Məhkəmə qərarları › İş №1(064)-41/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-41/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-41/2024 10.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs1 əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Şahid ilə sonuncunun təklifi əsasında qabaqcadan əlbir olub razılaşaraq 23 oktyabr 2023-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində yerləşən bərbərxanasının yanına özünün etibarnamə əsasında idarə etdiyi “Toyota Aiurs” markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobillə gələrək Şahid bərbərxanaya qanunsuz daxil olaraq orada olan əmlakı oğurlaması üçün bərbərxananın qarşısında düşürmüş, özü isə əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən kənar şəxslərin gələcəyi halda Şahid xəbər verməsi məqsədilə həmin əraziyə yaxın olan əvvəllər özünün yaşadığı küçədə avtomobili saxlayaraq gözləmiş, Şahid onun da niyyəti ilə əhatə olunan qəsdlə hərəkət etməklə bərbərxananın dəmir barmaqlıqdan olan qapısının dəmir qıfılını əvvəlcədən özü ilə gətirdiyi kəlbətinlə sındıraraq özü ilə gətirdiyi vintaçanla bərbərxananın plastik materialdan olan qapısını qaldırmaqla açıb, saxlanc yeri hesab edilən bərbərxanaya qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 bərbərxanada satmaq üçün saxladığı 42 manat dəyərində 10 qutu “Sobranie Kompakt” markalı, 42 manat dəyərində 10 qutu göy nazik “Sobranie” markalı, 23 manat dəyərində 10 qutu boz “Magna” markalı, 21 manat dəyərində 10 qutu “Argo West” markalı, 36 manat dəyərində 10 qutu “Kent-4” markalı, 8 manat dəyərində 2 qutu “Winston” markalı, 32 manat dəyərində 10 qutu “LD” markalı, 13 manat dəyərində 5 qutu “Viceroy” markalı siqaretləri, 5 manat dəyərində 5 ədəd, 500 ml “Bizon” enerji içkisini, 3 manat dəyərində 10 ədəd “Dilbər” kökəsini, 50 manat dəyərində 01 ədəd Çin istehsallı “Kemei” markalı, KM 1627 modelli, 100-240 vt-lıq saç kəsən aparatı, 15 manat dəyərində 15 ədəd 1 manatlıq, 10 manat dəyərində 5 ədəd 2 manatlıq (sim-sim) danışıq konturlarını, ümumi məbləği 15 manat qəpik pulu və 300 manat nağd pulu əvvəlcədən özü ilə gətirdiyi idman çantasının içərisinə yığmaqla, bərbərxanaya qanunsuz daxil olduğu qapıdan bayıra çıxaraq oğurlayıb, yəni Zərərçəkmiş şəxs1 ümumi dəyəri 615 (altı yüz on beş) manat olan həmin əmlaklarını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurladıqdan sonra o, Şahidlə birlikdə özünün idarə etdiyi avtomobillə Bakı şəhərinə aparmaqla şəxsiyyəti istintaqa məlum olmayan və cinayətdən xəbərsiz olan şəxsə 170 manat pul müqabilində sataraq Zərərçəkmiş şəxs1 cəmi 615 (altı yüz on beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs2 əmlakını tamah məqsədi ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni özgə əmlakını təkrarən gizli olaraq talamaq məqsədi ilə qohumu Şahid ilə sonuncunun təklifi əsasında qabaqcadan əlbir olub razılaşaraq 31 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 Füzuli rayonu, Kürdmahmudlu kəndi ərazisində açıq sahədə yerləşən, yəni, ətrafında heç bir mühafizə qurğusu olamayan adsız avtoyuma məntəqəsinin yanına gəlmişlər, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid onun da niyyəti ilə əhatə olunan qəsdlə hərəkət etməklə Zərərçəkmiş şəxs2 həmin avtoyuma məntəqəsində avtomobillərin çıxması üçün qoyulmuş beton plitənin altında saxladığı 2200 (iki min iki yüz) manat dəyərində 1 ədəd “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatını əli ilə söküb aparatın quraşdırıldığı yerdən bir qədər kənara çəkdikdən sonra o, həmin yerə gələrək həmin avtoyuma aparatını idarə etdiyi “Toyota Aiurs” markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobilin yük yerinə Şahidlə birlikdə qoymaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli olaraq talayıb oğurlayaraq Zərərçəkmiş şəxs2 cəmi 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən fərqli olaraq, özünü təqsirli bilməmiş, ziddiyyətli ifadələr verərək, gah özünə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən psixoloji təsir olması, gah da hazırki cinayət işi üzrə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub razılaşdığı Şahid ilə qohum olması səbəbindən ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilməsini, əslində isə heç bir cinayət törətməməsini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında onu da bildirdi ki, zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmişdir, özünə bəraət verilməsini xahiş edir. Lakin, məhkəmə iclasından fərqli olaraq, ibtidai istintaqda Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində törətdiyi cinayət əməllərini etiraf edərək göstərmişdir ki, o, əvvəllər valideynləri ilə birlikdə Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşamış, lakin hazırda faktiki olaraq ünvan 1 ünvanında yeznəsi Elgünə məxsus evdə tək yaşayır, ***-***-**-** saylı nömrədən istifadə edir, ailəli olub, boşandığı üçün hazırda subaydır, övladı yoxdur. Etibarnamə əsasında idarə etdiyi “Toyota Aiurs” markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Şahid onun dayısı oğludur, Hüseyn heç bir işlə məşğul deyildir. Hüseyn atası ilə aralarında olan narazılığa görə evdən qovulduğundan bir müddət onun valideynlərinin yaşadığı Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşamış və Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsində avtoyuma məntəqəsində işləmişdir. Sonradan Hüseyn onun atası Mehtiyə hörmətsizlik etmiş, buna görə də atası Mehti Hüseyni evdən qovmuş, o, Hüseynin xahişi ilə onu Bakı şəhərində yaşadığı evə aparmış və onunla birlikdə yaşamışlar. Təxminən 2023-cü ilin oktyabr ayının 17-18 tarixlərdə Hüseyn ona həmkəndlisi Cavadın kənddə yerləşən bərbərxanasından oğurluq etmək istəməsini demiş, o, Hüseyndən həmin bərbərxanada oğurlanacaq nəyinsə olmasını soruşduqda Hüseyn ona Cavadın bərbərxanada siqaret, danışıq konturları və sair şeylər satmasını, həmin yerdən siqaret oğurlayaraq satıb pul əldə edəcəklərini təklif etmişdir. O,Hüseynə Cavadın bərbərxanasının kəndin içərisində yerləşdiyini, oğurluq etdiyni görən olduğu halda tutulacağını demiş, Hüseyn isə onu inandıraraq oğurluğun öhdəsindən gələcəyini dediyinə görə Hüseynlə razılaşaraq 22 oktyabr tarixdə saat 20 radələrində Hüseyinlə birlikdə onun idarə etdiyi “Toyota Aiurs” markalı, ** EX *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhərindən Füzuli rayonu, Kürdmahmudlu kəndinə doğru yola çıxmış, saat təxminən 01 radələrində, yəni artıq xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində yaşadığı Kürdmahmudlu kəndinəçatmış, kənd ərazisində bir qədər hərəkət etdikdən və kəndin küçələrində heç kimin olmadığından əmin olaraq avtomobili Cavadın bərbərxanasına tərəf sürmüş, Cavadın bərbərxanası onun yaşadığı küçənin qarşısında olduğu üçün avtomobili öz yaşadığı küçədə saxlamış, təxminən saat 03 radələrində Hüseyn avtomobildən düşərək Cavadın bərbərxanasına tərəf getmiş, özü isə avtomobildə oturaraq Hüseyni gözləmişdir. Avtomobildə təxminən 1 saata yaxın gözlədikdən sonra Hüseyn özü ilə gətridiyi qara rəngli bel çantasına yığdığı şeylərlə birlikdə avtomobilə gəlib əyləşmiş və daha sonra özü avtomobili işə salıb oradan uzaqlaşmışdır. Yol gedərkən Hüseyn ona10 qutu Sobranie kompakt, 10 qutu Sobranie göy rəngli, 10 qutu Milano, vitrində olan açıq müxtəlif siqaretlərdən yəni, LD, Viniston, Kent-4 və.s. siqaretlərdən müxtəlif sayda götürməsini, ümumi dəyəri 20 manat olan 10 ədəd bir manatlıq, 5 ədəd isə iki mantlıq simkonturları, 7 manat 50 qəpik nağd pulu, 6 ədəd şirniyat və 6 ədəd pletka şokalad, 4 ədəd bizon və ful enerji içkiləri və bir ədəd araq şüşəsini götürdüyünü demişdir. Avtomobillə yol gedərkən yolda avtomobil boş olduğundan bir neçə tanımadığı sərnişin götürüb, müxtəlif yerlərdə düşürmüşdür.Təxminən saat 09 radələrində Bakı şəhərində qaldığı evə çatmış və Hüseynlə birlikdə evdə yatıb dincəlmişdir. Sabahısı gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Hüseyn ona oğurladıqları siqaretləri onun işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında yerləşən marketdə işləyən oğlana sata biləcəyini demiş, Hüseynin təklifi ilə razılaşaraq onun avtomobili ilə “Xalqalar dostluğu” metrosunun yaxınlığında olan və Hüseynin əvvəllər işlədiyi avtoyuma məntəqəsinə yaxın ərazidə yerləşən “Elnur” marketdə işləyən onun tanımadığı şəxsə siqaretləri 170 manata satmış, lakin həmin şəxs konturları almamış, satdıqları siqaretlərin hansı sayda olması və hansı markadan olmasını xatırlamamışdır. Əldə etdikləri 170 manat pulun 100 manatını o, 70 manatını isə Hüseyn götürmüş, danışıq konturları isə Hüseydə qalmışdır. Oradan çıxıb bir başa evə getmiş və oğurluqdan əldə etdikləri pulu öz şəxsi işi iləəlaqədar xərcləmiş, Hüseynin konturları harada kimə satmasından məlumatı yoxdur. Bundan başqa, atası Mehtinin onu yaşadığı Füzuli rayonuna gəlməsini tapşırdığına görə o, xx.xx.2023-cü il tarixdə, saat təxminən 20 radələrində idarə etdiyi avtomobillə Bakı şəhərindən Füzuli rayonuna yola düşmüş saat təxminən 01 radələrində yaşadığı Füzuli rayonu, Kürdmahmudlu kəndinə çatmışdır. X13 xoşu gəlmədiyindən Hüseyni kənddə düşürdərək evlərinə gedərək yatıb dincəlmiş, sabahı gün günorta saatlarında öz evində olaraq ev işləri ilə məşğul olmuşdur. O, Hüseynin harada gecələməsini bilməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində Hüseyn ona zəng edərək Bakışəhərinə getməyi təklif etdikdə, Hüseynə gecə vaxtı Bakı şəhərinə getməyə evdən icazə verməyəcəklərini demiş, Hüseyn isə cavabında avtomobilində qızışmaq üçün onu yanına çağırmışdır. O, Hüseynin dəvəti ilə Füzuli rayonu, Əhmədbəyli kəndində işıqforun yanına gəlmiş və Hüseyn onun avtomobilinə əyləşmiş, söhbət zamanı Hüseyn ona avtoyuma aparatının yaxşı qiymətə getməsini və həmin aparatı satmağın asan olmasını deyib, həmkəndlisi Muradın avtoyuma məntəqəsinin açıq ərazidə olmasını, aparatın isə bayırda qaldığına görə həmin aparatı oğurlamağı təklif etmişdir. O, əvvəlcə avtoyuma aparatının böyük olduğunu deyib ona bunun asan olmayacağını və tutulacaqlarını desə də Hüseyn ona narahat olmamasını deməsinə görə ürəklənib avtomobillə Hüseyni Muradın avtoyuma məntəqəsinin yaxınlığına düşürdüb, yolda avtomobillə hərəkət edərək gəlib gedən şəxslərin olub-olmamasını müşahidə etmişdir. Saat 01 radələrində Füzuli rayonu, Alıxanlı kəndi istiqamətindən geriyə, yəni Hüseynin olduğu yerə tərəf qayıdarkən Hüseyn ona əl edərək saxlamasını işarə etdiyi üçün avtomobili saxlamış, daha sonra Hüseynin Muradın avtoyuma məntəqəsindən oğurladığı sarı rəngli, üzərində “OMAX” yazısı olan avtoyuma aparatını köməkli şəkildə ona məxsus avtomobilin yük yerinə qoyduqdan sonra Bakı şəhəri istiqamətində hərəkət etmişdir. O, saat təxminən 09 radələrində yaşadığı evəçatmış və Hüseynlə birlikdə həmin evdə yatıb dincəlmişlər. Axşam saatlarında yuxudan duranda Hüseynin “Whatsapp” proqramı vasitəsilə Muradın avtoyuma məntəqəsindən oğurladıqları aparatı bir neçə şəxsə təklif etməsini, lakin alan şəxsin olmamasını görmüş, Hüseyn ona bir nəfər tanımadığı şəxsin isə həmin aparatı 500 manat pula istəməsini demiş, o, isə Hüseynə həmin şəxsin aparatı ucuz qiymətə istəməsinə görə satmamasını tövsüyyə etmişdir. Avtoyuma aparatını oğurladıqdan sonra peşman olduğu üçün aparatı satmaq istəməmiş, həmin aparatı Sumqayıt şəhərinə apararaq orada olan tanışı Elmir adlı şəxsin işlədiyi hazırda fəaliyyət göstərməyən zavodun həyətinə qoyaraq sonuncuya aparat dayısı oğlunun olmasını, 1-2 günə gəlib götürəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yanına gəlmiş, həmin vaxt polislər onun Hüseynlə birlikdə oğurluq etdiyini bilmədikləri üçün Hüseyn polislərə aparatı saxlamaq üçün ona verdiyini demiş, aparatı saxladığı yeri polislərə bildirərək oğurluqda iştirak etmədiyini, aparatın oğurluq olmasından onun məlumatının olmadığını demiş, aparatı gedib Sumqayıtdan avtomobili ilə gətirib polislərə təhvil vermişdir. Bundan sonra polislər onu da Füzuli rayon Polis şöbəsinə dəvət edəndə Hüseynin hadisəni olduğu kimi danışmasını bilmiş, buna görə də mən hadisələri olduğu kimi danışmışdır. Oğurladıqları əşyaları satdıqları şəxs onlara əvvəlcədən heç bir vəd verməyib, həmin şəxsə siqaret satarkən köşkdə işlədiklərini, köşkün bağlanmasına görə siqaretləri satdıqlarını demişlər, ona görə də həmin şəxs onlara inanaraq siqaretləri almışdır. Oğurluq barədə heç kimə bir söz deməmiş, oğurluq etdikləri yerlərin sahibləri, yəni Cavad və Murad hər ikisi onun həmkəndliləridir, onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamış, həmkəndli kimi hər ikisi ilə normal münasibəti olmuşdur. O, qohumu Hüseynlə qabaqcadan əlbir olaraq həmkəndlisi Cavadın bərbərxanasından siqaret, şirniyat, kontur, enerji içkiləri, nağd pul və Murada məxsus avtoyuma aparatı oğurladığına görə əməlindən peşmandır. İş üzrə əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır və həmin kənddə bərbərlik fəaliyyəti ilə məşğul olur, bərbərxana kənddə yaşadığı küçənin baş tərəfindən Əhmədbəyli Füzuli avtomobil yolunun kənarında yerləşir. Bərbərxana mişar daşından tikilib, qapı və pəncərəsi plastik materialdan olduğundan əlavə olaraq da dəmir barmaqlıq düzəltdirmiş, dolanışığını təmin etmək üçün bərbərxanada tütün məhsuları, kontur, şirniyyat və içkilər satmaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində mağazanı bağlayıb evinə getmiş, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı evdən çıxıb bərbərxanaya getdikdə bərbərxananın qapısına vurduğu kilidin qırıldığını və oradan oğurluq hadisəsinin olduğunu görüb bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, onun məlumatı əsasında polis əməkdaşları hadisə yerinə gəldikdən sonra mağazaya baxdıqda mağazadan bir blok, yəni 10 qutu ümumi dəyəri 42 manat olan “Sobranie” siqareti (ballı), dəyəri 42 manat olan bir blok yəni 10 qutu göy nazik “Sobronie” siqareti, dəyəri 23 manat olan bir blok yəni 10 qutu boz “Maqna” siqareti, dəyəri 21 manat olan bir blok “Argo-west” (qalın) markalı siqareti, 36 manat olan bir blok yəni 10 qutu “Kent 4” markalı siqareti, dəyəri 36 manat olan bir blok yəni 10 qutu “Winiston” markalı siqareti, ümumi dəyəri 8 manat olan iki qutu “Winiston” markalı siqareti, dəyəri 32 manat olan bir blok yəni 10 qutu “LD” markalı siqaret, dəyəri 13 manat olan 5 qutu “Viceroy” markalı siqareti, 15 ədəd 2 manatlıq və 5 ədəd bir manatlıq sim-sim kartı, 5 ədəd “Bizon” enerji içkisi, 3 manat olan “Dilbər” kökəsi, dəyəri 50 manat olan bir ədəd “Kemei” firmasına məxsus saç kəsən maşın, 15 manat qəpik pul və toplam 300 manat olan 1 və 5 manatlıq pulların yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi baş verən zaman oğurluğu kimin etməsindən xəbəri olmamış, sonradan, yəni noyabr ayının 3 və ya 4 günü səhər saatlarında evində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs onun evinə gələrək əmlaklarını onun dayısı oğlu Hüseynin oğurlamasını və sonuncunun polislər tərəfindən tutulmasını demişdir. Mirəli ondan ziyanlığını ödəyəcəklərini ona görə də Hüseyndən şikayətçi olmamasını xahiş etmiş, Mirəliyə nəyə görə ziyanlığı onun ödəməsini soruşmuş, Mirəli ona Hüseynin polislərə oğurluğu onunla törətməsini deyərək onu işə salmasına görə onun ziyanlığını ödəmək və bu məsələni yerində bağlamaq istəməsini demiş, Mirəli ilə razılaşmayaraq polisə ərizə verməsini və bununla bağlı razılığını da polisdə verə biləcəyini demişdir. Bundan sonra ona məxsus bərbərxanadan oğurluq hadisəsini Mirəli və dayısı oğlu Hüseynin törətməsini öyrənmişdir. Belə ki, həmin gün və ya ertəsi gün polislər Mirəlini və dayısı oğlu Hüseyni onun bərbərxanasına gətirmiş, onlar hər ikisi vəkillərinin yanında bərbərxanadan oğurluğu necə etdiklərini əyani olaraq göstərmişlər. Oğurluq nəticəsində ona 615 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır, heç yerdə işləmədiyindən özünə məxsus Mercedes markalı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində özünə məxsus avtoyuma məntəqəsi vardır, həmin avtoyuma məntəqəsində “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatı vasitəsi ilə avtomobilləri yuyurlar. Avtoyuma məntəqəsində həmkəndlisi Asim Babayev işləyir, avtoyuma məntəqəsinin ətrafında heç bir hasar və ya tikili yoxdur. Avtoyuma aparatını maşınların üstünə çıxaraq yuyulması üçün nəzərdə tutulmuş beton pillənin altına qoyub həmin yerdə saxlamış, yəni avtoyuma aparatı və məntəqə özü açıq sahədə yerləşir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 18 radələrində Asim Babayev avtoyuma məntəqəsini bağlayıb evinə getmiş, həmin vaxt özü də orada olmuş, sonradan özüdə evə getmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında yolla gedən zaman, avtoyuma məntəqəsinə baxmaq üçün avtomobildən düşüb oraya getdikdə avtoyuma aparatının yerində olmamasını, həmin borunun isə qırılmasını görmüşdür. Bundan sonra mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək avtoyuma aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş, bundan az bir müddət sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinin baxışını aparmışlar. Həmin vaxt Füzuli rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğurlanmış avtoyuma aparatının dəyərinin 2200 manat olduğunu demiş, oğurluğun kim tərəfindən törədilməsini bilmədiyi üçün polisə oğurluq etmiş şəxsin kim olması barədə heç bir məlumat verməmişdir. Noyabr ayının 5-də avtoyuma məntəqəsində olan zaman oraya polis əməkdaşları gələndə polisdən nə baş verməsini soruşduqda polislər ona avtoyuma aparatını həmkəndlisi Mirəli və onun dayısı oğlu Hüseynin oğurlamasını demişlər. Həmin vaxt Mirəli və dayısı oğlu Hüseyn vəkillərinin iştirakı ilə onun yanında oğurluq etdiklərini etiraf etmişlər və oğurluğu necə etdiklərini göstərmişlər. Orada olan zaman ona məxsus avtoyuma aparatını oğurlanmazdan təxminən 1 həftə əvvəl həmkəndlisi Cavadın bərbərxanasından da, oğurluğu Mirəli ilə dayısı oğlu Hüseynin etməsini öyrənmişdir. O, “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatını təxminən 2 il əvvəl 2200 manata almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında hazırki iş üzrə şahid - ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəyə oxşar ziddiyyətli ifadələr vermiş, bibisi oğlu Təqsirləndirilən şəxs etdikləri oğurluq hadisələri zamanı maşınla onu kənarda gözləməsini bildirsə də, Təqsirləndirilən şəxs hadisədən xəbərdar olmamasını demişdir. Həmçinin onu da qeyd etmişdir ki, o, Mirəliyə oğurluğa getdiyini bildirmiş, avtoyuma məntəqəsindən avtoyuma aparatını oğurladıqdan sonra yola tərəf çəkmiş, daha sonra Mirəli ilə birlikdə Mirəlinin idarə etdiyi, onların birlikdə hadisə yerinə gəldikləri avtomobilə Mirəlinin köməkliyi ilə yerləşdirmişlər. Lakin ibtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid ona Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yaşayış massivində yaşayır. Bakı şəhərinə köçməzdən əvvəl ailə üzvləri ilə Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsində nömrəsini xatırlamadığı evdə yaşamışdır. Bakı şəhərinə köçəndən sonra atası ilə arasında yaranmış narazılıq səbəbindən fərdi əməklə məşğul olduğu evlərdə qalmış, sonradan səhhətində yaranmış problemə görə işləyə bilmədiyindən maddi cəhətdən çətinlik çəkmiş və oğurluq edərək pul qazanıb dolanmaq qərarına gəlmişdir. O, Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayan və öz şəxsi “Toyota Auris” markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan bibisi oğlu Mirəli ilə görüşüb ona oğurluq edib pul qazanmaq barədə razılığa gəldikdən sonra sonuncuya Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Cavad adlışəxsin işlətdiyi bərbərxana binasında siqaret və danışıq konturları satdığını deyərək oradan oğurluq etməyin asan olacağını demiş, Mirəli isə onun təklifi ilə razılaşmışdır. Bu məqsədlə 22 oktyabr 2023-cü il tarixdə Mirəli ilə Bakışəhərində görüşüb qurduqları planı dəqiqləşdirərkən Mirəli ona oğurluq yerinə girməyərək kənarda dayanacağını, oğurluq etdikdən sonra onu götürəcəyini demişdir. Həmin gün, saat 20 radələrində Bakı şəhərindən Mirəlinin idarə etdiyi avtomobilinə əyləşərək yola çıxmış, gecə saatlarında Füzuli rayonu, Kürdmahmudlu kəndinə çatmışlar. Kənd ərazisində bir qədər avtomobillə gəzərək heç kimin olmadığına əmin olduqdan sonra Cavadın işlətdiyi bərbərxananın yanına gəlmiş, bərbərxana daşdan tikilmiş, qapısı plastik materialdan olsa da, çöl tərəfdən dəmir barmaqlıqlar olmuş və qapı qıfılla bağlanmışdır. Mirəli onu avtomobildən düşürüb avtomobilləöz yaşadığı küçəyə girərək orada onu gözləmişdir. 23 oktyabr 2023-cü il tarixdə, saat 03 radələrində Cavadın bərbərxanasının yanına gəlmiş, əvvəlcədən götürdüyü kəlbətinlə qapının qıfıl yerini əyib qırmış, daha sonra plastik materialdan olan qapını özü ilə götürdüyü vintaçanla, (atverka) ilə qanırıb yuxarı qaldıraraq açıb bərbərxanaya daxil olmuş, bundan sonra mobil telefonunun işığını yandırıb bərbərxananın qapısından daxil olduqda düz istiqamətdə divarın qarşısında yerləşən vitrindən 10 qutu Sobranie kompakt, 10 qutu Sobranie göy rəngli, 10 qutu Milano, miqdarını bilmədiyi sayda vitrində açıq müxtəlif siqaretlərdən yəni, LD, Viniston, Kent-4 və digər siqaretləri, ümumi dəyəri 20 manat olan 10 ədəd bir manatlıq, 5 ədəd isə iki mantlıq “Azercell” şirkətinə məxsus danışıq kartlarını, 7 manat 50 qəpik nağd pulu, 6 ədəd şirniyat və 6 ədəd pletka şokaladı, konkret olaraq sayını bilmədiyi təxminən 3-4 ədəd ful və bizon enerji içkisi,1 ədəd adını bilmədiyi 1 litrlik araq götürüb əvvəlcədən özü ilə gətirdiyi çantaya yığaraq bərbərxanadan çıxıb Mirəlinin yanına gəlmiş, avtomobilə oturduqdan sonra Mirəli avtomobili işə salaraq Bakı şəhərinə yola düşmüşlər. Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki “Dörd yol” adlanan ərazidə Mirəli Bakı şəhərinə getmək istəyən şəxslərdən 3 nəfər tanımadığışəxsləri taksi kimi avtomobilə götürüb Bakı şəhərinə getmişlər. Götürdükləri sərnişinləri Bakı şəhərində “20 yanvar” metrosu yaxınlığında düşürdükdən sonra Mirəlinin qaldığı evə getmişlər. Həmin gün yatıb axşama qədər dincəldikdən sonra, Mirəlinin avtomobili ilə “Xalqlar dostluğu” metrosu yaxınlığında Siyaqut şadlıq evinə yaxın ərazidə yerləşən Elnur marketdə işləyən əvvəllərdən tanıdığı Mahir adlı şəxsə oğurladıqları siqaretlərin bir hissəsini 170 manat pula satmış, qalan siqaretləri isəözləri çəkmək üçün saxlamışlar. Mahir adlı şəxsə neçə və hansı siqaretlərdən satdığını xatırlamır, həmin vaxt Mahirə danışıq konturlarını təklif etsələr də sonuncu konturları almamış, ona görə də konturları Mirəlinin yaşadığı küçədə olan adını bildmədiyi şəxsin işlətdiyi köşkə 7 manat pul borcunun əvəzinə vermiş, pulun qalanına isə həmin köşkdən şirniyat və su alaraq istifadə etmişdir. Cavadın mağazasından götürdüyü şirniyat və şokaladı isə yolda yemişlər. O, 170 manat puldan yanacaq pulunu çıxdıqdan sonra 70 manat özünə 70 manat isə Mirəliyə vermişdir. Bundan başqa, o, 29 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Bakışəhəri, Yasamal rayonu ərazisində Mirəli ilə görüşərək onun idarə etdiyi “Toyota Auris” markalı avtomobillə Füzuli rayonu, Kürmahmudlu kəndinə gəlmişlər. Mirəlinin atası Mehdi ilə arası yaxşı olmadığından Füzuli rayonu, Kürdmahmudlu kəndində avtomobildən düşmüş, daha sonra əmisi və digər qohumlarının Füzuli rayonu, Alıxanlı kəndində yerləşən məzarlarını ziyarət etmiş, qalmağa yeri olmadığı üçün gecəni küçələrdə keçirmişdir. Həmin ərəfədə oğurluq etmək üçün şərait olan yerlərə baxdıqda əvvəllərdən tanıdığı Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs2 işlədiyi avtoyuma məntəqəsindən yuyucu aparatı oğurlamaq qərarına gəlmiş, avtoyuma məntəqəsinin yolun kənarında açıq sahədə yerləşməsini, ətrafında heç bir maneə olmamasını, avtoyuma aparatının avtoyuma məntəqəsində olan beton pillənin altında qoyulmasını və onunda ətrafında heç bir maneə və ya hasar olmamasını görmüş, lakin ətrafı daha yaxşı öyrənməsi və oğurluq etməsinən kənar heç kimin məlumatının olmaması üçün avtoyuma aparatına həmin gün əl vurmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 yuyucu sexindən avtoyuma aparatını oğurlamağın çox rahat olmasını Mirəliyə demişdir. 30 oktyabr 2023-cü il tarixdə, bütün günü Alıxanlı və Kürmahmudlu kəndlərində piyada gəzmiş və axşama doğru Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Dörd yol” adlanan əraziyə gedərək Muradın avtoyuma məntəqəsinin ətrafında və eləcə də kənd ərazisində kənar şəxslər olmamağı üçün gecəyə qədər gözləmişdir. Saat təxminən 23 radələrində tanımadığı şəxsin idarə etdiyi yol maşını ilə Kürdmahmudlu kəndinə gələrək Muradın avtoyuma məntəqəsinin kənarında dayanıb avtoyuma məntəqəsində heç kimin olmadığından əmin olduqdan sonra avtoyuma məntəqəsindəki sarı rəngli, üzərində “OMAX” yazısı olan avtoyuma aparatını oradan sürüyərək bir qədər kənara çəkdikdən sonra, istifadəsində olan ***-***-**-** saylı nömrədən bibisi oğlu Mirəlinin istifadə etdiyi nömrəyə zəng edərək avtoyuma aparatını kənara çəkməsini və ondan avtomobillə həmin yerə gəlməsini xahiş etmişdir. O, avtoyuma aparatını bir qədər kənara çəkib yerini rahatladıqdan sonra 31 oktyabr 2023-cü il tarixdə saat 00:15-də Mirəli idarə etdiyi “Toyota Auris” markalı avtomobillə onun yanına gəlmiş, həmin vaxt Mirəli tək olmuş, yanında heç kim olmamışdır. Mirəli ilə aralarında olan razılaşmaya əsasən avtoyuma aparatını Mirəlinin avtomobilinin arxa oturacaqları qatlayaraq arxa yük yerinə yerləşdirmişlər. Bundan sonra Mirəli ona yorğun olduğu üçün evlərinə gedib biraz yatdıqdan sonra yola çıxacağını deyərək öz yaşadığı evə getmiş, o isə kənd ərazisində onu gözləmişdir. Təxminən saat 03 radələrində Mirəli avomobilini öz yaşadığı evin həyətindən çıxardarkən onu görmüş və Mirəlinin evinin qarşısında avtomobilə əyləşərək Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Avtomobilə avtoyuma aparatını qoyduqlarına görə avtomobilə Mirəli başqa şəxs götürməmişdir. Bakı şəhərinə çatdıqdan sonra Yeni Yasamal ərazisində ünvanını tam dəqiq bilmədiyi, lakin “Yadigar” marketin yaxınılığında Mirəlinin qaldığı evinə gedərək həmin gün axşama qədər qeyd olunan ünvanda yatıb dincəlmişlər, oğurladıqları avtoyuma aparatı isə Mirəlinin avtomobilinin arxa yük yerində qalmışdır. Bundan sonra yuxudan durub şəhərin müxtəlif yerlərində avtoyuma aparatını sata biləcəyi yerlərlə maraqlanmış, bir neçə yerə təklif etsələrdə, aparatın qiymətini baha dedikləri, almaq istəyən şəxslərin isə ucuz istəmələri səbəbindən aparatı sata bilməmişlər. Bir neçə gün həmin aparatı avtomobilin arxasında gəzdirdikdən sonra Mirəli həmin aparatı Sumqayıt şəhərinə apararaq orada onun tanımadığı tanışının yanında gizlətmiş, lakin aparatın harada kimin yanında gizlədilməsindən hazırki vaxta qədər onun məlumatı olmamışdır. 04 noyabr 2023-cü il tarixdə gündüz saatlarında Mirəlinin qaldığı evdə olan zaman, evə gələn polis əməkdaşları ona oğurluq etdiklərini deyərək onları Füzuli rayon Polis şöbəsinə gətirmişlər. Həmin vaxt polis əməkdaşlarına bibisi oğlu Mirəlinin oğurluqdan məlumatsız olduğunu, lakin avtoyuma aparatını sonuncunun avtomobili ilə Bakı şəhərinə gətirdiyini və aparatın yerini Mirəlinin bildiyini demişdir. Bundan sonra Mirəli Polis əməkdaşlarına aparatı saxladığı yeri bildirmiş, polislər isə həmin aparatı Mirəlinin gizlətdiyi yerdən götürüb Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. Cavadın bərbərxanasından oğurladıqları siqaret və danışıq konturlarını satdıqları şəxslərə əvvəlcədən oğurluq edəcəkləri və oğurladıqları əşyaları onlara satacaqları barədə əvvəlcədən heç bir şey deməmiş, həmin şəxslərlə aralarında hər hansı razılıq olmamış, həmin əşyaları satarkən hər ikisinə köşk işlətdiklərini və köşkün bağlandığını deyərək siqaret və konturları bu səbəbdən satdıqlarını demişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Füzuli rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X4 tərəfindən “Hadisə yerinin baxışının aparılması haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Hacıyev X6-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Kürdmahmudlu kəndinin ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən bərbərxana binasını təqdim edərək həmin binada bərbərlik fəaliyyəti ilə məşğul olduğunu, həmçinin mağaza kimi istifadə etdiyini bildirmişdir. Bərbərxana binasının yan tərəfində ona bitişik digər bir otaq olsa da, hazırda fəaliyyət göstərmir və qapısı qıfıllanmışdır. Bərbərxana və ona bitişik olan digər otaq mişar daşlarından tikilib və bir mərtəbəlidir. Bərbərxananın ön tərəfə, yəni yola tərəf olan hissəsində bir ədəd qapısı vardır. Qapı ağ rəngli plastik materialdan hazırlanıb və bayır tərəfdən dəmir barmaqlıqlardan ibarət qapı ilə təhciz edilərək mühafizəsi təmin edilmişdir. Bundan başqa, Füzuli rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X11 tərəfindən “Hadisə yerinin baxışının aparılması haqqında” 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi avtoyuma sexi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Kürdmahmudlu kəndinin ərazisindən keçən hissəsində yolun sağ kənarında yerləşən “Çinar” kafesinin sol tərəfində adsız avtoyuma məntəqəsidir. Avtoyuma məntəqəsi açıq sahədədir, yəni ətrafında hər hansı bir hasar və ya mühafizə vasitəsi yoxdur. Avtoyuma aparatı üzərinə avtomobil çıxması üçün nəzərdə tutulmuş beton piltənin altında quraşdırılmışdır. Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis mayoru X16 tərəfindən 05 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi şübhəli şəxs qismində yerində yoxlanılarkən o, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs1 məxsus bərbərxananın qarşısında dayanaraq dayısı oğlu Şahid təklifi ilə bərbərxanadan siqaret, kontur, pul və sair oğurlmaq məqsədi ilə 23 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhərindən idarə etdiyi “Toyota Auris” avtomobillə Hüseynlə birlikdə Füzuli rayonu, Kürdmahmudlu kəndinə Zərərçəkmiş şəxs1 işlətdiyi bərbərxananın yanına gəlmiş, Hüseyn avtomobildən düşərək Cavadın bərbərxanasına yaxınlaşmış, o, avtomobilini aralıda saxlayıb Hüseyni gözləmişdir. Saat 03 radələrində Hüseyn qara rəngli çantada gətirdiyi şeyləri onun avtomobilinə qoymuş, o, avtomobilini idarə edərək həmin yerdən uzaqlaşmışdır. Yol gedərkən Hüseyn ona Cavadın bərbərxanasından 10 qutu Sobranie kompakt, 10 qutu Sobranie göy rəngli, 10 qutu Milano, miqdarını bilmədiyi sayda vitrində açıq müxtəlif siqaretlərdən yəni, LD, Viniston, Kent-4 və digər siqaretləri, ümumi dəyəri 20 manat olan 10 ədəd bir manatlıq, 5 ədəd isə iki mantlıq “Azercell” şirkətinə məxsus danışıq kartlarını, 7 manat 50 qəpik nağd pulu və 6 ədəd şirniyat oğurladığını bildirmişdir. Bundan sonra, o, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs2 məxsus avtoyuma məntəqəsini təqdim edərək bildirdi ki, 29 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində Hüseynlə görüşərək idarə etdiyi “Toyota Auris” markalı avtomobillə Füzuli rayonu, Kürmahmudlu kəndinə gəlmişlər. 30 oktyabr 2023-cü il tarixdə, saat təxminən 23:30 radələrində Hüseyn ona zəng edərək Bakışəhərinə getməyi təklif etdikdə, Hüseynə gecə vaxtı Bakı şəhərinə getməyə evdən icazə verməyəcəklərini demiş, Hüseyn isə cavabında avtomobilində qızışmaq üçün onu yanına çağırmışdır. O, Hüseynin dəvəti ilə Füzuli rayonu, Əhmədbəyli kəndində işıqforun yanına gəlmiş və Hüseyn onun avtomobilinə əyləşmiş, söhbət zamanı Hüseyn ona avtoyuma aparatının yaxşı qiymətə getməsini və həmin aparatı satmağın asan olmasını deyib, həmkəndlisi Muradın avtoyuma məntəqəsinin açıq ərazidə olmasını, aparatın isə bayırda qaldığına görə həmin aparatı oğurlamağı təklif etmişdir. O, əvvəlcə avtoyuma aparatının böyük olduğunu deyib ona bunun asan olmayacağını və tutulacaqlarını desə də Hüseyn ona narahat olmamasını deməsinə görə ürəklənib avtomobillə Hüseyni Muradın avtoyuma məntəqəsinin yaxınlığına düşürüb, yolda avtomobillə hərəkət edərək gəlib gedən şəxslərin olub-olmamasını müşahidə etmişdir. Saat 01 radələrində Füzuli rayonu, Alıxanlı kəndi istiqamətindən geriyə, yəni Hüseynin olduğu yerə tərəf qayıdarkən Hüseyn ona əl edərək saxlamasını işarə etdiyi üçün avtomobili saxlamış, daha sonra Hüseynin Muradın avtoyuma məntəqəsindən oğurladığı sarı rəngli, üzərində “OMAX” yazısı olan avtoyuma aparatını köməkli şəkildə ona məxsus avtomobilin yük yerinə qoyduqdan sonra Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis mayoru X16 tərəfindən 05 noyabr 2024-cü il tarixdə şübəhli şəxs Şahid ifadəsi yerində yoxlanılarkən o, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs1 məxsus bərbərxananın içinə daxil olaraq həmin yeri təqdim edərək bildirdi ki, 22 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhərindən bibisi oğlu Mirəlinin idarə etdiyi “Toyota Auris” avtomobilinə əyləşərək Füzuli rayonu, Kürdmahmudlu kəndinə Zərərçəkmiş şəxs1 işlətdiyi bərbərxananın yanına gəlmiş, Mirəli onu avtomobildən düşürüb avtomobillə öz yaşadığı küçəyə girərək orada onu gözləmişdir. 23 oktyabr 2023-cü il tarixdə, saat 03 radələrində o, Cavadın işlətdiyi bərbərxana binasının yanına gəlmiş, əvvəlcədən götürdüyü kəlbətinlə qapının qıfıl yerini əyib qırmış, daha sonra plastik materialdan olan qapını özü ilə götürdüyü vintaçanla, (atverka) ilə yuxarı qaldıraraq açıb bərbərxanaya daxil olmuş, bundan sonra mobil telefonunun işığını yandırıb bərbərxananın qapısından daxil olduqda düz istiqamətdə divarın qarşısında yerləşən vitrindən 10 qutu Sobranie kompakt, 10 qutu Sobranie göy rəngli, 10 qutu Milano, miqdarını bilmədiyi sayda vitrində açıq müxtəlif siqaretlərdən yəni, LD, Viniston, Kent-4 və digər siqaretləri, ümumi dəyəri 20 manat olan 10 ədəd bir manatlıq, 5 ədəd isə iki mantlıq “Azercell” şirkətinə məxsus danışıq kartlarını, 7 manat 50 qəpik nağd pulu, 6 ədəd şirniyat və 6 ədəd pletka şokaladı, konkret olaraq sayını bilmədiyi təxminən 3-4 ədəd ful və bizon enerji içkisini əvvəlcədən özü ilə gətirdiyi çantaya yığaraq bərbərxanadan çıxıb Mirəlinin yanına gəlmiş, avtomobilə oturduqdan sonra Mirəli avtomobili işə salaraq Bakı şəhərinə yola düşmüşlər. Bundan sonra, o, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini Zərərçəkmiş şəxs2 məxsus avtoyuma məntəqəsini təqdim edərək bildirdi ki, 29 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində bibisi oğlu Mirəli ilə görüşərək onun idarə etdiyi “Toyota Auris” markalı avtomobillə Füzuli rayonu, Kürmahmudlu kəndinə gəlmişlər. O, 30 oktyabr 2023-cü il tarixdə, saat təxminən 23 radələrində tanımadığı şəxsin idarə etdiyi yol maşını ilə Kürdmahmudlu kəndinə gələrək Muradın avtoyuma məntəqəsinin kənarında dayanıb avtoyuma məntəqəsində heç kimin olmadığından əmin olduqdan sonra avtoyuma məntəqəsindəki sarı rəngli, üzərində “OMAX” yazısı olan avtoyuma aparatını oradan sürüyərək bir qədər kənara çəkdikdən sonra, istifadəsində olan ***-***-**-** saylı nömrədən bibisi oğlu Mirəlinin istifadə etdiyi nömrəyə zəng edərək avtoyuma aparatını kənara çəkməsini və ondan avtomobillə həmin yerə gəlməsini xahiş etmişdir. O, avtoyuma aparatını bir qədər kənara çəkib yerini rahatladıqdan sonra 31 oktyabr 2023-cü il tarixdə saat 00:15-də Mirəli idarə etdiyi “Toyota Auris” markalı avtomobillə onun yanına gəlmiş, həmin vaxt Mirəli tək olmuş, yanında heç kim olmamışdır. Mirəli ilə aralarında olan razılaşmaya əsasən avtoyuma aparatını Mirəlinin avtomobilinin arxa oturacaqları qatlayaraq arxa yük yerinə yerləşdirmişlər. Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis mayoru X16 tərəfindən tərtib edilmiş 05 noyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid tərəfindən təqdim edilmiş 01 ədəd “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatı sarı rənglidir və işlək vəziyyətdədir. Qeyd olunan 01 ədəd “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatı Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis mayoru X16 tərəfindən 08 noyabr 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və eyni tarixli qəbzlə saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. 230760057 nömrəli cinayət işi üzrə Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi polis mayoru X9 05 noyabr 2023-cü il tarixli telefon cihazına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid məxsus qara rəngli “HUAWEİ” markalı smartfon tipli mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefonun menyusuna daxil olduqda SMS-MMS eləcə də mobil telefonda olan digər mobil tətbiq etmələrinə baxış keçirildi, lakin işüçün əhəmiyyət kəsb edəcək heçnə aşkar olunmadı. Lakin telefona yüklənmiş “Whatsapp” sosial şəbəkəsinə, «video», “foto” və «audio» yazı qovluqlarına baxış keçirilərkən “Whatsapp” bölməsində Şahid bir çox şəxslə işüçün əhəmiyyət kəsb etməyən danışıqlar aparması müəyyən olunmaqla yanaşı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmni “X20” adı ilə qeyd etməsi və onunla həmin sosial şəbəkə vasitəsi ilə mətn və səs mesajları vasitəsi ilə mesajlaşması və zəng edilərək danışılması müəyyən edilmişdir. Belə ki, 17 oktyabr 2023-cü il tarixdə saat 14:18-də Şahid- “Necəsən şiran”, “vəziyyət”, saat 16:21-də Mireli Qayıblı- “Sağol sen necesen”, saat 18:10-da Hüsey Atakişiyev- “sağol sağlığın” “hardasan”, saat 18:14-də Mireli Qayıblı-Sumqayıtda, saat 18:16-da Şahid- “Gedəy uqona?” “Ləvazımatlarım var şakqadamzadamka eliyəy çıxağ”, saat 18:19-da Təqsirləndirilən şəxs- “Elə gəlim götürüm”, saat 18:22-dən saat 18:25-dək olan müddətdə ardıcıl olaraq Şahid- “Ae hara gedim 1 metr yarım mantrofqaynan”, “Gijdıllağsan e oğraşdı”, “Kəlbətin zir zibil nə desən varımdı”, “ Bi qapını açmağ 10 dk çəkçiyəcəy heç”, “Özünü qəypəliyə qoyma”, “İndidə qışdı yay deylki camahat ola”, “Axşam oldu hamı sihdirir evinə eşiuinə sihdirib yatmağa”, “Heç olmasa bir yerdən 10 blok siqaret çıxartsam qozzağa kimi bəsdi”, “Qozzağa kimi ha oğraşdı”, saat 18:32-də Mir5əli Qayıblı- “Xiyar haranı uqon edessen”, saat 18: 38-də Şahid- “Cavadın yerin”, “1-ci qəsəbədə market”, saat 20:48-də Təqsirləndirilən şəxs - “Bakidayam ay xiyar”, saat 20:53-dən saat 20:54-dək olan müddət ərzində isə Şahid- “Billəm də”, “Bakını uqon eliyəy”, “ 2 kampressor var”, “Bir dənədə matorun altı nədi”, “Porşen bağlanan yer”, “Aşağısısı 100 m xeyr var” saat 20:56-da Təqsirləndirilən şəxs- “Elə mene xeber ele gelim aparimda”, saat 20:56-dan, saat 20:57-dək olan müddətdə Şahid- “Osdurağ gəl sikdir dartıb atağ naşına”, “Gecə saat 3 də gəl”, “Elə yanındayam için sikdiylərimin”, saat 21:59-dan, 20:02-dək Şahid- “İnternetim yoxdu”, “Hardasan”, “Bax hər şey hazırdı”, “Hər şey ha”, “Bircə qalıb abyektən çıxartmağ”, “Məndə bu abyekdə işdiyirdim”, “Neçə gündüçıxmışam”, “Gəlirsənsə gecə xəbər eliyəcəm gələssən 2 kampressor du matorun altının duralıdı”, “Atağ maşnın götünə sihdirəy gedəy” -məzmunlu mesajlar,xx.xx.2023-cü il tarixdə, saat 03:05-də ardıcıl olaraq Hüsey Atakişiyev-“Aee”, “Kakraz heç kim yoxdu gəlirsəən?”, “Tez cavab de”, saat 10:01-də Təqsirləndirilən şəxs- “Aye yatmisdim”, saat 16:04-də “Aye”, saat 17:12-də Hüseyn Atkişiyev isə “Ha”, saat 21:48-də Təqsirləndirilən şəxs- “Yetim pul var?”, saat 22:23-də Şahid “ İsdəsən olar”, “Bilmədin nətəri” -məzmunlu mesajlar,19.10.203-cü il tarixdə, saat 02:37-də Mirəli Qayıbli “Aye”, saat 02:43-də “Hardasan”, saat 03:39-da Şahid -“Xalqlarda”, saat 03:39-da Təqsirləndirilən şəxs- “ Pulun var gel benzin tokek sabah gedek rayona”, “Uqon”, saat 03:40-da Şahid- “ Sən öl 1 qəpiyim yoxdu”, saat 03:43-də Təqsirləndirilən şəxs- “ Tamda bir yerden 20 manat”, saat 03:55-də Şahid- “Hardan tapım”, “ Gecə vaxtı”, saat 04:27-də Təqsirləndirilən şəxs- “ Sabah saat 12 ye kimi gunorta tap cixaq”, saat 05:16-da Şahid- “ Görümdə neyniyə billəm”, saat 13:20-də Təqsirləndirilən şəxs- “Noldu”, saat 19:51-də Şahid- “Miri”, “Hardasan” -məzmunlu mesajlar, xx.xx.2023-cü il tarixdə, saat 00:29-da Təqsirləndirilən şəxs- “ Evde”, saat 13:01-də “4169 7388 9193 0236”, “ Aygune olan pulumu vermisem cindir 60 manat xercim cixib bir balaca şey getirib”-məzmunlu mesajlar, xx.xx.2023-cü il tarixdə, saat 10:52-də Təqsirləndirilən şəxs “ 9 eded maqna boz nezik, 6 eded arqo qalin goy, 5 eded nazik kent 4, 9 eded viniston kampakt boz, 3 packa nezik boz viniston, 2 pacqa elde boz nazik, 1 blok sabrani kompakt balli, 1 blok goy nazik sabrani” saat 22:45-də Şahid-“A hardasan”, saat 23:02-də “ . ” , saat 23:37-də Mireli Qayıblı- “Gelecem isim var”, saat 23:37-də Şahid- “Ae acınnan ölləm”, saat 23:38-də “ Gəl görəy tay Gedirəm mən işim var”, saat 23:38-də Təqsirləndirilən şəxs- “Hara gedirsen”, saat 23:39-da Şahid “ Xalqlara ordanda kürdəxanıya”, saat 23:39-da Təqsirləndirilən şəxs- “Xeyir olsun”, saat 23:39-da Şahid “Xeyir olacağ”, “Özünü yaxşı aparsan çox xeyir olacağ”, saat 23:40-da Təqsirləndirilən şəxs- “Gellem birazdan” -məzmunlu mesajlar, xx.xx.2023cü il tarixdə, saat 00:18-dən,02:21-dək olan müddətdə ardıcıl olaraq Şahid- “Harda qaldın”, “Ə sikdir e sikimə kimi gəl Derəm acınnan ölləm gijdıllağın sikinədə deyil”, “Davay sağol”, “Gijdıllaaaaağ gəl sikdirrrr dəəəəə”, “ Ə erməni siki dişdiyəən gəl sikdirrr işim gücüm var mənimmmm”, “Qəhbə olma e cırığğğ Gəl sikir var yoxun sikim əsəbdən partdıyıram .Camahat məni gözdüyür orda. Qəhbə kimi qapın dalın bağlamısan ə. Gijdıllaağ poxu böl sikdir geri getdəəəəə”, saat 04:06-da, Təqsirləndirilən şəxs- “ Gotes sobedeyem masini strafnoya atirlar”, saat 04:07-də Şahid- “Ə nəşöbə”, “Nə səyliyirsən”, saat 04:07-də Təqsirləndirilən şəxs-“Dalasmisam polisle”, saat 04:07-də Şahid- “Niyəə”, saat 04:08-də Təqsirləndirilən şəxs-“ Pox prava usdunde indi o azer var mamaoglu o gelir bura cixartmaga meni”, saat 04:08-də Şahid- “Pravan sənin təmiz deyil?”, saat 04:08-də Təqsirləndirilən şəxs-“Ele onun usdunde yaxalasdiq soydum”, saat 04:08-də Şahid- “Maşın nolacağ bəs”, saat 04:09-da Təqsirləndirilən şəxs-“Ele onuda gorek hell ede billikmi”, saat 04:10-da Şahid- “Mirəli var yoxun sikim pox qoydun hər şeyin içinə. Sən Allahın gəl çıx çıxım sikdirim gedim mən”, saat 04:20-də Təqsirləndirilən şəxs-“ Diyesen sen meni sikine sarimisanaaa”, saat 04:38-da Şahid-“Hardasan” -məzmunlu mesajlar vardır. Şahid məxsus mobil telefonda qeyd edilmiş digər məlumatlar işüçün əhəmiyyət kəsb etmədiyi üçün protokola əlavə edilməmişdir. İş üzrə sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərara əsasən, Şahid ifadəsinin Zərərçəkmiş şəxs1 məxsus bərbərxanadan 315 manat deyil, 7 manat 50 qəpik nağd pulu oğurlaması barədə hissəsi işin halları ilə uyğun gəlmədiyindən mötəbər sübut hesab edilməmiş, Şahid Bakı şəhəri, Sabunçu rayonu rayonu ərazisində çox epizodlu cinayətlər törədərkən Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaması sübuta yetmədiyindən həmin faktlar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3,177.2.3-2 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Mahir adlı və istintaqa məlum olmayan digər şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 194-cü maddələrinin tərkibi olmadığından onların barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayır və kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayır və kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayır və kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verib, göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs və onun qohumu Şahid oğurladıqları avtoyuma aparat ona qaytarıldığı üçün ona vurmuş olduqları 2200 manat maddi ziyanı tam şəkildə ödəmişlər və onun maddi ziyanla bağlı heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verib göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs və onun qohumu Şahid oğurluq nəticəsində ona vurduqları 615 manat maddi ziyanı tam şəkildə ödədiklərini və onlardan heç bir şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü ona Azərbaycan Respublikası CMnin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi üçün heç bir dəlil gətirməmiş, lakin məhkəmə istintaqında özünü təqsirli bilməmiş, ziddiyyətli ifadələr verərək, gah özünə istintaq zamanı polis əməkdaşları tərəfindən psixololi təsir olması, gah da hazırki cinayət işi üzrə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub razılaşdığı Şahid ilə qohum olması səbəbindən ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilməsini, əslində isə heç bir cinayət törətməməsini göstərmişdir. Məhkəmə hesab edir ki, hazırda M.N.Qayıblının özünü təqsirli bilməməsi barədə dedikləri, cinayət məsuliyyətindən yayınmaq və özünü müdafiə məqsədi daşıyır, onun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması, iş materialları, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki,: -təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPMin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. -CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. -Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanıb, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini məhkəmə istintaqı zamanı dəyişdirməsinin səbəbini, eləcə də ibtidai istintaq zamanı müstəntiq tərəfindən onlara qarşı psixi formada qanunsuz təsir göstərilməsi səbəbindən təqsirləndirilən şəxs qismində tam etirafedici ifadə verməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət işi materialları əsasında araşdıraraq qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadəsində ona qarşı psixi zorakılıq edilməsini göstərməmiş, bununla bağlı sərbəst qaydada müraciət etmək imkanı olduğu halda, müdafiəçisinə və səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, məhkəmə nəzarəti qaydasında şikayət verməmiş, eləcə də, onun müdafiəçisi və ya yaxın qohumları səlahiyyətli dövlət orqanlarına müraciət etməmiş, məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Xüsusilə də, təqsirləndirilən şəxsin və müdafiəçisi cinayət işi materialları ilə tanış olma mərhələsində də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı hər hansı vəsatət verməməklə həmin ittihamları və təqsirləndirilən şəxsə qarşı psixi zorakılıq edilməsini mübahisələndirməmişlər. Beləliklə də, təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi dəlilləri iş üzrə məhkəməyədək icraat dövründə irəli sürməmüşdür. Həmçinin, təqsirləndirilən şəxsin özü və onun müdafiəçisi məhkəməyə təqsirləndirilən şəxsə qarşı psixi zorakılığın tətbiq edilməsi ilə bağlı hər hansı sübut növü təqdim etməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə baxışında təqsirləndirilən şəxsin irəli sürdüyü, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiaları özü-özlüyündə psixi zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bu səbəbdən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona tam etirafedici ifadə verməsi ilə bağlı psixi zorakılığın tətbiq edilməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər əsassızdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən verdiyi, yuxarıda məhkəmə istintaqı zamanı elan edildiyi göstərilmiş ifadəsini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirməsinə, həmin ifadənin işin faktiki hallarına uyğun olmasına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə, həmçinin onlarla ziddiyyət təşkil etməyən hissələrdə məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini sübut kimi nəzərə almır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 vurulmuş ümumilikdə 615 (altı yüz on beş) manat məbləğində maddi ziyanı və Zərərçəkmiş şəxs2 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyanı tam şəkildə ödəməklə barışıq əldə etməsini CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxslərl’ barışıq əldə etməsi, onlara vurduğu maddi ziyanı tam ödəməsi və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 06 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi 08 may 2024-cü il tarixdə ittiham aktı ilə birlikdə baxlması üçün ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir və hazırda məhkəmənin icraatındadır. Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 noyabr 2023-cü il tarixdə barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək Füzuli rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. 01 ədəd “Omax” markalı, “DFX200” modelli avtoyuma aparatı 08 noyabr 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və eyni tarixli qəbzlə saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Zərəçəkmiş şəxslər- X7 615 (altı yüz on beş) manat məbləğində maddi ziyan və Zərərçəkmiş şəxs2 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. İş üzrə100 (yüz) manat məhkəmə (ekspertiza) xərci vardır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il 6 (altı) ay müddətəazadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar