiraf edib onlardan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünü həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq, eləcə də dövlət ittihamçısının cəza təyini ilə bağlı təklifini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə yaxın müddətə, konkret olaraq 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək və 07 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 3 (üç) gün müddət (29 mart 2024 və 07 iyun 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokollar, müvafiq olaraq “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” və “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlar - İ cild, səh. 31, 32, 81, 82, 174, 215, 216) ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 2977 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatlarından sonra ümumi qalıq çəkisi 11,86 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 30 mart 2024-cü il tarixədək və 07 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 3 (üç) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatlarından sonra ümumi qalıq çəkisi 11,86 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-40/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-40/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver