Məhkəmə qərarları › İş №1(064)-42/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-42/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-42/2025 03.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1971-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əməklə məşğul olmuş, məhkumluğu olan, Salyan şəhəri, T. Davudzadə küçəsi, ev 6, mənzil 2-də pasport qeydiyyatında olmaqla barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilənədək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir, ona görə ki, o, qəsdən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə edib qanunsuz olaraq saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Füzuli rayonu, Şükürbəyli kəndinin ərazisində qəsdən qanunsuz olaraq bir ədəd qundağı qatlanan, qara rəngli, №-si silinmiş, çaxmağı üzərində 146 №-si olan 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, AK-103 modelli, Kalaşnikov konstruksiyalı avtomat, yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd, 7,62x39 mm kalibirli patronalar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı (AK-47, AKS-47, AKM, AK-103) modelli avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı, 23 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patronları qəsdən qanunsuz olaraq əldə etmiş, saxlamış və yaşıl rəngli parça materiallı çanta ilə Füzuli rayonu, Şükürbəyli kəndi istiqamətində qanunsuz olaraq daşımışdır. Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 16 yanvar 2025-ci il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu, Şükürbəyli kəndinin ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq Füzuli rayonu, Horadiz şəhəri, M.Ə. Rəsulzadə küçəsi,114 ünvanında yerləşən Füzuli rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, yaşıl rəngli, parça materiallı çantaya videoçəkilişlə baxış keçirərkən qəsdən qanunsuz olaraq bir ədəd qundağı qatlanan, qara rəngli, №-si silinmiş, çaxmağı üzərində 146 №-si olan 7,62 mm kalibirli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, AK-103 modelli, «Kalaşnikov» konstruksiyalı avtomat, yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd, 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-47, AKS-47, AKM, AK-103) modelli avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı, 23 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patronlar aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında: İş üzrə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərdi ki, o, Salyan şəhərində yaşamış və fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2024-cü ilin iyun ayının əvvəllərində həmkəndlisi X3 ona Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində avtomat silahı olduğunu deyərək həmin silahı götürmək üçün ona köməklik etməsini xahiş etmiş, o, Salyan şəhərindən Süleyman Piriyevlə birlikdə Füzuli rayonu, Şükürbəyli kəndinə getmiş, Süleyman borunun altında torpağa basdırılmış vəziyyətdə olan avtomat kalaşnikov 7,62 markalı silahı ona göstərmiş, həmin vaxt ətrafda Füzuli rayon Polis şöbəsinin əməkdaşlarının xidmət apardıqlarını görüb tutulacaqlarından qorxduqlarına görə həmin silahı götürmədən yol maşınları ilə Salyan şəhərinə qayıtmışlar. 2024-cü ilin dekabr ayında Süleyman Piriyev xərçəng xəstəliyindən vəfat etdikdən sonra o, Füzuli rayonu, Şükürbəyli kəndinin ərazisində torpağa basdırılmış həmin avtomat silahı götürüb yaşadığı Salyan şəhərinə aparmaq, sonradan həmin silahı satıb pul qazanmaq qərarına gəlmiş, lakin silahı satmaq barədə qabaqcadan heç kimlə razılaşmamışdır. O, silahı götürmək məqsədi ilə 16 yanvar 2025-ci il tarixdə, günorta saatlarında özü ilə yaşıl rəngli parça materialından olan çantanı götürüb yol maşınları ilə Salyan şəhərindən Füzuli rayonu, Şükürbəyli kəndinin ərazisinə getmiş, Şükürbəyli kənd qəbirstanlığına çatmamış yolun sağ tərəfində yerləşən kolluğun içərisində su borusunun altında torpağı əli ilə qazıb orada torpağa basdırılmış qara rəngli sellofona bükülü yapışqan lentlə sarınmış “Kalaşnikov” markalı avtomat silahı, darağı ilə birlikdə çıxarıb özü ilə gətirdiyi yaşıl rəngli parça materialından olan çantanın içərisinə qoymuş və saat 17 radələrində yaşadığı Salyan şəhərinə qayıtmaq məqsədi ilə yolun kənarı ilə gedərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək ondan çantada nə olduğunu soruşarkən o, polis əməkdaşlarına çantanın içərisində avtomat silahı olduğunu etiraf etmişdir. Bundan sonra o, Horadiz şəhərində yerləşən Füzuli Rayon Polis şöbəsinə gətirilmiş, Füzuli rayon Polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, Polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış və yaşıl rəngli parça materialından olan çantasına baxış keçilmişdir. Baxış zamanı yaşıl rəngli parça materialından olan çantadan bir ədəd Kalaşnikov markalı,7,62 kalibirli avtomat silah, bir ədəd daraq və darağın üzərində 23 ədəd patron aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ona və iştirakçılara oxunduqdan sonra doğruluğu imzalara təsdiq edilmişdir. Hazırda əməlindən səmimi peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin mart ayından X4, hazırda Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Polis mayoru xüsusi rütbəsindədir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi, saxlaması və daşıması barədə Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 16 yanvar 2025-ci ildə əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul etmişdir. Füzuli rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkilləri polis kapitanı Şahid4, Şahid2 və Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, 16 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Ağayev X5 rayonu, Şükürbəyli kəndinin ərazisində saxlanılarkən onun əlində yaşıl rəgli hərbi çanta olmuşdur. Ağayev X5 rayon Polis şöbəsinə gətirildikdən sonra Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Toğrul Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onların, Afətin və onun müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış və ona məxsus yaşıl rəngli parça materialından olan çantaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 8 ədəd bir manatlıq əskinazlar, 2 ədəd əlli qəpik, 1 ədəd iyirmi qəpik, 2 ədəd 10 qəpik pullar aşkar edilmişdir. Sonra yaşıl rəngli parça materialından olan çantaya baxış keçirilmiş, çantadan boz rəngli cins şalvar, bir ədəd yun sviter və bir ədəd qara rəngli idman şalvarı, iplə bağlanmış cibindən bir ədəd qara rəngli sellofan və ağ rəngli yapışqan lentlə bağlanmış 01 ədəd №-si silinmiş AK-103 modelli, Kalaşnikov konstruksiyalı qundağı qatlanan avtomat silah, həmin avtomat silaha aid 01 ədəd daraq, 23 ədəd 7,62 kalibirli patronlar aşkar edilərək qablaşdırılmış və Füzuli rayon Polis şöbəsinə məxsus 114 saylı möhürlə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs ondan götürülmüş 01 ədəd avtomat silahı, darağı və patronları yaşadığı Salyan şəhərinə aparmaq istəməsini bildirmiş, saat 19:12-də şəxsi axtarış və baxış qurtarmış, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Füzuli rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkilləri, polis kapitanları Şahid4 və Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili polis kapitanı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Həmin ifadədə qeyd olunur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komlekt hissələrini, döyüş sursatını əldə etməsi, saxlaması və daşıması barədə Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinə daxil olmuş, əməliyyat məlumatı əsasında 16 yanvar 2025-ci ildə əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında CAB-nin rəisi polis mayoru Şahid1 tərəfindən qərar qəbul edilmişdir. CAB-nin rəisi polis mayoru Şahid1, onun, Füzuli rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkili polis kapitanı Şahid4 və X2 əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradıldı. 16 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Ağayev X5 rayonu, Şükürbəyli kəndinin ərazisində onlar tərəfindən saxlanılmışdır. Onun əlində yaşıl rəngli hərbi çanta var idi. Ağayev X5 rayon Polis şöbəsinə gətirildikdən sonra Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Toğrul Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra onların, müdafiəçisi Müdafiəçi iştirakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış və ona məxsus yaşıl rəngli çantaya baxış keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 8 ədəd bir manatlıq əskinazlar, 2 ədəd əlli qəpik, 1 ədəd iyirmi qəpik, 2 ədəd 10 qəpik pullar aşkar edilmişdir. Sonra yaşıl rəngli çantaya baxış keçirilmişdir. Çantanın iplə bağlanmış cibindən bir ədəd qara rəngli sellofan və ağ rəngli yapışqan lentlə bağlanmış avtomat silah, boz rəngli cin şalvar, bir ədəd yun siviter və bir ədəd qara rəngli idman şalvarı aşkar edilmişdir. Avtomat silah olan bağlama kəsici alətlə açıldıqda içərisində nömrəsi silinmiş AK-103 modelli, Kalaşnikov konstruksiyalı qundağı qatlanan 01 ədəd avtomat, həmin silaha aid 01 ədəd daraq, 23 ədəd 7,62 kalibirli patronlar aşkar edilmişdir. Həmin avtomat silah, bir ədəd daraq və 23 ədəd patronlar qablaşdırılmış və Füzuli rayon Polis şöbəsinə məxsus 114 saylı möhürlə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs ondan götürülmüş 01 ədəd avtomat silahı, darağı və patronları yaşadığı Salyan şəhərinə aparmaq istəməsini bildirmişdir. Saat 19:12-də şəxsi axtarış və baxış qurtarmışdır. Bu barədə təhqiqatçı polis baş leytenantı Toğrul Əliyev tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş materialları tədqiq edilmişdir. Belə ki: Cinayət işinin materiallarına əlavə edilmiş 16 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərardan görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi, saxlaması və daşıması barədə Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında Füzuli rayon Polis şöbəsinin CAB-nin rəisi polis mayoru Şahid1 rəhbərliyi ilə CAB-nin baş əməliyyat müvəkilləri polis kapitanı Şahid4, Şahid2 və Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs «şəxsi axtarışı və ondan götürülmüş çantaya baxış keçirilməsi və götürmə barədə» 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən 16 yanvar 2025-ci il tarixdə, saat 18:48-də ünvan 3 ünvanında yerləşən Füzuli rayon Polis şöbəsinin İnzibati binasında Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarışı aparılarkən onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 8 ədəd bir manatlıq əskinazlar, 2 ədəd əlli qəpik, 1 ədəd iyirmi qəpik, 2 ədəd 10 qəpik pullar aşkar edilmişdir. Onda olan yaşıl rəngli parça materialından olan çantaya baxış zamanı çantadan boz rəngli cins şalvar, bir ədəd yun sviter və bir ədəd qara rəngli idman şalvarı, bir ədəd qara rəngli sellofan və ağ rəngli yapışqan lentlə bağlanmış 01 ədəd №-si silinmiş AK-103 modelli, Kalaşnikov konstruksiyalı qundağı qatlanan avtomat silah, həmin avtomat silaha aid 01 ədəd daraq, 23 ədəd 7,62 kalibirli patronlar aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Həmin gün saat 19:12-də şəxsi axtarış və baxış qurtarmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 17 yanvar 2025-ci il tarixli, 25/52 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş, lakin çaxmağı üzərində 146 №-si olan 7,62 mm kalibirli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, AK-103 modelli, «Kalaşnikov» konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərlə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd, 7,62x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı (AK-47, AKS-47, AKM, AK-103) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 23 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Salyan Rayon Mərkəzi Xəstəxanası»- dan direktoru tərəfindən 30 yanvar 2025-ci il tarixli,18-1-68/2-170/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2018-ci ildən “Tiryək” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Təqsirləndirilən şəxs “Salyan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin psixonevraloji qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən xx.xx.2025-ci ildə alınmış tələbnamədən və iş materiallarından görünür ki, Ağayev X6 Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 09 ay 13 gün müddət azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və 12 iyul 2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bilinib, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 16 yanvar 2025-ci il tarixdə, yəni, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl törədilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda azadklıqdan məhrum etmə növündə cəza çəkməsini, eləcə də, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydaları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum edilməsi ilə yanaşı, sadalanan cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 18:15-də Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, faktiki olaraq azadlığı 16 yanvar 2025-ci il tarixdə, saat 17:00-da məhdudlaşdırılmış, 18 yanvar 2025ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin gün barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək 18 yanvar 2025-ci il tarixdə, saat 15:30-da Füzuli rayon Polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində şəxsi axtarışı və çantasına baxış keçirilməsi barədə videogörüntü 01 ədəd CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd AK-103 modelli, «Kalaşnikov» konstruksiyalı avtomat, 01 ədəd daraq və 20 ədəd 7,62x39 mm kalibirli patronlar 20 yanvar 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli rayon Polis şöbəsinə təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Füzuli rayon Polis şöbəsində saxlanılan 01 ədəd AK-103 modelli, «Kalaşnikov» konstruksiyalı avtomat, 01 ədəd daraq və 20 ədəd 7,62x39 mm kalibirli patronlar xüsusi müsadirə edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilən 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublası CM-nin 69.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 02 günü (07-08 noyabr 2024-cü il), hazırki iş üzrə 16 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, cəmi 04 gün, 1 günə 1 gün hesablanıb 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli hökmünə əsasən, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə ibtidai istintaqda seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Füzuli rayon Polis şöbəsində saxlanılan 01 ədəd AK-103 modelli, «Kalaşnikov» konstruksiyalı avtomat, 01 ədəd daraq və 20 ədəd 7,62x39 mm kalibrli patronlar xüsusi müsadirə edilsin. 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar