Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-40/2025 03.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi Heydərxan oğlunun, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Mandılı kəndində pasport qeydiyyatında olmaqla hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir, ondan ötrü ki, o, qəsdən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olaraq mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı qəsəbə ərazisində toy məclisində spirtli içki qəbul etdikdən sonra piyada yaşadığı evə tərəf hərəkət etmiş, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin darvazasının qarşısına gələrək Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qəsdən mənzildə yaşayanların, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iradəsi ziddinə hərəkət edərək sonuncuların kənar şəxslərin evə gəlməsinin qarşısını almaq məqsədi ilə əvvəlcədən içəridən bağladıqları darvazaya bitişik çəpərdən aşmaqla evin həyətinə daxil olmuş, daha sonra evin taxta materialdan oldan giriş qapısını çöl tərəfdən dartmaqla qapının kilidini sındıraraq vahid niyyətlə eyni qaydada, yəni Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs2 onun evə daxil olmasından sonra yuxudan oyanaraq qışqırması səbəbindən qaçıb getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan olunmuş ittiham özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç vaxt evlənməmişdir. Hazırda ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmir. Lakin bir müddət 1 saylı Respublika Psixiatriya Xəstəxanasında bir müddət psixi xəstəliyi ilə əlaqədar müalicə almışdır. ünvan 1 ünvanında anası X5 ilə birlikdə yaşayır. Qəsəbə ərazisində təşkil edilən toy və yas mərasimlərində çadırların (palatkaların) yığılıb-sökülməsi işi ilə məşğul olur. Bunun müqabilində məclis sahibləri ona müxtəlif məbləğlərdə pul verirlər. xx.xx.2024-cü il tarixdə yaşadığı Qayıdış- 10 qəsəbəsi ərazisində qəsəbə sakini Vəlişin oğlunun toyu olmuşdur. O, həmin gün toyun palatkasını qurmuş, saat 20 radələrində məclis sahibi keçirilən “ciyər axşamı” məclisində onun da iştirak etməyini istəmişdir. O, həmin məclisdə xeyli miqdarda spirtli içki qəbul etmişdir. Belə ki, adını hazırda xatırlamadığı 0,7 litr həcmində olan araq spirtli içkisini təkbaşına içmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində məclisi tərk etmiş və yaşadığı evə doğru yollanmışdır. Bərk sərxoş olduğundan qəti şəkildə özündə olmamışdır. Sərxoş olduğundan öz yaşadığı evdən bir ev aralıda yerləşən Köçərigilin həyətinə daxil olmuşdur. Belə ki, onun evin nömrəsi 97, arada 98 saylı ev var, Köçərigilin evi isə 99 saylı evdir. Həmin 99 saylı evin həyətinə necə daxil olmağını xatırlamır. Ona görə də darvazının açıq və ya bağlı olmasını xatırlamır. Köçərinin evinin giriş qapısı isə örtülü olsa da kilidlənməmiş halda olmuşdur. Ona görə də elə bilmişdir ki, öz evinə daxil olmuşdur. Həmin ev onun evinə çox bənzəyir. Evə daxil olduqdan sonra Köçəri və arvadını evdə görmüşdür. O, hadisələri yaxşı xatırlamır. Onları hansı şəraitdə gördüyünü bilmir. Onları görən kimi xatırladığı qədəri ilə Köçərinin arvadı qışqırmış, o, səhv evə daxil olduğunu anlayıb dərhal evi tərk edib öz yaşadığı evə gəlmişdir. Köçərigilin evini tərk etdikdən sonra öz yaşadığı evə necə gəlməyini də xatırlamır. O, yatıb yuxudan oyananda danışdığı əməli törətdiyini dərk etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Köçərigilin evinə gələrək ondan və arvadından üzr istəmişdir. Lakin sonuncular onu bağışlamamışlar. Hadisə zamanı onun ayaqqabıları da Köçərigildə qalmışdır. O, Köçərini təxminən 2020-ci ildən sonra qonşu kimi tanımış, sonuncunun arvadı Nəzrəni isə tanımır. Onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Həmin şəxslərin evinə girməkdə heç bir məqsədi olmamış, içkili olduğu üçün öz evini onların evi ilə qarışıq salmışdır. Bərk sərxoş olduğu üçün olanları tam xatırlamır. Hazırda əməlindən səmimi peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq evdə olduqları zaman naməlum şəxsin mənzillərinə daxil olması və onlar səs-küy saldıqdan sonra qaçıb getməsi barədə məlumat vermişdir. Onun və həyat yoldaşı Zərərçəkmiş şəxs2 yaşadığı Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən 99 saylı ev 2008-ci ildə dövlət tərəfindən məcburi köçkün kimi məskunlaşmaları üçün mərhum qardaşı X2 verilmiş, təxminən 2-3 il sonra qardaşının razılığı ilə rəsmi qaydada Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etmişlər və həmin ev onun adına sənədləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadıqları evdə yataq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yatmışlar. O, anidən həyat yoldaşı Nəzrənin möhkəm qışqırıq səsinə yuxudan oyanmışdır. Nəzrədən dərhal nə baş verdiyini soruşmuş, sonuncu da bildirmişdir ki, evə yad bir kişi daxil olmuş, yataq otağına gəlmiş və əli ilə onun sağ ayağını sıxmışdır. O da bundan sonra yuxudan oyanmış, otaqda yad bir uzunboylu kişi olduğunu görmüş və möhkəm qışqırmışdır. Onun qışqırıq səsinə həmin şəxs otaqdan qaçıb çölə çıxmışdır. O da bundan sonra dərhal həyətə çıxmış və görmüşdür ki, evin giriş qapısının qarşısında 1 tay ayaqqabı vardır. Həmin ayaqqabı onlara məxsus deyil. Çox güman ki, evə gələn həmin şəxsin ayaqqabısı olmuşdur. Bundan sonra darvazaya tərəf getmiş və görmüşdür ki, həmin ayaqqabının digər tayı da həyətinin içərisində darvazanın yanında məftildən düzəldilmiş hasar tərəfdə yerdədir. O, belə hesab edir ki, həmin şəxs hasardan qaçıb gedərkən həmin ayaqqabının tayı ayağından çıxıb yerə düşmüşdür. O, həmçinin evin giriş qapısına baxdıqda görmüşdür ki, evin qapısının içəri tərəfdən bağlanan cəftəsi qırılmışdır. O və həyat yoldaşı Nəzrə bu hadisədən bərk qorxu və narahatlıq keçirdikləri üçün dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları gəlmiş və evə daxil olan şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onların Vüsal və anasıgillə heç bir ədavət və düşmənçilikləri yoxdur. Vüsal adlı şəxsin hansı səbəbdən qanunsuz olaraq mənzillərinə daxil olmasını dəqiq bilmir. Vüsal barəsində qanuni tədbir görülməsini xahiş edir. O, axşam yatmazdan əvvəl evin həyətinin darvazasının içəri tərəfdən açarla bağlamış, hadisə zamanı darvaza bağlı vəziyyətdə olmuşdur. Vüsal çox güman ki, darvazanın yan tərəfindən hasarın üzərindən hoppanaraq həyətə daxil olmuşdur. Ayaqqabının bir tayının darvaza tərəfdən hasarın yanında olması da onu göstərir ki, o, qaçıb gedərkən də hasardan çölə tullanmışdır. Onun evinin giriş qapısı taxta materialdandır. Hər zaman axşam yatmazdan əvvəl qapını evin içərisi tərəfdən cəftəsini bağlayır. O, hadisə baş verməzdən əvvəl də evin giriş qapısını həmişəki qaydada içəridən kilidləmişdir. Eyni zamanda yay vaxtı qapı açıq olarkən evə ağcaqanad daxil olmasının qarşısını almaq üçün içəri tərəfdən setka düzəldib qapıya bərkitmişdir. Həmin setka dartıcı yayla öz-özünə geriyə çəkildiyi üçün açıldıqdan sonra özü örtülür. Vüsal adlı şəxs evə daxil olarkən giriş qapısını çöldən dartaraq qapının içəridəki cəftəsini qırmışdır. Vüsal adlı şəxs evlərindən hər hansı əşya və ya əmlak götürməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini eyni ilə təsdiq etmiş, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş materialları tədqiq edilmişdir: 10 sentyabr 2024-cü il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mənzil Füzuli rayonu, Qayıdış-10 qəsəbəsi, 99 saylı evdə yerləşir. Həyətyanı sahə dəmir tor ilə əhatələnmişdir. Giriş darvaza dəmir dam örtüyü və dəmir çərçivə ilə hazırlanmışdır. Həyətda taxta dirək və tent ilə çardaq düzəldilmişdir. Ev bir mərtəbəlidir. Yataq otağın girişdən dəhlizin sağ tərəfində yerləşir. Yataq otağında iki ədəd çarpayı var. Evin pəncərələri plastikdir. Giriş qapı taxta materialdan olmaqla plastik tor çərçivəsi ilə bitişikdir. Qapının kilidi aralanmışdır. Füzuli rayon Polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 1373/1-15823/2024 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Qayıdış-10 qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları 99 saylı evə daxil olarkən həmin evin onun yaşadığı ev olmadığını dərk etmiş, başqasının mənzilinə qəsdən daxil olmuşdur. Belə ki, o, öz cinayətkar əməlinə çatmaq üçün əvvəlcə qapısı içəridən bağlı olan darvazaya bitişik çəpərdən aşmaqla evin həyətinə daxil olmuş, daha sonra evin taxta materialdan olan giriş qapısını çöl tərəfdən dartıb qapının kilidini sındırma yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları mənzilə qanunsuz daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları evin qurluşu bir-birilərindən kəskin şəkildə fərqlənir. Təqsirləndirilən şəxs hansı səbəbdən (öldürmə, sağlamlığa zərər vurma, oğurluq, zorakı yolla cinsi əlaqədə olma və s.) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları evə daxil olmasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ərizə ilə rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə evlərinin həyətinin hasarı üzərindən tullanmaqla həyətə qanunsuz daxil olduqdan sonra evin taxta qapısının dəyəri 5 manat olan cəftəsini qəsdən sındırmaq yolu ilə mənzilə qanunsuz daxil olaraq yataq otağına qədər girdiyini bildirib cəftənin sındırılması ilə bağlı şikayətçi olmadıqlarını göstərsələr də, mənzilə qanunsuz daxil olma ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişlər. İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 fevral 2025-ci il tarixli, 521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, dəyişkən əhval-ruhiyyəlilik aşkar olunmaqla xasiyyətin emosional davamsız tip psixopatik cizgiləri müəyyən edilir. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə o, istintaq və prosessual hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, dəyişkən əhvalruhiyyəlilik aşkar olunmaqla xasiyyətin emosional davamsız tip psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən psixi-emosional vəziyyətində affekt (fizioloji və ya kumulyativ), psixi-emosional gərginlik, stress, frustrasiya, qorxu və s. yaranmamışdır. Hadisəni törədərkən davranışını və emosional sferasını adi alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edə bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin hadisədən əvvəl qəbul etdiyi spirtli içkinin təsirindən xx.xx.2024-cü il tarixdə öz yaşadığı evlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları evi səhv salması, həmin evə qəsdən daxil olmamasına dair hissəsi zərərçəkmiş şəxslərin ifadələri və digər istintaq sənədləri ilə təkzib olunduğundan özünü müdafiə üçün gətirilmiş dəlil hesab olunmaqla mötəbər sübut hesab edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-649/18 nömrəli hökmünün surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə Füzuli rayonu, Mandılı kəndində anadan olmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Qayıdış-10 qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən rayon prokurorluğuna daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Füzuli rayon X4 hüquqi şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-36/2-45/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X4 hüquqi şəxsinin Narkoloji və Ruhi-Əsəb kabinetində qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2-598/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi şəxsiyyətin emosional davamsız tip cizgiləri diaqnozu ilə xəstəxanada stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2025-ci il tarixli qərarla barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinin tərkibi vardır. İbtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-40/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-40/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver